Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-835/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi və payların müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması, Cavabdeh sadalanan əşyaların naturada, bu mümkün olmadıqda isə onların dəyəri 36566 manat məbləğində pulun alınaraq ona verilməsi, qızıl zinət əşyaları: 1 ədəd qızıl brilyant qaşlı nişan üzüyü-1200 manat dəyərində; 1 ədəd qızıl brilyant qaşlı həri üzüyü-800 manat dəyərində; 1 ədəd qızıl Qolbaq-1000 manat dəyərində; komplekt (brilyant qaşlı sep, üzük, qolbağ, sırğa)-7000 manat dəyərində, cəmi 10.000 manat; cehiz əşyaları: zal mebeli (1 böyük stol, 8 stul, 1 komot, 1 divan, 1 servant, 1 yazı stolu, 1 heykəl), yataq mebeli ("Buta” dəst, (1 yataq çarpayısı, 2 tumba, 1 komot, 2 ədəd sandıqlı pufik, 1 geyim dolabı)-10.000 manat dəyərində; televizor-700 manat; buxar ütüsü-100 manat; adi ütü-100 manat; tozsoran-50 manat; paltaryuyan (samsung)-1200 manat; soyuducu (Samsung)-1500 manat; ətçəkən maşın(Eurolux)- 150 manat; sokçəkən maşın(Eurolux)-150 manat; 2 ədəd çılçıraq-600 manat; 2 otaq üçün pərdə-600 manat; 1 böyük xalça, 4 balaca xalça-ümumi dəyəri 900 manat; 2 dəst pokrıval (örtük)-l ağ, 1 qəhvəyi rəngi ümumi dəyəri 300 manat; 1 ədəd yun ədyal (qırmızı rəng)-150 manat; 5 ədəd yataq dəsti-350 manat; 1 böyük döşək, 4 balaca balınc 500 manat; 1 ədəd dəmir qazan dəsti-150 manat; 1 ağ qazan dəsti-50 manat; toster-30 manat; qaşıq dəsti-150 manat; kompot dəsti (6 nəfərlik)-100 manat; xrustal bokal (6 nəfərlik)-100 manat, 3 dəst süfrə 200 manat; 2 mürəbbə qabı-50 manat; 2 şirniyyat qabı-50 manat; salat qabları-50 manat; 1 ədəd güldan-100 manat; 3 böyük qab (2 meyvəvə 1 güldan) 1000 manat; 1 ədəd böyük ləpə qabı-40 manat; 1 ədəd böyük şirniyyat qabı-60; 1 ədəd çörək qabı-50 manat; çay servisi (göy rəng)-50 manat; 12 ədəd duz qabı- 20 manat; su qabı (şüşə)-20 manat; 6 nəfərlik qara rəngli boşqab dəsti (4 cür)-50 manat; 12 nəfərlik servis 250 manat; 6 nəfərlik kofe dəsti-20 manat; 6 nəfərlik bokal dəsti (qəhvəyi rəng)-30 manat; 6 nəfərlik bokal dəsti (göy rəng)-30 manat; 36 ədəd xrustal bokal-500 manat; 6 nəfərlik servis (qara rəng)-400 manat; 1 ədəd göy rəngdə olan ədyal-50 manat; 4 ədəd böyük bədən dəsmalı-60 manat; 10 ədəd əl üz dəsmalı-50 manat; 10 ədəd çay dəsmalı-20 manat; 1 ədəd çəhrayı kostyum (yay)-100 manat; 1 ədəd qara kostyum (yay)- 100 manat; 1 ədəd həri qırmızı don (yay)-100 manat; 1 ədəd şifon qırmızı don(qış)-200 manat; 1 ədəd qara qabağı qaşlı don(yay)-80 manat; 1 ədəd yaşıl don-100 manat; 1 ədəd nişan geyimi çəhrayı rəngli don-300 manat; 1 ədəd qırmızı tulum-200 manat; 1 ədəd qara-çəhrayı uzun don (yay)-30 manat; 1ədəd bənövşəyi don (yay)-80 manat; 1 ədəd narıncı rəng don (yay)-100 manat; 1 ədəd sarı don cibli (yay)-50 manat; 1 ədəd qara şanel don(yay)-100 manat; 1 ədəd sarı uzun ev donu (yay)-30 manat; 1 ədəd ağ don (ev geyimi yay)-30 manat; 1 ədəd qəhvəyi sport geyim(yay)-30 manat; 1 ədəd qara-ağlı sport geyim (yay)-30 manat; 1 ədəd qara çəhrayı sport geyim(qış)-100 manat; 1 ədəd şanel sport geyim (yay)-100 manat; 1 ədəd göy şalvar ağ köynək geyim dəsti (yay)-100 manat; 1 ədəd göy rəngli ev geyimi (yay)-30 manat; 1 ədəd göy rəngli şalvar köynək dəsti(yay)-100 manat; 1 ədəd qırmızı xallı yay donu-30 manat; 1 ədəd qara cins şalvar (qış)-40 manat; 1 ədəd göy rəngli cins şalvar-40 manat; 1 ədəd göy tünd trapes şalvar-40 manat; 1 ədəd qara rəngli klassik şalvar-50 manat; 1 ədəd qəhvəyi rəngli klassik şalvar-50 manat; 1 ədəd yaşlı rəngli köynək ətək dəsti (yay)-100 manat; 1 ədəd ağ rəngli qolları valanlı kofta(yay)- 50 manat; 1 ədəd ağ rəngli rubaşka(yay)-30 manat; 1 ədəd qara rəng tüllü köynək-50 manat; 1 ədəd krem rəngli toxuma kofta-50 manat; 1 ədəd ağ rəngli kurtka-250 manat; 1 ədəd qara rəng qolları güllü kofta-30 manat; 1 ədəd krem rəngli kürk-100 manat; 1 ədəd tiqrovu rəngli kurtka-100 manat; 1 ədəd göy rəngli cins-40 manat; 1 ədəd yaşıl rəngli güllü köynək (yay-30 manat; 1 ədəd qara rəng büzməli köynək(yay)-30 manat; 1 ədəd cins şort (yay)-20 manat; 1 ədəd qırmızı rəngli çiyinləri küpürlü köynək-30 manat; 1 ədəd yaşıl rəngli rubaşka-20 manat; 1 ədəd qara rəngli tüllü qız şəkilli köynək-30 manat; 1 ədəd sarı rəngli sport geyimi-50 manat; 1 ədəd klac (kiçik) çanta-50 manat; 1 ədəd çəhrayı rəngli klac çanta-50 manat; 1 ədəd boz rəngli çanta-50 manat; 1 ədəd qəhvəyi qızılı rəngli çanta- 50 manat; 1 ədəd krem rəngli çanta-50 manat; 1 ədəd ağ rəngli biserli klac çanta-50 manat; 1 ədəd tünd qırmızı (bordovı) rəngli çanta-50 manat; 1 ədəd qaralı göylü çanta-50 manat; 1 ədəd göy rəngli biserli klac çanta-50 manat; 1 ədəd qırmızı dik daban ayaqqabı- 50 manat; 1 ədəd boz rəngli dik daban ayaqqabı-50 manat; 1 ədəd boz rəngli qaşlı dik daban ayaqqabı-50 manat; 1 ədəd çəhrayı rəngli dik daban-30 manat; 1 ədəd qızılı rəngli açıq rəngli dik daban-50 manat; 1 ədəd sarı rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd krem rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd tiqrovu baletka (ayaqqabı)-50 manat; 1 ədəd müxtəlif rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd qaralı göylü sport ayaqqabı-50 manat; 1 ədəd bənövşəyi rəngli sport ayaqqabı-50 manat; 1 ədəd göy rəngli qaşlı sport ayaqqabı-50 manat; 1 ədəd ağ rəngli dik daban ayaqqabı (yay)-50 manat; 1 ədəd krem rəngli dik daban (yay)-50 manat; 1 ədəd qara rəngli dik daban (qış ayaqqabısı)-100 manat; Apple Watch (saat)- 1000 manat dəyərində, cəmi 26566 manat, Cavabdeh ilə birgə nikahda olarkən əldə etdikləri 2021-ci il buraxılışlı, ağ rəngli, "KİA Optima" markalı, **-LO- *** dövlət qeydiyyat nişanlı avtomaşınla ½ hissədə payının tanınması, cavabdehdən mediasiya xərcinə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 150 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə rəsmi nikah qeydiyyatdan keçməklə xx.xx.2019-cu ildə ailə qurmuşdur. Bigrə nikahdan xx.xx.2020-ci il tarixli İlayda adlı qız uşaqları anadan olmuşdur. xx.xx.2021-ci il tarixdə cavabdeh avtomaşının satılması üçün onu notariat orqanına imza edilməsi üçün aparmış, lakin o, orada imza eməkdən boyun qaçırmışdır. Uşaq qucağında olarkən onu avtomaşının içərisində döymüş, evə gətirmişdir. Çatanda o, evə girməkdən imtina etmiş, cavabdeh də onu boğazından tutub evə salmışdır. Bütün bu şiddət uşaq onun qucağında olarkən baş vermişdir. Həmin zaman üstü qanlı olmuş və o, atasına zəng vurmuşdur ki, onu gəlib aparsın. Atası da gəlib onu döyülmüş vəziyyətdə görüb taki ilə evə aparmışdır. Evdən çox pis vəziyyətdə çıxmışdır. Uşağının paltarlarını belə götürə bilməmişdir. Onun döyülməsini və xəsarətlərini atası evə gətirərkən telefona çəkmişdir. Lakin qohum əqrabadan və həya abır edərək ərindən şikayət etməkdən imtina etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə, cavabdehlə onun nikahı məhkəmə qaydasında ləğv edilmiş, azyaşlı uşaq onun himayəsinə verilmiş və cavabdehdən aliment tutulmuşdur. O, evdən döyülmüş vəziyyətdən çıxarkən ona toy və nişan ərəfəsində hədiyyə verilən qızıl-zinət və cehiz əşyalarını götürə bilməmiş və əşyalar cavabdehin yaşadığı evdə qalmışdır. Qızıl zinət əşyaları: 1. 1 ədəd qızıl brilyant qaşlı nişan üzüyü-1200 manat dəyərində; 2. 1 ədəd qızıl brilyant qaşlı həri üzüyü-800 manat dəyərində; 3. 1 ədəd qızıl Qolbaq-1000 manat dəyərində; 4. komplekt (brilyant qaşlı sep, üzük, qolbağ, sırğa)-7000 manat dəyərində, cəmi 10.000 manat. Cehiz əşyaları: 1. zal mebeli (1 böyük stol, 8 stul, 1 komot, 1 divan, 1 servant, 1 yazı stolu, 1 heykəl), yataq mebeli (1 yataq çarpayısı, 2 tumba, 1 komot, 2 ədəd sandıqlı pufik, 1 geyim dolabı)-10.000 manat dəyərində; 2. televizor-700 manat; 3. buxar ütüsü-100 manat; 4. adi ütü-100 manat; 5. tozsoran-50 manat; 6. paltaryuyan (samsung)- 1200 manat; 7. soyuducu (Samsung)-1500 manat; 8. ətçəkən maşın(Eurolux)- 150 manat;
9. sokçəkən maşın(Eurolux)-150 manat; 10. 2 ədəd çılçıraq-600 manat; 11. 2 otaq üçün pərdə-600 manat; 12. 1 böyük xalça, 4 balaca xalça-ümumi dəyəri 900 manat; 13. 2 dəst pokrıval (örtük)-l ağ, 1 qəhvəyi rəngi ümumi dəyəri 300 manat; 14. 1 ədəd yun ədyal (qırmızı rəng)-150 manat; 15. 5 ədəd yataq dəsti-350 manat; 16. 1 böyük döşək, 4 balaca balınc 500 manat; 17. 1 ədəd dəmir qazan dəsti-150 manat; 18. 1 ağ qazan dəsti-50 manat; 19. toster-30 manat; 20. qaşıq dəsti-150 manat; 21. kompot dəsti (6 nəfərlik)-100 manat; 22. xrustal bokal (6 nəfərlik)-100 manat, 23. 3 dəst süfrə 200 manat; 24. 2 mürəbbə qabı-50 manat; 25. 2 şirniyyat qabı-50 manat; 26. salat qabları-50 manat; 27. 1 ədəd güldan-100 manat; 28. 3 böyük qab (2 meyvəvə 1 güldan) 1000 manat; 29. 1 ədəd böyük ləpə qabı-40 manat; 30. 1 ədəd böyük şirniyyat qabı-60; 31. 1 ədəd çörək qabı-50 manat; 32. çay servisi (göy rəng)-50 manat; 33. 12 ədəd duz qabı-20 manat; 34. su qabı (şüşə)-20 manat; 35. 6 nəfərlik qara rəngli boşqab dəsti (4 cür)-50 manat; 36. 12 nəfərlik servis 250 manat; 37. 6 nəfərlik kofe dəsti-20 manat; 38. 6 nəfərlik bokal dəsti (qəhvəyi rəng)-30 manat; 39. 6 nəfərlik bokal dəsti (göy rəng)-30 manat; 40. 36 ədəd xrustal bokal- 500 manat; 41. 6 nəfərlik servis (qara rəng)-400 manat; 42. 1 ədəd göy rəngdə olan ədyal- 50 manat; 43. 4 ədəd böyük bədən dəsmalı-60 manat; 44. 10 ədəd əl üz dəsmalı-50 manat; 45. 10 ədəd çay dəsmalı-20 manat; 46. 1 ədəd çəhrayı kostyum (yay)-100 manat;
47. 1 ədəd qara kostyum (yay)-100 manat; 48. 1 ədəd həri qırmızı don (yay)-100 manat;
49. 1 ədəd şifon qırmızı don(qış)-200 manat; 50. 1 ədəd qara qabağı qaşlı don(yay)-80 manat; 51. 1 ədəd yaşıl don-100 manat; 52. 1 ədəd nişan geyimi çəhrayı rəngli don-300 manat; 53. 1 ədəd qırmızı tulum-200 manat; 54. 1 ədəd qara-çəhrayı uzun don (yay)-30 manat; 55. 1 ədəd bənövşəyi don (yay)-80 manat; 56. 1 ədəd narıncı rəng don (yay)-100 manat; 57. 1 ədəd sarı don cibli (yay)-50 manat; 58. 1 ədəd qara şanel don(yay)-100 manat; 59. 1 ədəd sarı uzun ev donu (yay)-30 manat; 60. 1 ədəd ağ don (ev geyimi yay)- 30 manat; 61. 1 ədəd qəhvəyi sport geyim(yay)-30 manat; 62. 1 ədəd qara-ağlı sport geyim (yay)-30 manat; 63. 1 ədəd qara çəhrayı sport geyim(qış)-100 manat; 64. 1 ədəd şanel sport geyim (yay)-100 manat; 65. 1 ədəd göy şalvar ağ köynək geyim dəsti (yay)- 100 manat; 66. 1 ədəd göy rəngli ev geyimi (yay)-30 manat; 67. 1 ədəd göy rəngli şalvar köynək dəsti(yay)-100 manat; 68. 1 ədəd qırmızı xallı yay donu-30 manat; 69. 1 ədəd qara cins şalvar (qış)-40 manat; 70. 1 ədəd göy rəngli cins şalvar-40 manat; 71. 1 ədəd göy tünd trapes şalvar-40 manat; 72. 1 ədəd qara rəngli klassik şalvar-50 manat; 73. 1 ədəd qəhvəyi rəngli klassik şalvar-50 manat; 74. 1 ədəd yaşlı rəngli köynək ətək dəsti (yay)-100 manat; 75. 1 ədəd ağ rəngli qolları valanlı kofta(yay)-50 manat; 76. 1 ədəd ağ rəngli rubaşka(yay)-30 manat; 77. 1 ədəd qara rəng tüllü köynək-50 manat; 78. 1 ədəd krem rəngli toxuma kofta-50 manat; 79. 1 ədəd ağ rəngli kurtka-250 manat; 80. 1 ədəd qara rəng qolları güllü kofta-30 manat; 81. 1 ədəd krem rəngli kürk-100 manat; 82. 1 ədəd tiqrovu rəngli kurtka-100 manat; 83. 1 ədəd göy rəngli cins-40 manat; 84. 1 ədəd yaşıl rəngli güllü köynək (yay)-30 manat; 85. 1 ədəd qara rəng büzməli köynək(yay)-30 manat;
86. 1 ədəd cins şort (yay)-20 manat; 87. 1 ədəd qırmızı rəngli çiyinləri küpürlü köynək-30 manat; 88. 1 ədəd yaşıl rəngli rubaşka-20 manat; 89. 1 ədəd qara rəngli tüllü qız şəkilli köynək-30 manat; 90. 1 ədəd sarı rəngli sport geyimi-50 manat; 91. 1 ədəd klac (kiçik) çanta-50 manat; 92. 1 ədəd çəhrayı rəngli klac çanta-50 manat; 93. 1 ədəd boz rəngli çanta-50 manat; 94. 1 ədəd qəhvəyi qızılı rəngli çanta-50 manat; 95. 1 ədəd krem rəngli çanta-50 manat; 96. 1 ədəd ağ rəngli biserli klac çanta-50 manat; 97. 1 ədəd tünd qırmızı (bordovı) rəngli çanta-50 manat; 98. 1 ədəd qaralı göylü çanta-50 manat; 99. 1 ədəd göy rəngli biserli klac çanta-50 manat; 100. 1 ədəd qırmızı dik daban ayaqqabı-50 manat; 101. 1 ədəd boz rəngli dik daban ayaqqabı-50 manat; 102. 1 ədəd boz rəngli qaşlı dik daban ayaqqabı-50 manat; 103. 1 ədəd çəhrayı rəngli dik daban-30 manat; 104. 1 ədəd qızılı rəngli açıq rəngli dik daban-50 manat; 105. 1 ədəd sarı rəngli baletka (ayaqqabı)-50 manat; 106. 1 ədəd krem rəngli baletka (ayaqqabı)-50 manat; 107. 1 ədəd tiqrovu baletka (ayaqqabı)-50 manat; 108. 1 ədəd müxtəlif rəngli baletka (ayaqqabı)-50 manat; 109. 1 ədəd qaralı göylü sport ayaqqabı-50 manat; 110. 1 ədəd bənövşəyi rəngli sport ayaqqabı- 50 manat; 111. 1 ədəd göy rəngli qaşlı sport ayaqqabı-50 manat; 112. 1 ədəd ağ rəngli dik daban ayaqqabı (yay)-50 manat; 113. 1 ədəd krem rəngli dik daban (yay)-50 manat; 114. 1 ədəd qara rəngli dik daban (qış ayaqqabısı)-100 manat; 115. Apple Watch (saat)- 1000 manat dəyərində, ümumilikdə 26566 manat dəyərində. Cəmi 36566 manat təşkil edən qızıl, cehiz və şəxsi əşyaları cavabehin qanunsuz sahibliyindədir. Lakin cavabdeh onların qaytarılmasından imtina edir. Halbuki həmin əşyalar onun mülkiyyətini təşkil edir. Təqdim edilmiş foto şəkillərdə onların mövcüdluğu öz əksini tapır. Bundan başqa cavabdehlə birgə nikah dövründə 2021-ci il buraxılışlı, ağ rəngli, “KİA Optima” markalı, **-LO-*** qeydiyyat nişanlı avtomaşını əldə etmişlər. Həmin avtomaşın hazırda da cavabdehin mülkiyyətindədir. Həmin avtomaşına onun ½ payı var. İşin mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin “KİA Optima” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə onunla cavabdeh arasında razılıq əldə edilərək, cavabdeh ona 10000 manat ödəmişdir ki, bunun müqabilində o, həmin avtomobilə artıq iddia etmir. Odur ki, iddia tələbinin 2021-ci il buraxılışlı, ağ rəngli, “KİA Optima” markalı, **- LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə payının tanınması hissəsindən imtina edir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı müdafiə edirlər. Xəstəliyi ilə əlaqədar iclasda iştirak edə bilmir. Odur ki, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul edərək, təmin olunmasına etiraz etmədiklərini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı İMS xərci 50 manat, poçt və kargüzarlıq xərci 10 manat ödəmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “KİA OPTİMA” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə yük gömrük bəyannaməsi əsasında Cavabdeh adına qeydiyyata alınmış, həmin gün nəqliyyat vasitəsinə mülkiyyətçisi dəyişdirilmədən BB147744 nömrəli yeni qeydiyyat şəhadətnaməsi verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş zəmanət talonun surətindən görünür ki, X2 tərəfindən alınmış “Fridger Samsung” (1399 manat) – 1 il, “X5” (159 manat) – 1 il, “W/Machine Samsung” (1049 manat) – 1 il, “TV Sony” (599 manat) – 2 il zəmanət müddəti təyin edilmişdir. xx.xx.2020-ci il tarixli BL509935 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, X2 2473 manat məbləğində avadanlıq almışdır. 000256 nömrəli sifariş qaiməsindən görünür ki, X2 7500 manat məbləğində mebel almışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-803/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2962 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2020ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat alimentin tutulması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək Cavabdeh İddiaçı xeyrinə hər ay 70 manat alimentin tutulması qət edilmişdir. "xxxx" ASC-nin Əhmədli filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixində ASC "xxxx" Əhmədli filialı tərəfindən 55500 manat dəyərində “Kia Optima” markalı avtomobilin alınması üçün 29400 manat məbləğində, 36 ay müddətinə, illik 15%-lə, aylıq ödəniş 1019.16 manat olmaqla avtomobil krediti verilmişdir. xx.xx.2023-cü il tarixinə olan əsas borc üzrə qalıq məbləği 15521.74 manat təşkil edir. İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh məxsus olan 2021-ci il buraxılışlı, 10LO066 dövlət nişan nömrəli, ban KNAG3414BN5161253, rəngi ağ mirvari, KİA OPTİMA MİNİK markalı avtonəqliyyatını ASC “XALQ” Bankı “Əhmədli” filialı vasitəsilə ipoteka (girov) qoyulmasına etiraz etmir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya məxsus olan əşyalarını qaytarmamaqla iddiaçının həmin əşyalardan istifadə etməsinə maneə yaradır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qızıl zinət əşyaları: 1 ədəd qızıl brilyant qaşlı nişan üzüyü-1200 manat dəyərində; 1 ədəd qızıl brilyant qaşlı həri üzüyü-800 manat dəyərində; 1 ədəd qızıl Qolbaq-1000 manat dəyərində; komplekt (brilyant qaşlı sep, üzük, qolbağ, sırğa)-7000 manat dəyərində, cəmi 10.000 manat; cehiz əşyaları: zal mebeli (1 böyük stol, 8 stul, 1 komot, 1 divan, 1 servant, 1 yazı stolu, 1 heykəl), yataq mebeli ("Buta” dəst, (1 yataq çarpayısı, 2 tumba, 1 komot, 2 ədəd sandıqlı pufik, 1 geyim dolabı)-10.000 manat dəyərində; televizor-700 manat; buxar ütüsü-100 manat; adi ütü-100 manat; tozsoran-50 manat; paltaryuyan (samsung)-1200 manat; soyuducu (Samsung)-1500 manat; ətçəkən maşın(Eurolux)- 150 manat; sokçəkən maşın(Eurolux)-150 manat; 2 ədəd çılçıraq-600 manat; 2 otaq üçün pərdə-600 manat; 1 böyük xalça, 4 balaca xalça-ümumi dəyəri 900 manat; 2 dəst pokrıval (örtük)-l ağ, 1 qəhvəyi rəngi ümumi dəyəri 300 manat; 1 ədəd yun ədyal (qırmızı rəng)-150 manat; 5 ədəd yataq dəsti-350 manat; 1 böyük döşək, 4 balaca balınc 500 manat; 1 ədəd dəmir qazan dəsti-150 manat; 1 ağ qazan dəsti-50 manat; toster-30 manat; qaşıq dəsti-150 manat; kompot dəsti (6 nəfərlik)-100 manat; xrustal bokal (6 nəfərlik)-100 manat, 3 dəst süfrə 200 manat; 2 mürəbbə qabı-50 manat; 2 şirniyyat qabı-50 manat; salat qabları-50 manat; 1 ədəd güldan-100 manat; 3 böyük qab (2 meyvəvə 1 güldan) 1000 manat; 1 ədəd böyük ləpə qabı-40 manat; 1 ədəd böyük şirniyyat qabı-60; 1 ədəd çörək qabı-50 manat; çay servisi (göy rəng)-50 manat; 12 ədəd duz qabı-20 manat; su qabı (şüşə)-20 manat; 6 nəfərlik qara rəngli boşqab dəsti (4 cür)-50 manat; 12 nəfərlik servis 250 manat; 6 nəfərlik kofe dəsti-20 manat; 6 nəfərlik bokal dəsti (qəhvəyi rəng)-30 manat; 6 nəfərlik bokal dəsti (göy rəng)-30 manat; 36 ədəd xrustal bokal-500 manat; 6 nəfərlik servis (qara rəng)-400 manat; 1 ədəd göy rəngdə olan ədyal-50 manat; 4 ədəd böyük bədən dəsmalı-60 manat; 10 ədəd əl üz dəsmalı-50 manat; 10 ədəd çay dəsmalı-20 manat; 1 ədəd çəhrayı kostyum (yay)-100 manat; 1 ədəd qara kostyum (yay)-100 manat; 1 ədəd həri qırmızı don (yay)- 100 manat; 1 ədəd şifon qırmızı don(qış)-200 manat; 1 ədəd qara qabağı qaşlı don(yay)- 80 manat; 1 ədəd yaşıl don-100 manat; 1 ədəd nişan geyimi çəhrayı rəngli don-300 manat; 1 ədəd qırmızı tulum-200 manat; 1 ədəd qara-çəhrayı uzun don (yay)-30 manat; 1ədəd bənövşəyi don (yay)-80 manat; 1 ədəd narıncı rəng don (yay)-100 manat; 1 ədəd sarı don cibli (yay)-50 manat; 1 ədəd qara şanel don(yay)-100 manat; 1 ədəd sarı uzun ev donu (yay)-30 manat; 1 ədəd ağ don (ev geyimi yay)-30 manat; 1 ədəd qəhvəyi sport geyim(yay)-30 manat; 1 ədəd qara-ağlı sport geyim (yay)-30 manat; 1 ədəd qara çəhrayı sport geyim(qış)-100 manat; 1 ədəd şanel sport geyim (yay)-100 manat; 1 ədəd göy şalvar ağ köynək geyim dəsti (yay)-100 manat; 1 ədəd göy rəngli ev geyimi (yay)-30 manat; 1 ədəd göy rəngli şalvar köynək dəsti(yay)-100 manat; 1 ədəd qırmızı xallı yay donu-30 manat; 1 ədəd qara cins şalvar (qış)-40 manat; 1 ədəd göy rəngli cins şalvar-40 manat; 1 ədəd göy tünd trapes şalvar-40 manat; 1 ədəd qara rəngli klassik şalvar-50 manat; 1 ədəd qəhvəyi rəngli klassik şalvar-50 manat; 1 ədəd yaşlı rəngli köynək ətək dəsti (yay)-100 manat; 1 ədəd ağ rəngli qolları valanlı kofta(yay)-50 manat; 1 ədəd ağ rəngli rubaşka(yay)-30 manat; 1 ədəd qara rəng tüllü köynək-50 manat; 1 ədəd krem rəngli toxuma kofta-50 manat; 1 ədəd ağ rəngli kurtka-250 manat; 1 ədəd qara rəng qolları güllü kofta-30 manat; 1 ədəd krem rəngli kürk-100 manat; 1 ədəd tiqrovu rəngli kurtka-100 manat; 1 ədəd göy rəngli cins-40 manat; 1 ədəd yaşıl rəngli güllü köynək (yay-30 manat; 1 ədəd qara rəng büzməli köynək(yay)-30 manat; 1 ədəd cins şort (yay)-20 manat; 1 ədəd qırmızı rəngli çiyinləri küpürlü köynək-30 manat; 1 ədəd yaşıl rəngli rubaşka-20 manat; 1 ədəd qara rəngli tüllü qız şəkilli köynək-30 manat; 1 ədəd sarı rəngli sport geyimi-50 manat; 1 ədəd klac (kiçik) çanta-50 manat; 1 ədəd çəhrayı rəngli klac çanta-50 manat; 1 ədəd boz rəngli çanta-50 manat; 1 ədəd qəhvəyi qızılı rəngli çanta-50 manat; 1 ədəd krem rəngli çanta-50 manat; 1 ədəd ağ rəngli biserli klac çanta-50 manat; 1 ədəd tünd qırmızı (bordovı) rəngli çanta-50 manat; 1 ədəd qaralı göylü çanta-50 manat; 1 ədəd göy rəngli biserli klac çanta-50 manat; 1 ədəd qırmızı dik daban ayaqqabı-50 manat; 1 ədəd boz rəngli dik daban ayaqqabı-50 manat; 1 ədəd boz rəngli qaşlı dik daban ayaqqabı-50 manat; 1 ədəd çəhrayı rəngli dik daban-30 manat; 1 ədəd qızılı rəngli açıq rəngli dik daban-50 manat; 1 ədəd sarı rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd krem rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd tiqrovu baletka (ayaqqabı)-50 manat; 1 ədəd müxtəlif rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd qaralı göylü sport ayaqqabı-50 manat; 1 ədəd bənövşəyi rəngli sport ayaqqabı-50 manat; 1 ədəd göy rəngli qaşlı sport ayaqqabı- 50 manat; 1 ədəd ağ rəngli dik daban ayaqqabı (yay)-50 manat; 1 ədəd krem rəngli dik daban (yay)-50 manat; 1 ədəd qara rəngli dik daban (qış ayaqqabısı)-100 manat; Apple Watch (saat)- 1000 manat dəyərində əşyalar və ya həmin əşyalarin dəyəri olan 26566 manat məbləğində pul alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh qızıl zinət əşyaları: 1 ədəd qızıl brilyant qaşlı nişan üzüyü-1200 manat dəyərində; 1 ədəd qızıl brilyant qaşlı həri üzüyü-800 manat dəyərində; 1 ədəd qızıl Qolbaq-1000 manat dəyərində; komplekt (brilyant qaşlı sep, üzük, qolbağ, sırğa)-7000 manat dəyərində, cəmi 10.000 manat; cehiz əşyaları: zal mebeli (1 böyük stol, 8 stul, 1 komot, 1 divan, 1 servant, 1 yazı stolu, 1 heykəl), yataq mebeli ("Buta” dəst, (1 yataq çarpayısı, 2 tumba, 1 komot, 2 ədəd sandıqlı pufik, 1 geyim dolabı)-10.000 manat dəyərində; televizor-700 manat; buxar ütüsü-100 manat; adi ütü-100 manat; tozsoran-50 manat; paltaryuyan (samsung)-1200 manat; soyuducu (Samsung)-1500 manat; ətçəkən maşın(Eurolux)- 150 manat; sokçəkən maşın(Eurolux)-150 manat; 2 ədəd çılçıraq-600 manat; 2 otaq üçün pərdə-600 manat; 1 böyük xalça, 4 balaca xalça-ümumi dəyəri 900 manat; 2 dəst pokrıval (örtük)-l ağ, 1 qəhvəyi rəngi ümumi dəyəri 300 manat; 1 ədəd yun ədyal (qırmızı rəng)-150 manat; 5 ədəd yataq dəsti-350 manat; 1 böyük döşək, 4 balaca balınc 500 manat; 1 ədəd dəmir qazan dəsti-150 manat; 1 ağ qazan dəsti-50 manat; toster-30 manat; qaşıq dəsti-150 manat; kompot dəsti (6 nəfərlik)-100 manat; xrustal bokal (6 nəfərlik)-100 manat, 3 dəst süfrə 200 manat; 2 mürəbbə qabı-50 manat; 2 şirniyyat qabı-50 manat; salat qabları-50 manat; 1 ədəd güldan-100 manat; 3 böyük qab (2 meyvəvə 1 güldan) 1000 manat; 1 ədəd böyük ləpə qabı-40 manat; 1 ədəd böyük şirniyyat qabı-60; 1 ədəd çörək qabı-50 manat; çay servisi (göy rəng)-50 manat; 12 ədəd duz qabı-20 manat; su qabı (şüşə)-20 manat; 6 nəfərlik qara rəngli boşqab dəsti (4 cür)- 50 manat; 12 nəfərlik servis 250 manat; 6 nəfərlik kofe dəsti-20 manat; 6 nəfərlik bokal dəsti (qəhvəyi rəng)-30 manat; 6 nəfərlik bokal dəsti (göy rəng)-30 manat; 36 ədəd xrustal bokal-500 manat; 6 nəfərlik servis (qara rəng)-400 manat; 1 ədəd göy rəngdə olan ədyal-50 manat; 4 ədəd böyük bədən dəsmalı-60 manat; 10 ədəd əl üz dəsmalı-50 manat; 10 ədəd çay dəsmalı-20 manat; 1 ədəd çəhrayı kostyum (yay)-100 manat; 1 ədəd qara kostyum (yay)-100 manat; 1 ədəd həri qırmızı don (yay)-100 manat; 1 ədəd şifon qırmızı don(qış)-200 manat; 1 ədəd qara qabağı qaşlı don(yay)-80 manat; 1 ədəd yaşıl don-100 manat; 1 ədəd nişan geyimi çəhrayı rəngli don-300 manat; 1 ədəd qırmızı tulum-200 manat; 1 ədəd qara-çəhrayı uzun don (yay)-30 manat; 1ədəd bənövşəyi don (yay)-80 manat; 1 ədəd narıncı rəng don (yay)-100 manat; 1 ədəd sarı don cibli (yay)-50 manat; 1 ədəd qara şanel don(yay)-100 manat; 1 ədəd sarı uzun ev donu (yay)-30 manat; 1 ədəd ağ don (ev geyimi yay)-30 manat; 1 ədəd qəhvəyi sport geyim(yay)-30 manat; 1 ədəd qara-ağlı sport geyim (yay)-30 manat; 1 ədəd qara çəhrayı sport geyim(qış)-100 manat; 1 ədəd şanel sport geyim (yay)-100 manat; 1 ədəd göy şalvar ağ köynək geyim dəsti (yay)-100 manat; 1 ədəd göy rəngli ev geyimi (yay)-30 manat; 1 ədəd göy rəngli şalvar köynək dəsti(yay)-100 manat; 1 ədəd qırmızı xallı yay donu-30 manat; 1 ədəd qara cins şalvar (qış)-40 manat; 1 ədəd göy rəngli cins şalvar-40 manat; 1 ədəd göy tünd trapes şalvar-40 manat; 1 ədəd qara rəngli klassik şalvar-50 manat; 1 ədəd qəhvəyi rəngli klassik şalvar-50 manat; 1 ədəd yaşlı rəngli köynək ətək dəsti (yay)-100 manat; 1 ədəd ağ rəngli qolları valanlı kofta(yay)-50 manat; 1 ədəd ağ rəngli rubaşka(yay)-30 manat; 1 ədəd qara rəng tüllü köynək-50 manat; 1 ədəd krem rəngli toxuma kofta-50 manat; 1 ədəd ağ rəngli kurtka-250 manat; 1 ədəd qara rəng qolları güllü kofta-30 manat; 1 ədəd krem rəngli kürk-100 manat; 1 ədəd tiqrovu rəngli kurtka-100 manat; 1 ədəd göy rəngli cins-40 manat; 1 ədəd yaşıl rəngli güllü köynək (yay-30 manat; 1 ədəd qara rəng büzməli köynək(yay)-30 manat; 1 ədəd cins şort (yay)- 20 manat; 1 ədəd qırmızı rəngli çiyinləri küpürlü köynək-30 manat; 1 ədəd yaşıl rəngli rubaşka-20 manat; 1 ədəd qara rəngli tüllü qız şəkilli köynək-30 manat; 1 ədəd sarı rəngli sport geyimi-50 manat; 1 ədəd klac (kiçik) çanta-50 manat; 1 ədəd çəhrayı rəngli klac çanta-50 manat; 1 ədəd boz rəngli çanta-50 manat; 1 ədəd qəhvəyi qızılı rəngli çanta-50 manat; 1 ədəd krem rəngli çanta-50 manat; 1 ədəd ağ rəngli biserli klac çanta- 50 manat; 1 ədəd tünd qırmızı (bordovı) rəngli çanta-50 manat; 1 ədəd qaralı göylü çanta-50 manat; 1 ədəd göy rəngli biserli klac çanta-50 manat; 1 ədəd qırmızı dik daban ayaqqabı-50 manat; 1 ədəd boz rəngli dik daban ayaqqabı-50 manat; 1 ədəd boz rəngli qaşlı dik daban ayaqqabı-50 manat; 1 ədəd çəhrayı rəngli dik daban-30 manat; 1 ədəd qızılı rəngli açıq rəngli dik daban-50 manat; 1 ədəd sarı rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd krem rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd tiqrovu baletka (ayaqqabı)-50 manat; 1 ədəd müxtəlif rəngli baletka (ayaqqabı)-50 manat; 1 ədəd qaralı göylü sport ayaqqabı-50 manat; 1 ədəd bənövşəyi rəngli sport ayaqqabı-50 manat; 1 ədəd göy rəngli qaşlı sport ayaqqabı-50 manat; 1 ədəd ağ rəngli dik daban ayaqqabı (yay)-50 manat; 1 ədəd krem rəngli dik daban (yay)-50 manat; 1 ədəd qara rəngli dik daban (qış ayaqqabısı)-100 manat; Apple Watch (saat)- 1000 manat dəyərində əşyalar və ya həmin əşyalarin dəyəri olan 26566 manat məbləğində pul alınaraq İddiaçı qaytarılsın. İş üzrə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən Rəşad Qoşqarlı