Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8369/2021 27.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi” barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri 27 oktyabr 2021-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən, qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddia ərizəsinə 20 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 150.1 və 150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsinə ərizədə göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Hazırki halda iddia ərizəsinə cavabdehə təqdim olunması üçün sübutların surətləri əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi” barədə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-8369/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8369/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver