Məhkəmə qərarları › İş №2(001)-841/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-841/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-841/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı 2 saylı Mənzil-X4 Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 (Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 19.5 kv.m olan bir otaqdan ibarət 14A saylı mənzilə görə cavabdehlərə 30000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdehlərin və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılmalarına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı 2 saylı Mənzil-X4 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 (Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 19.5 kv.m olan bir otaqdan ibarət 14A saylı mənzilə görə cavabdehlərə 30000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdehlərin və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında yerləşən binada yaşayan sakinlər Binəqədi rayon İcra Hakimiyyətinə yazdıqları kollektiv müraciətdə yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Azərkommunallayihə Kommunal Lahiyə İnstitutunun mütəxəsisləri tərəfindən Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli 2 girişli yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən, qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətnin yararsız olduğu müəyyən edilmişdir. Bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 7-214/7g saylı məktubuna əsasən, yataqxanada məskunlaşan 102 ailədən 83 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmiş, 21 mənzil sahibi, o cümlədən Koroğlu Rəhimov küçəsi ev 53A saylı yataqxananın 14a saylı mənzilində aşayan cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 isə kompensasiya məbləği ilə razılaşmadıqlarına görə mənzillərini boşaltmaqdan imtina etmişlər. ünvan 3 ünvanda yerləşən beşmərtəbəli yataqxana binası əvvəllər Bakı Elektoştamp ASC-yə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarrixli, 487 saylı sərəncamı ilə əvəzsiz olaraq balansa qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının registrindən xx.xx.2023-cü il tarixli, 1194 saylı (kod , reyestr nömrəsi ***-*******8) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 1967-ci ildə istismara verilmiş, 5 mərtəbəli keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil X4 balansındadır. Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli 5-10/2-555/2023 saylı məktubu ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 3- 52/2-1498/23 saylı tapşırıq məktubuna əsasən, sözügedən yataqxanada yaşayan sakinlərin təhlükəzliyini təmin etmək məqsədilə mənzilləri boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülmələrinə köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı yataqxana binasında əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Bakı şəhəri ərazisində aparılmış monitorinqin nəticələrinə əsasən qəzalı binalarda yaşayışın təhlükəli olması və sakinlərin təhlükəsizliyinin təmin olunması, köçürülmələri qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli məktubua əsasən (MN-nin 2019-cu il 15 tarixli 09/02-3-64-438 nömrəli məktubu) 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin köçürülməsi istiqamətində aşağıdakı tədbirlərin həyata kemirilməsi məqsədəmüvafiq hesa edilmişdir. Səbail, Suraxanı, Binəqədi və Xətai rayonlarının ərazisində yerləşən 16 binaya dair. Bu binalar üzrə sahəsi 30 kv.m və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30000 manat olmaqla cəmi 13.320.000 manat məbləğində bir dəfəlik maddi yardımın ödənilməsi. Sahəsi 30 kv.m-dən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsi 1 kv.m üçün 1000 manat olmaqla cəmi 12.760.000 manat məbləğində bir dəfəlik maddi yardımın ödənilməsi. Qeyd olunan müraciət əsasında Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə küçrülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il dövlət büddcəsinin ilsahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər İcra Hakimiyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyətlərinə ayrılmasına razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə tapşırıq veilmişdir. Göstərilən məsəslələrin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktubu nəzərə alınaraq, ünvan 5, Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanlarında yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının 90 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, ünvan 6 və Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanlarda yerləşən binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən ünvan 1 ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişdir. Qəzalı vəziyətdə olan Koroğlu Rəhimov 53A ünvanında yerləşən yataqxana binasında yaşayan 102 ailədən 83 ailəyə bir dəfəlik maddi yardım ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Birdəfəlik maddi yardımla razlaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzili boşaldaraq Binəqədi Rayon İca hakimiyyətində yaradılmış Komissyaya təhvil verilməsi barədə bildiriş təqdim edilməklə xəbərdarlıq edilmişdir. Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasında ümumi sahəsi 19,19 kv.m olan bir otaqdan ibarət 14A mənzilin sahibi Cavabdeh3 30000 manat məbləğində bir dəfəlik yardım almaqdan və qəzalı mənzili boşaldmaqdan imtina etmişdir. Bununla əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixli 90 saylı xəbərdarlıq məktubu verilmiş, lakin Cavabdeh3 xəbərdalığı qəbul etməkdən imtina etmişdir. Cavabdehin xəbərdalığı qəbul etməkdən və razılaşmadan imtina etdiyi aktla rəsmiləşdirilmişdir. Cavabdeh nəzərə almır ki, qəzalı vəziyyətdə olan binadan köçməkdən imtina edərək yaşamaqda davam etməsi onun və ailə üzvlərinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Ona görə də cavabdehlər Cavabdeh3, X6, X13, X7 və həmin mənzildə faktik yaşayan digər şəxslərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən ümumi sahəsi 19.5 kv.m olan bir otaqdan ibarət 14A saylı mənzilə görə cavabdehlərə 30000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı 2 saylı Mənzil Komunal-Təsərrüfatı Birliyi nümayəndəsi X18 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X20 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, eyni zamanda yetkinlik yaşına çatmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, ünvan 7 ünvanınlı binanın yerləşdiyi ərazidə hazırda 1 otaqlı mənzilin qiyməti 100.000 manat civarındadır. Ona təklif olunan 30.000 manat ümmiyyətlə qəbul ediləcək məbləğ deyildir. Belə ki, bu məbləğə o, ev ala bilməyəcəkdir. Onun yaşadığı ərazidə mənzillərin 1 kv.m 3.500 manatdan başlayır. Məhkəmə iclasında cavabdeh, eyni zamanda yetkinlik yaşına çatmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh3 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, mənzil əvvəl onun atasının mülkiyyətində olmuş, daha sonra onun mülkiyyətinə keçmişdir. Mənzildə o, həyat yoldaşı və iki uşağı ilə birlikdə yaşayır. İddianı qəbul etməməsinin səbəbi təklif olunan kompensasiya ilə yaşadığı ərazidə və ya Bakı şəhərinin ətrafında ev almağın mümkün olmamasıdır. İcra Hakimiyyəti deyil, Nazirlər Kabinetinin 482 saylı qərarına əsasən, həmin ərazidə tikinti aparacaq şirkətlər onlarla danışıqlar aparmalıdırlar. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda yetkinlik yaşına çatmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh4 iddia ərizəsini qəbul etməyib, təklif olunan kompensasiyanın məbləğinin onu qəne etməməsini bildirib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. 3-cü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə 3-cü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin işitrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Maddə 28.2. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Maddə 28.4-1. Bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Maddə 28.4-2. Bu Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) satışı ilə bağlı keçirilən açıq hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: Maddə 28.4-2.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 28.4-2.2. hərracın iştirakçısı olmadıqda; 28.4-2.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 28.4-2.4. hərracı udmuş iştirakçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərracı udmuş şəxs tərəfindən hərracın alış qiymətinin ödənilməsi üçün müəyyən olunmuş müddətdə alış qiymətini tam məbləğdə ödəmədikdə, bu şərtlə ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisinin razılığı ilə həmin müddət uzadılmasın. 28.4-3. Təkrar hərrac birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq keçirilir. 28.4-4. Təkrar hərracda qəza vəziyyətində olan mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsində müəyyən edilmiş qiymətlə, təkrar hərrac bu Məcəllənin 28.4-2.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə keçirildiyi halda isə, həmin qiymətdən 15 faiz aşağı qiymətlə hərraca çıxarılır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 28.4-5. Bu Məcəllənin 28.4-2.2 - 28.4-2.4-cü maddələrində nəzərdə tutulmuş səbəblərə görə təkrar hərrac baş tutmamış elan edildikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 60 gündən gec olmayan müddətdə qəza vəziyyətində olan mənzil (yaşayış binası) təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alınır. Maddə 28.4-6. Bu Məcəllənin 28-ci maddəsində nəzərdə tutulan hərracın keçirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Maddə 28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən seriya RX № ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 8 saylı evin, sahəsi 19,5 m2 olan 14 A saylı mənzilinə dair Cavabdeh3 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliynin 78 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 318 nömrəli arayışdan müəyyən olunur ki, 1990-cı il təvəllüdlü Cavabdeh3, 1980-ci il təvəllüdlü Cavabdeh4, 2008-ci il təvəllüdlü Cavabdeh1 və 2012-ci il təvəllüdlü Cavabdeh2 ünvan 8 saylı evin 14A saylı mənzilində daimi qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 1-ci müavini, X9 sədri X8, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi Azkommunlayihə KLİ-in baş mühəndisi X21, İnstitutun Baş X1, İnstitutun aparıcı mühəndisi X22, 2 saylı Xüsusi Təyinatlı Mənzil-X4 Baş mühəndisi X23, Birliyin Mənzil Fondunun İstismarı şöbəsinin mühəndisi X2, 78 saylı Mənzil-Komunal İstismar şöbəsinin rəisi X27 tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli aktdan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən 5 mərtəbəli 2 girişli yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün baxış keçirilərək müəyyən olunmuşdur ki, yararsız vəziyyətə düşmüş boşluqlu yığma dəmir-beton tavalarla zirzəmi olmaqla müvəqqəti dayaqlar qoyumalı və həmin panellər monolit beton tavalarla əvəz olunmalıdır. Bu işlər yerinə yetirilərkən sakinlər sahələri giriş və çıxışı məhdudlaşdırılmalıdır. Binanın zirzəmisi məişət tullantılarından və sulardan təmizlənməli, qatı qopmuş və aşılanmış hissələr bərpa olunmalıdır. Yataqxana binasının fasad hissələrində qopmuş üzlük daşları bərpa olunmalıdır. Binanın bütün kommunikasiya xətləri (su, kanalzasiya, qaz elektrik) yenisi ilə əvəz olunmalıdır. Bütün yükdaşıyan divarlarda beton və dəmir-beton konstruksiyalar aşılanmış hissələrdə armaturlar korroziyadan təmizlənməli və bərpa olunmalıdı. Bütün bu işlər yerinə yetirilərkən İnşat Norma və Qaydalarının və Tikinti Təhlükəsizlik Qaydalarına əməl edilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 7-214/g saylı xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığından irəli gələn məsələlərin icrası ilə bağlı Prezidentin köməkçisi Əli Əsədovun xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktubunu nəzərə alaraq ünvan 9 ünvanlarında yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətinin müvafiq komissiyasının yaradılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 90 nömrəli sərəncamından müəyyən olunur ki, ünvan 10 və Koroğlu Rəhimov küçəsi 53 A saylı ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında İlqar Süleymanov RİH başçısının birinci müavini Komissiyanın sədri, Komissiyanın üzvləri Vüsar İsmayılov RİH başçısının müavini, Azər Kərimov RİH başçısının Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri, Yunis Hüseynov RİH başçısının Hüquq şöbəsinin müdiri, Yəhya Əliyev RİH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlil və proqnozlaşdırılması şöbəsinin müdiri, Hicran Dadaşov RİH başçısının sektor müdiri (baş mühasib), Şahin Musayev RİH başçısının Aparatın Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar), Elmin Zamanov Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, Ləman Əliyeva RİH başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, X24 Rayon Polis İdarəsinin ictiami təhlükəsizlik şöbəsinin rəisi, X19 və X14 üzrə Dövlət Komitəsinin Binəqədi rayon üzrə sektor müdiri - tərkibində yaradımış Komissiyaya qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Ağasadıq Gəraybəyli küməsi 41 saylı və Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanda yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrin siyahısının dəqiqləşdirilməsi, binalarda yaşayan ailələrin köçürülməsi üçün zəruri sənədləşdirilmənin aparılmasının təmin edilməsi, ünvan 10 və Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanda yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrin birdəfəlik yardım məqsədilə vəsaitin ödənilməsi üçün zəruri tədbirlərin görülməsinin RİH başçısı Aparatının sektor müdiri Hicran Dadaşovaya, Binəqədi Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi X15 icrası ilə əlaqədar qeyd olunan ərazidə ictimai asayişin qorunmasını təmin etməsi, Binəqədi rayon Su kanal İdarəsinə, Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin və Bakı Regional Qaz İstismar Departamentinin Binəqədi rayonu üzrə texniki istismarı xidmətinə qəzalı binalarda kommunikasiya xətlərinin kənarlaşdırılması ilə əlaqədar zəruri tədbirlər görülməsi həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 510/2-555/2023 saylı məktubundan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən qiymət müəyyən edilməklə Bakı şəhərində qəzalı vəziyyətə olan 21 çoxmənzilli binalardan 17 sayda yataqxana binalarının sakinlərinə birdəfəlik müəyyən pul vəsaiti ödəməklə ünvan 12 ünvanında qəzalı vəziyyətdə olan yataqxana binasının köçürülməsi və hər bir 30 kv.m-ə qədər olan mənzilllərə 30.000 manat, 30kv.m-dən çox olan mənzillərin hər kv.m-ə 1000 manat birdəfəlik pul vəsaitinin ödənilməsinin nəzərdə tutulması, K.Rəhimov küçəsi 53A saylı binada məskunlaşmış 102 ailədən 81 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq köçürülmələri, 21 mənzil (13 mənzil 2 otaqlı, 8 mənzil 1 otaqlı) sahibinin isə kompensasiya məbləği ilə razılaşmadıqlarından yaşadıqları mənzilləri boşalmaqdan imtina etmələri, qeyd olunan yataqxananın kəskin qəzalı vəziyyətdə olduğu üçün bu hal orada hal-hazırda yaşayan sakinlərin həyatı üçün böyük təhlükə olması, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 3-52/2-1498/2023 saylı məktubu ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ailələrin təxirə salınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsi, K.Rəhimov küçəsi 53 A saylı ünvanda yerləşən yataqxanaın müvafiq mənzillərini boşaldmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülməsinə köməklik göstərilməsi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentindən xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2023-cü il tarixli № 3-52-13/2-293/2023 nömrəli məktubundan müəyyən olur ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil-X12 balansında olan K.Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxanadan köçməkdən imtina edən mənzil sahiblərinə kəskin qəzalı vəziyyətdə olan binanın yaşayış üçün ciddi təhlükə yaratması barədə xəbərdarlığın edilməsi, köməkdən imtina edildiyi halda birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə yaşayış sahəsindən çıxarılmaları tələbi ilə aiddiyatı üzrə məhkəməyə müraciət edilməsi 2 saylı Xüsusi Təyinatlı Mənzil-X12 rəisi Cavanşir Alaverdizadəyə tapşırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Dövlət əmlakının registirindən çıxarışdan müəyyən olunur ki, ünvan 13 ünvanında yerləşən 5 mərtəbəli, ümumi torpaq sahəsi 720 kv.m, tikilinin ümumi sahəsi 2500 kv.m. olan keçmiş yataqxana binası 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliynin (qeydiyyat № 15409) balansındadır. 2 saylı Xüsusi Təyinatlı Mənzil-X12 rəisi X3 Gülşən Əhməd qızına ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, sonuncuya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin Azərkommunllayihə Kommunal Layihə İnstitunun mütəxəssisləri tərəfindən aidiyyəti qurumların işçiləri ilə birgə xx.xx.2016-cı il tarixdə Binəqədi rayonu K.Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında tərtib olunmuş akta əsasən, yaşadığı binanın yaşayış üçün istismara yarasız və qəzalı vəziyyətdə olduğunun müəyyən edilməsi, bununla əlaqədar sakinlərin, o cümlədən Cavabdeh3 və onun ailə üzvlərinin təhlükəsizliyinin qorunması məqsədi ilə dövlət vəsaiti hesabına ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin nəzərdə tutulması, bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiyanın yaradılması, qəzalı binadan 81 ailənin köçürülməsinin təmin edilməsi bildirilərək yaşayış sahəsi üçün ona ayrılan birdəfəlik maddi yardımı almaqla 5 gün müddətində otağı boşaldaraq təhvil verilməsi təklif olunmuş, əks halda, yəni qəzalı binada yaşamaqda davam edəcəyi təqdirdə orada baş verə biləcək hər hansı xoşagəlməz və bədbəxt hadisəyə görə bütün məsuliyyətin onun üzərində qalacağı izah edilmişdir. 78 saylı MİKS-in rəisi Nazim Rüstəmov, mühəndisi Vidadi Nəcəfov, sahə nəzarətçisi Kəmaləddin Alıyev tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 53A saylı binanın (yataqxananın) 14 saylı məzilində yaşayan Cavabdeh3 yaşadığı mənzilin boşaldılmasına dair xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil-X12 rəisi X3 Gülşən Əhməd qızına ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, sonuncuya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin Azərkommunllayihə Kommunal Lahiyə İnstitunun mütəxəssisləri tərəfindən aidiyyəti qurumların işçiləri ilə birgə xx.xx.2016-cı il tarixdə Binəqədi rayonu K.Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında tərtib olunmuş akta əsasən, yaşadığı binanın yaşayış üçün istismara yarasız və qəzalı vəziyyətdə olduğunun müəyyən edilməsi, bununla əlaqədar sakinlərin, o cümlədən Cavabdeh3 və onun ailə üzvlərinin təhlükəsizliyinin qorunması məqsədi ilə dövlət vəsaiti hesabına ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin nəzərdə tutulması, bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiyanın yaradılması, qəzalı binadan 81 ailənin köçürülməsinin təmin edilməsi bildirilərək yaşayış sahəsi üçün ona ayrılan birdəfəlik maddi yardımı almaqla 5 gün müddətində otağı boşaldaraq təhvil verilməsi təklif olunmuş, əks halda, yəni qəzalı binada yaşamaqda davam edəcəyi təqdirdə orada baş verə biləcək hər hansı xoşagəlməz və bədbəxt hadisəyə görə bütün məsuliyyətin onun üzərində qalacağı izah edilmişdir. 78 saylı MİKS-in rəisi Nazim Rüstəmov, mühəndisi Vidadi Nəcəfov, sahə nəzarətçisi Kəmaləddin Alıyev tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 53A saylı binanın (yataqxananın) 14 saylı məzilində yaşayan Cavabdeh3 yaşadığı mənzilin boşaldılmasına dair xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı balansında olan qəzalı yaşayış binasında yerləşən, Cavabdeh3 xüsusi mülkiyyətində olan mənzildən cavabdehlərə kompensasiya verilməklə onların və mənzildə yaşayan digər şəxslərin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 19.5 kv.m olan bir otaqdan ibarət 14A saylı mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, mülkiyyətçisinin sökülməsindən imtina etdiyi qəzalı vəziyyətdə olan və bərpası mükün olmayan binalarla bağlı yaranmış hüquq münasibətlərini tənzimləyən və yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı 2 saylı Mənzil-X4 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 (Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 19.5 kv.m olan bir otaqdan ibarət 14A saylı mənzilə görə cavabdehlərə 30000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdehlərin və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılmalarına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar