Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-852/2020 28.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona və qızına dəymiş maddi və mənəvi ziyana görə 30000 manat maddi təzminat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, 2005-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Bu rəsmi nikahdan 2007-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. 2010-cu ildə heç bir əsaslı səbəb olmadan Cavabdeh məhkəmə yolu ilə ondan boşanmışdır. O, 17 yaşında gəlin olmuşdur və Cavabdeh onun əmisi oğludur. Cavabdeh 5 illik rəsmi nikahdan sonra onu atası evinə gətirərək özü xarici ölkəyə getmişdir. Bir ildən sonra məhkəmədə onun iştirakı olmadan onu boşamışdır. O gündən böyük stress keçirir. Uzun illərdir ki, nevroz xəstəsidir. Cavabdeh övladını görmüyəndən sonra 2015-ci ildə qohumdan söz göndərərək övladını görmək istədiyini bildirmişdir. O, da öz humanistliyini göstərərək, ata ilə qızın arasına girməmək üçün qızının atası ilə görüşünə icazə vermişdir. Qızı Fidanın hər həftənin şənbə və bazar günlərində atası ilə qalmasına icazə vermişdir. Uzun müddət bu münasibətlər normal davam etdi və qızı mövcud vəziyyətdən narazılıq etmirdi. Keçmiş qaynanasının xəstəli səbəbindən keçmiş əri qızına dayə tutmaq qərarına gəlmişdir. Bir müddət Vüsalə adlı qadın qızına dayəlik etmişdir. Sonuncu dəfə Cavabdeh 2017-ci il tarixində atası qızını şoferi ilə “Oazis” restoranında yığıncağa aparmışdır. Yığıncaqda qızı beşikdə körpə bir uşaq olduğunu görüb, həmin uşağın kim olduğunu atasından soruşmuşdur. Atası uşağın onun olduğunu və anasının isə həmin dayə olduğunu bildirmişdir. Qızı həmin an çox pis stress keçirmişdir. Qızı atası ilə qaldığı ərəfədə əməliyyat keçirmişdir. Keçmiş qaynanası dərman məhlulunu suda həll edib nəvəsi Fidana verməsini Vüsalə adlı qadından xahiş etsə də, həmin qadın əsəbi vəziyyətdə dərmanı qızının oturduğu stolun üstünə atmışdır. Bu qadının çirkin əməlləri bununla qurtarmır.Həmin hadisənin səhəri günü həmin qadın qızına artıq bu evə gəlməməsini, onların artıq xaricdə yaşayacağını və bundan sonra atasının unutmasını söyləmişdir. Qızı onun evinə ağlayaraq gəlmiş, qızından səbəbini soruşduqda isə ona olanları danışmışdır. Keçmiş yoldaşının yaşadığı Binəqədi rayonu, C.Xəndan küçəsi 19 A, mənzil 57 ünvanına gedərək nə baş verdiyini soruşmaq istəmişdir. Qapını açan keçmiş həyat yoldaşı onu döymüşdür. Ona qulaq asmayaraq onu qovmuşdur. Daha sonra telefonla cavabdehə zəng vuraraq qızının stress keçirməsi haqqında ona məlumat vermişdir. Həmin gündən qızı atası ilə görüşmür. Ümumiyyətlə Cavabdeh onların ailəsinı böyük sarsıntı yaşadıb. Nənəsi X6, X9, qızı X8 və özünün səhhətində yaranan problemlər Cavabdeh və ailəsinin 2010-cu ildən onlara etdiyi qeyri-qanuni hərəkətlərin nəticəsində baş verib. Belə ki, Cavabdeh onunla evlənib sonra onu səbəbsiz yerə boşaması həm onun həmdə qızının psixologiyasına çox pis təsir edib. Bunu həkimlər də öz diaqnozları ilə təsdiq edirlər. Cavabdehin vəkili Nümayəndə dəfələrlə bildirmişdir ki, guya Cavabdeh xarici dövlətə o səbəbdən getmişdir ki, qızına aid olan 15000 manatlıq təzminatı qazanaraq qızına ödəsin. Hər dəfə ona söz göndərərək səbrli olmasını və cavabdehin o pulu ödəyəcəyini bildirmişdir. Lakin 1 ildir ki, gözləyir və həmin puldan ona 1 manat belə ödənilməmişdir. Bu fırıldaqçılıqları görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qızı Fidanı və özünü müalicə etməyə imkanı yoxdur. Dul qadındır və himayəsində azyaşlı atasız qız övladı böyüdür. Qızı Fidan atasını neçə ildir görmədiyi üçün əzab və stress çəkir. Hər gün yadına düşəndə ağlayır. O, bir ana olaraq nə edəcəyini bilmir. Ona və qızı Fidana həkim müayinəsi nəticəsində uzunmüddətli psixoloq müalicəsi tövsiyə edilib. Lakin bunun üçün onun kifayət qədər maddi imkanı yoxdur. Cavabdeh nümayəndəsi, vəkil Nümayəndə xx xxxx 2020-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh şərəfi, ləyaqəti və işgüzar toxunan məlumatları təkzib etməyə məcbur edilməsi, cavabdeh İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi kimi 80.000 manatın və vicdansızcasına iddia verdiyi üçün ondan 20.000 manat məbləğin və 30 manat dövlət rüsumunun tutulub Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia ərizəsi dəqiqləşdirilərək Cavabdeh İddiaçının şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna toxunan məlumatları-yalandan itkin düşməyini, axtarışda olmağını, aliment ödəməməyini, həyat yoldaşı haqqında dediyi təhqiramiz dayə və sairə ifadələri, guya qızını zəhərləməsi, psixoloji stressə və xəstəliyə salması və sairə barədə yalan və həqiqətəuyğun olmayan sair məlumatları “Milli.az” saytında, “Xəzər” televiziyasında yayımlanmış “Səni axtarıram” verilişində, “Nedelya” qəzetində təkzib etməyə məcbur edilməsi və şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi kimi 80.000 manatın və vicdansızcasına iddia verdiyi üçün ondan 20.000 manat məbləğin və 30 manat dövlət rüsumunun tutulub Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə tələb onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ilə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan xx xxxx 2007-ci il təvəllüdlü X12 anadan olmuşdur. Lakin uzun müddət cavabdeh ilə münasibətləri pozulmuş Cavabdeh həmin münasibətləri normallaşdırmaq və onları qaydasına salmaq cəhdləri heç bir nəticə verməmişdir. O, bütün bunlara baxmayaraq, milli adət-ənənələrinə uyğun olaraq ailənin dağılmaması üçün əlindən gələni etmişdir. Lakin cavabdeh ailə münasibətlərini davam etdirməyi lüzumsuz saydığı üçün Cavabdeh nikahlarının formal xarakter daşıdığı qənaətinə gəlmişdir. Ona görə də, nikahlarının ləğv olunması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2010-cu il tarixli, 2(060)-1439\2010 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş və tərəflər arasındakı nikaha xitam verilmişdir. xx xxxx 2010-cu il tarixdən başlayaraq Cavabdeh xx xxxx 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat məbləğində alimentin tutularaq cavabdehə verilməsi müəyyən edilmişdir. Bundan sonra Cavabdeh yenidən evlənmiş və həmin nikahdan 1 oğlu vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı onun Sumqayıt şəhəri, 13-cü Mkr, ev 7B, 42 №-li mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə icraata İddiaçı iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. İddiaçı bunun müqabilində Cavabdeh 10 000 manat pul almış , özünə Sumqayıt şəhəri, 15-ci məhəllə , ünvan 1 yataqxana 15, mənzil 61 ünvanında yerləşən 1 otaqdan ibarət, hər cürə şəraiti olan ailə yataqxanası almış və ora qeydiyyata düşmüşdür. Bir neçə il orada yaşadıqdan sonra oranı da satıb, valideynlərinin evinə qayıtmışdır. Bundan sonra yenidən eyni iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə 2 dəfə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin sonuncu xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia əsasız olduğundan rədd edilmişdir. Bundan başqa İddiaçı Cavabdeh, onun həyat yoldaşından, dayısından dəfələrlə Binəqədi Rayon Prokurorluğuna, Binəqədi RPİ-nə , 5-ci Polis Bölməsinə, X4, Sumqayıt ŞPİ-nə, 1-ci, 3-cü, 4-cü polis bölmələrinə, Nümayəndə Vəkillər Kollegiyasına, Azərbaycan Qadınlarının hüququnun Müdafiəsi Cəmiyyətinin sədri N.Cəfərovaya müxtəlif ali dövlət orqanlarına, vəzifəli şəxslərə və nazirliklərə əsassız yazdığı ərizələrlə təhqir etmiş, Nümayəndə dələduz vəkil adlandırmış, dəfələrlə iş yerinə getmiş, onu və ailəsini təhqir etmiş, nalayiq ifadələrdən və söyüşlərdən istifadə edərək Cavabdeh müdafiəsindən əl çəkməyəcəyi təqdirdə onu ölümlə hədələmiş, bunun üçün çantasında bıçaq gəzdirdiyini nümayiş etdirmiş, hətta ona şər böhtan ataraq Sumqayıt şəhər 1-ci və 4-cü polis bölməsinə guya sillə vurma və guya aldadaraq onun tərəfindən 2 otaqlı ev alınacağına söz verilməsi və s. Yalan şikayətlər etmişdir. Bununla əlaqədar xx xxxx 32019-cu il tarixində saat 18:00 radılərində Sumqayıt şəhər 4-cü PB-də olarkən yenidən ona hədə qorxu gəlmiş, nalayiq ifadələrlə təhqir etmiş, çantasında olan benzin dolu butulkanı nümayiş etdirməklə onun həbs olunmayacağı təqdirdə özünü öldürəcəyini, hətta polis əməkdaşlarından çəkinməyərək çantasında olan biçağı göstərərək onu əvvəl-axır öldürəcəyini bildirmişdir. Sonra üstünə hücüm çəkərək onu yumruqğu ilə vurmuşdur. xx xxxx 2019-cu ildə saat 10:00 radələrində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun fəaliyyət göstərdiyi H.Əliyev prospektində yerləşən ofisə gələrək, onun üstünə hücum çəkmiş, ölümlə hədələmişdir. Vəkil Bürosunda 1 saata yaxın iş rejimini pozmuş həm vəkillərə həm də ki, vətəndaşlara gərgin anlar yaşatmışdır. Onu sakitləşdirməyə gələn 4-cü PB-nin polis əməkdaşların tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan başqa Cavabdeh həyat yoldaşına şər böhtan atmış, guya onun qızını zəhərləməyə çalışması, həyat yoldaşının qıznın dayəsi olmasını, keçmiş ərinin dayəsi ilə evlənməsi kimi iftiralar atmışdır. Bundan başqa Cavabdeh başqa qadınla ailə qurmasından hiddətlənərək və ondan bir növ qisas almaq üçün ailə işini televiziya və qazetlərdə nümayiş etdirmiş, Cavabdeh şəklini “axtarılır” başlığı ilə dərc etdirmiş, 2019-cu ilin mart-aprel aylarından başlayaraq “Səni axtarıram” verilişində, “Nedelya” qəzetində guya onun xəbərsiz itkin düşməsi və illərdir ki, barəsində məlumatın olmaması barədə yalan məlumatlar yaymaqla şərəf və ləyaqətini alçatmışdır. Bu hadisələr Cavabdeh sağlamlığına və psixologiyasına mənfi təsir göstərmişdir. Cavabdehin bu hərəkəti Cavabdeh qohumları, iş yoldaşları, qonşuları tərəfindən qinanmasına və hörmətdən düşməsinə səbəb olmuşdur. Hamı ona Cavabdeh zəng edərək cinayıt törətməsi səbəbindən axtarışda olduğunu soruşmuşdur. Verilişlərdə qəzetlərdə yayılan məlumatlar hamısı yalandır. Videoçəkilişlərdə deyilən mənfi ifadələr onun bir şəxs kimi şərəf və ləyaqətinə toxunmuşdur. “Xəzər” telviziya kanalının “Səni axtarıram” verilişinin m üxbiri Xoşqədəm xanımın Cavabdeh haqqında dediyi həqiqətə uyğun olmayan “ keçmiş həyat yoldaşından və uşağına aliment verməkdən canını qurtarmaq istəyən Cavabdeh “ ifadələrlə onu hörmətdən salmış və el içində rüsvay etmişdir. Cavabdehin təqsiri nəticəsində Cavabdeh bu illər ərzində dəfələrlə stress və əsaən gərginlikləri keçirməklə mənəvi sarsıntılara düçar olmuşdur. O, cavabdehə dəfələrlə qanunsuz hərəkətlərinə son verməyi barədə xəbərdaqrlıqlar etmişdir. Hal-hazırda isə o yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh şər atmaqla, xadimə olan bir qadınla evlənməsi məlumatlarını yayaraq, küçə söyüşlərindən istifadə edərək onu təhqir etmişdir. Cavabdeh tərəfindən onun şərəf və ləyaqəti təhqir edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, keçmiş əri Mətinin faktiki nikahda olduğu qadını qızına dayə kimi təqdim etmişdir. Həmin qadın qızına təklikdə bir daha bu evə gəlməməsini, atası ilə onların xaricə gedəcəklərini, xoşbəxtliklərinə mane olmamasını söyləmişdir. Həmin qadının qızına qarşı işlətdiyi ifadələri sadəcə kiçik qızının ona dediyi şəkildə məhkəməyə bildirir. Bu hadisə baş verən zaman qzının cəmi 10 yaşı olmuşdur. Dəfələrlə Mətinin evləndiyi qadın onun qızına qarşı kobudluq etmişdir. Bu kobudluq nəticəsində qızı psixoloji gərginlik keçirmişdir. Bu hal ilə əlaqədar olaraq 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət əsasında qarşı tərəf polis bölməsinə dəvət edildi. Lakin bölməyə Mətinin dayısı və onun vəkili Nümayəndə gəldi. Bundan sonra Mətinin dayısı və vəkili onun evinə gələrək şikayət ərizəsini geri götürməsini xahiş etmişlər. Qarşılığında isə uşağın müalicəsi ilə bağlı çəkiləcək xərcləri ödəyəcəklərini bildirmişlər. O, bu sözlərə görə şikayət ərizəsini geri götürmüşdür. Uşağın müalicəsi ilə bağlı “Loqos” psixoloji mərkəzinə müraciət etmişdir. Qızına psixoloji gərginlik diaqnozu qoyulmuş və ümumi müalicə üçün 2000 manat pul tələb edilmişdir. Belə ki, müalicə seansının qiyməti 35 manat olaraq hesablanmışdır. Mətinin dayısı qızı üçün cəmi 100 manat vermiş, daha sonra heç bir yardım göstərməmişdir. Qızı 9 saylı uşaq poliklinikasında qeydiyyatdadır. O, televiziya verilişində Mətini təhqir etməmiş, ona şər və böhtan atmamışdır.Sadəcə alimentin ödənilməsini təmin etmək üçün onu axtarmışdır. Mətinin şəkili orada axtarışda olan şəxs kimi efirə verilmişdir. Həmin verilişdə müəyyən olunmuşdur ki, Mətin Malaziyadadır. Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət etmişdir. Bu zaman müəyyən olunmuşdur ki, X16-Qaz şirkətində çalışır və müvafiq olaraq maaş alır. Mətin 2014-2017-ci il tarixlərində Azərbaycanda yaşamışdır. Lakin o 10 il müddətində Mətini görməmişdir. Yalnız onun dayısı və vəkili ilə əlaqə saxlayır. Mətin mənəvi zərər çəkməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməlidir. Çünki bu adam ildə 2 dəfə xarici ölkələrə gedir. Qarşılıqlı iddia ərizəsində onun üzərində bıçaq və benzin gəzdirdiyi, bunlara vəkili hədələdiyini bildirmişdir. Lakin o yanında heç vaxt bıçaq və benzin gəzdirməmişdir. 1 saylı Vəkil Bürosuna vəkillə müqavilə bağlamaq məqsədilə getmişdir. Orada Həqiqət adlı qadınla sorğu verilməsi üçün müqavilə bağlamışdır. Sonradan Mətinin vəkili Nümayəndə gəlib onu itələmişdir. O, vəkil bürosunda iş rejimini pozmamışdır. O, uzun müddətdir ki, Mətini görmür. Görmədiyi adamı isə alçaltmamış və təhqir etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Qarşılıqlı iddia tələbini qəbul etmir. Televiziya verilişində heç bir qanun pozuntusu olmayıb. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir. Qarşılıqlı iddianı müdafiə edir. Cavabdeh heç vaxt itkin düşməmişdir. Aliment ödənişini dayandırmamışdır. İddiaçı dəfələrlə onu təhqir etmiş və Cavabdeh müdafiəsindən imtina etməsini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia təmin olunmamalıdır. İş materiallarında olan: Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindn xx xxxxxxxx 2011-ci il tarixdə verilən, AZ-İ seriyalı, 128559 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2011-ci il tarixində 302 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə “Cəlilli”, qadına “Cəlilli” soyadı verilmişdir. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx xxxx 2007-ci il tarixində verilən, AZ-İ seriyalı, 951379 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X11 xx xxxx 2007-ci il tarixində Sumqayıt şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2007-ci il tarixində 1844 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, Anası İddiaçıdır. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Yalçın Zeynalov tərəfindən qəbul edilən xx xxxxxx 2018-ci il tarixli “Cinayət hissəsinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X3 həyat yoldaşı Cavabdeh yenidən ailə qurduğu Vüsalə adlı qadının onun qızı Fidanı təhqir etməsini, Fidanın atasının evinə gəlib getməsindən narazıçılığını bildirmiş və Vüsalə adlı qadın barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı aparılmış araşdırma nəticəsində İddiaçı azyaşlı qızı X1 az ağır və ağır zərər vurulması, hər hansı zor tətbiq olunması müəyyən edilməmişdir. İddiaçı həyat yoldaşı Cavabdeh boşandıqdan sonra onların birgə nikahından olan azyaşlı qızı Fidan arabir atasının yanında qalırmış. Mətinin yeni ailə qurduğu Vüsalə adlı şəxsin azyaşlı qızının yanında etdiyi yersiz hərəkətlər onun azyaşlı qızının psixoloji durumuna təsir etməsi nəticəsində onun müalicə etdirmək üçün ona maddi zərər vurmuşdur. Lakin İddiaçı uşağın xəsarəti olmadığından onun MTE-dən keçirilməsindən imtina etmişdir. Göstərilən bu xüsusatlar cinayət xarakterli deyil, mülki mübahisə xarakterli olduğundan və öz həllini mülki qaydada məhkəmədə tapmalı olduğundan cinayət işinin başlamasından rədd edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 3(105)-284/2019 sasylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda qeyd edilir ki, İddiaçı xx xxx 2019-cu il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanında yaşayan Nümayəndə ünvanına gedərək ona qarşı nəlayiq söyüşlər söymüşdür. İddiaçı xırda xuliqanlığa yol verməsi faktı şikayət verən şəxsin, inzibati xəta törətmiş şəxsin və hal şahidlərinin izahatları ilə tam təsdiq edildiyindən İddiaçı Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı sübut olunmuşdur. Mülki iş materialları və tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ilkin iddiaçı və qarşılıqlı iddiaçı keçmiş ər-arvad olmuşdur. Onların yetkinlik yaşına çatmayan 1 uşaqları vardır. Qarşılıqlı iddiaçı ilkin iddiaçıdan boşandıqdan sonra yeni ailə həyati qurmuş və 1 uşağı dünyaya gəlmişdir. İşin faktiki halları aşağıdakılardan ibarətdir: 1) İlkin iddiaçı- cavabdehin onu səbəbsiz yerə boşamasına, qızının atasının ikinci nikahdan uşaq dünyaya gətirməsinə görə qızının və dolayısı ilə özünün psixoloji stres yaşamasına, qızının atasını uzun müddətdir görmədiyinə görə depresiyaya düşməsinə bunun nəticəsində onun və qızının psixoloji sarsıntı keçirtməsindən dolayı ona mənəvi zərər dəydiyinə görə cavabdehdən 30000 manat təzminat tələb edir. İddiasını cavabdehin onu səbəbsiz yerə boşaması və qızına dayə kimi təqdim etdiyi qadınla evlənməsini və həmin nikahdan uşaq dünyaya gətirməsiylə və bunun nəticəsində psixoloqa ehtiyacının yaranması ilə əsaslandırır. İlkin iddia üzrə cavabdeh iddianı qəbul etmir. 2) Qarşılıqlı iddiaçı- onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna toxunan məlumatların kütləvi informasiya vasitələrində təqzib edilməsini və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 80000 manatın və vicdansızcasına əsassız iddia verdiyi üçün 20000 manatın cavabdehdən tutulmasını tələb edir. İddiasını cavabdehin kütləvi informasiya vasitələrində yalandan onun itkin düşməyi, axtarışda olmağı, aliment ödəməməyi, həyat yoldaşı haqqında təhqiramiz(dayə və.s) ifadələr işlətməyi, guya qızının psixoloji strese və xəstəliyə salması və sairə barədə yalan və həqiqətə uyğun olmayan sair məlumatları yayması, vəkilini hədələməsi, yalan məlumatların nəticəsində “səni axtarıram” verilişində aparıcının onun haqqında ələsalıcı və həqiqətə uyğun olmayan ifadələr( “keçmiş həyat yoldaşından və uşağa aliment verməkdən canını qurtarmaq istəyən”) işlədilməsinə görə onun şərəf və ləyaqətinə toxunması ilə əsaslandırmışdır. Cavabdeh iddianı qəbul etmir və iddiaya etirazını onunla əsaslandırır ki, o iddiaçını təhqir etməmişdir, “Səni axtarıram” verilişində xoşuna gəlməyən ifadələr vardırsa ona qarşı iddia versin. Cavabdeh axtarması həqiqətdir, belə ki, onun əmək haqqının yüksək olduğunu bilirdi və o əmək haqqını gizlədirdi və daima xarici ölkələrdə işlədiyinə görə onu tapa bilmirdi və hansı dövlətdə, hansı şirkətdə, nə qədər əmək haqqı almasını müəyyən etmək üçün onu axtarırdı. Vəkili onun nümayəndəsidir, o vəkilinin yox. Vəkilinə qarşı təhqiramiz ifadələr olubsa əsl iddiaçı o deyildir. Məhkəmə hesab edir ki, hər iki tələb üzrə aşağıdakı hüquqi dəyərləndirilmə aparılmalıdır. Nəzərə alınmalıdır ki, ilkin iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1097-ci maddəsi təşkil etdiyi halda, qarşılıqlı iddia ərizəsinin hüquqi əsasını Mülki Məcəllənin 1097 və 23-maddəsi təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli Qərarina əsasən mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X15 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X15 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və X15 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi ay-dın-laşdırılmalıdır. Məhkəmə qeyd edir ki, ilkin iddiaçı cavabdehin onu səbəbsiz boşamasını və başqa şəxslə evlənməsini, evləndiyi qadının xx xxxx 2007-ci il təvəllüdlü X10 qarşı kobud davranışlarına biganə qalmasından mənəvi sarsıntı və iztirab ke-çir-məsini iddia etsə də, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim eməmişdir, eyni zamanda iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi təsdiq olunmuş olsaydı belə, bunun cavabdehin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyi sübut edilmir. Belə ki, nikaha daxil olmaq, nikahı pozmaq, yenidən ailə qurmaq, uşaq dünyaya gətirmək tərəflərin iradəsindən asılı olan məsələdir, cavabdehin bu əməlində hər hansı hüquqa zidd hal yoxdur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi sübut edilmədiyindən rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh şərəfi, ləyaqəti və işgüzar nüfuzuna toxunan məlumatları təkzib etməyə məcbur edilməsini və bu məlumatlar nəticəsində ona mənəvi zərər dəyməsini cavabdehin onun və ailəsinin nüfuzunu ləkələyən məlumatlar yayaraq onları qonşular arasında alçaltması, polis orqanlarına, məhkəmələrə əsassız yerə çağırılmalarına səbəb olaraq, onların ailəsinin şərəfini və ləyaqətini ləkələməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 1-ci və 2-ci hissələrində qeyd edilmişdir ki, Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin ifadə olunmuş mövqeyinə görəAzərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasənəsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. İnsan Hüquqlarının və X5 X2 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Konvensiyanın 17-ci maddəsində həmçinin hər hansı bir dövlətin, qurumun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüquqlardan sui–istifadənin qadağan olunması kimi qiymətləndirilir. Avropa Konvensiyasının 10-cu maddəsinin müddəası Avropa Məhkəməsinin 1998-ci il 8 iyul tarixli Linqensin Avstriya dövlətinə qarşı iddiasına dair iş üzrə qəbul olunmuş qərarının əsasını təşkil etmişdir. Qərarda fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin aparıcı dayaqlarından biri olmaqla onun tərəqqisi və cəmiyyətin hər bir üzvünün özünü ifadə etməsi şərtləri kimi qəbul olunur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır. Qanuna görə məhkəmələr şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç məsələni – 1. məlumatın fiziki şəxsin şərəf və ləyaqətini, habelə fiziki və hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələməsini; 2. yayılmış məlumatın doğru olmamasını; 3. belə məlumatın real olaraq yayılmasını aydınlaşdırmalı, onlara məcmu halında qiymət verməlidirlər. Məhz bu üç hal təsdiq edildiyi halda məhkəmə şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi barədə iddianı təmin edir. Qeyd edilən üç haldan biri olmazsa, iddia təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı televiziya verilişində iştirak etməsi və Cavabdeh axtarılması ilə bağlı müraciəti Cavabdeh şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatların kütləvi informasiya vasitələrində yayılması kimi qiymətləndirilməməlidir. Belə ki, iş materiallarına əlavə edilən “CD” disklərində olan televiziya verilişinin görüntülərinə baxılan zaman İddiaçı efir zamanı çıxışında Cavabdeh şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən ifadələrdən istifadə etmədiyi müəyyən olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən hansı məlumatların yayılmasını, onun mənəvi sarsıntı və iztirab ke-çir-məsinin, mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunmasının sübuta yetirilməsi üçün isə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Məhkəmə eyni zamanda qarşılıqlı iddiaçının cavabdehin onun vəkilini təhqir etməsinə görə ona mənəvi zərər dəyməsini, mənəvi sarsıntı və iztirab keçirməsini inandırıcı hesab etmir. Belə ki, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün göstərilən hal ona mənəvi zərər vurulması hesab oluna bilməz. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Eyni zamanda məhkəmə qarşılıqlı iddianın vicdansızcasına iddia verilməsinə görə onun xeyrinə 20000 manat pul tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. İddianın mahiyyətindən ilkin iddiaçının vicdansızcasına iddia verməsi halı müəyyən edilmir. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddianın məhkəmə qaydasında sübuta yetməməsi onun vicdansızlığına dəlalət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi”tələbinə dair ilkin iddiası rədd edilməli, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-852/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-852/2020
28.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver