Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-859/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Firuddin qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Firuddin qızının Cavabdeh qarşı girov qoyulmuş 250 qram qızıl-zinət əşyalarının tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firuddin qızı Cavabdeh qarşı girov qoyulmuş 250 qram qızıl-zinət əşyalarının tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ilin axırlarında ailəsinin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq ona və ailəsinə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymaqla pul götürüb, problemlərini həll etməyə çalışmışdır. O, Nizami rayonunda Neftçilər metrostansiyasının çıxacağında lombarda və Nəsimi rayonunda H.Əliyev adına sarayın yanındakı lombarda müxtəlif vaxtlarda, yəni 2013-cü ilin ortalarından başlayaraq, qızıl-zinət əşyalarını girov qoyub, pul götürürdü. Götürmüş olduğu kreditin faizini hər ay 8-10 olmaqla qaytarırdı. İddiaçının maddi vəziyyəti getdikcə çətinləşirdi. İngilis dili tədris etdiyi məkanda Zəhra Paşayeva adlı qadın onun vəziyyəti ilə tanış olaraq məsləhət gördü ki, qızıllarını lombarddan götürüb, onun tanışı olan “İradə” adlı qadının yanına girov qoyub, pul götürsün. O, bildirdi ki, İradə götürmüş olduğu qızıllarının müqabilində lombarda nisbətən aşağı faiz alacaq. Zəhra iddiaçını Cavabdeh ilə tanış etdi. İddiaşə İradə ilə danışıb, razılığa gəldi. İddiaçı Cavabdeh bildirdi ki, maddi vəziyyətinin pis olduğundan lombarddan kredit kimi götürdüyü pulları qaytara bilməyəcək. İradə söz verdi ki, qızıl-zinət əşyalarına görə lombardlardan aldığı kreditləri o, özü qaytaracaq və həmin qızl-zinət əşyalarını özündə saxlayıb, əvəzində iddiaçıdan hər ay aşağı faizlə ödəniş alacaq. O, həmçinin bildirmişdir ki, gecikmələrə görə iddiaçıdan əlavə pul istəməyəcək. 2014-cü ilin əvvəllərində onlar Cavabdeh ilə birlikdə əvvəlcə Nəsimi rayonundakı lombarda getdilər. Cavabdeh iddiaçının lombardlara olan borclarının bir hissəsini ödəyərək (özündə olan pula uyğun), girov kimi qoymuş olduğu qızıl-zinət əşyalarının bir qismini lombarddan götürmüşdür. Qızıl-zinət əşyalarının bir hissəsi lombardda qalmışdır. Həmin vaxtdan başlayaraq iddiaçı Cavabdeh hər ay 300-400 manat faiz ödəyirdi. Bəzən olurdu ki, iddiaçı faizi vaxtında ödəyə bilmirdi. Belə olan vaxtlarda Cavabdeh ona deyirdi ki, iddiaçının onda olan qızıllarını satıb, faizlərin əvəzinə götürməklə əvəzləşmə aparıb. İddiaçı ona əvvəllər belə danışmadıqlarını bildirib ona etiraz edəndə, o, Gürcüstanlı olduğunu bildirərək, Respublika Prokurorluğunda yüksək vəzifədə işləyən yerlisinin adından iddiaçıya hədəqorxu gəlirdi. Cavabdeh iddiaçının pulları vaxtında verməyəcəyi tədqirdə onun övladlarına pislik etdirəcəyini bildirirdi. 2015-ci ilin əvvəllərindən Azərbaycan manatının dollara olan məzənnəsində əsaslı dəyişikliklər baş verdikdən sonra iddiaçı lombardlara və Cavabdeh faizləri və borcu ödəməyə çətinlik çəkməyə başladı. Cavabdeh iddiaçının ödəmə qabiliyyətinin aşağı olduğunu görüb, yenidən iddiaçıya təklif etdi ki, lombardlarda qalan qızılları götürək və özünü iddiaçının qayğısına qalan kimi göstərərək etibarından suiistifadə edərək iddiaçını bir daha aldatdı. Cavabdeh həmçinin iddiaçının düşdüyü çətin vəziyyətdən məharətlə istifadə edərək, ona qarşı bir daha dələduzluq etdi və iddiaçının lombardda olan qızıl-zinət əşyalarını mənimsədi. Cavabdeh iddiaçının qızıl-zinət əşyalarını mənimsədikdən sonra onda olan qızıllarını hissə-hissə faizlərin əvəzinə mənimsəməyə başladı. İddiaçı hər dəfə ona hərdən gecikmələrdə də olsa faiz və pulun özünü ödəyirdi. O, faiz gecikmələrinə görə iddiaçını yüksək vəzifədə olan yerlisi ilə qorxuzub, şantaj edərək susmağa məcbur edirdi. İddiaçının hal-hazırda Cavabdeh təxminən 250 qram qızıl-zinət əşyaları qalmışdır. xx xxxxxxxx 2016-cı il tarixdə Cavabdeh iddiaçını hədələyərək, şantaj edərək guya 7000 manat faiz borcunun yarandığını və həmin məbləğin təcili verməyini tələb etdi. İddiaçı ondan xahiş etdi ki, onda olan qızıllarını qaytarsın, iddiaçı da qızılları satıb onun faizini versin. Ancaq o, qızılları qaytarmadı və iddiaçını məcbur etdi ki, onunla evinin yanındakı notariusa gedib borc müqaviləsi bağlasın. Bundan sonra onlar 7000 manatlıq borc müqaviləsi bağladılar və Cavabdeh onun qızıl əşyalarını qaytarmaqdan tamamilə imtina etdi. Cavabdeh hərəkətləri, onun iddiaçı kimi pis vəziyyətdə olan vətəndaşları aldadaraq, onlara dələduzluq cinayətləri etməsi barədə onun yaşadığı ərazi polis bölməsində, yəni 19-cu PB-də çoxlu materiallar olmuşdur. İş materiallarından görünür ki, İddiaçı Firuddin qızı xx.xx.2020-ci il tairxdə məhkəməyə poçt vasitəsilə müraciət edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Firuddin qızı iştirak etməmiş, Cavabdeh nümayəndəsi və vəkili Vəkil isə işin baxılmamış saxlanılmasına etiraz etmiş və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firuddin qızı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı məhkəməyə bildirdi ki, işin baxılmamış saxlanılmasına dair ərizəni məhkəməyə o göndərməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-592/2020 saylı qərarının surətini məhkəməyə təqdim etdi. Həmin qərarda aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdeh İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı 6500 manat əsas borcun, hüquqi xidmət üçün ödənilmiş 700 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7230 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Firudun qızı ilə aralarında notarial qaydada bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 7000 manat borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borcu xx xxxxxxxx 2017-ci il tarixədək tam olaraq qaytaracağı barədə öhdəlik götürmüş, lakin öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Belə ki, cavabdeh 7000 manatborcun yalnız 500 manatını xx xxxxxx 2017-ci il tarixdə qaytarmışdır. Əvvəllər cavabdehdən öz üzərinə düşən öhdəliyi yerinə yetirməsini tələb etdikdə ondan hər dəfə 10-15 gün vaxt istəmiş, lakin 2018-ci ilin əvvəllərində cavabdehdən pulunu istəyərkən müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmağa başlamışdır. Cavabdehin pulunu qaytarmayacağını görüb hüquqi yardım almaq üçün “xxxx” MMC ilə hüquqi xidmət müqaviləsi bağlamışdır. Mübahisəni məhkəmədən kənar (pretenziya) qaydasında həll etmək üçün cavabdehə rəsmi qaydada müraciət etsə də, lakin cavabdeh yenə də borcu qaytarmamışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh İddiaçı iddianı qəbul etməyib izahatında göstərmişdir ki, o, iddiaçı Cavabdeh 7000 manat məbləğində kredit götürmüşdür. Lakin iddiaçı Cavabdeh iddia ərizəsində borcun yalnız 500 manatını qaytardığını qeyd etmişdir. O, iddiaçıya birinci dəfə 2500 manat vermiş və xəstə olduğu zaman evlərinə gedərək 1500 manat da vermişdir. O, həmin kredit müqaviləsində götürdüyü borc məbləğinə görə iddiaçıya faiz borcu da ödəmişdir. ... Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu E.Qurbanov tərəfindən təsdiqlənmiş notariat kontorunda bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 7000 manat borc pul vermiş və İddiaçı 7000 manat məbləğində pulu xx xxxxxxxx 2017- ci il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin direktoru N.Verdiyev tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2018ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh tərəfindən Cavabdeh olan 7000 manat borc 10 gün müddətində ödənilməzsə, məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən yazılmış xx xxxxxx 2017-ci il tarixli pretenziyaya görə İddiaçı xx xxxxxx 2017-ci il tarixdə 500 manat borcundan qaytardığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir”. Həmin iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı yaranmış borca görə 6500 manat və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-2060/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10369/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003- cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, özü də qızıllarını verərək Cavabdeh borc pul almışdır. Sonradan Cavabdeh ona qızıllarını qaytarmaqdan imtina etdikdə polisə müraciət etmiş və qızılların verilməsini təsdiq edən kamera görüntüləri olduğuna görə, qızılların ona qaytarılması təmin edilmişdir. İddiaçı Firuddin qızının Cavabdeh qızıl verməsinin şahidi olmayıb, amma dəqiq bilir ki, Cavabdeh qızıl girov saxlamaqla faizlə pul verməklə məşğuldur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, bilir ki, İddiaçı Firuddin qızının Cavabdeh borcu olub və bir neçə dəfə iddiaçının cavabdehə pul verməsinin şahidi olub. Qızılların Cavabdeh verilməsini dəqiq görməsini deyə bilməz, lakin bu xüsusatın olduğunu düşünür. Belə ki, onun öz həyat yoldaşı da Cavabdeh qolbağını verərək borc pul götürmüşdür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehə 250 qram qızıl-zinət əşyalarının verilməsini iddia etdiyi halda, bunu sübut etməli idi. İddiaçı isə sübut qismində yalız onun cavadehə qızılları verdiyini təsdiq edə bilməyəm iki şahidi məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında sədrlik edənin "Hansı səbəbdən şahid X1 siz də hüquq mühafizə orqanlarına həmin vaxt müraciət edib qızıllarınızı tələb etməmisiniz" sualına iddiaçı belə cavab vermişdir ki, cavabdehlə çörək kəsiblər və ondan polisə şikayət etmək istəməyib. Nəzərə alınsa ki, tərəflər arasındakı yuxarıda istinad edilən mübahisə 2018-ci ildən artıq məhkəmənin araşdırma predmeti olmuş, məhkəmə iddiaçının dediklərinə tənqidi yanaşır. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-859/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-859/2021
04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver