Məhkəmə qərarları › İş №2(001)-87/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-87/2025

15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-87/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı2 və onun vəkili Vəkil2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı “orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin boşaldılması, evdən məhrum edilməyə qədər mövcud olmuş vəziyyətin bərpası, qanunsuz yazılmış əmrin silinməsi, ekspertin müəyyən etdiyi vəsaitin X1 verilməsi, əmək kitabçasının düzəldilərək, təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra tələbi dəqiqləşdirməklə məhkəmədən ünvan 1 ünvanındakı zavodun ailəvi yataqxanası olan(sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki nömrəsi 305 olan mənzilə dair Cavabdeh5 adına verilmiş 637A nömrəli, xx.xx.2003-cü il tarixli orderin ləğv edilməsi və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilərək həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonuncu məhkəmə iclasında İddiaçı2 206-cı mənzilə dair də məhkəmə tərəfindən araşdırma aparılmasını xahiş etsə də, İddiaçı1 nümayəndəsi, vəkili hüquqlarını müdafiə etdiyi şəxsdən həmin mənzilə dair tələb irəli sürməsi barədə hər hansı tapşırıq almadığını bildirmişdir. İddiaçı2 isə digər iddiaçıya münasibətdə yaxın qohumu olmadığına(nikahları pozulmuşdur) görə nümayəndəsi qismində onun adından ərizə vermək səlahiyyətinin olmaması izah edilmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, uzun müddət iddiaçılar İddiaçı2 və həyat yoldaşı İddiaçı1 B. Sərdarov adına Maşınqayırma zavodunda işləmiş və ev növbəsində olmuşlar. Həmin vaxt onlara Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs. Z.Qəmbərov küçəsi ev 9 ünvanındakı zavodun ailəvi yataqxanası olan(sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki mənzil nömrəsi 305 olan mənzil onların istifadəsinə verilmiş və 1993-cü ilədək həmin mənzildə yaşamışlar. 1993-cü ildə məlum hadisələrlə bağlı evdə olmadıqları müddətdə onların mənzillərinə və digər mənzillərə məcburi köçkünlər daxil olmuş və yaşamağa başlamışlar. Bundan sonra Ölkə başçısının məcburi köçkünlərin məskunlaşdığı mənzillərdə çixarılmasının dayandırılması barədə sərəncamı olduğundan məcburi köçkünlərin çıxarılması mümkün olmamışdır. Lakin, bu yaxınlarda məlumat almışlar ki, mənzillərindəki məcburi köçkünlər evi tərk etmiş Cavabdeh4 onların mənzilini zəbt edərək saxta sənədlər əsasında mənzili özəlləşdirmişdir. Belə ki. Cavabdeh4 adına order verilmədən heç bir hüquqi əsası olmayan sərəncam verilmişdir ki, həmin sərəncam inzibati qaydada məhkəmədə mübahisələndirilmişdir. Təqdim olunan sənədlərdən aydın olur ki, onlara aid olan 305 nömrəli mənzil 637A nömrəli orderlə Cavabdeh5 adına yazılmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. İddiaçı2 izahatında bildirmişdir ki, 1980-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində və bununla yanaşı, 12 il MKİS-də işləmişdir. Qeydiyyata alınmadan MKİS-də və bağçada işləmişdir. Daha sonra iş yeri zavoddan MKİS-ə dəyişdirilmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona ev verdikdən sonra təhlükəli sexdən 9 saylı yataqxanaya dəyişilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 1980-ci il tarixdən işləmiş və 1989-cu il tarixdə ona ev verilib, sonra qeydiyyata alınıb və 9 saylı yataqxanaya dəyişilib. 1990-cu il tarixdən sonra qeyri-rəsmi işləmişdir. MKİS-dən ona 7 saylı binanın 135 saylı mənzili və həmin mənzillə bağlı order verildi. Həmin verilən ev hələ boşaldılmadığı üçün yataqxanada yaşamışdır. 1990-cı il tarixdə 206 saylı mənzilə, 1993cü il tarixdə isə onun yaşadığı mənzilə qaçqınlar girdilər. İddiaçı1 orderi əlinə gəlməyib. Həmin vaxt heç kimin qeydiyyatında otaq nömrəsi yazılmırdı. Cavabdehin nümayəndəsinin atası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməyib. Ona həmin yataqxanadan necə ev verilib bilmir.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, Cavabdeh4 qayınatasını adına saxta order verilmişdir. Daha sonra Cavabdeh4 qayınatası isə izi itirmək üçün mənzili gəlini olan Cavabdeh4 adına keçirmişdir. Onlara verilən mənzillərdə məcburi köçkünlər yaşadıqlarından ümumilikdə 31 ədəd order xx.xx.2014-cü il tarixdə "B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC tərəfindən 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə təhvil verilmişdir. Cavabdeh1-i saxta arayış vermişdir. Ona görə də, cavabdeh qismində cəlb etmişdir. Lakin əsas saxtakar "B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC-dir. Orderin verilməsi ilə bağlı İcra Hakimiyyətinin hər hansı bir qərarı yoxdur. Bununla bağlı İnzibati Məhkəmənin hakimi tərəfindən sorğular göndərilmiş, sorğuya cavab olaraq qərarın olmadığı və orderlərin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə verildiyi müəyyən olunmuşdur. "B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC tərəfindən təhlükəli sexdə işlədiyi üçün ona 3 otaqlı mənzilin verilməsini, lakin mənzildə məcburi köçkünlərin yaşamasını əsas gətirərək günahlarının olmadığı bildirilmişdir. "B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC həmçinin ona evini tələb etməyi bildirmişlər. Məmmədqulu adlı şəxsə order 2018-ci ildən sonra verilmişdir. Çünki onlar 2018-ci ildə Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən onlara verilən arayışda mənzildə hələ də məcburi köçkünlərin yaşadığı qeyd edilmişdir. Məcburi köçkünlər mənzildən 2018-ci ildə çıxmışlar. Bundan başqa həmin ərəfədə "B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC-nin mənzilə dair heç bir səlahiyyəti də olmamışdır. Məmmədqulu adlı şəxs orderin tarixini əvvəlki tarixə yazdırmışdır. 1976-cı ildən 1993-cü ilədək mübahisəli mənzildə yaşamışlar. Mənzildən məcburi köçkünlər 2018-ci ildə çıxmışlar. Bu barədə iş materiallarında Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin arayışı vardır. Onlara aid olan orderi heç kim ləğv edə bilməz. Mənzili "xxxx" X16 Cəmiyyəti tərəfindən onlara order əsasında verilmişdir. Cavabdeh5 xx.xx.2003-cü il tarixdə verilən 637 a nömrəli order qanunsuzdur Binaya qaçqınlar girəndən sonra icra hakimiyyət tərəfindən 71A saylı mənzilin 8 saylı mənzilinə yerləşdirilmişdir. Çünki, qaçqınlar yardımlara görə bir yerdə yerləşməli idilər. Daha sonra order tələb etdiyinə görə və qaçqınların çıxarılmasına icazə verilməməsinə görə evinə yaxın olması üçün icra hakimiyyəti onu işçi kimi zavoddan MKİS-ə işə götürmüşdür. Əri ilə subay vaxtlarından həmin zavodda işləmişlər. Hətta əri ondan daha əvvəldən 1976-cı ildən zavodda işləmiş və ev növbəsində olmuşdur. 1981-ci ildə əri ilə evlənmişlər, 1989-cu ildən isə nikahları pozulmuşdur. Ərinə otaq 1978-ci ildən verilib. Ailə üzlərinin sayına görə ona otaq verilməsi üçün boşanmışlar. Ona verilməli olan orderi öz gözləri ilə görüb. Zavodun jurnallarında ona verilməli olan otaqla bağlı qeydiyyatlar vardır. Bakı İnzibati Məhkəməsində işə baxılan zaman zavod həmin jurnalları məhkəməyə təqdim etməmişdir. Onun evi boşalanda və əşyalar çıxarılanda X3 olmayıb. Binada 70-ci mənzilin olmadığı deyilir. Lakin ona təqdim olunan arayışda bu mənzilin mövcudluğu görünür. 1990-cı il və 1993-cü il tarixlərdə, yəni iki dəfə oraya qaçqınlar yerləşmişdir. Həmin mənzillə bağlı onun adına order yazılmışdır, lakin order şəxsən onun özünə təqdim olunmamışdır. Amma orderin mövcud olduğunu bilir. "xxxx" X16 Cəmiyyəti həmin jurnalları qəsdən məhkəməyə təqdim etməkdən yayınırlar. Həmçinin onlar əmək kitabçasını da vermək istəmirlər. 1990cı ildə həm MKİS-də, həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. O, iki yerdə işlədiyi üçün ona iki mənzil verilməli idi. Onların mənzillərinin sahəsi 18 kv.metr idi. Bu isə ailələri üçün balaca olduğundan, ikinci mənzili almışdır. 1989-cu ilin sonlarında nikah pozulub. 206 saylı mənzili yoldaşına verdilər. Özü isə 305 saylı mənzildə qalmışdır.1989-cu ildə order veriləndən qeydiyyata alınmış, həmin ildə ona 305 saylı mənzillə bağlı order verilib. Ona orderi nikah pozulandan sonra verilmişdir. 1989-cu ildə order olmayıb, razılıq sənədi olmuşdur. 1990-cu ildə 206 saylı mənzilə qaçqın girdi və mənzilini tələb etdiyi zaman onu 71 saylı mənzilə köçürdülər. 1992-ci ildə ona 135 saylı mənzillə bağlı order verdilər. 135 saylı mənzilin orderini başqa şəxsə vermişdir. Orada hazırda başqa ailə yaşayır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 izahatında bildirmişdir ki, evlə bağlı hansı hüquqmüəyyənedici sənədlər əsasında rəsmiləşdirmə aparıldığını bilmir. Dəqiqləşdirmişdir ki, MKİS-də olan iş yerindən Şəfa xanıma ev verilib. Şəfa xanım müəyyən müddət orada yaşayıb və sonra qeydiyyatdan çıxıb. Bir şəxsə iki order verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Təmannasız olaraq bir şəxsə bir mənzil verilir. Əgər iş yerindən xidməti mənzil verilibsə, iş yeri dəyişilən zaman həmin mənzil təhvil verilməlidir. Həmin mənzil müstəsna hallarda özəlləşdirilə bilər. Əgər vətəndaşa yeni bir order verilirsə, əvvəlki xidməti mənzillə bağlı verilən order qüvvəsini itirir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak eddən iddiaçının vəkili Vəkil2 izahatında bildirmişdir ki: mübahisəli mənzilə dair order ilkin olaraq İddiaçı2 yoldaşı İddiaçı1 verilmiş, lakin həmin ərəfədə mənzildə məcburi köçkünlər yaşadıqlarından "xxxx" X16 Cəmiyyəti tərəfindən mənzildən məcburi köçkünlər çıxarılandan sonra hüquqlarını müdafiə etdiyi şəxsin köçürüləcəyi barədə məlumat verilmişdir. Mübahisəli mənzildən məcburi köçkünlərin çıxması və mənzilin başqa şəxsə verilməsi haqda hüquqlarını müdafiə etdiyi şəxsin məlumatı olmamışdır. Onların tələb etdikləri jurnallar daxili sənədləşməyə aiddir və həmin jurnallar heç kimə verilmir. Keçən iclasda üçüncü şəxsin nümayəndəsi bildirdi ki, orderlər verilib və həmin orderlər arasında İddiaçı2 xanımın adı yoxdur. O sənədlər onların özündə qalmalıdır. Onlar məsuliyyəti üzərlərində atmağa çalışırlar. Onlarda bölgü jurnalları var. Niyə təqdim etmək istəmirlər bilmir. Məhkəmə gedişatı zamanı mənzilin order əsasında Məmmədqulu adlı şəxsə verildiyi və mənzilin həmin şəxs tərəfindən də gəlini Cavabdeh4 bağışlandığı müəyyən olunmuşdur. Mübahisəli mənzilə dair order əvvəl İddiaçı2 yoldaşına verilmiş, lakin həmin ərəfədə mənzildə məcburi köçkünlər yaşadıqlarından "B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC tərəfindən mənzildən məcburi köçkünlər çıxarılandan sonra hüquqlarını müdafiə etdiyi şəxsin köçürüləcəyi barədə məlumat verilmişdir. Mübahisəli mənzildən məcburi köçkünlərin nə vaxt çıxması, mənzilin başqa şəxsə verilməsi barədə İddiaçı2 xəbəri olmamışdır. Sonradan İddiaçı2 məlum olmuşdur ki, mənzilə eyni statusa malik iki order verilmişdir. Məhkəmənin digər hakiminin icraatında olan zaman iddia tələbinin dəqiqləşdirilməsi üçün ilkin və sonrakı orderin kimlərə verilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilmiş, məhkəmə tərəfindən vəsatəti təmin edilərək, "B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC-yə sorğu göndərilmişdir. Hazırda balans sahibi 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyidir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X5 izahatında bildirmişdir ki, 206 saylı mənzildə 2000-ci ildən əvvəl, təqribi olaraq özü 6-7-ci sinifdə oxuduğu dövrdən yaşayırlar. O, doğulmamışdan əvvəl atası zavodda işləyib.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X5 izahatında bildirmişdir ki, atası "xxxx" MMC-nin işçisi olmuşdur. Mübahisəli mənzil order əsasında iddiaçının qeyd etdiyi tarixdən əvvəl atasına verilmişdir. Lakin mənzildə məcburi köçkün ailəsi məskunlaşdığından onları mənzildən çıxara bilməmişlər. Həmçinin məcburi köçkün ailəsi özləri də mənzildən çıxacaqlarını bildirmişdilər. O ailə qurduqdan sonra evləri kiçik olduğundan atası zavodun rəhbərliyinə müraciət edərək, hansı formada olursa olsun, mənzillə təmin olunmağı xahiş etmişdir. Bundan sonra 2008-ci ildə məcburi köçkünlər mənzildən çıxdılar və həmin ildə mənzili onlara verdilər. Mənzili yüngül təmir etdikdən sonra 2009-cu ildə mənzilə köçmüşlər. İnzibati Məhkəmədə çıxarılan bütün qərarlar onun xeyrinə çıxarılmışdır. Bundan başqa bir nəfər qonşu belə mənzilin iddiaçılara məxsus olması faktını təsdiq etməmişdir. İddiaçıların apellyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Mənzil onlara verilən zaman atası "xxxx" MMC-də işləyirdi. Həmçinin bildirmək istəyir ki, "xxxx" MMC bağlandıqdan sonra işçilərin əksəriyyətini “X17” MMC-də işlə təmin olundular və atası da hazırda “X17” MMC-də işləyir. Mübahisəli bina əvvəllər subaylar binası deyə tanınıb. Bunu hələ orada lap əvvəldən yaşayanlardan öyrənmişdir. Binanın 1-3 mərtəbələrində subaylar yaşamışlar. Bir otaqda 3-4 nəfər yaşamışlar. Yuxarı mərtəbələrdə isə ailələr yaşamışdır. Atası zavodda işləyəndən orada ev növbəsinə dayanır, bir neçə ev təklif ediləsə də, razılaşmır. Sonuncu dəfə yataqxanadan təklif edilir və atası razılaşır. Əlavə otaq kimi 305 saylı otaq verilir. Atasına verilən 206 saylı mənzilin orderi 2003-cü ildən yazılsa da, 2008-də verilib. Belə ki, ailənin genişləndiyinə görə ikinci otaq verilməli idi. Lakin zavod qaçqınların boşalmasından sonra veriləcəyini bildirmişdir. Orderin nömrəsini bilmir. 637 a kimi mənzlin göstərilməsinə əsas bir adama iki mənzilin verildiyi zaman həmin mənzilləri A-B deyə ayırırdılar.

11. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh 78 saylı MKİS-nin sahə nəzarətçisi X3 izahatında bildirmişdir ki, 1998-ci ildən 78 saylı MKİS-də işləyir. Sözügedən binanı 2014-cü ildə balansa qəbul etmişlər. X9 dövründən qalma adətə görə işləmək üçün yataqxana qeydiyyatı tələb olunurdu. İşləmək istəyən adamlar binanın özünə qeydiyyata düşürdülər. Mənzilə qeydiyyata yox. Həmin dövrdə orderi olanlarda, olmayanlarda və hətta qaçqınlarda məskunlaşmış olduğundan orderləri olanları baxıb onları vətəndaşlara geri qaytarmışlar. Belə ki, özəlləşmə ilə bağlı məsələləri tənzimləmək başqa cür mümkün olmayacaqdı. Həmçinin vətəndaşlar özləri, orderlərini aiddiyyəti qurumlara vermək üçün tələb edirdilər. Onlarda Forma A adlanan sənəd var ki, həmin sənəddən şəxsin binaya qeydiyyatının olub-olmadığı aydın görünürdü. Orderi olanlarda isə mənzil nömrəli dəqiq göstərilirdi. İddiaçını həmin binada ümumiyyətlə görməyib. Binada 70-ci otaq kimi otaq olmayıb. Hər mərtəbədə 20 otaq olub.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

13. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən vətəndaş İddiaçı1 ünvanlanan xx.xx.2018-ci il tarixli, 01/7015 saylı məktubda göstərilir: Sizin, mülkiyyətinizdə olan mənzildə məskunlaşmış məcburi köçkün ailəsinin başqa yaşayış sahəsi ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış, Azərbaycan Respublikasının Qaçqıların və X7 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2011-ci ilin 21 fevral tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr təsdiq edilmişdir. Həmin “Əlavə”lərin 1.4-cü bəndində Bakı və Sumqayıt Şəhərlərində başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələrin köçürülməsi nəzərdə tutulmuşdur. “Dövlət Proqramı”na edilmiş “Əlavələr” icra olunarkən müraciətinizə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır.

14. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı evin 35 saylı mənzilinə kirayə müqaviləsinin bağlanılması barədə müraciətinə baxılmış, həmin ünvanda yerləşən keçmiş yataqxana binasının əvvəllər məxsus olduğu "xxxx" X16 Cəmiyyəti tərəfindən qeyd edilən mənzilə dair digər şəxsin adına xx.xx.2003-cü il tarixli, 637a saylı orderin verildiyi qeyd edilir.

15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.1990-cı il tarixli, 1200 saylı arayışda göstərilir ki, İddiaçı2 Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır.

16. Kirov rayon JEK (MKİS) tərəfindən Binəqədi rayon İcraiyyə Komitəsinə ünvanlanan xx.xx.1990-cı il tarixli vəsatətdən görünür ki, Kirov rayon MKİS boş olan xidməti mənzilin işçi İddiaçı2 Qadir qızına ayrıldığını, eyni zamanda hazırda İddiaçı2 Qadir qızının B.Sərdarov adına zavodun balansında olan yataqxada özü və 3 övladı ilə birlikdə yaşadığını qeyd edir.

17. ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının (1980-1993 ixtisarla) surətindən görünür ki, İddiaçı1 1991-ci ildə B.Sərdarov adına maşınqayırma zavodunda şkaturçu vəzifəsinə keçirilmişdir,1993-cü ildə isə köçürülmə ilə əlaqədar işdən azad olunmuşdur.

18. ИТ-İ seriyalı, ******* saylı İddiaçı2 əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildə müvəqqəti olaraq Kirov rayonunda sanitarka vəzifəsinə götürülmüş, daha sonra xadiməçi vəzifəsinə müvəqqəti keçirilmiş, 1988-ci ildə öz ərizəsi ilə 135 nömrəli məktəbə köçürülmüş, 1988-ci ildə texniki işçi vəzifəsindən azad edilmiş, 1989-cu ildə 1 nömrəli zavoda “dvornik” vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixindən işçi kimi köçürmə yolu ilə Kirov rayon 1 saylı JEK-ə işə qəbul edilmiş, daha sonra Jek-dən 79 nömrəli MİS-ə keçirilmiş və1993-cü ilin iyul ayında öz ərizəsi ilə işdən azad edilmişdir. Daha sonra başqa vəzifələrdə çalışmışdır.

19. 78 saylı MKİS tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 869 saylı arayışdan görünür ki, İddiaçı1 Z.Qəmbərov küçəsində 9 saylı evdə qeydiyyatdadır. (həyat yoldaşı, qızları və oğlu isə qeydiyyatsızdılar)

20. xx.xx.1990-cı il tarixli, 2926 saylı arayışdan görünür ki, İddiaçı2 Qadir qızı xx.xx.1989-cu ildən Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında, B.Sərdarov adına Maşınqayırma Zavoduna məxsus binada qeydiyyatdadır, ailəsi 4 nəfərdən ibarətdir.

21. Musayev Vəkil Abbas oğlu, X12 və X4 tərəfindən tərtib edilən xx.xx.2016-cı il tarixli aktda göstərilir: bu aktı tərtib edirik ondan ötəri ki, biz Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbə, mənzil 70-in (305 in) həqiqətən İddiaçı1, İddiaçı2 məxsus olduğuna, mənzilin tabeçiliyində olmasına, kommunal sərfiyyatların onun tərəfindən ödənildiyinə, bu gün də və yəni 27 ildir mənzilində qaçqın olduğuna, mənzilində faktiki yaşaya bilmədiyinə, mənzilinə qaçqın girməzdən öncə 1979-cu il tarixdən etibarən 70-ci mənzildə yaşadığına, 70-ci mənzildə yaşadığı müddətdə 3 övladı olduğuna, mənzilinə qaçqın girdiyi üçün də adına Order almamış olduğuna, indi həmin mənzilə dair sənədləri vaxtilə işləmiş olduğu və işlədiyi B.Sərdarov adına zavoddan ona " itmişdir" deyilməsinə, qeyd olunan ünvandakı 70-ci mənzilə dair "Order"in hökmən onun adına verilməli olduğuna, onun təcili olaraq 70-ci mənzilin içərisində yaşaması bərpa olunmalı olduğuna, MİKS-dən verilmiş olan xx.xx.1990-cı il tarixli, forma-2 tipli arayış sadalanan həqiqətə uyğun olduğuna, onun 1979cu ildən etibarən faktiki həmin ünvanda qeydiyyatda olduğuna və 30 il sahiblik etdiyi 70-ci mənzilin tam hüquqlu mülkiyyətçisi olduğuna şahidlik edirik.

22. "xxxx" TSC tərəfindən “Bakı Poladtökmə” ATSC-nin məktubu əsasında Cavabdeh5 verilən 637a saylı orderin surətindən görünür ki, “Bakı Poladtökmə” ATSC-də usta işlədiyi üçün yaşayış sahəsi ilə təmin olunması məqsədilə ona ailəvi yataqxanada M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, ünvanında mərtəbə 3, otaq 305-ə dair order verilmişdir.

23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda göstərilir: Sizin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı binanın 70-ci (yeni nömrə 305) mənzilinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə məlumatın, qeydiyyat aparıldığı halda həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin və Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı binada olan mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların surətinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzil 322 nömrəli, xx.xx.2019-cu il tarixli forma 2 arayışına, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 37/6 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına, 637a nömrəli, xx.xx.2003-cü il tarixli orderə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı binada yerləşən mənzillərə dair müvafiq sənədlərin surətini təqdim edirik.

24. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olan xx.xx.2024-cü il tarixli, 3-52-13- 14/2-147/2024 saylı məktubunda göstərilir: Bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı bina (keçmiş yataqxana) Bakı Şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2008-ci il tarixli, 548 saylı Sərəncamına əsasən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına mövcud vəziyyətdə əvəzsiz olaraq verilmişdir və Birliyin tabeliyində olan 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşir. Aidiyyəti üzrə MKİS-nin verdiyi xx.xx.2024cü il tarixli, 28/78 saylı məlumata əsasən İddiaçı1, İddiaçı2 1984-cü ildə həmin ünvana pasport qeydiyyatına düşərkən Forma "A" blankında hər-hansı bir mənzil və ya otaq nömrəsi göstərilməmişdir. Yataqxana binası balansa qəbul edilərkən şikayətçi orada yaşamırdı. İddiaçı1 iddia etdiyi 70 saylı otaq indiki 305-ci mənzil olmuşdur və həmin mənzildə yaşayan Cavabdeh4 adına özəlləşdirilmişdir.

25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-122/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanılması tələbinə dair iddia ərizəsi iddiaçıların subyektiv hüquqlarının olmaması əsası ilə mümkün sayılmamışdır.

26. Qərardadda iş materialı kimi göstərilir: - Cavabdehin tabeliyində olan birlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1984-cü il tarixdən yaşayış yeri üzrə həmin yataqxanada qeydiyyatdadır, lakin qeydiyyat zamanı hər hansı otaq göstərilməmişdir. Eyni zamanda, iddiaçı həmin yataqxanada bina təhvil verilərkən yaşamamış, həmin sahəyə dair onun adına order mövcud olmamışdır.Ümumiyyətlə yataqxana balansa götürüləndə 70 saylı mənzil olmamışdır. - 78 saylı MKİS tərəfindən Departamentə ünvanlanmış və həmin Departament tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, bina balansa qəbul edilərkən otaq nömrələri 1-ci mərtəbə üzrə 100-119, 2-ci mərtəbə üzrə 201-224, 3-cü mərtəbə üzrə 301-319, 4-cü mərtəbə üzrə 401-416, 5-ci mərtəbə üzrə 501-519 kimi olmuşdur. Həmin sənəddə göstərilir ki, 31 ədəd order yataqxanda faktiki yaşayan mənzil sahiblərinə qaytarıldığından əsli İstismar Sahəsində mövcud deyil. – Mənzil İstismar Sahəsinin 13 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, 305 saylı mənzildə məcburi köçkün məskunlaşmamış, bina balansa qəbul edilərkən üçüncü şəxslər orada yaşamış, mənzillər balansa qəbul edilərkən 3 rəqəmli nömrələnmə həmin mənzillər üçün xarakterik olmuş, 70 saylı mənzil nömrəsi olmamışdır.

27. Qərardadda məhkəmə tərəfindən işin müəyyən edilmiş halları kimi göstərilir: İddiaçıların 70 saylı mənzilin 305 saylı mənzil olması barədə hər hansı təsdiqedici sənəd mövcud olmamışdır. Belə ki, həmin binada yerləşən mənzillərə dair bina təhvil alınarkən, ümumiyyətlə nömrələnmə 3 rəqəmli aparılmışdır. Məhkəmə sorğusuna əsasən əldə edilən digər mənzillərə dair orderlərin surəti də həmin halı təsdiq etməkdədir. Ümumiyyətlə, iddiaçılar məhz 70 saylı mənzilə qeydiyyatının olmaları barədə mövqe bildirsə də, işin hallarından da görünür ki, həmin şəxslər binaya qeydiyyatda olmuş, 70 saylı mənzillə bağlı hər hansı qeydiyyat məlumatı daxil olmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, 70 saylı mənzil olub-olmaması, 70 saylı mənzil mövcud olmuşdursa həmin mənzilin üçüncü şəxslərin yaşadığı 305 saylı mənzil olub-olmaması barədə əlavə araşdırmanın aparılması ilə bağlı yerli baxış da həyata keçirilmişdir. Bina sakinlərinin iştirakı ilə yerli baxış zamanı isə məlum olmuşdur ki, istər İddiaçıların orada yaşadığını qeyd etdiyi dövr sakinlərindən, istərsə də sonrakı dövrdə orada yaşayan sakinlərdən heç biri iddiaçıları tanımamışdır. Eyni zamanda, iddiaçılardan sonra iddiaçıların iddia etdiyi 305 saylı mənzildə məcburi köçkünlərin yaşaması halı da həmin mərtəbədə uzun müddətdir ki, yaşayan qonşular tərəfindən təkzib edilmiş, üçüncü şəxslərdən əvvəl belə həmin mənzildə hər hansı məcburi köçkünün yaşamaması barədə məlumat verilmişdir. İddiaçı ilə birgə yerli baxışda iştirak etmək istəyən şəxs belə zavodda iddiaçı ilə birgə işlədiyini təsdiq etsə də, göstərilən binada yerləşən mənzildə onların yaşayış-yaşamaması barədə məlumat verə bilməmişdir. 70 saylı mənzilin adının çəkildiyi 1200 saylı 1990-cu il tarixli arayışın isə hazırkı mərhələdə işin digər halları və iş materiallarında olan sənədlərlə ziddiyyət təşkil etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, adıçəkilən mənzilin hansı mənzil olması, mənzil nömrələnməsinin 3 rəqəmli həyata keçirilməsinə baxmayaraq həmin mənzilin 2 rəqəmli nömrələnməsi barədə heç bir sənəd sübut aşkar edilə bilməmişdir ki, həmin sənədin mötəbərliyindən, məhkəməyə şahidliklə bağlı təqdim edilmiş ərizənin mötəbərliyi kimi məhkəmə hesab edir ki, söhbət gedə bilməz.

28. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-19810-4176/2018 saylı qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzilin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması və s. qərara alınmışdır.

29. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinn xx.xx.2018-ci il tarixli, 37/6 saylı sərəncamdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı evin yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 305 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) Cavabdeh4 adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilə kirayəçi hesab olunması qərara alınmışdır.

30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 adına xx.xx.2019-cu il tarixində qeydiyyatdan keçmişdir.

31. Bakı İnzibati Məhkəməsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 2-1(81)-4176/2018 saylı məktubda göstərilir: Bakı İnzibati Məhkəməsinə daxil olmuş 2(001)-380/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4176/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddi tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzilin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Ərizəçilər İddiaçı2 və İddiaçı1 üçüncü şəxs qismində cəlb edilməklə 2-1(81)-4176/2018 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 və İddiaçı1 iddiaçı Cavabdeh4 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçilər tərəfindən apellyasiya şikayəti verilmiş və iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. "Elektron Məhkəmə sistemindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2505/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçilərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

32. İddiaçı1 və İddiaçı2 B.Sərdarov adına Maşınqayırma Zavodunun işçisi olmuşlar. 78 saylı MKİS tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 869 saylı arayışa görə İddiaçı1 (qeydiyyata alındığı tarix qeyd edilməmişdir), B.Sərdarov adına Maşınqayırma Zavodu tərəfindən verilən xx.xx.1990-cı il tarixli, 2926 saylı arayışa görə isə İddiaçı2 Qadir qızı xx.xx.1989-cu ildən Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında, B.Sərdarov adına Maşınqayırma Zavoduna məxsus binada qeydiyyatda olmuşlar. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.1990-cı il tarixli, 1200 saylı arayışda göstərilir ki, İddiaçı2 Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır.

33. İddiaçı2 əmək kitabçasına görə is, o, xx.xx.1990-cı il tarixindən işçi kimi köçürmə yolu ilə Kirov rayon 1 saylı JEK-ə işə qəbul edilmişdir. JEK1-in rəisi Bakı şəhəri Kirov rayonu X10 İcraiyyə Komitəsi qarşısında İddiaçı2 xidməti mənzil ayrılması barədə xx.xx.1990-cı il tarixdə vəsatət qaldırmışdır Həmin vəsatətdə İddiaçı2 B.Sərdarov adına zavodun yataqxanasında 4 ailə üzvü ilə birlikdə yaşadığı və ona boşalmış mənzillərdə xidməti mənzil ayrılması xahiş edilmişdir. İddiaçının özü də, bu faktı etiraf etməklə bildirir ki, 1992-ci ildə ona 135 saylı mənzillə bağlı order verilmişdir. 2000-ci ilin əvvəllərində isə həmin mənzili özəlləşdirməklə satmışdır. Rayon İcraiyyə Komitəsinin arayışına görə, İddiaçı2 həqiqətən 1992-ci ildən 8-ci mkr-da yerləşən 135 saylı mənzildə qeydiyyatda olmuşdur.

34. İddiaçılar B.Sərdarov adına Maşınqayırma Zavoduna məxsus keçmiş Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında yerləşən binada qeydiyyatda olduqlarını göstərən arayışlara və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 1200 saylı 1990-cı il tarixli arayışa istinad etməklə, keçmiş otaq nömrəsi 70, hazırki nömrəsi 305 olan mənzilin onlara məxsus olduğunu iddia edirlər.

35. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olan xx.xx.2024-cü il tarixli, 3-52-13- 14/2-147/2024 saylı məktubuna görə İddiaçı1 iddia etdiyi 70 saylı otaq indiki 305-ci mənzil olmuş olsa da, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı bina (keçmiş yataqxana) Bakı Şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2008-ci il tarixli, 548 saylı Sərəncamına əsasən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərkən şikayətçi (yəni iddiaçılar) orada yaşamırdı. Sözü gedən mənzil isə orada yaşayan Cavabdeh4 adına özəlləşdirilmişdir.

36. Məhkəmə mübahisəsi dövründə müəyyən edilir ki, iddiaçılar ilk olaraq "xxxx"xxxx" Törəmə ASC-yə qarşı (üçüncü şəxs: Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək (yaşadığı əvvəl 70-ci (otaq), mənzil olub) mənzilə dair onunla cavabdeh arasında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbədə yerləşən (faktiki nömrəsi 305 olmuş) həmin mənzilə mənzil-kirayə müqaviləsi bağlanması (Order verilməsi) vəzifəsinin cavabdeh təşkilata həvalə olunması, eyni zamanda həmin mənzilə dair sənəd almış vətəndaş qanunsuz olduğu üçün sərəncamın etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, ona mülkiyyət hüququnun tanınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, mənzildən oranı qanunsuz tutmuş vətəndaşların çıxarılması, onun qeyd edilən 305-li mənzilə köçürülməsini məhkəmədən xahiş etmişlər.

37. Bakı İnzibati məhkəməsinin 2-1(112)-122/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddianın mümkünlüyü araşdırılan zaman Məhkəmə, 70 saylı mənzil olub-olmaması, 70 saylı mənzil mövcud olmuşdursa həmin mənzilin üçüncü şəxslərin yaşadığı 305 saylı mənzil olub-olmaması barədə əlavə araşdırmanın aparılması ilə bağlı yerli baxış da həyata keçirmiş, bina sakinlərinin iştirakı ilə yerli baxış zamanı isə məlum olmuşdur ki, istər İddiaçıların orada yaşadığını qeyd etdiyi dövr sakinlərindən, istərsə də sonrakı dövrdə orada yaşayan sakinlərdən heç biri iddiaçıları tanımamışdır. Eyni zamanda, iddiaçılardan sonra iddiaçıların iddia etdiyi 305 saylı mənzildə məcburi köçkünlərin yaşaması halı da həmin mərtəbədə uzun müddətdir ki, yaşayan qonşular tərəfindən təkzib edilmiş, üçüncü şəxslərdən əvvəl belə həmin mənzildə hər hansı məcburi köçkünün yaşamaması barədə məlumat verilmişdir. Hətta iddiaçı ilə birgə yerli baxışda iştirak etmək istəyən şəxs belə zavodda iddiaçı ilə birgə işlədiyini təsdiq etsə də, göstərilən binada yerləşən mənzildə onların yaşayış-yaşamaması barədə məlumat verə bilməmişdir. 78 saylı MKİS tərəfindən Departamentə ünvanlanmış və həmin Departament tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədə görə isə bina balansa qəbul edilərkən otaq nömrələri 1-ci mərtəbə üzrə 100-119, 2-ci mərtəbə üzrə 201-224, 3-cü mərtəbə üzrə 301-319, 4-cü mərtəbə üzrə 401-416, 5-ci mərtəbə üzrə 501-519 kimi olmuşdur. Həmin sənəddə göstərilir ki, 31 ədəd order yataqxanda faktiki yaşayan mənzil sahiblərinə qaytarıldığından əsli İstismar Sahəsində mövcud deyil. Mənzil İstismar Sahəsinin 13 yanvar 2023-cü il tarixli məktubuna görə isə 305 saylı mənzildə məcburi köçkün məskunlaşmamış, bina balansa qəbul edilərkən üçüncü şəxslər orada yaşamış, mənzillər balansa qəbul edilərkən 3 rəqəmli nömrələnmə həmin mənzillər üçün xarakterik olmuş, 70 saylı mənzil nömrəsi olmamışdır.

38. Hazırda isə iddiaçılar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, əslində B.Sərdarov adına zavodda işçi kimi ev növbəsində olduqlarını, onlara xidməti mənzil kimi, 70 saylı mənzilin verildiyini, 1976-cı ildən(ziddiyyətli ifadələrlə) 1993cü ilədək mübahisəli mənzildə yaşadıqlarını, 1990 və 1993-cü illərdə mənzillərinə qaçqınların girməsi səbəbində evdən çıxarıldıqlarını, mənzilə dair (özlərində olmasa belə) onlara order verildiyini, qüvvədə olan orderləri olmasına baxmayaraq, qanunsuz olaraq, Cavabdeh5 adına 637A nömrəli, xx.xx.2003-cü il tarixli order verildiyini bildirməklə, həmin orderin ləğvini, nəticələrinin etibarsız hesab edilməklə, mənzilin boşaldılmasını tələb edirlər.

39. Məhkəmə tərəfindən sözügedən orderin mövcudluğunu müəyyən etmək üçün xx.xx.2025-ci il tarixli, 2(001)-87/2025 saylı qərardad ilə cavabdeh "xxxx" MMC-dən zavodun işçilərinə mənzillərin, orderlərin verilməsinə dair məlumatları özündə əks etdirən 1988-1989-cu illəri əhatə edən jurnallar tələb edilmiş, MMC tərəfindən qərardadın icrası ilə bağlı bildirilmişdir ki, adı gedən yataqxana və onunla əlaqəli bütün sənədlər 07 may 2014cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamnetinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verilmişdir. Cəmiyyətdə adı gedən yataqxana ilə bağlı heç bir sənəd qalmamışdır.

40. Bundan başqa məhkəmə tərəfindən mübahisəli mənzilin hüquqi vəziyyətinin aydınlaşdırılması üçün aidiyyəti dövlət orqanına ünvanlanmış sorğuya cavab olaraq təqdim edilən sübutlarla müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin xx.xx.2018-ci il tarixli, 37/6 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 saylı evin yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 305 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) Cavabdeh4 adına kirayə müqaviləsi bağlanması qərara alınmış, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-19810-4176/2018 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzil Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına xx.xx.2019-cu il tarixində qeydiyyatdan keçmişdir.

41. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-19810-4176/2018 saylı qərarında qeyd edilir ki, mübahisəli daşınmaz əmlak Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 37/6 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı əsasında Cavabdeh4 ayrılsa da, həmin mənzil iddiaçının qaynatası Cavabdeh5 "xxxx" TSC tərəfindən 2003-cü il tarixli order əsasında verilmiş, Cavabdeh4 Cavabdeh5 oğlu, X5 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və o, 2008-ci ildən həmin ünvanda yaşadığından, Cavabdeh4 mübahisəli mənzilə hüquqları xx.xx.2018-ci il tarixdən deyil, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən əvvəl yaranmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

42. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Bundan başqa iddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, iddiaçıların tələbinin hüquqi əsasını 2009-cu ilədək qüvvədə olan köhnə Mənzil Məcəlləsinin aşağıda qeyd edilən müvafiq normaları təşkil edir.

45. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:(1982-ci ildə təsdiq edilmiş)

46. 35-ci maddəsinə əsasən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda və.s vətəndaşlar uçotdan çıxarılırlar.

47. 44-cü maddəsinə əsasən Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X10 icraiyyə komitəsi tərəfindən verilir.

48. 45-ci maddəsinə əsasən İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X10 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X10 icraiyyə komitəsinə məlumat verilir.

49. 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X10 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

50. 49-cu maddəsinə əsasən Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi kündən etibarən üç il ərzində irəli sürülə bilər.

51. 100-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

52. 103-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir.

53. 104-cü maddəsinə əsasən Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

54. 106-cı maddəsinə əsasən Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.

55. 107-ci maddəsinə əsasən Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

56. 108-ci maddəsinə əsasən İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

57. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə B.Sərdarov adına Maşınqayırma Zavodunun balansında olmuş ünvan 7 ünvanında yerləşən keçmiş yataqxana binasında 305 nömrəli mənzillə bağlıdır. Belə ki, iddiaçılar uzun müddət B.Sərdarov adına zavodda işlədiklərinə görə həmin mənzilin order əsasında məhz onlara verildiyini, evdə məcburi köçkünlərin məskunlaşdığına görə çıxmaq məcburiyyətində qaldıqlarını, daha sonra həmin mənzilin saxta order əsasında cavabdehə verildiyini iddia edirlər və tələblərini onlara verilən orderin ləğv edilmədən yeni orderin verilməsinin qanunsuzluğu ilə əsaslandırırlar. Bundan əlavə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən keçmiş yataqxana binasının 206 nömrəli mənzili iş materiallarında olmayan order əsasında Cavabdeh5 verilmişdir, sonuncuya ailə tərkibinin artması ilə bağlı 637 a nömrəli order əsasında 305 saylı mənzil də verilmişdir. 2008-ci ildən mənzildə yaşayan Cavabdeh5 gəlini Cavabdeh4 ilə kirayə müqaviləsinin bağlanmasına dair Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən xx.xx.2018-ci il tarixli 37/6 saylı sərəncam verilmişdir. Hansı ki, Cavabdeh4 sonradan həmin mənzilə dair məhkəmə qərarına əsasən çıxarış almışdır. Qeyd edilən sərəncam iddiaçılar tərəfindən inzibati qaydada mübahisələndirilmiş və yuxarıda göstərilən qərarlar qəbul edilmişdir.

58. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri mənzil fondunu təşkil edirlər və mənzil fonduna isə dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil tikinti kooperativi fondu, fərdi mənzil fondu daxildir. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, qeyd edilən yataqxana idarə mənzil fonduna aiddir(bax iş materiallarında Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2018-ci il tarixli, 37/6 sərəncamı). Yataqxanalarda mənzil sahəsi iş dövründə yaşamaq üçün verilir və əmək müqaviləsinə xitam verildikdə işçilər başqa yaşayış sahəsi verilmədən yataqxanadan çıxarılır. Xidməti yaşayış sahələrində də eyni qaydalar tətbiq edilir və əmək münasibətlərinə xitam verilməsi xidməti yaşayış sahəsindən çıxarılma üçün əsasdır.

59. Məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçılara əgər qeyd edilən yataqxanada yaşamaq üçün otaq və ya xidməti mənzil ayrılmışdırsa, onlar başqa işə keçirilən zaman ya başqa yaşayış sahəsi verilmədən, ya da başqa yaşayış sahəsi verilməklə müvafiq olaraq yataqxanadan və xidməti yaşayış sahəsindən onsuz da çıxarılmalı idilər. Hansı ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı2 1990-cı ildə köçürülmə yolu ilə JEK1-ə işə qəbul edilmiş və JEK1-in rəisi Bakı şəhəri Kirov rayonu X10 İcraiyyə Komitəsi qarşısında İddiaçı2 xidməti mənzil ayrılması barədə 1990-cı ildə vəsatət qaldırmışdır. İddiaçının etirafına və tədqiq edilmiş sübutlarla da təsdiq olunur ki, 1992-ci ildə iddiaçıya 8-ci mikrorayon ərazisində 2 otaqlı xidməti mənzil verilmişdir. Hansı ki, iddiaçı sonradan həmin mənzili özəlləşdirmiş və daha sonra başqa şəxsə satmışdır. Yəni iddiaçının dəlillərinin əsassızlığı burdan da aydın olur ki, iş yeri dəyişən şəxsə dövlət mənzil fondundan əvvəlki yaşayış sahəsi saxlanılmaqla başqa yaşayış sahəsinin verilməsi mümkün ola bilməzdi.

60. Bundan əlavə tədqiq edilmiş sübutlarla iddiaçılara həmin mənzilə dair hər hansı orderin verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıların işlədikləri yerin yataqxanasına qeydiyyata düşmələri, sübut olunmasa belə müvəqqəti olaraq qeyd edilən mənzildə yaşamaları, İcraiyyə Komitəsi qarşısında vəsatət qaldırılması ilə bağlı yaşayış barədə arayış almaları orderin verildiyini təsdiq etmir.

61. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların qeyd edilən mənzilə dair sonrakı orderin mübahisləndirilməsi ilə bağlı subyektiv hüququ yoxdur. Tətbiq edilən prosessual normalar:

62. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

63. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

64. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

66. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı “orderin ləğvi, hüquqi nəticələrin tətbiq edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı “orderin ləğvi, hüquqi nəticələrin tətbiq edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar