Məhkəmə qərarları › İş №2(001)-874/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-874/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-874/2022 14.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə 14 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 400 manat sığorta ödənişinin, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 30 manatın, cəmi 430 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21060” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil 09 dekabr 2019-cu ildən 09 dekabr 2020-ci ilədək iddiaçı tərəfindən icbari sığorta növündə sığortalanmışır, sığortalı ilə 09 dekabr 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2020-ci il fevralın 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 21060” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospektində “VAZ 21214” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər X5 İdarəsinin 22 fevral 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. Avtomobillərin Texniki Xidməti Mərkəzi tərəindən 04 mart 2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 21214” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat zərər dəymişdir. Həmin məbləğ iddiaçı tərəfindən X2 ödənilmişdir. İddiaçı tərəfindən həmin məbləğ subroqasiya qaydasında cavabdehdən tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 09 dekabr 2019-cu il tarixli , PXA ********** saylı icbari sığorta müqaviləsinin surətindən görünür ki, “VAZ 21060” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 09 dekabr 2020-ci il tarxiədək sığortalanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirli Bakı şəhər X5 İdarəsinin 22 fevral 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 2020-ci il fevralın 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 21060” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospektində “VAZ 21214” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh əməlində inzibati xətanın törədilməsi aşkar edilərək Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. - Avtomobillərin Texniki Xidməti Mərkəzinin 04 mart 2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, “VAZ 21214” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş ziyanın məbləği 400 manat təşkil edir. - Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil – təslim aktının surətindən görünür ki, sığorta ödənişinin verilməsi üçün "xxxx" Sığorta şirkəti ASC tərəfindən X2 plastik kart təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, 2020-ci il fevralın 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 21060” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospektində “VAZ 21214” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin mülkiyyətçisi X2 400 manat məbləğində maddi ziyan vurulmuşdur. Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq vurulmuş zərər iddiaçı tərəfindən S.İ.İsmayılova ödənilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, subroqasiya qaydasında 400 manat pul Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməlidir. Hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: "xxxx" Sığorta Şirkəti ASC-nin iddiası təmin edilsin. X1 400 manat pul vəsaiti tutularaq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul X1 tutularaq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar