Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-877/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun verdiyi borc pul 1800 (min səkkiz yüz) ABŞ dolları, 600(altı yüz) manat pulu və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Kolanı kəndində yaşayır. 2009-cu ildə Rusiya Federasiyasında yaşadığı dövrdə Bakı şəhərində yaşayan qohumu X8 onun mərhum atası X1 cavabdehə onun pulundan borc pul verməsini xahiş etmiş, həmin vaxt atası Ağamhüseyn işdə olduğu üçün, anası X3 mobil telefonuna zəng etmişdir ki, onun pulundan evdən götürüb Veysələ borc pul versin. Anası Mətanət 1800 ABŞ dolları və 600 manat pulu cavabdeh Əliyev Veysələ vermişdir. O, 2015-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqda anası cavabdeh Veysəl Əliyevə verdiyi 1800 ABŞ dolları və 600 manat borcu hələ də qaytarmadığını ona bildirmişdir. O, dəfələrlə cavabdeh Veysəl Əliyevdən pulu istədikdə, müxtəlif bəhanələr gətirir. Sonuncu dəfə 11 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində cavabdehin ***-***- **-** mobil nömrəsinə zəng edərək, verdiyi borc pulu verməsini istədikdə isə, cavabdeh pulu olmadığı üçün qaytarmadığını bildirərək, mübahisə yaradaraq onu ölümlə hədələmişdir. Həmin pulun ona verməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasını və bununla bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, 2009-cu ildə ona 2000 manat pul lazım olduğu üçün iddiaçının atasına müraciət etdiyini, o da ona gedib evdən götürməyini bildirdiyini, onların evinə gedib 1 (bir) hissəsi dollar olmaqla, ümumilikdə 2000 manat pulu iddiaçının anasından götürdüyünü və həmin pulların kimə məxsus olduğunu bilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, cəmi 2.000 manat məbləğində borc almış və qaytarmamışdır. İddiaçı ilə dəfələrlə bir yerdə olmuş və ondan pulu tələb etməmişdir. Onun həmin pulu birdəfəlik qaytarmağa imkanı yoxdur və hissə-hissə qaytara bilər. Digər hissələrdə iddianı qəbul etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hacıqabul Rayon Polis X7 tərəfindən qəbul edilmiş 19 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında X8 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda X8 izahatında göstərmişdir ki, “İddiaçı onun həyat yoldaşı X2 qohumudur. Onun Elvin ilə düşmənçiliyi və ədavəti yoxdur. 2009-cu ilin sentyabroktyabr ayında ona 2000 manat borc pul lazım olduğu üçün Hacıqabul rayonu Kolanı kəndində Ağamhüseynin yaşadığı evə getmiş və evdə onu Mətanət qarşılamışdır. Həmin vaxt Ağamhüseyn Hacıqabul şəhərində işdə olduğu üçün Ağamhüseynin mobil telefonuna zəng edib 2.000 manat borc pul istəmişdir. Ağamhüseyn ona işdə olduğunu, Mətanətdən pulu almağı demişdir. Mətanət ona 1000 AZN və 600 ABŞ dolları vermişdir. Bundan sonra o, izahatında 2000 AZN borclu olduğunu, Mətanətin ona verdiyi pulun kimə məxsus olmasından məlumatlı olmadığını, 11 sentyabr 2022-ci il tarixdə Elvinin onun mobil telefonuna zəng etmədiyini və Elvini öldürməklə hədələmədiyini bildirmişdir” 22 sentyabr 2022-ci il tarixli və 01 dekabr 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 40 manat və 18 manat olmaqla, ümumilikdə 58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan 1800 ABŞ dolları və 600 manat məbləğində borc aldığını iddia etsə də, o, cavabdehə məhz həmin məbləğdə borc pul verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatla müəyyən edildi ki, cavabdehin iddiaçıya 1000 manat və 600 ABŞ dolları məbləğində borcu var. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1000 manat və 600 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 40 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X4 1000 (min) manat və 600 (altı yüz) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 40 (qırx) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-877/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-877/2023
25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver