Məhkəmə qərarları › İş №2(001)-880/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-880/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-880/2021 01.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vurulmuş ziyana və onun sahibliyində olmuş "Hundai Santafe markalı **-AE-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə ödənilmiş 1.950 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Nissan Sunny" markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də PAZ ********* nömrəli şəbadətnamə ilə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə, saat 16:00 radələrində idarə etdiyi "Nissan Sunny” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsinə gedən yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, yolun sağında dayanmış "Hundai Santafe” markalı **-AE-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə dayanmış halda avtomobilin qapısı hissəsindən vuraraq zivan vurmuş, avtomobilə və həmin anda avtomobilə əyləşmək istəyən sürücü X4 xəsarət yetirmişdir. Cavabdeh hadisə törədərək hadisə verindən yayınmışdır. Hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin TŞ-də araşdırma aparılmış cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2017-ci tarixli qərar qəbul edilmişdir. Hamin qərarla müəyyən olunmuşdur ki, cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdirş Cavabdeh barəsində inzibati xarakterli tədbirin görülməsi üçün qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-na göndərimişdir. İddiaçı tərəfindən "Hundai Santafe” markalı **-AE-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 1.200 manat məbləğində dəyərləndirilərək həmin məbləğ eyni zamanda avtomobilin sürücüsü (sahibi) X5 aldığı xəsarətə görə 750 manat sığorta ödənişi kimi avtomobilin sahibinə ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan iddia ərizəsinə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş emişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1599/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə cavabdeh barəsində tətbiq edilmiş İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi üzrə inzibati icraata xitam verilmişdir. Göründüyü kimi, cavabdeh hadisə yerindən yayınmamışdır və buna görə də ondan subroqasiya qaydasında iddiaçı tərəfindən pul tələb edilə bilməz. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2017-ci il tarixli, 5201/CML-3687/2017 nömrəli sığorta aktının surətindən görünür ki, sığortalı Cavabdeh məxsus “Nissan Sunny” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta növündə əmlaka vurulan zərərə görə 5.000 manat məbləğində“xxxx” ASC tərəfindən sığorta olunmuşdur. Sığorta hadisəsinə dair məlumatlara əsasən, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh məxsus “Nissan Sunny” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-nin sahibliyində olan “X9” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 1.200 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. 1.200 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən X4 (zərərçəkənə) ödənilmişdir. xx xxxxxx 2017-ci il tarixli, 5201/CML-3687/2017-1 nömrəli sığorta aktının surətindən görünür ki, sığortalı Cavabdeh məxsus “Nissan Sunny” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta növündə sağlamlığa vurulan zərərə görə 5.000 manat məbləğində “xxxx” ASC tərəfindən sığorta olunmuşdur. Sığorta hadisəsinə dair məlumatlara əsasən, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh məxsus “Nissan Sunny” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-nin sahibliyində olan “X9” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərərçəkən X4 750 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. 750 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən X4 (zərərçəkənə) ödənilmişdir. xx xxxxxx 2017-ci il tarixli, 9752 və 9753 nömrəli ödəniş tapşırıqlarına əsasən “xxxx” ASC tərəfindən X3 hesabına 1.200 manat və 750 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx xxxxxxx 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə “Nissan Sunny” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X9” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sürücü X3 xəsarət alınmasının müəyyən olunması ilə bağlı toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 3(008)- 1599/2017 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat inzibati qaydada cərimə edilmiş və Cavabdeh həmin Məcəllənin 327.6-cı maddəsi olan inzibati icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx xxxxxx 2017-ci il tarixdə cavabdehə məxsus və icbari qaydada iddiaçı tərəfindən sığortalanmış “Nissan Sunny” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-nin sahibliyində olan “X9” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşma yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə sonuncunun əmlakına 1.200 manat, sürücünün sağlamlığına isə 750 manat məbləğində zərərin dəydiyi müəyyən edilmiş və qeyd edilən məbləğlərdə sığorta ödənişləri iddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 3(008)-1599/2017 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat inzibati qaydada cərimə edilmiş və Cavabdeh həmin Məcəllənin 327.6-cı maddəsi olan inzibati icraata xitam verilmişdir. Hazırda iddiaçı cavabdehin yol-nəqliyyat hadisəsi yerindən yayındığını bildirərək 1.950 manat sığorta ödəniş məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəfi isə iddianı qəbul etmir və bildirir ki, hadisə yerindən yayınmamışdır və bu məhkəmə aktı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından göründüyü kimi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 3(008)-1599/2017 saylı qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə olan inzibati icraata xitam verilmiş, yəni cavabdehin yol nəqliyyat hadisəsi yerindən yayınması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar