Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8894/2021 26.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “əmlaka dair ilkin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması ilə əlaqədar çəkilmiş əlavə xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “əmlaka dair ilkin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması ilə əlaqədar çəkilmiş əlavə xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 16.05.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı Notariat Ofisində 3M-141 nömrə ilə reyestrdə qeydə alınmış ilkin alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması ilə əlaqədar və alınanları eyni qayda ilə qaytarmaq mümkün olmadığından, evdə görülmüş işlərə və göstərilmiş xidmətlərə görə Cavabdeh əlavə olaraq 12000 manat miqdarında pul ödəməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki iş materiallarından, iddia ərizəsindən və elektron məhkəmə sistemindən vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan ünvan 1 müstəsna aidiyyət qaydalarının təsir dairəsinə düşdüyünü hesab edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmunundan göründüyü kimi, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı sonradan etibarsız hesab edilən ilkin alqı-satqı müqaviləsi üzrə istifadəsində və sahibliyində olmuş fərdi yaşayış evinin təmirinə və.s xərcləmiş olduğu 12000 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş edir. Göründüyü kimi iddiaçının tələbi müstəsna aidiyyətə düşməməklə pul tələbidir. Lakin iddiaçı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməməli və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır və iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,36, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əmlaka dair ilkin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması ilə əlaqədar çəkilmiş əlavə xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 127 (yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-8894/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8894/2021
26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver