Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-893/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli şifahi borc müqaviləsinə əsasən qaytarılmamış 32.430 ABŞ dolları məbləğində vəsaitin və 255,39 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin mart ayında “Təfəkkür” Universitetində Baş mühasib vəzifəsində işləyən, dostu, yaxşı tanıdığı və etibar etdiyi Cavabdeh ondan 2 (iki) il müddətinə 40000 (qırx min) ABŞ dolları məbləğində borc pul istədi. Əlövsət müəllimi yaxşı tanıdığı üçün xx.xx.2016-cı il tarixində xahiş olunan məbləği Əlövsət müəllimin sürücüsü Nureli adlı şəxslə ona göndərdi (tel: ***-***-**-**). Elə həmin gün o, ona zəng edərək pulu aldığını söylədi və buna görə ona öz təşəkkürünü bildirdi. Sonra o, bu faktı öz elektron poçtundan onun elektron poçtuna yazılı surətdə bildirmişdir. Lakin 2 (iki) il müddətinə o ümumi borcun bir hissəsini müxtəlif vaxtlarda qaytarmışdır. Qaytardığı məbləğ cəmi 7570 (yeddi min beş yüz yetmiş) ABŞ dolları. Dostunun borcu qaytara bilməməsini gördükdə onun xahişi ilə borcun qalan hissəsini qaytarmaq üçün ona hissələrlə qaytarmaq şərti ilə daha 4 (dörd) il vaxt verdi və bu müddət ərzində dəfələrlə Əlövsət müəllim ona bildirib ki, gələn həftə ve ya gələn ay ona olan borcu bağlayır. Lakin hər dəfə də sözünün üstündə durmayıb. Həmin müddətin bitməsinə az qalmış Əlövsət müəllim ona bildirdi ki, pulu o zaman “Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyevin ehtiyacı üçün almış və bu səbəbdən də borcun qalan hissəsini (32430 ABŞ dolları) qaytarmaqdan imtina etmişdir. O, məsələyə aydınlıq gətirmək üçün Müşfiq Atakişiyevə zəng etdi, onunla Elmlər Akademiyasında görüşdü və vəziyyəti ona danışdı. O isə belə bir məsələnin olmadığını ona bildirdi. O, bu barədə yenidən Əlövsət müəllimlə görüşdükdə, onu əmin etdi ki, Universitetin hal-hazırki rektoru Rəhim müəllimin bu işdən xəbəri var və yaxın vaxtlarda özü bu pulu ona qaytaracaq. Lakin son iki il ərzində Əlövsət müəllim müxtəlif bəhanələr uyduraraq borcun qalan hissəsini ödəməkdən yayınır. Artıq o, aldadıldığını başa düşdü və bu səbəbdən də xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nairliyinə müraciət etdi və aldığı xx.xx.2024-cü il tarixli cavab məktubunda məsələnin mülki xarakterli olmasını göstərərək, ona Mülki qaydada Məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, o, Azər müəllimi Müşviq müəllimin vasitəsilə tanımışdır. O, ona demişdir ki, Azər müəllimdən pul götürüb ona versin. O da bu pulla universiteti təmir etsin. O da Azər müəllimə dedi qəbul etdi. Bundan sonra sürücü 40.000 ABŞ dolları pulu Azər müəllimdən götürüb ona, o isə Müşviq müəllimə vermişdir. Müşviq müəllim də Azər müəllimə telefon vasitəsilə təşəkkürünü bildirib və qaytaracağını vəd edib. Həmin məbləğdən 7.570 ABŞ dolları qaytarılıb. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2016-cı il tarixli elektron poçt yazışmasından çıxarışdan görünür ki, mailto:alovsat2013@hotmail.comElektron ünvan 1 e-poçt ünvanından mailto:azer.jv@mail.ruElektron ünvan 2 e-poçt ünvanına məktub göndərilmişdir. Həmin məktubun mətnində qeyd edilir ki, “X2 xx.xx.2016-cı il tarixdə İddiaçı 40.000 ABŞ dolları məbləğində borc aldım.” xx.xx.2017-ci il tarixli elektron poçt yazışmasından çıxarışdan görünür ki, mailto:azer.jv@mail.ruElektron ünvan 2 e-poçt ünvanından mailto:alovsat2013@hotmail.comElektron ünvan 1 e-poçt ünvanına aşağıdakı şəkildə excel formatında cədvəl göndərilmişdir. Tarix Əməliyyat Məbləğ $ Qeyd Ümumi borc 40000,00 xx.xx.2016 qaytarılıb -2400,00 xx.xx.2016 qaytarılıb -2631,58 5000,00 xx.xx.2017 qaytarılıb -2030,46 4000,00 xx.xx.2017 qaytarılıb -507,61 1000,00 Qalıq 32430,35 “Whatsapp” sosial şəbəkədən çıxarışdan görünür ki, +994 55 225 01 31 mobil nömrədən “Borc qayıdacaq ancaq bu sözünü yadında saxla” mətni göndərilmişdir. (Cavabdeh qeyd olunan mobil nömrəni Nizami RPİ-nin 25-ci PŞ-nə ünvanladığı izahatında özünə məxsus nömrə kimi qeyd etmişdir) Cavabdeh Nizami RPİ-nin 25-ci PŞ-nə ünvanladığı izahatın surətindən görünür ki, o, İddiaçı onun barəsində yazmış şikayətlə əlaqədar bildirir ki, o, Azərlə Təfəkkür Universitetində işlədiyi vaxtı rektor Müşviq Atakişiyev vasitəsilə tanış olmuşdur. Bildiyinə görə onlar arasında bir neçə dəfə qarşılıqlı maliyyə işləri olub, yəni bir-birlərinə borc pul verib alıblar. 32.000 ABŞ dollarını o borc almamışdır. Qeyd olunan vəsaitin Müşviq Atakişiyev tərəfindən alınmasından xəbəri olub. İddiaçı ona qarşı iddiası əsassızdır. Çünki o indiyə qədər şikayət etməmiş, Müşviq Atakişiyev həbs olunandan sonra ondan şikayət edir və bildirir ki, o, Müşviq Atakişiyevdən soruşanda o bildirmişdir ki, onun ona borcu yoxdur. X1 o sözü deyibsə, ona zəng vurub üzləşdirib məsələyə aydınlıq gətirərdi. Nizami RPİ-nin 25-ci PŞ-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun Cavabdeh ilə bağlı ərizəsi araşdırılmış və ona göstərilən xüsusatların mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 256 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (münasibətlər yarandığı an qüvvədə olan maddə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər tanışdırlar. İddiaçı cavabdehə cəmi 40.000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh ondan 7.569,65 ABŞ dolları məbləğində vəsaiti qaytarmış, qalan 32.430,35 ABŞ dolları isə hazırki vaxta qədər qaytarmamışdır. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu 32.430 ABŞ dolları borcunu (iddia tələbi həddində) iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin etirazının dəlliləri ilə bağlı isə qeyd edir ki, iddiaçı borcun verilməsi ilə bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim etsə də, cavabdeh mübahisələndirdiyi borcun ona deyil, başqa şəxsə verildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 32.430 (otuz iki min dörd yüz otuz) ABŞ dolları məbləğində borc (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 255,39 manat (iki yüz əlli beş manat, otuz doqquz qəpik) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-893/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-893/2025
13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver