Məhkəmə qərarları › İş №2(001)-8976/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8976/2021

02.12.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8976/2021 02.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona aid doğum haqqında akt qeydi bərpa edilməklə, həmin aktda qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, bu akt qeydində düzəliş edilərək, “vətəndaş” qrafasında soyadının “Əliyev”, atası qrafasında da atasının soyadı “Əliyev” kimi qeyd olunmaqla, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Binəqədi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci madddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun 1.104-ci maddəsinə əsasən 305.1.7-ci, 305.1.8-ci və 339-341-ci maddələr ləğv edilmişdir. Qeyd olunan Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Göründüyü kimi, hazırda qüvvədə olan mülki prosessual qanunvericilikdə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizələrə baxılmasına yol verilmir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki, o, vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi ilə bağlı müvafiq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına müraciət etməli, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə isə vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi öhdəliyini həmin orqanın üzərinə qoyulması ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Eyni zamanda hesab edirəm ki, hazırki ərizənin icraata qəbulundan imtina edildiyinə görə ərizəçi tərəfindən 29 noyabr 2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi (maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, o, vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi ilə bağlı müvafiq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına müraciət etməli, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə isə vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi öhdəliyini həmin orqanın üzərinə qoyulması ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar