Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-906/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Heydər Əliyev adına Hərbi İnstitutun zabiti, kapitan Cavabdeh zabit şərəfinə yaraşmayan qeyri-insani əməllərindən, onun etibarından sui-istifadə etməklə pul vəsaitini ələ keçirərək nəticədə qaytarmaması barədə hərəkətsizliyindən aidiyyəti üzrə Bakı Hərbi prokurorluğuna şikayətçi olmuşdur. Belə ki, adını çəkdiyi şəxs onunla nişanlı olduğu dövrdə (2022-2023) etibarından, inamından suiistifadə edərək, ondan müxtəlif vaxtlarda borc məqsədilə pul almış, qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. Ümumilikdə sözügedən şəxs ondan 15200 manat pul almış, ona verdiyi məlumata görə həmin pulları işində yaşadığı problemlərin həllinə sərf etmişdir. O, sözügedən şəxsə bir qadın kimi etibar etmiş, onu gələcək həyatında əsl kişi olaraq görəcəyinə inanaraq onun dar günlərində yanında olmaqdan yayınmamışdır. Cavabdehin onu saldığı vəziyyətə qarşı vecsiz yanaşması isə sadəcə qeyri-insanlıq və mənəviyyatsızlıq göstəricisi kimi dəyərləndirilə bilər. O, həmin pulların xeyli qismini müxtəlif banklardan kredit şəklində götürmüş və hələ də, ödəməkdə çətinlik çəkir. Qeyd olunanlarla bağlı Bakı Hərbi prokurorluğundan şikayəti üzrə araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməsinə baxmayaraq, Bakı Hərbi Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 6-1(093)- 14/2024 nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, bununla belə məhkəmə tərəfindən məsələnin mülki qaydada həlli prespektivi diqqətinə çatdırılmışdır. Cavabdeh prokurorluqda aparılmış araşdırma zamanı verdiyi izahatında ondan müxtəlik vaxtlarda və məbləğdə borc qismində pul aldığını, həmçinin həmin pulları qaytarmadığını etiraf etmişdir. Beləliklə müəyyən olunduğu kimi cavabdeh X4 ondan borc pul almasına dair hüququndan istifadə etmiş, ümumilikdə 15200 manat pulu hissə-hissə olmaqla ondan almış, lakin həmin pulun qaytarılmasına dair vədini, vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, o, hesab edir ki, iddiaçı qismində mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh X1 15200 manat pul və məhkəməyə müraciət üçün ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15335 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sonuncu dəqiqləşmə ərizəsində cavabdeh X1 ümumilikdə 13371.87 manat (7000 manat "xxxx" ASC-dən götürülmüş kredit məbləği, 4000 manat "xxxx" ASC-dən götürülmüş kredit məbləği, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədilə 271.87 manat məbləğində pul vəsaiti-icra ödənişi və 2100 manat borc pul vəsaiti) pul vəsaitinin və 135 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı bildirmişdir ki, "xxxx" ASC-dən götürdüyü kredit üzrə hazırki günədək cəmi 5316.38 manat məbləğində ödəniş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 6-1(093)-14/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Bakı Hərbi prokurorunun köməkçisi, ədliyyə leytenantı X2 tərəfindən qəbul edilmiş 151C-23 saylı material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 noyabr 2023-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, X3 ilə 2022-ci ilin iyul ayında nişanlanmış, 2023-cü ilin iyul ayında aralarında olan problemlərə görə nişanı qaytarmışdır. O, Ü.A.Xasıyevanın "xxxx" ASC-dən götürdüyü 7000 manat və "Yelo Bank” ASC-dən götürdüyü 4000 manat pul kreditini, həmçinin 2100 manat pulu borc almışdır. Belə ki, Ü.A.Xasıyeva "xxxx" ASC-dən 7000 manat məbləğində krediti götürərək öz istəyi ilə ona kömək məqsədi ilə vermişdir. Bundan sonra onun şəxsi problemləri ilə əlaqədar özünə pul lazım olduğuna görə Ü.A.Xasıyevadan pul istəmiş, sonuncu da "xxxx" ASC-dən 4000 manat pul krediti götürərək öz razılığı ilə ona kömək məqsədi ilə vermişdir. Ü.A.Xasıyeva 1800 manat məbləğində pulu ona borc qismində verməmiş, xonça pulu əvəzində ona vermişdir. O, nişan qaytarıldıqdan sonra həmin pulu qaytarmamışdır. Lakin o, Ü.A.Xasıyevadan 300 manat pulu borc aldığını xatırlamır. Nişanlı olduğu dövrdə Ü.A.Xasıyevaya almış olduğu zinət əşyalarını geri aldıqdan sonra borc kimi almış olduğu pulları geri qaytaracaqdır. Qeyd olunan pulları kiməsə rüşvət qismində verməmiş, öz şəxsi həyatında olan problemlərlə əlaqədar Ü.A.Xasıyevadan almışdır. Həmin qərarla təsdiq edilmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitunun zabiti, kapitan Cavabdeh keçmiş nişanlısı İddiaçı 2021-ci ilin oktyabr ayında Bakı şəhəri Xətai rayonunun ərazisində yerləşən “Dəmirçi Plaza” adlanan ərazinin qarşısında 1800 manat, 11 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin “Neftçilər” filialında 7000 manat, 2022-ci ilin iyul ayında "xxxx" ASC-nin “20 yanvar” filialında 4000 manat pulları borc olaraq almış, həmçinin 10 mart 2023-cü il tarixdə 300 manat pulu özünün bank kartına göndərilməsi ilə borc qismində əldə etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2679/2023 saylı 27 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 5119.77 manat məbləğində əsas, 1478.93 manat məbləğində faiz, cəmi 6598.70 manat məbləğində borcun və ödənilmiş 86.39 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1235/2023 saylı 07 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3626.81 manat əsas borc, 166.60 manat faiz borcu, 32.26 manat cərimə borcu və ödənilmiş 58.26 manat dövlət rüsumunun əvəzinin İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 578237/05036 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 19 iyun 2023-cü il tarixli 1934 manat nömrəli icra sənədinə əsasən İddiaçı əmək haqqından 271.87 manat məbləğində icra haqqı tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin materialları, iddiaçının izahatı və Bakı Hərbi Məhkəməsinin 6-1(093)- 14/2024 saylı 17 oktyabr 2024-cü il tarixli qərarında cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh İddiaçı keçmiş nişanlısı olmaqla yanaşı müxtəlif tarixlərdə ondan müxtəlif məbləğlərdə hissə-hissə ümumilikdə 13100 manat pul almış, lakin hazırki günədək həmin məbləği iddiaçıya geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 13100 manat məbləğində pul vəsaitini cavabdehə hissə-hissə vermiş, həmin məbləğin 7000 manatı "xxxx" ASC-dən, 4000 manat isə "xxxx" ASC-dən götürülmüş kredit hesabına verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2679/2023 saylı 27 noyabr 2023cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 5119.77 manat məbləğində əsas, 1478.93 manat məbləğində faiz, cəmi 6598.70 manat məbləğində borcun və ödənilmiş 86.39 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Digər qətnamə, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1235/2023 saylı 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə isə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3626.81 manat əsas borc, 166.60 manat faiz borcu, 32.26 manat cərimə borcu və ödənilmiş 58.26 manat dövlət rüsumunun əvəzinin İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı Ü.Xasıyeva tərəfindən "xxxx" ASC qarşısında üzərinə götürmüş olduğu öhdəlik tam şəkildə icra edilsə də, "xxxx" ASC qarşısında olan öhdəlik tam şəkildə icra edilməmiş, kredit borcundan hazırki günədək cəmi 5316.38 manat məbləğində ödəniş həyata keçirilmişdir. Eyni zamanda iş materiallarında olan 06 mart 2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilmişdir ki, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədilə 271.87 manat məbləğində pul vəsaiti-icra ödənişi də iddiaçı tərəfindən ödənilmişdir. Belə olduğu təqdirdə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ü.Xasıyeva "xxxx" ASC qarşısında olan öhdəliklərini tam icra etmədiyi halda, bankdan götürmüş olduğu 7000 manat məbləğində kredit vəsaitinin – borcun birbaşa cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən bank qarşısında götürülmüş öhdəliklər tam icra edildikdən sonra geri qalan pul vəsaitinin cavabdehdən tələb edilməsi tələbi ilə iddiaçı məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11688.25 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11688.25 (on bir min altı yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun 87%-i, yəni 117 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 13%i, yəni 18 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-906/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-906/2025
12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver