Məhkəmə qərarları › İş №2(001)-915/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-915/2025

23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-915/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X11 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5376 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir tanıyır. Onunla birlikdə Dövlət Gömrük orqanlarında işləmişlər. Hazırda da orada işləyir. İddiaçı ünvan 1 ünvanında yaşayıram. Yaşadığı binanın 1-ci mərtəbəsində market yerləşir. Cavabdeh ilə birlikdə işlədiyi vaxtdan yaxşı münasibəti olduğu üçün bir neçə dəfə məhləyə gəlmişdir. 2022ci ilin yay aylarında məhləyə gələndə gördü ki, market icarəyə verilir. Ona təklif etdi ki, “gəl marketi götürək birlikdə işlədək”. İddiaçı ona vaxtının olmadığını bildirəndə o, bildirdi ki, “sən bir az pul qoy, mən marketi icarəyə götürüm, gələn qazancdan sənə də verərəm”. İddiaçı onunla razılaşdı. O, Nizamiyə pullar versə də Nizami ona hec bir ödəniş etməmişdir. O, Cavabdeh ümumilikdə 5376,0 manat pul vermişdir. Həmin pulun 2700 manatının mağazanın sahibi Sabir adlı şəxsə icarə üçün əlbəəl vermişdir. Mağazanın icarəsini Cavabdeh xahiş etmişdir ki, iddiaçı odəyib ona qaytaracaq. İddiaçı da 2700 manat Sabirə odəmişdir. Qeyd edilən faktı Sabir özü gəlib təsdiq edə bilər. Cavabdeh 2023-cü ilin avqust ayında mağazadan çıxıb. Nizaminin xahişi ilə 495 manat X1 odəmişdir. Cavabdeh mağazada satmaq ucun çay almışdır. Ancaq çayın pulunu ödəməmişdir, iddiaçı ödəyib. Çayın pulunun ödənilməsi barədə qəbzlər iş materiallarına əlavə edilib. Cavabdeh ondan xahiş etmişdir ki, iddiaçı pulu onun kartına ödəmişdir. Qalan pulları isə Cavabdeh atası Rasim Paşayevin **********578793 nömrəli kartına köçürmüşdür. Kartın şəkli və ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. 5376 manat pul vəsaitini qaytarması üçün 5376 manat Cavabdeh dəfələrlə şifahi və yazılı bildirsə də, o, pulu qaytarmır. Məcbur olub məhməmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi etirazından qeyd olunur ki, iddiaçının pulun qaytarılması ilə bağlı iddiası qanunsuz və əsassızdır. Belə ki, iddiaçının da iddia ərizəsində təsdiq etdiyi kimi, iddiaçı və cavabdeh birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə razılığa gəlmişdilər və bu məqsədlə hər iki tərəf müəyyən məbləğdə pul vəsaitləri qoyaraq market icarəyə götürmüşlər. Cavabdeh öz razılığı ilə bu fəaliyyətə qoşulmuşdur. İddia ərizəsindən də aydın olur ki, tələb edilən pul borc qismində verilməmişdir. Sonradan eyni ərazidə tanınmış market şəbəkələrindən biri tərəfindən market açılması nəticəsində tərəflərin sahibkarlıq fəaliyyətindən qazanc əldə etmək niyyəti baş tutmamış, birgə fəaliyyəti sonlandırmalı olmuşlar. Cavabdehin özü də bu səbəbdən pul itkisinə məruz qalmışdır. Bu tip fəaliyyətdə mövcud riskləri nəzərə almadan məsuliyyəti cavabdehin üzərinə atmaq və sahibkarlıq fəaliyyətinə qoyduğu pulu tələb etmək tamamilə absurddur. Odur ki, iddianın heç bir hüquqi əsası yoxdur. Həmçinin, iddiaçı sahibkarlıq üçün qoyduğu məbləği əsassız olaraq olduğundan artıq göstərmişdir. İddia ərizəsində iddiaçının qeyd etdiyi 2700,0 manatı mağaza sahibi Sabir adlı şəxsə şəxsən ödəməsi və cavabdehin xahişi ilə 495,0 manat pul vəsaitini X2 köçürməsi, həmçinin çayın ödənişini etməsi barədə iddiaların cavabdehə heç bir aidiyyəti yoxdur. Göstərilən tələblərə dair əlavə edilən qəbzlər pulun cavabdehə deyil başqa şəxslərə göndərildiyini göstərir. İddiaçının sübut kimi iddia ərizəsinə əlavə etdiyi yazışmalardan cavabdehin iddiaçıya hər hansı pul məbləği ödədiyini etiraf etmədiyi aydın olur. Qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh qarşı “pul tələbi” üzrə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etirazını müdəfiə etdi və iddianın heç bir hüquqi əsasa malik olmadığını rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə və vəkillərini dinləyərək, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh sahibkarlıq fəaliyyətinə görə ona 5376 manat borc verilməsi və borc məbləğini bu məktubu aldığını gündən 3 gün müddətində ödənilmədiyi təqdirdə Mülki Məcəllənin tələblərinə uyğun olaraq borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Whatsapp mobil tətbiqindən məhkəməyə təqdim edilmiş sms-çıxarışlarından müəyyən olunur ki, ***-***-**-** mobil nömrəli və “Nizami” kimi müraciət olunan şəxsə iddiaçı –mənə gəlir lazım deyil, mən qoyduğum pulu istəyirəm, yazışan qarşı tərəf- mənə kimsənin pulu lazım deyil, danışarıq, gəl mallardan yığ apar sat, əgər kimsə alacaqsa- deyə cavablandırmışdır. (cavabdeh tərəf yazışmaları təsdiq edir) xx.xx.2022-ci il tarixli ********* saylı qəbzin surətindən müəyyən olunur ki, 416974******7895 kart hesabından 552209******8793 kart hesabına 800 AZN köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ********* saylı qəbzin surətindən müəyyən olunur ki, 416974******7895 kart hesabından 549026******9185 kart hesabına 100 AZN köçürülmüşdür. xx.xx.2023-cü il tarixli 20921 saylı qəbzin surətindən müəyyən olunur ki, eManat vasitəsilə X3 hesabına 220 manat ösəniş edilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı qəbzin surətindən müəyyən olunur ki, 416973******6216 kart hesabından 524375******4344 kart hesabına 275 AZN köçürülmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X5 xüsusi mülkiyyətindədir. İcarəyə verən X7 ilə icarəçi "xxxx" MMC-nin adından X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi aylıq 700 manat müqabilində icarəyə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İlk öncə məhkəmə irəli sürülmüş tələbi, iddia ərizəsinin məzmununu, iş materiallarında olan sübutları, həmçinin nümayəndələrin izahatlarını incələyərkən müəyyən olunur ki, iddiaçı tələb etdiyi məbləği ilkin olaraq cavabdehə borc kimi verdiyini bildirsə də, iddia ərizəsinin məzmununda və cavabdehlə aralarında aparılan vatsapp danışıqlarında onların birlikdə mağaza açmaq və oranı işlətmək qərarına gəldiklərini, pul qoyduqları, mağazaya ərzaq aldıqları məlum olur. Həmçinin cavabdehlə aparılan yazışmalarda sonuncunun kiməsə borclu olmasını təsdiq edən, bu halı etiraf edən hər hansı bir fikri aşkar edilmədiyindən, əksinə cavabdehin alınan malların satılmasını iddiaçıya təklif etdyi müəyyən edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında məhz şərik kimi pul qoyaraq iş görmək, alınan malların satılmasından isə birgə gəlir əldə edilməsinə dair ilkin razılaşmanın mövcudluğu barədə cavabdeh tərəfin etirazında göstərilənlər həqiqəti əks etdirir. Həmçinin məhkəmə iddiaçı və cavabdeh tərəfin də mağazanın 4-5 ay ərzində işlədiyini, lakin heç bir məbləğdə gəlir olmadığına dair bildirdiklərini də diqqətdən qaçırmır. Bundan əlavə iddiaçı digər Sabir adlı üçüncü şəxsə icarə haqqı kimi 2700 manat verməsi isə sözügedən mağaza ilə əlaqədar bağlanan (mağazanın mülkiyyətçisi X9) icarə müqaviləsi ilə də (icarə haqqı 700 AZN) ziddiyyət təşkil edir. Həmçinin iddiaçının başqa bir şəxsin kartına 495 manat pul göndərməsinin cavabdehlə hər hansı bir əlaqəsi olması belə qaranlıq qalır. Eyni zamanda əgər tərəflər arasında şərik bizneslə əlaqədar sövdələşmə olduğu təqdirdə, əldə ediləcək faydanın paylaşılması nəzərdə tutulduğu kimi, meydana gələ biləcək maddi itki və risklərin də müvafiq bölünməsi təbii ki, ağlabatan, ədalətli və real hesab edilməlidir. Beləliklə, tələbdə göstərilən məbləğin borc olaraq cavabdehə verilməsi sübuta yetirilməmiş, iddiaçı tərəf isə yalnız məhkəməyə təqdim etdiyi sübutlarla kifayətlənmiş, irəli sürdüyü tələbi əsaslandıra bilməmiş, haqlı olmasını təsdiq edən mənsubiyyət, mümkünlük və mötəbərliyi üzrə məhkəmənin obyektiv qiymətləndirilmə süzgəcindən keçə bilən heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlar isə məhkəmənin iddianın rədd edilməsi ilə əlaqədar mövqeyinin doğru olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar