Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-920/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3000 (üç min) manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yıxılaraq sol ayağından, yəni bud nahiyyəsindən travma almışdır. Bir müddətdən sonra bərk ağrıları olduğu üçün o, Bakı Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Orada həkim Çingiz Əlizadə qəbul edərək, müayinədən sonra ona bildirmişdir ki, “siz təcili əməliyyat olunmalısınız”. Həm də bildirmişdir ki, əməliyyat “Güvən” Klinikasında olacaqdır, ona da tam arxayınlıqla zəmanət vermişdir. xx.xx.2021-ci il tarixdə “Güvən” Klinikasında 3000 manat xərcləyərək, həkim Çingiz Əlizadə tərəfindən əməliyyat olunmuşdur. Buna baxmayaraq əməliyyatdan sonra daha da ağrıları artaraq, ümumiyyətlə yeriyə bilməmişdir. Məcbur olaraq İran Respublikasına getmiş və orada yenidən əməliyyat olunmuşdur. Sonradan məlum olmuşdur ki, “Güvən” Klinikasında həkim Çingiz Əlizadə tərəfindən aparılan əməliyyat tamamilə yanlış olmuşdur, həkim səhlənkarlığıdır. Bu da sağlamlığının itirilməsinə səbəb olmuşdur. Hal-hazırda sağlamlığını itirdiyi üçün heç bir fiziki işlə məşğul ola bilmir, himayəsində 2 azyaşlı övladı var. İş materiallarına əlavə edilmiş “Güvən” Klinikasının cavab məktubundan görünür ki, o məhkəməyə müraciət edə bilər. İş materiallarına əlavə edilmiş “Güvən” Klinikasının cavab məktubundan görünür ki, dəymiş ziyanı ödəmək istəmirlər. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərin surətindən görünür ki, 1817 manat ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş və “Güvən” Klinikasının möhürü ilə təsdiqlənmiş resept blankından görünür ki, həmin dərmanlara çox miqdarda pul xərclənmişdir. Baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Ona görə də o, yenidən cavabdeh həkim Çingiz Əlizadənin yanında olmuş, bildirmişdir ki, “mənə bu qədər ziyan vurmusuz, ayağım da şikəst qalıb”. O, yenidən əməliyyat üçün ondan 700 manat pul istəmişdir. O da imkanının çatmadığını bildirmişdir. Cavabdeh1 MMC etiraz mülahizələr ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixində sol bud-çanaq oynağında olan ağrı şikayəti ilə əlaqədar Cavabdeh1 MMC-yə müraciət etmişdir. İddiaçı özünün klinikaya təqdim etdiyi MRT müayinəsinin nəticəsinə əsasən müəyyən olunmuşdur ki, onun sirkə kasasında və bud sümüyünün başında dəyişikliklər müşahidə olunur ki, bu da aseptik gedişli irinli-iltihabi prosesin mövcudluğunu əks etdirir. Həmçinin bud sümüyünün ba şının qığırdaq səthində hissəvi zədələmələr, oynaq mayesinin artması və bir hissəsinin isə abses şəklində oynaq arxası əzələ toxumaları arasında yığılması müşahidə olunmuşdur. İddiaçı tərəfindən bu ağrıların ondan bir neçə il əvvəl, yəni hərbi xidmətdən sonra yarandığı bildirilmişdir. İddiaçı daha sonra bildirmişdir ki, o, bununla əlaqədar bir neçə tibb müəsssiəsinə müraciət etsə də heç bir nəticə olmamışdır. Kliniki laborator müayınələrin nəticəsinə əsasən ona sol budçanaq oynağının xroniki osteoartiti, sirkə kasasının avaskulyar nekrozu, yumşaq toxumaların absesi diaqnozu təyin edilmişdir. Qanın ümumi analizinin nəticəsində onda EÇS-nin artdığı müşahidə olunmuşdur (norma 0-15) ki, bu da orqanizmdə infeksion prosesin olduğunu əks etdirir. Mövcud vəziyyət, eləcə də diaqnozu barədə İddiaçı və onun yaxınlarına müfəssəl izahlar verilməklə, gənc yaşda olmadığı nəzərə alınmaqla, İddiaçı irinli iltihabi prosesin mövcudluğunun radikal cərrahi müdaxilənin aparılmasının və ya oynağın dəyişdirilməsinin (artroplastika) əks göstəriş olduğu ona bildirilmişdir. Həmçinin müayinələrin nəticəsinə əsasən İddiaçı sanasiya (debridman) əməliyyatlı patoloji ocağınabsesin yarılması, sekvestrnekroektomiya(sonuncuların aşkar olunduğu təqdirdə) təklif olunmuşdur. Eyni zamanda müayinə həkimi tərəfindən ona bildirilmişdir ki, irinli-iltihabi proses söndükdən sonra oynağında müşahidə olunmuş ağrılarla əlaqədar artroplastika əməliyyatı aparıla bilər. Qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı sözügedən əməliyyatdan sonra tam sağalacağı barədə heç bir fikir söylənilməmişdir. Belə ki, İddiaçı özünün klinikaya təqdim etdiyi MRT müayinəsi və onun nəticəsi bud-çanaq oynağında baş verən zədələnmələrin xeyli ağır olduğunu nümayiş etdirmişdir. İddiaçı tərəfindən, eləcə də yaxınlarının verdiyi razılıqlara əsasən həkim Ç.Əlizadə tərəfindən təklif olunan əməliyyatdan sonra müvafiq əməliyyat icra olunmuşdur. Əməliyyat zamanı abses yarılarkən nekrotik toxumalar aşkarlandığından sözügedən toxumalar histoloji müayinəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı klinikaya təkrar müraciəti zamanı qan analizləri aparılmış və bu analizlərin nəticəsində EÇS-nin azadlığı, yəni 54-dən 35-ə endiyi müşahidə olunmuşdur. Həmin tarixdə ona latent infeksiyasının müalicəsi məqsədi ilə təkrar müalicə kursu təyin edilmişdir. İddiaçı tərəfindən histoloji müayinələrin nəticələrini əldə etdikdən sonra həmin nəticələr onun tərəfindən Klinikaya təqdim olunmamışdır. Yuxarıda sözügedən əməliyyatdan bir neçə ay sonra, yəni irinli-iltihabi proses söndükdən sonra oynaqda müşahidə olunan ağrılarla əlaqədar olaraq oynaq protezlənməsi üzrə mütəxəssislərə müraciət etməsi İddiaçı təklif olunmuşdur. Həmçinin onun nəzərinə çatdırılmışdır ki, icbari tibbi sığorta vasitəsil ilə qeyd olunan oynaq protezlənməsini təmin edə bilər. Yuxarıda göstərilən xüsusatlarla yanaşı, qeyd edirlər ki, İddiaçı "xxxx" MMC-də ayaq əməliyyatının “uğursuz” aparılması ilə əlaqədar Bakı şəhər Prokurorluğuna şikayətlə müraciət etmişdir. Sözügedən şikayət araşdırılması üçün Bakı şəhər Prokurorluğu tərəfindən Bakı şəhəri Binəqədi rayon Prokurorluğuna göndərilmişdir. Həmin şikayət tərəfindən Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun müstəntiqi İ dərəcəli hüquqşunas Rəşad Gülməmmədli tərəfindən araşdırılmışdır. Həmin araşdırma ilə əlaqədar olaraq müstəntiq R.Gülməmmədli tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli C-348 nömrəli sorğu verilərək müvafiq sənədlərin istintaq orqanına təqdim olunması xahiş edilmiş və həmin sorğu əsasında müvafiq sənədlərin sözügedən Prokurorluğa göndərilməsi tərəflərindən təmin edilmişdir.Hesab edirlər ki, hazırki mübahisəyə hərtərəfli, tam və obyektiv hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Binəqədi rayon Prokurorluğunda aparılmış işin materiallarının, eləcə də sözügedən araşdırma ilə əlaqədar qəbul olunmuş qərarın tələb edilməsi məqsədəmüvafiq olardı. Yuxarıda göstərilən xüsusatlarla yanaşı, qeyd edirlər ki, iddiaçının hazırki iddia tələbinin əsası kimi istinad etdiyi həm maddi hüquq normalarının, həm də prosessual hüquq normasının iddia tələbi ilə bu və ya digər əlaqəsi yoxdur və iddiaçının istinad etdiyi maddi hüquq normaları etiraz mülahizələrinin mətnində göstərilən hüquq münasibətlərindən irəli gələn mübahisəyə aiddir. Göstərilənləri nəzərə alıb, məhkəmədən hazırkı iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona və "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddiasını qəbul etmir və etirazına dair aşağıdakıları məhkəmənin diqqətinə çatdırır. Bildirir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə işlədiyi Klinikaya sol bud-çanaq oynağında olan ağrı şikayətləri ilə müraciət etmişdir. Xəstənin deməsinə görə, bu ağrılar onda bir neçə ildir mövcuddur və hərbi xidmətdən sonra yarandığını qeyd etmişdir. Bununla əlaqədar əvvəllər bir neçə tibb müəssisəsinə müraciət etmişdir, lakin heç bir müsbət nəticə müşahidə olunmamışdır. Müraciət zamanı xəstə sol bud-çanaq oynağının MRT müayinəsinin nəticəsini təqdim etmişdir. MRT müayinəsinin nəticələrinə nəzər yetirdikdə sirkə kasasında və bud sümüyünün başında dəyişikliklər müşahidə olunurdu ki, bu da aseptik gedişli irinli-iltihabi prosesin mövcudluğunu əks etdirir. Həmçinin, bud sümüyünün başının qığırdaq səthində hissəvi zədələnmələr, oynaq mayesinin artması və bir hissəsinin isə abses şəklində oynaq arxası əzələ toxumaları arasında yığılması müşahidə olunurdu. (Əlavədə bəzi şəkillər tqədim olunur, lakin MRT müayinəsinin diski və nəticəsi İddiaçı özündədir). Xəstə İddiaçı kliniki, laborator müayinələrdən keçirilmiş və “Sol bud-çanaq oynağının xroniki osteoartriti, sirkə kasasının avaskulyar nevrozu, yumşaq toxumaların absesi” diaqnozu təyin edilmişdir. Qanın ümumi analizinin nəticələrinə nəzər yetirdikdə (surəti əlavə olunur) EÇŞ-in artdığı müşahidə olunmuşdur - 54 (norma 0-15). Bu da orqanizmdə infeksion prosesin olduğunu əks etdirir.Xəstəyə və onun yaxınlarına mövcud vəziyyət və diaqnozu izah edilmişdir. Xəstənin gənc olması, irinli-iltihabi prosesin mövcudluğu radikal cərrahi müdaxilənin aparılmasına və oynağın dəyişdirilməsinə (artroplastika) hal-hazırda əks göstəriş olduğu bildirilmişdir. Xəstəyə sanasiya (debridman) əməliyyatı patoloji ocağın - absesin yarılması, sekvestnekroektomiya (sonuncuların aşkar olunduğu təqdirdə) təklif olunmuşdur. İrinliiltihabi proses söndükdən sonra isə oynaqda müşahidə olunan ağrılar ilə əlaqədar atroplastika əməliyyatı aparıla bilər. Lakin xəstəyə təklif olunan əməliyyatdan sonra tam sağalacağı barədə heç bir fikir söylənilməmişdir. Belə ki, xəstənin özünün təqdim etdiyi MRT müayinəsi və onun nəticələri bud-çanaq oynağında baş verən zədələnmələrin xeyli ağır olduğunu nümayiş etdirirdi. Xəstə və yaxınları təklif olunan əməliyyata razılıq vermişdir. Əməliyyat zamanı, abses yarılarkən nekrotik toxumalar aşkarlanmış və histoloji müayinəyə göndərilmişdir. (Əlavədə təqdim olunan şəkildə nekrotik toxumalar ağ rəngdə görünür). xx.xx.2021 -ci il tarixdə İddiaçı yenidən müraciət etmişdir. Xəstədə qan analizləri aparılıb və EÇŞ-nin azaldığı, 54-dən 35-ə (nəticələr təqdim olunur)r endiyi müşahidə olunmuşdur. Latent infeksiyanın müalicəsi məqsədilə təkrar müalicə kursu təyin edilmişdir. (Histoloji müayinənin nəticələrini təqdim edə bilmirik, çünki nəticələr İddiaçı özündədir).Əməliyyatdan bir neçə ay sonra (irinli-iltihabi proses söndükdən sonra) oynaqda müşahidə olunan ağrılar ilə əlaqədar oynaq protezləşdirməsi ilə məşğul olan mütəxəssislərə müraciət etməsi təklif olunmuşdur. Həmçinin, izah olunmuşdur ki, bu əməliyyatı ixtisaslı müvafiq həkimlər icra etməlidir və icbari tibbi sığorta vasitəsilə belə əməliyyatlar dövlət hesabına icra olunur. Ondan sonra İddiaçı ona və ya işlədiyi klinikaya müraciət etməmişdir. Bir müddət əvvəl, İddiaçı atası ona zəng edərək pul tələb etmiş, verməyəcəyim təqdirdə, şikayət edəcəyi ilə hədələmişdir. Həmçinin, qeyd etmişdir ki, Azərbaycanda xeyli baha olduğu üçün İranda 3000 manata oynaq dəyişdirilməsi (artroplastika) əməliyyatı icra olunub. O, iddiaçıya niyə TƏBİB-ə müraciət edərək bu əməliyyatı dövlət hesabına tam pulsuz icra etdirmədiyini soruşduqda isə heç bir cavab vermədi. Danışıqlarında İran həkimlərinin onların etdikləri əməliyyatın düzgün icra edilmədiyini söylədi, o, iddiaçının Klinikaya gəlməsini, şikayəti varsa araşdırılmasını, əməliyyat öncəsi və əməliyyatdan sonrakı analizlərin və rentgen şəkillərinin təqdim olunması və ona izah olunmasını təklif etmişdir, o, isə Klinikaya gəlməkdən imtina etmişdir. Ondan sonra İddiaçı və ya atası tərəfindən ona, yaxud Klinikaya müraciət olunmamışdır. Bir müddət sonra Binəqədi rayon Prokurorluğuna şikayət verməsinə dair məlumat almışlar, Prokurorluğa dəvət olunmuş və icra etdikləri əməliyyat barədə müvafiq məlumat vermışdir. Bu yaxınlarda isə məhkəmədə iddia qaldırıldığı məlum olmuşdur. Bildirir ki, İddiaçı üzərində aparılmış əməliyyat tibbi göstərişə və protokollara tam uyğun icra olunmuşdur. Əməliyyatın zəruriliyi və uğurlu icra olunması şübhə doğura bilməz. Qeyd etdiyi kimi, icra olunmuş əməliyyatdan sonra tam sağalacağına dair ona hər hansı fikir bildirilməmişdir. Bu əməliyyatın zərurəti irinli-iltihabi prosesin aradan qaldırılması və patoloji ocağın təmizlənməsi olmuşdur. Ondan müəyyən müddət sonra isə oynaq dəyişdirilməsi əməliyyatının zəruriliyi tibbi göstərişlə müəyyən oluna bilərdi. Həmin əməliyyatın icrası üçün müvafiq mütəxəssisə müraciət etməsi və TƏBİB-in xətti ilə pulsuz əməliyyatın mümkünlüyü də ona izah olunmuşduir. Lakin ondan sonra şəxs özü İrana gedib əməliyyat etdiribsə, onun şəxsi seçimidir. Sonradan oynaq dəyişdirilməsi əməliyyatı icra olunmuşdursa belə, bu, onların tərəfindən icra edilmiş əməliyyatın qüsurlu olması kimi yozula bilməz. Əksinə, onlar da ona tövsiyə etmişdilər ki, oynaq dəyişdirilməsi əməliyyatı etmək üçün ilk növbədə iltihabi proses dayandırılmalıdır. Tərəflərindən icra edilmiş əməliyyat və sonrakı müalicə prosedurları ilə iltihabi proses aradan qaldırılmışdır. Tərəflərindən icra olunmuş əməliyyat nəticəsində ona ziyan dəyməsinə (əməliyyatın yanlış və ya qüsurlu icra olunmasına) dair İddiaçı tərəfindən hər hansı dəlil, sübut təqdim olunmamışdır. Belə dəlilin təqdim edilməsi mümkünsüzdür, çünki əməliyyat tibbi göstərişə və protokollara tam uyğun, qüsursuz icra edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sənəddən görünür ki, İddiaçı həkim Çingiz Əlizadənin ortopedin müayinəsi ilə əlaqədar 50 manat məbləğində ödəniş etmişdir. “HB Güvən” Klinik tərəfindən verilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 1732 manat ödəniş edilmişdir. “HB Güvən” Klinik tərəfindən verilmiş qəbzin surətindən görünür ki, İddiaçı həkim Rəşad Zeynalovun travmotolqun müayinəsi ilə əlaqədar 35 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı “Güvən Klinika”sında göstərilmiş tibbi yardımın araşdırılması barədə müraciətinə aidiyyəti üzrə Səhiyyə Nazirliyindı baxılmışdır. Bildirilmişdir ki, özəl tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin ölümünə səbəb olan həkimin əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Şəxsin ölümü və sağlamlığı ilə bağlı vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi mülki xarakterli hüquq münasibətinə aid edildiyindən mübahisənin həlli üçün məhkəməyə müraciət edilə bilər. “HB Güvən” Klinikin İddiaçı ünvanlanmış 17 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 14 iyun 2022-ci il tarixdə "xxxx" MMC-yə daxil olmuş İddiaçı ərizəsi araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində sol budçanaq oynağında olan ağrı şikayəti ilə əlaqədar Cavabdeh1 MMC-yə müraciət etmişdir. Klinikaya təqdim etdiyi MRT müayinəsinin nəticəsinə əsasən müəyyən olunmuşdur ki, onun sirkə kasasında və bud sümüyünün başında dəyişikliklər müşahidə olunur ki, bu da aseptik gedişli irinli-iltihabi prosesin mövcudluğunu əks etdirir. Həmçinin bud sümüyünün başının qığırdaq səthində hissəvi zədələmələr, oynaq mayesinin artması və bir hissəsinin isə abses şəklində oynaq arxası əzələ toxumaları arasında yığılması müşahidə olunmuşdur. Onun tərəfindən bu ağrıların onda bir neçə il əvvəl, yəni hərbi xidmətdən sonra yarandığı bildirilmiş, bununla əlaqədar bir neçə tibb müəsssiəsinə müraciət etsə də heç bir nəticə olmadığı qeyd edilmişdir. Kliniki laborator müayinələrin nəticəsinə əsasən, ona sol bud-çanaq oynağının xroniki osteoartiti, sirkə kasasının avaskulyar nekrozu, yumşaq toxumaların absesi diaqnozu təyin edilmişdir. Qanın ümumi analizinin nəticəsində onda EÇS-nin artdığı müşahidə olunmuşdur (norma 0-15) ki, bu da orqanizmdə infeksion prosesin olduğunu əks etdirir. Mövcud vəziyyət, eləcə də diaqnozu barədə ona və onun yaxınlarına müfəssəl izahlar verilməklə, gənc yaşda olmadığı nəzərə alınmaqla, ona irinli iltihabi prosesin mövcudluğunun radikal cərrahi müdaxilənin aparılmasının və ya oynağın dəyişdirilməsinin (artroplastika) əks göstəriş olduğu bildirilmişdir. Müayinələrin nəticəsinə əsasən ona sanasiya (debridman) əməliyyatlı patoloji ocağın-absesin yarılması, sekvestrnekroektomiya(sonuncuların aşkar olunduğu təqdirdə) təklif olunmuşdur. Həmçinin müayinə həkimi tərəfindən ona bildirilmişdir ki, irinli-iltihabi proses söndükdən sonra oynağında müşahidə olunmuş ağrılarla əlaqədar artropalstika əməliyyatı aparıla bilər. Eyni zamanda ona sözügedən əməliyyatdan sonra tam sağalacağı barədə heç bir fikir söylənilməmişdir. Belə ki, onun özünün klinikaya təqdim etdiyi MRT müayinəsi və onun nəticəsi bud-çanaq oynağında baş verən zədələnmələrin xeyli ağır olduğunu nümayiş etdirmişdir. Onun tərəfindən, eləcə də yaxınlarının verdiyi razılıqlara əsasən həkim Ç.Əlizadə tərəfindən təklif olunan əməliyyatdan sonra müvafiq əməliyyat icra olunmuşdur. Əməliyyat zamanı abses yarılarkən nekrotik toxumalar aşkarlandığından sözügedən toxumalar histoloji müayinəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə onun Klinikaya təkrar müraciəti zamanı qan analizləri aparılmış və bu analizlərin nəticəsində EÇS-nin azadlığı, yəni 54-dən 35-ə endiyi müşahidə olunmuşdur. Həmin tarixdə ona latent infeksiyasının müalicəsi məqsədi ilə təkrar müalicə kursu təyin edilmişdir. Histoloji müayinələrin nəticələrini əldə etdikdən sonra həmin nəticələr onun tərəfindən Klinikaya təqdim olunmamışdır. Yuxarıda sözügedən əməliyyatdan bir neçə ay sonra, yəni irinliiltihabi proses söndükdən sonra oynaqda müşahidə olunan ağrılarla əlaqədar olaraq oynaq protezlənməsi üzrə mütəxəssislərə müraciət etməsi ona təklif olunmuşdur. Həmçinin onun nəzərinə çatdırılmışdır ki, icbari tibbi sığorta vasitəsil ilə qeyd olunan oynaq protezlənməsini təmin edə bilər.Klinikanın həkim professoru Çingiz Əlizadə tərəfindən aparılmış əməliyyatın düzgün icra edilməməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Həmin əməliyyatın düzgün icra olunmasına əminliyinin yaranması üçün əməliyyatdan əvvəl və əməliyyatdan sonrakı analizlərin və rentgen şəkillərinin təqdim olunması ilə iştirakları ilə müvafiq araşdırmaların aparılması ona təklif olunmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin İddiaçı ünvanlamış olduğu 26 may 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinə (TƏBİB) ünvanlanmış müraciət məktubuna xx.xx.2022-ci il tarixli PHS/1.1.-Ə-1- 2022-1346 daxilolma nömrəsi ilə qeydiyyata alınaraq aidiyyatı üzrə baxılmışdır. “Güvən” özəl tibb müəssisəsi TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin siyahısına aid olmadığından məktubun icrası mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi X6 tərəfindən C-348-22 nömrəli material üzrə qəbul edilmiş 26 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış C-348- 22 nömrəli material üzrə X2 əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı müayinəsi, əməliyyatı və müalicəsi düzgün aparılmışdır”. C-348-22 nömrəli materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin İddiaçı adına tərtib edilmiş 449/KEŞ saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı əməliyyatdan öncə rentgenoloji müayinə aparılmış və onda sol bud çanaq oynağında patoloji dəyişiklərin olduğu qeyd edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə “HB Güvən Klinikası” na daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sol tərəfli sirkə kasasının zirvəsi nahiyəsinin əzələlərarası absesi,bud sümüyünün osteomiliti” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində xx.xx.2021-ci il tarixdə “Sol tərəfli absesin yarılması, sekvestrnekroektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Aparılmış cərrahi əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Adekvat müayinə və müalicələrdən sonra xəstə xx.xx.2021-ci il kafi vəziyyətdə ambulator nəzarət üçün evə yazılmışdır. İddiaçı seçilmiş müalicə taktikası düzgün olmuşdur. Belə ki, ilkin əməliyyatda mövcud olan iltihabi proses aradan qaldırılmışdır. İddiaçı müalicə müəssisəi şəraitində göstərilmiş ixtisaslı tibbi yardımlar xəstənin vəziyyətinə və təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı üzərində xx.xx.2022-ci il tarixdə “Sol bud-çanaq oynağının total endoprotezi” cərrahiyyə əməliyyatı icra edilmişdir ki, bu da ilkin cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Tibbi manipulyasiyalarla sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Xəstəyə müayinə, müalicə və digər tibbi tədbirlərinə nəzarət müalicə həkimi tərəfindən icra edilməlidir. Buna müvafiq olaraq tibbi göstəriş əsasında İddiaçı laborator-instrumental müayinələr, operativ müdaxilə və əməliyyatdan sonrakı dövrə nəzarət kimi tibbi xidmətlər müalicə həkimi tərəfindən yerinə yetirilmişdir. İddiaçı göstərilmiş tibbi xidmət Səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. 15 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır Hazırda iddiaçı “HB Güvən” Klinikasında həkim Çingiz Əlizadə tərəfindən aparılmış yanlış əməliyyat nəticəsində sağlamlığını itirilməsi ilə əlaqədar cavabdehlər "xxxx" MMCdən və X1 3000 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmiş olsa da məhkəmə qeyd edir ki, iddiaçı bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilk öncə həkim X4 tərəfindən “HB Güvən” Klinikasında ayaq əməliyyatının uğursuz aparılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmiş və onun müraciəti araşdırılan zaman keçirilən komisyon məhkəmə tibbi ekspertizasının rəyi ilə İddiaçı üzərində icra edilmiş cərrahi əməliyyatların taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi, ona müalicə müəssisəsi şəraitində göstərilmiş ixtisaslı tibbi yardımların onun vəziyyətinə və təyin olunmuş diaqnoza uyğun olduğu və eləcə də ona göstərilmiş tibbi xidmətin Səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən tibbi xidmətlər düzgün həyata keçirilmiş və onların hərəkətləri nəticəsində iddiaçıya 3000 manat məbləğində maddi ziyanın dəyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər "xxxx" MMC-dən və X1 3000 manat məbləğində pulun tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X3 qarşı pul tələbinə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-920/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-920/2023
06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver