Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9274/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı “yeni borc müqaviləsinin bağlanması və s.” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh qarşı “yeni borc müqaviləsinin bağlanması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: -153.2.1-ci maddəsinə əsasən əgər ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış kredit müqaviləsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12815/2015 saylı, 02.10.2015-ci il tarixli məhkəmə əmri üzrə icra vərəqəsi icra olunması üçün Bakı şəhər Binəqədi Rayon İcra Şöbəsinə göndərildiyindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün əsas yoxdur. Beləliklə, şərh olunanlara və qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, kredit müqaviləsinin icra vəziyyəti barədə məlumat almaq üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM İddiaçı Cavabdeh qarşı “yeni borc müqaviləsinin bağlanması və s.” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya kredit müqaviləsinin icra vəziyyəti barədə məlumat almaq üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-9274/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9274/2021
16.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver