Məhkəmə qərarları › İş №2(001)-929/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-929/2020

09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-929/2020 09.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8, İddiaçının nümayəndəsi, vəkil X9, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdehlər “X5 Mərkəzi“ MMC və Cavabdeh1nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X7 və “xxxxxxx” ASC cəlb edilməklə) əmlakın qiymətləndirilməsinin nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “X5 Mərkəzi“ MMC və Cavabdeh1nə qarşı əmlakın qiymətləndirilməsinin nəticələrinin etibarsız hesab edilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qərarına və sifarişinə əsasən birgə nikah dövründə əldə edilmiş “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində “X5 Mərkəzi“ MMC tərəfindən aparılmış xx xxxxxx 2019cu il tarixli Y-217 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə xx xxxxxxx 2002-ci ildə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşdur və xx xxxxx 2015-ci il tarixində nikahları Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Bundan sonra X7 ona qarşı Binəqədi Rayon Məhkəməsində birgə nikah dövründə əldə olunmuş avtomobillərin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bölünməsi tələbi barədə iddia qaldırmış və Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş avtomobillərin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi, həmçinin “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışının “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun” 30.1-ci maddəsinə uyğun həyata keçirilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq sifarışçi Binəqədi rayon icra və probasiy şöbəsi “X5 Mərkəzi” MMC-yə sifariş verilmiş və “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu ildə hərrac keçirilmiş və satış qiyməti 50220 manat müəyyən edilmiş və əmlakın alıcısı X7 olmuşdur. “X5 Mərkəzi” MMC tərəfindən ilk hərrac keçirildikdə ona heç bir məlumat verilməmişdir. Ona ikinci dəfə xx xxxxxx 2019-cu il tarixdə hərracın keçiriləcəyi barədə məlumat verilmiş ,sonuncu hərracın keçirilməsi barədə isə yenə də məlumat verilməmiş və bir həftə ərzində ona məlum olmayan səbəblərdən 3-cü hərrac keçirilmişdir. Halbuki, hərracın keçirilməsi barədə ona bildiriş göndərilsəydi, belə poçt vasitəsi ilə həmin müddətdə bildirişin ona çatması ağlabatan hesab edilə bilməz. O hesab edir ki, Hərrac Mərkəzi onun iştirakı olmadan, əmlakın ilkin satış qiyməti 62000 manat müəyyən edildiyi halda və həmin avtomobilin satılması ilə bağlı mülkiyyətçi olaraq ona təklif etməli olduğu halda bunu etməmiş və onun hüquqlarını satmışdır. Belə ki, o hərrac üçün müəyyən edilmiş 50220 manat məbləğlə razı deyildir. Və hesab edir ki, “X5 Mərkəzi” MMC-nin qiymətləndiricisinin avtomobilə qiymət qoyarkən maraqlı olması və açıq-aşkar qarşı tərəfin sifarişini yerinə yetirməklə avtomobilə real dəyərində qat-qat aşağı qiymət qoyması onun hüquqlarını pozmaqla avtomobilin real qiymətindən çox aşağı qiymətə X2 üçün hesablanmışdır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Əvvəlki məhkəmə iclasında iştirak edən X12 izahatında bildirmişdir ki, aprel ayında icra nümayəndəsi oğlundan ipoteka yüklü avtomobili almış və qaynatasının Goradildəki həyətinə qoymuşdur. Həmin vaxtdan indiyə kimi maşın onun həyətindədir. Maşın oğlunun adındadır. Oğlu həmin maşınla taksi fəaliyyəti göstərək ailəsinə baxırdı. İndiyə kimi məhkəmələr uzanır, maşın isə geri qaytarılmayıb. Hərrac keçirilsə də, yalnız 2-ci hərracın keçirilməsindən onların məlumatı olmuşdur. Qalan hərracların keçirilməsi barədə məlumatları olmamışdır. Maşın qaynatanın həyətinə qoyulsa da, onun həyətində də maşını saxlamağa yer vardır. 2-ci hərracdan sonra 1 həftə ərzində 3-cü hərracla maşın Samirə xanıma satıldı. Satışın pulu ona hələ verilməyib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X16 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, iddia tələbini əsasən bildirişlərin vaxtında təqdim edilməməsi baxımından qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, o iddiaçı ilə xx xxxxxxx 2020-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxx 2006-cı il təvəllüdlü və xx xxxxxx 2003-cü il təvəllüdlü iki övladları olmuşdur. İddiaçı “nikahın pozulmasına dair” iddia ərizəsinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılmış və xx xxxxx 2015-ci il tarixli, 2(006)-309/2015 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Uşaqların onun himayəsində qalmasına baxmayaraq iddiaçı uşaqların saxlanması üçün ona verilməli olan alimenti gecikdirərək ona və uşaqlara mənəvi zərər vurmuşdur. “Birgə nikah dövründə əldə edilmiş əmlakların siyahıya alınması və bölünməsinə dair” iddia tələbinə Binəqədi Rayon Məhkəməsində baxılmış cavabdeh İddiaçı adına hər hansı nəqliyyat vasitəsinin olub-olmaması barədə Azərbaycan Respublikası DİN BDYP-nə sorğu göndərilmişdir. Məhkəmənin göndərdiyi xx xxxx 2015-ci il tarixli sorğusuna, Azərbaycan Respublikası DİN-nin BDYPİ xx xxxx 2015-ci il tarixli elektron çıxarış göndərmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(001)-9343/15 saylı qərardadı ilə cavabdeh İddiaçı məxsus avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. xx xxxxxx 2017-ci il tarixli 2(001)-1795/2017 saylı məhkəmə qətnaməsi olsa da, cavabdeh İddiaçı icra sənədində göstərilən tələbi yerinə yetirməmiş, minik avtomobillərini könüllü təhvil verməmiş və avtomobilləri qəsdən gizlətmiş, başqa şəxslərə etibarnamələr verməklə yayınmalar etmişdir. “Renault 12” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı , VAZ 21074 markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı, “QAZ 531211” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına baxmayaraq hələ də, təhvil verməkdən boyun qaçırır . Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(001)-9343/2015 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli , 2(103)-8135/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya MƏhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(103)-8135/2015 saylı qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, 2(102)-1892/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(103)-8135/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Birgə nikah dövründə əldə olunmuş avtomobillərin açıq hərracda satılması və əldə olunmuş vəsaitin bölünməsinə dair” iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-1795/2017 saylı qətnaməsi ilə təmin edilmişdir. xx xxxxxxx 2017-ci il tarixdə Binəqədi rayon icra şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə xx xxxxxxx 2017-ci il tarixində 1/68-299810/20 saylı bildirişlər göndərilmişdir. Dəfələrlə Cavabdeh1 tərəfindən caavbdeh İddiaçı avtomobillərin açıq hərracda satılması və əldə edilən gəlir məbləğinin bölünməsi ilə bağlı təhvil verilməsi tələb olunsa da, bəhanələr gətirməklə icra etməkdən yayınmışdır. xx xxxxx 2019-cu il tarixdə Cavabdeh1 icra sənədinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı mülkiyyətindən olan **-BC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC 200” markalı minik avtomobili məcburi qaydada alınmış və akt tərtib olunaraq tələbkar olaraq onun özünə hərraca çıxarılıb satılanadək saxlanılması üçün təhvil verilmişdir. İddiaçı iddia edir ki, “X5 Mərkəzi” MMC tərəfindən ikinci hərrac keçiriləndə onun xəbəri olmamışdır. Xəbəri olmasına baxmayaraq bilərəkdən hərracda iştirak etməmişdir. İştirak etmiş olsaydı, üçüncü hərracın bildirişini orada alacaqdı. Üçüncü hərracın bildirişini poçtalyon evə gətirsə də, qapı bağlı olduğuna görə təqdim edə bilməyib. O özü tələbkar kimi şəxsən hərracda iştirak etmişdir. İddiaçının atasıgili ilə birlikdə yaşadığına görə onun adına gələn bildirişi xəbəri olmadan imzalayaraq geri qaytarmışlar. Avtomobil ilə maraqlandığına görə hər dəfə öz bildirişini özü “X5 Mərkəzi” MMC –dən alırmış. İddiaçı ilə hərracda, hətta “xxxxx” MMC-nin ekspertləri tərəfindən **-BC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC 200” avtomobilinin qiymətləndirilməsi üçün baxış keçirilərkən İddiaçı ilə dəfələrlə əlaqə saxlanılmış və avtomobilə baxış keçirilməsində iştitak etməsi bildirilmişdir. Qiymətləndirilmənin yerinə yetirilməsinə görə xidmət haqqından boyun qaçırmışdır Avtomobilə baxış keçirilən zaman İddiaçı özü və qanuni nümayəndəsi Rəşid Qurbanovla telefon əlaqəsi ilə məlumat verilmiş və onlar baxış keçirilməsi zamaanı iştirak etməkdən imtina etmişlər. Bununla da, aydın olur ki, **-BC-*** dövlət qeydiyyat nişanlı , “Toyota LC 200” markalı minik avtomobilinin ilk mülkiyyətçisi olsa da, avtomobillə maraqlanmamış, qiymətləndirilməsində və hərracında bilərəkdən iştirak etməmişdir. “xxxxx” MMC tərəfindən **-BC-*** dövlət qeydiyyat nişanlı , “Toyota LC 200” markalı minik avtomobilinə 62000 manat qiymət qoyulmuş, “X5 Mərkəzi“ MMC-də ilkin hərracda 62000 manat, son hərracda isə 50220 manat dəyərində qiymət qoyularaq, 50220 manatda satılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “X5 Mərkəzi” MMC-nin nümayəndəsi X10 izahatında bildirmişdir ki, hazırki mülki iş üzrə 1-ci hərrac xx xxxx 2019-cu il tarixində, xx xxxxxx 2019-cu il tarixində 2-ci hərrac, xx xxxxxx 2019-cu il tarixində isə 3-cü hərrac keçirilmişdir. 1-ci hərracdan əmlakın ilkin satış qiyməti 62.000 AZN, 2-ci hərracda əmlakln ilkin satış qiyməti 55.800 AZN, 3-cü hərracda əmlakın ilkin satış qiyməti 50.220 AZN təşkil etmişdir. Eyni zamanda hərracın keçirilməsi ilə bağlı tərəflərə bildiriş göndərilmişdir. Bildirir ki, onlar hərrac təşkilatıdır və poçt fəaliyyətini icra etmirlər. Hərrac təşkilatının tərəflərə xəbərnaməli bildirşi göndərmək vəzifəsidir.Sonuncu hərracın keçirildiyi gün isə protokol tərtib edilir. Əmlak bankda girovdadırsa 7 təqvim günü ərzində banka pul ödənməlidir. Şirkət olaraq onlara ximdət haqqı verilir. Maşın hərrac keçirilən zaman onlarda olmur. Maşın icranın xüsusi dayanacağında olur. Yekun protokolla alqı-satqı müqaviləsi eyni vaxtda olur. İlk hərracın keçirilməsinə ən geci 30 gün qalmış tərəflərə məlumat verilir. İpoteka haqqinda qanuna müvafiq olaraq bu belədir. Əgər ipoteka yoxdursa onların icra şöbəsi ilə xüsusi müqavilələri vardır. Ehtimal olunur ki, bu işdə icra və probasiya şöbəsinin də səhvi vardır. Belə ki, hərracda iştirak edən şəxslər qismində ipoteka qoyan, ipoteka saxlayan barəsində məlumatlar qeyd edilməmişdir . Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 icra məmuru X13 izahatında bildirmişdir ki, iş üzrə 6 ədəd nəqliyyat vasitəsi vardır. İcra sənədi üzrə nəqliyyat vasitələrindən heç biri satılmayıb. “Toyota LC200” markalı avtomobil isə ipoteka predmeti olmuşdur. Avtomobilin satışından sonra pul köçürülən kimi dərhal ipotekaya xitam veriləcək. İddiaçı barəsində hətta nəqliyyat vasitəsini təhvil verməydiyinə görə inzibati protokol da tərtib edilmişdir. Hal-hazırda Goradildəki maşın saxlancdadır. 2017-ci ildən indiyə kimi icra sənədi icra olunmur. Bu işlə bağlı tərəflər kifayət qədər məlumatlandırılmışdır. Burada məqsəd icra sənədinin icrasına mane olmaq və məsələni uzatmaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər nümayəndələrinin və mübahisə pedmeti barəsində müstəqil tələb irəli sürməyən “xxxxxxx” ASC nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 icra məmuru Aqil Cəbiyev tərəfindən qəbul edilən “Qiymətləndiricinin dəvət edilməsi haqqında” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1795/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün “xxxxx” qiymətləndiricisinin dəvət edilməsi qərar alınmışdır. “xxxxx” MMC Qiymətləndirmə şirkəti tərəfindən verilən Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx xxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, “xxxxx” MMC-nin direktoru X14 Bakı şəhəri Cavabdeh1 ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli “Qiymətləndirmənin təşkili haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Cavabdeh1 xx xxx 2019-cu il tarixli qərarı ilə İddiaçı məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC 200” markalı minil avtomobilinin qiymətləndirilməsi işi yerinə yetirilmişdir. Qiymətləndirmənin əsası kimi Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (001)-1795/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi və Cavabdeh1 xx xxx 2019-cu il tarixli qərarı göstərilmişdir. Qiymətləndirmə zamanı təqdim olunmuş sənədlər əsas kimi götürülmüş , analoji obyekt üzrə bazar araşdırmaları aparılmaqla avtomobilin bazar dəyəri müəyyən edilmişdir. Aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçı məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı “Toyota LC 200” markalı minik avtomobilinin xx xxx 2019-cu il tarixinə bazar qiyməti 62000 manat məbləğində müəyyən olunmuşdur. xx xxx 2019-cu il tarixli, 338411 saylı mədaxil qəbzindən görünür ki, X7 tərəfindən qiymətləndirmə xidməti üçün 200 manat məbləğində pul vəsaiti “xxxxx” MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən “X5 Mərkəzi” MMC-yə İddiaçı, X6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş İdarəsinə göndərilən xx xxx 2019-cu il tarixli, xx/xx-299810-16 saylı məktubundan görünür ki, “xxxxx” MMC Qiymətləndirmə şirkəti tərəfindən İddiaçı məxsus olan “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 62000 manat dəyərində qiymətləndirilməsi barədə məlumat verilmiş, “X5 Mərkəzi” MMC-nə isə həm də hərracın keçirilməsi barədə sifariş verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Cavabdeh1 xx xxx 2019cu il tarixli, xx/xx-299810-16 saylı sifarişi “X5 Mərkəzi” MMC tərəfindən xx xxxx 2019cu il tarixində 368 № ilə qeydə alınmışdır. “Legal Prime” X19” tərəfindən verilən xx xxxx 2020-ci il traixli LP-929/20 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən “Toyota LC200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı avtomobilin 2019-cu il may ayı üçün bazar qiyməti 36000 dollar olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-11389/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş “Renault 12” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı, “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “Suzuki XL7” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı, “QAZ 3302” markalı, **-HZ- *** dövlət qeydiyyat nişanlı, “QAZ 531211”markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” dövlət qeydiyyat nişanlı , **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, əldə edilmiş vəsaitin İddiaçı və X7 arasında bərabər paylara bölünməsi, “Toyota LC200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracdan satışı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə uyğun həyata keçirilməsi qət edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, 2(001)-1811/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı 3429,98 manat əsas, 118,94 manat faiz borcu, cəmi 3548,92 manat borc və ödənilmiş dölət rüsumunun əvəzi olaraq 24 manat iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı məxsusu “Toyota LC 200” minik markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddiaçının iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsinə kifayət etmədikdə qalan məbləğ İddiaçı tutularaq “xxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 icra məmuru X11 tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-1795/2017 saylı icra sənədi əsasında xx xxxxxxx 2017-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu İddiaçı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə xx xxxxxxx 2017-ci il tarixli xx/xx-299810/10 saylı bildiriş göndərilmişdir. xx xxxx 2019-cu il tarixli, 142295 saylı qaimədən görünür ki, X6 xx xxxx 2019-cu il tarixli 672 saylı bildiriş göndərilmiş və “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 62000 manat olmaqla açıq hərracdan satışının xx xxxx 2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbəsində satışının həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Qaimədə bildirişin qəbulundan imtina edilməsi barədə qeyd edilmişdir. xx xxxx 2019-cu il tarixli, 142744 saylı qaimədən görünür ki, X6 xx xxxx 2019-cu il tarixli 761 saylı bildiriş göndərilmiş və “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 55800 manat olmaqla açıq hərracdan satışının xx xxxxxx 2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbəsində satışının həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Qaimədə bildirişin qəbulundan imtina edilməsi barədə qeyd edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 779 saylı bildirişdən görrünür ki, X6 “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 50220 manat olmaqla açıq hərracdan satışının xx xxxxxx 2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbəsində satışının həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Bildiriş xx xxxxxx 2019-cu il tarixində şəxsən X7 tərəfindən bildirişin kötüyünə imza edilməklə qəbul edilmişdir. xx xxxx 2019-cu il tarixli, 142300 saylı qaimədən görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixli 672 saylı bildiriş göndərilmiş və “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 62000 manat olmaqla açıq hərracdan satışının xx xxxx 2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbəsində satışının həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Qaimədə “Qurbanova” soyadlı şəxs imza etməklə bildirişi qəbul etmişdir. xx xxxx 2019-cu il tarixli, 142724 saylı qaimədən görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixli 761 saylı bildiriş göndərilmiş və “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 55800 manat olmaqla açıq hərracdan satışının xx xxxxxx 2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbəsində satışının həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Qaimədə “Qurbanova” soyadlı şəxs imza etməklə bildirişi qəbul etmişdir. xx xxxxxx 2019-cu il tarixli, 143217 saylı qaimədən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixli 779 saylı bildiriş göndərilmiş və “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 50220 manat olmaqla açıq hərracdan satışının xx xxxxxx 2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbəsində satışının həyata keçiriləcəyi barədə məlumat verilmişdir. Qaimədə ünvanda yerləşən mənzilin qapısının bağlı olması barədə qeyd edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, 074537 saylı kassa mədaxil qəbzindən görünür ki, “X5 Mərkəzi” MMC-nin hesabına X7 tərəfindən “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 2510 manat beh ödənilmişdir. “X5 Mərkəzi” MMC tərəfindən tərtib olunan hərracın nəticələri haqqında xx xxxxxx 2019-cu il tarixli, Y-217 saylı protokoldan görünür ki, ilkin satış qiyməti 62000 manat məbləğində müəyyənləşdirilən, İddiaçı məxsus olan, “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixində son olaraq 50220 manata X1. AB seriyalı 828890 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota LC200” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli, 2(001)-1811/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı ümumilikdə 3548,92 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı məxsus ipoteka predmeti olan “Toyota LC 200” minik markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-11389/2017 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı və digər avtomobillərin açıq hərracdan satılması, əldə edilmiş vəsaitin İddiaçı və X7 arasında bərabər paylara bölünməsi, “Toyota LC200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracdan satışı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə uyğun həyata keçirilməsi qət edilmişdir. “xxxxx” MMC Qiymətləndirmə şirkəti tərəfindən verilən xx xxx 2019-cu il tarixli ekspert rəyi ilə İddiaçı məxsus **-BC- *** dövlət qeydiyyat nişanlı, “Toyota LC 200” markalı minil avtomobili 62000 manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-11389/2017 saylı qətnaməsinə əsasən verilən icra vərəqəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh1 tərəfindən xx xxx 2019-cu il tarixində “X5 Mərkəzi” MMC-yə İddiaçı məxsus olan, 62000 manat dəyərində qiymətləndirilən “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı üçün hərracın keçirilməsi barədə sifariş verilmişdir. Sifariş “X5 Mərkəzi” MMC tərəfindən xx xxxx 2019-cu il tarixində qəbul edilmiş, 17 iyul , 07 avqust və 14 avqust tarixlərində hərrac təşkil edilmiş, qeyd edilən avtomobil ilk hərracda 62000, ikinci hərracda 55800 üçüncü hərracda isə 50220 manatdan satışa çıxarılmış və İddiaçı, X6 və Bakı şəhəri Cavabdeh1nə məlumat verilmişdir. Avtomobil üçüncü hərracda 50220 manata X3 bu barədə “X5 Mərkəzi” MMC tərəfindən Y-217 saylı protokol tərtib edilmişdir. Hal-hazırda iddiaçı xx xxxxxx 2019-cu il tarixində keçirilən hərracın yekunları barədə Y-217 saylı protokolun ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “X5 Mərkəzi” MMC hərracın keçirilməsinə dair Cavabdeh1 xx xxx 2019-cu il tarixli sifarişini xx xxxx 2019-cu il tarixində qəbul etmiş və İddiaçı və X6 xx xxxx 2019cu il tarixində keçiriləcək ilk hərrac barəsində bildirişləri xx xxxx 2019-cu il tarixində yəni, hərracın keçirilməsinə 26 gün qalmış göndərmişdir. xx xxxxxx 2019-cu il tarixli təkrar hərrac barəsində bildiriş hərracın keçirilməsinə 11 gün qalmış yəni xx xxxx 2019-cu il tarixində, sonuncu xx xxxxxx 2020-ci il tarixində keçiriləcək təkrar hərrac barəsində bildiriş isə hərracın keçirilməsinə 6 gün qalmış yəni, xx xxxxxx 2019-cu il tarixində göndərilmişdir. Göründüyü kimi bildirişlər hərracın keçiriləcəyi vaxtdan ən geci 30 gün qabaqcadan tərəflərə göndərilməmiş, nəticədə mülki məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl olunmamışdır. Bundan başqa İddiaçı göndərilən xx xxxx 2019-cu il tarixli və xx xxxx 2019-cu il tarixli bildirişlər üzrə qaimələrin “alanın soyadı və imzası” qrafasında təhvil alan qismində “Qurbanova” soyadı qeyd edilmişdir. xx xxxxxx 2019-cu il tarixli bildiriş üzrə qaimənin “alanın soyadı və imzası” qrafasında “qapı bağlıdır” qeyd edilmişdir. İddiaçının ünvanına rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaçı tərəfindən həmin bildirişlər qəbul edilməmiş və onun hərracın keçiriləcəyi tarixlərdən xəbəri olmamışdır. Təşkilatçı “X5 Mərkəzi” MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilməsi barədə qeydiyyat vərəqəsində xx xxxx 2019-cu il tarixli hərrac üçün “Market” qazetində № 23(1007) saylı, xx xxxxxx 2019-cu il tarixli hərrac üçün “Market” qazetində №28(1012) saylı, xx xxxxxx 2019-cu il tarixli hərrac üçün “Market” №30 (10140) saylı elan verilməsi qeyd edilsə də, bu barədə rəsmi sənəd iş materiallarına əlavə edilməmişdir. Ehtimal edilsə ki, hərrac mərkəzinin hərraca çıxarılmış əmlakın ipoteka predmeti olmasından xəbəri yox idi, onda hərracın təşkilinin digər şəxslərə elan edilməsi məqamı da mühüm əhəmiyyət kəsb etməli idi. Göründüyü kimi “X5 Mərkəzi” MMC tərəfindən “Toyota LC 200” markalı , **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədilə hərrac təşkil edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Hərracın təşkili və keçirilmə qaydası”nı müəyyən edən normalarının tələbləri pozulmuşdur. Nəticədə üç müxtəlif tarixlərdə keçirilən hərraclar məcəllənin tələblərinə uyğun təşkil edilməmişdir. Digər tərəfdən “X5 Mərkəzi” MMC tərəfindən hərracla bağlı prosedurların “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun təşkil edilməsi ehtimal edilə bilər. Çünki mübahisəli avtomobil eyni zamanda ipoteka predmetidir. Bununla bağlı, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx xxxxxx 2008-ci il tarixli plenum qərarında izah edilir ki, Azərbaycan Respublikası MM-nin 415.2-ci maddəsində nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiyyətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanna təklif (oferta) hesab edilir və bu maddə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx xxxx 2005-ci il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. “X5 Mərkəzi” MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42.1-ci maddəsinin tələblərinə uyğun olaraq ilk hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış, ikinci hərracın keçirilməsinə isə 15 təqvim günü qalmış tərəflərə bildiriş göndərilmişdir. Lakin bildirişlər hər üç hərracın təşkili zamanı ipoteka qoyan və ipoteka saxlayana deyil, hərracın keçirilməsində maraqlı olan şəxslərə göndərilmişdir. Həmin qanunun 43.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1-ci bəndinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2-ci bəndinə əsasən hərracın iştirakçısı olmadıqda; 43.1.3-cü bəndinə əsasən hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4-cü bəndinə əsasən hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə (yəni hərracın iştirakçısı olmadıqda) ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.6-cı maddəsinə əsasən Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. İş materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixində keçirilən ilkin hərrac və xx xxxxxx 2019-cu il tarixində keçirilən təkrar hərrac iştirakçısı olmadığından baş tutmamışdır. Həmçinin təkrar hərrac zamanı avtomobilin ilkin satış qiymətindən 15 % aşağı yəni 52700 manat məbləğində təqdim edilməli olduğu halda avtomobil 55800 manatdan yəni 10 faiz aşağı qiymətə hərraca çıxarılmışdır. Həmin qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə (43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8-ci maddəsinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında“ Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən hərracın keçirilməsi zamanı ardıcıl olaraq 2 hərrac təşkil edilir. İkinci hərracdan sonra ipoteka saxlayan qanunda nəzərdə tutulmuş müddətdə və ona təklif olunan qiymətdə ipoteka predmetini almasa bu zaman ipotekaya xitam verilir. Qanunda üçüncü hərracın keçirilməsi nəzərdə tutulmamışdır. Təşkilatçı tərəfindən xx xxxxxx 2019-cu il tarixində keçirilən təkrar hərracdan sonra ipoteka saxlayana ipoteka predmetini alması üçün təklif verilməmiş, qanunun tələbləri pozularaq üçüncü dəfə xx xxxxxx 2019-cu il tarixində hərrac təşkil edilmiş və yekun protokol imzalanaraq avtomobil satılmışdır. Məhkəmə hesab edir ki, hərrac təşkil edilərkən “İpoteka haqqında” Respublikasının Qanunun tələblərinin rəhbər tutulması halı ehtimal olunarsa belə, yuxarıda sadalanmış hallara əsasən həmin hərraclar “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə də uyğun təşkil edilməmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3-cu və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddia tələbinin xahiş etdim hissəsində qiymətləndirmənin nəticələrinin ləğv edilməsi barədə tələb olmasa da, iddia ərizəsinin əsaslandırmasında qiymətləndirmənin nəticələri mübahisələndirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “xxxxx” MMC Qiymətləndirmə şirkəti tərəfindən verilən Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx xxx 2019-cu il tarixli ekspert rəyi ilə İddiaçı məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı “Toyota LC 200” markalı minik avtomobilinin xx xxx 2019-cu il tarixinə bazar qiyməti 62000 manat məbləğində “Legal Prime” X19” tərəfindən verilən xx xxxx 2020-ci il traixli LP- 929/20 saylı mütəxəssis rəyi ilə “Toyota LC200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu il may ayı üçün bazar qiyməti 36000 dollar müəyyən olunmuşdur. Göründüyü kimi, müxtəlif vaxtlarda müxtəlif qiymətləndirici şirkətlər tərəfindən “Toyota LC200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2019-cu il may ayı üçün bazar qiyməti təqribən eyni məbləğdə müəyyən edilmişdir. Yəni əmlakın qiymətləndirilməsi barədə mübahisə yaradan məqamlar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “X5 Mərkəzi” MMC tərəfindən “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədilə keçirilən hərracın nəticələri haqqında xx xxxxxx 2019-cu il tarixli, Y-217 saylı Protokol etibarsız hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X5 Mərkəzi” MMC tərəfindən “Toyota LC 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədilə keçirilən hərracın nəticələri haqqında xx xxxxxx 2019-cu il tarixli, Y-217 saylı Protokol etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar