Məhkəmə qərarları › İş №2(001)-932/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-932/2025

19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-932/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X15 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddia İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 56461,64 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu ildə "xxxx" MMC-nin direktoru Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanmış 29 iyun 2009-cu il tarixli k/91 saylı 349482 manat 96 qəpik məbləğində müqaviləni yerinə yetirmək üçün dəvət aldı. Müqaviləyə əsasən "xxxx" MMC Dövlət Sərhəd Xidmətini malmateriallarla və digər ləvazimatlarla təmin etməli idi. Bunun üçün iddiaçı mal materialları müxtəlif mağaza, təşkilat və şəxslərdən alaraq Dövlət Sərhəd Xidmətinə qaimə fakturalarla təqdim edirdi. Mal material aldıqları şəxslərdən biri də X9 idi. Belə ki, "xxxx" MMC X1 14500 manatlıq mal material alaraq DSX-nə vermişdi. DSX-dən pulunu almışdı və X3 pulunu vermirdi. X9 14500 manat pulunu almaq üçün 1 ildən çox dəfələrlə ofisə gələrək X10 ilə çox pis mübahisə edirdi. Dövlət Sərhəd Xidməti "xxxx" MMC-yə olan borcunu 2009-2010-2011-ci ildə tam ödədi və "xxxx" MMC-yə borcu qalmadı. Dövlət Sərhəd Xidmətindən ödənilən pulları bankdan şəxsən direktor X10 alırdı və bölgüsunü özü aparırdı X18 belə qərara gəldi ki, İddiaçı ona bu işdə kömək etsin. Borc tapsını və X3 14500 manat pulunu versin ki, ondan əl çəksin. O da borc alaraq 14500 manat pulu 01 mart 2011-ci il tarixdə idiaçının, Cavabdeh və X3 iştirakı ilə akt tərtib edərək 02 mart 2011-ci ildə Namiq Şükürovun iştirakı ilə X7 verərək X4 borcunu bağlamışdır. Namiq Şükürov söz verdi ki, artıq işlər yekunlaşıb. 1 ay ərzində, yəni xx.xx.2011-ci il tarixində birinci növbədə nəvəsi Şükürün təcili müalicə və müayinə olunması adı ilə xx.xx.2009-cu il tarixində 1 ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan şəxsi borc kimi aldığı 6000 ABŞ dollarını, xx.xx.2011-ci ildə şəxsi borc kimi aldığı 14500 manat pulu və qazanc kimi əlavə olaraq gördüyü işlərə-çəkdiyi əziyyətlərə görə mənə müqavilə qiymətinin 5% məbləğini, yəni 349482 manat 96 qəpik*5%=17474 manat verəcək. xx.xx.2009-cu ildə aldığı və xx.xx.2009-cu ildə qaytaracağına söz verdiyi 6000 ABŞ dollar pulu 12 il 3 ay 27 gündən sonra-xx.xx.2022- xx.xx.2023-cü il tarixləri arasında 1 il 5 ay 15 günə qaytardı. DSX-i bütün malların pulunu, yəni 349482,96 manat pulu 2009-2010-11-ci illərdə "xxxx" MMC-yə tam ödəyib. DSX-nin "xxxx" MMC-yə pul borcu yoxdur. 12,01,2021-ci il tarixinə kimi dəfələrlə ona yalvarmışdır ki, ondan aldığı 1 ay müddətinə qaytaracağına söz verdikləri pulları-yəni xx.xx.2009-cu ildə aldığı 6000 ABŞ dollarını, xx.xx.2011-ci ildə aldığı 14500 manatı və mənə çatası 5% qazancı yəni 17474 manat pulu versin. Gördü ki, vermək istəmir. Ona görə də 12,01,2021-ci il tarixində Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək pulunun qaytarılmasına köməklik göstərilməsini xahiş etdi. X12 rayon Polis İdarəsində söz verdi ki, borclarını tezliklə qaytaracaq. X13 bu günə kimi ona aşağıda göstərilən məbləğdə ziyan vurmuşdur: 1) xx.xx.2009-cu ildə aldığı və xx.xx.2009-cu ildə qaytaracağına söz verdiyi 6000 ABŞ dollar pulu xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında 12 il 3 ay 27 günə qaytarmışdır. Beləliklə: xx.xx.2009-cu il tarixindən (aldığı 6000 ABŞ dollar pulu qartaracağına söz verdiyi tarix)-xx.xx.2022-ci il tarixinədək (pulu xx.xx.2022-ci il tarixindən qaytarmağa başladığı tarix) ona aşağıda göstərdiyi məbləğdə ziyan vurmuşdur: xx.xx.2009-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək- 12 il 3 ay 27 gün (cəmi- 147 ay 27 gün edir) gecikdirdiyindən əldən çıxmış fayda illik 5%-dən hesablandıqda: 6000$ * 5% illik=300$ (1 illik faizi); 300$/12 ay=25$ (1 ay üçün); 25$ * 147 ay 3675$; 25$/30 gün * 27 gün=22$; 3675 $ (5% hesablanmış dəymiş ziyan) + 22 $ (5% hesablanmış dəymiş ziyan) =3697 ABŞ dolları ona ziyan vurmuşdur. (Manatla 6284.90 manat); 2) xx.xx.2011-ci ildə qaytaracağına söz verdiyi 14500 manat puldan xx.xx.2023- xx.xx.2024-cü il tarixləri arasında 1 il 04 günə 2600 manat qaytarmışdır. xx.xx.2024-cü il tarixə 11900 manat əsas borcu qalır. Beləliklə xx.xx.2011-ci il tarixindən (aldığı 14500 manat pulu qartaracağına söz verdiyi tarix)- 06,09,2023- cü il tarixinədək (pulu 06,09,2023-cü il tarixindən qaytarmağa başladığı tarix) ona aşağıda göstərdiyi məbləğdə ziyan vurmuşdur: xx.xx.2011-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək- 12 il 5 ay 04 gün (cəmi- 149 ay 04 gün edir) gecikdirdiyindən əldən çıxmış fayda illik 5%-dən hesablandıqda: 14500 manat * 5% illik=725 manat (1 illik faizi); 725 manat / 12 ay=60 manat 41 qəpik (1 ay üçün); 60 manat 41 qəpik * 149 ay = 9001 manat 09 qəpik; 60 manat 41 qəpik /30 gün * 04 gün = 08 manat 05 qəpik; 11900 manat (əsas borc)+9009.14 manat (5% hesablanmış dəymiş ziyan)= 20909,14 manat iddiaçıya ziyan vurmuşdur. 3) 02,04,2011-ci ildə qazanc kimi söz verdiyi 17474 manat puldan aşağıda göstərdiyim məbləğdə ziyan vurmuşdur: xx.xx.2011-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək- 13 il 6 ay (cəmi-162 ay edir) gecikdirdiyindən əldən çıxmış fayda illik 5%-dən hesablandıqda: 17474 manat * 5% illik = 873.70 manat (1 illik faizi); 873.70 manat/12 ay=72.80 manat (1 ay üçün); 72 manat 80 qəpik 162 ay 11793.60 manat; 17474 manat (əsas borc)+11793.60 manat (5% hesablanmış dəymiş ziyan)=29267.60 manat iddiaçıya ziyan vurmuşdur. İddiaya etiraz Cavabdeh məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru Cavabdeh ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti arasında bağlanmış, dəyəri 349.482,96 manat təşkil edən 29 iyun 2009-cu il tarixli k/91 saylı müqavilənin şərtlərini icra etmək üçün, iddiaçının cavabdehə verdiyi təklifi əsasında Cavabdeh onunla razılaşaraq, həmin müqavilənin Əlavəsindəki siyahıda göstərilən mal-materialın iddiaçı tərəfindən alınıb verilməsini razılaşdırmışlar. Həqiqətən də, İddiaçı 2009-cu ildə X14 adlı şəxsdən müxtəlif mal-materialları alaraq, DSX-nə aidiyyatı üzrə təhvil vermişdir. Bununla əlaqədar olaraq, həmin dövrdə "xxxx" MMC-nin blanklarında şirkətin möhürü ilə təsdiq olunan müvafiq qaimə-fakturalar verilmiş və onların dəyəri tam olaraq satıcıya ödənilmişdir. Təqdim edilmiş mal-materiala DSX-i tərəfindən baxış keçirildiyi zaman, məlum olmuşdur ki, DSX-nin təqdim etdiyi tender təklifində və Müqaviləyə olunmuş Əlavədə Rusiya istehsalı olan kafel və metlaxın təqdim edilməsi göstərilsə də, iddiaçı İran istehsalı olan kafel və metlax alaraq, DSX-nə təqdim etmişdir. Təqdim olunma mərhələsində həmin mal-material DSX tərəfindən müqavilə şərtlərinə uyğun olmadığı üçün qəbul olunmadığından, iddiaçı verilmiş təklifdə göstərilən Rusiya istehsalı olan kafel və metlax alıb təqdim etmək məcburiyyətində qalmışdır. Malik Heydərovla iddiaçı əlbir işlədiklərindən, alınmış malmaterialın, kafel və metlaxın dəyərini şişirdirməklə, "xxxx" MMCyə bildirirdilər. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən Malik Heydərova verdiyi 14.500 manatı aldığı kafel və metlaxın dəyəri olaraq cavabdehdən tələb etməsi də tam absurtdur. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə "xxxx" MMC-nin bir dənə də olsun Malik Heydərovdan malmaterialın alınması ilə bağlı qaimə-fakturası əlavə olunmamışdır. İddiaçının tələb etdiyi 14.500 manata gəldikdə isə, həmin vəsaitlər cavabdeh tərəfindən ona müxtəlif tarixlərdə ödənilmiş, ödənilməmiş qalmış 2.600 manat hissəsi isə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək tam ödənilmişdir. Həmin vəsait tam ödənildikdən sonra, iddiaçı cavabdehə əlavə vəsaitlərin ödənilməsinə cəlb etməkdən ötrü xx.xx.2024-cü il tarixində pretenziya məktubu ilə müraciət etmişdir ki, cavabdehi əlavə pulların ödənişinə cəlb etsin. O da qeyd olunmalıdır ki, tərəflər arsında 14.500 manat pul vəsaitinin bir ay müddətinə ödənilməsi ilə bağlı həmin dövrdə heç bir razılıq olmamışdır. Əslində həmin vəsaitin yaranma mənbəyi iddiaçının buraxdığı səhvi ucbatından baş verdiyindən, bu vəsaiti çox hissəsini iddiaçıya ödəmiş, yerdə qalan 2.600 manat hissəsini isə nə zaman imkanı olarsa, ödəməyi cavabdeh iddiaçıya bildirmişdir. Qeyd olunan məbləğlə bağlı cavabdehin və ya onun rəhbəri olduğu şirkəti olan "xxxx" MMC-nin iddiaçıya heç bir ödənilməmiş borcu qalmamışdır. İddiaçı daha sonra iddia ərizəsində göstərmişdir ki, “Namiq Şükürov söz verdi ki, artıq işlər yekunlaşıb. 1 ay ərzində yəni xx.xx.2011- ci il tarixində birinci növbədə nəvəsi Şükürün təcili müalicə və müayinə olunması adı ilə xx.xx.2009-cu il tarixində 1 ay müddətinə qaytarmaq şərti ilə məndən şəxsi borc kimi aldığı 6000 ABŞ dollarını, xx.xx.2011-ci ildə şəxsi borc kimi aldığı 14500 manat pulu və qazanc kimi əlavə olaraq gördüyüm işlərə-çəkdiyim əziyyətlərə görə mənə müqavilə qiymətinin 5% məbləğini yəni 349482 manat 96 qəpik*5%=17474 manat verəcək. xx.xx.2009-cu ildə aldığı və xx.xx.2009-cu ildə qaytaracağına söz verdiyi 6000 ABŞ dollar pulu 12 il 3 ay 27 gündən sonra13,02,2022- 28,07,2023-cü il tarixləri arasında 1 il 5 ay 15 günə qaytardı. DSX-i bütün malların pulunu - yəni 349482,96 manat pulu 2009-2010-11-ci il ərdə "xxxx" MMC-yə tam ödəyib. DSX-nin "xxxx" MMC-yə pul borcu yoxdur. 12,01,2021-ci il tarixinə kimi dəfələrlə ona yalvarmışam ki, məndən aldığı 1 ay müddətinə qaytaracağına söz verdikləri pulları-yəni xx.xx.2009-cu ildə aldığı 6000 ABŞ dollarını, xx.xx.2011-ci ildə aldığı 14500 manatı və mənə çatası 5% qazancı yəni 17474 manat pulu versin. Gördüm ki, vermək istəmir. Ona görə də 12,01,2021-ci il tarixində Nərimanov rayon Poıis İdarəsinə ərizə ilə müraciət edərək pulumun qaytarılmasına köməklik göstərilməsini xahiş etdim. Nərimanov RPİ-nin qəbul etdiyi 24 yanvar 2021-ci il tarixli və 23 fevral 2021- ci il tarixli qərarlarını Sizə təqdim edirəm. X12 rayon Polis İdarəsində söz verdi ki, mənə olan borclarını tezliklə qaytaracaq. X13 bu günə kimi mənə aşağıda göstərdiyim məbləğdə ziyan vurmuşdur:” İddiaçı cavabdehdən ilk növbədə tələb etdiyi 6.000 ABŞ dolları ilə bağlı borca münasibətdə bildirmək istərdik ki, cavabdehin verdiyi məlumata əsasən, 2008-ci ildən başlayaraq uzun müddət ərzində cavabdehin nəvəsi X11 qan xəstəliyindən əzab çəkdiyindən, yəni el arasında qan xərçəngi kimi tanınan xəstəliyi olduğundan və onun müalicəsi daim xarici ölkələrdə aparıldığından, müalicəni həyata keçirtmək üçün cavabdehin və oğlunun həmin dövrdə maddi imkanları çox məhdud olmuşdur. Bunu bilən dost və tanışları cavabdehə hər cür maddi və mənəvi dəstək olmaqla yardım göstərmişlər. Həmin dövrdə də iddiaçı cavabdehə həqiqətən də, 6.000 ABŞ dolları pul vəsaiti vermişdir ki, cavabdehin nə zaman imkanı olduqda o vəsaiti qaytarmasını ona bildirmişdir. İddiaçının cavabdehə həmin dövrdə kömək etmək məqsədi də, məhz cavabdehlə 2002-ci ildən başlayaraq, “İnşaatçı tikinti quraşdırma” müəssisəsində birgə işlədiyi üçün və cavabdehin hesabına kifayət qədər külli miqdarda qazancların əldə edilməsindən irəli gəlmişdir. Həmin dövrdə verilmiş 6.000 ABŞ dolları (6.000 x 0,78=4.680) 4.680 manat təşkil edirdi. Cavabdehin iddiaçıya 2009-cu ildə yaranmış 6.000 ABŞ dolları məbləğinin ondan bir aylıq müddətə götürülməsini qeyd etməsi də tam əsassızdır. Belə ki, həmin vəsaiti cavabdeh iddiaçıya bir ay ərzində qaytarmalı olsaydı, o zaman iddiaçı 2009-cu ildən 2021- ci ilədək gözləməzdi. İddiaçının 2021-ci ildə cavabdehə heç bir məlumat vermədən oniun barəsində polisə şikayət etməsi də məhz cavabdehə təzyiq vasisəti ilə pulun ödənilməsindən irəli gəlmişdir ki, cavabdeh də ona borclu olduğu vəsaitləri aralarında olan razılaşmaya əsasən imkanı olduğu zaman qaytaracağını xatırlatmışdı. Məhz bundna sonra, cavabdeh 2009-cu ildə götürdüyü 4.680 manat olan vəsaitin əvəzində iddiaçıya xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2023-cü ilədək hissə-hissə osa da, ümumilikdə 11.200 manat, yəni indiki məzənnə ilə 6.000 ABŞ dolları pulu iddiaçıya qaytarmışdır ki, iddiaçı da bu vəsaitin qaytarılmasını öz iddia ərizəsində özü də təsdiq etmişdir. Bundan başqa o da qeyd olunmalıdır ki, DSX-i ilə "xxxx" MMC-i arasında bağlanmış müqavilə üzrə bütün mal-materialın alınması iddiaçıya həvalə olunduğundan və bu mal-materialın alınmasından iddiaçı kifayət qədər pul qazandığından, onunla əlavə olaraq hər-hansısa faizin ona verilməsi ilə bağlı tərəflər arasında heç bir danışıq və razılaşma olmamışdır. Bununla bağlı da iddiaçı məhkəməyə heç bir sübut və dəlil təqdim edə bilməz. Bu səbəbdən də iddiaçının cavabdehdən tələb etdiyi müqavilə qiymətinin 5% məbləğini, yəni (349482 manat 96 qəpik*5% =17474 manat) 17.474 manat təşkil edən pul vəsitinin tələb etməsi də tam absurt olmaqla əsassızdır. İddiaçı 2002-ci ildən 2014-cu illərədək, uzun illər ərzində cavabdehin hesabına maddi vəziyyətini yaxşılaşdırsa da, cavabdehin hazırki maddi vəziyyətinin ağır olmasından, yaşlı olmasından, nəvəsinin hələ də xəstə olmasından istifadə edərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir ki, onu hansısa vəsaitlərin ödənilməsinə cəlb etsin. Cavabdehin iddiaçıya bu uzun illər ərzində, iddiaçının özünün də qeyd etdiyi kimi, hesablanmış faiz borcları yaransaydı və ya ödənilməmiş əsas borcu qalsaydı, iddiaçı bu borcun tələb edilməsini həmin illər edə bilərdi. Göstərilənlərdən göründüyü kimi, iddiaçının bu tələbləri tam absurd olmaqla əsassızdır. O da qeyd olunmalıdır ki, cavabdeh ödənilməmiş qalmış borcunu iddiaçıya ödəməkdən imtina etsəydi, o zaman bu illər ərzində hissə-hissə həmin vəsaitləri ödəməzdir. Sadəcə olaraq iddiaçı ona qarşı iddia irəli sürdüyü təqdirdə, cavabdeh məhkəmədə iddia müddətinin keçməsi barəsində ərizə verərdi və bu da yerdə qalan borcun da ödənilməməsi üçün əsas ola bilərdi. Lakin, bunu etməmiş və iddiaçıya borclu qaldığı məbləğləri də tam ödəmişdir. İddiaçının 6.000 ABŞ dollarına və 14.500 manat məbləğinə hesablanmış əsassız faiz məbləğlərinin tələb etməsi üzrə isə, iddiaçı MM-nin 373-cü maddəsində nəzərdə tutulan bütün iddia müddətlərini ötürmüşdür. Bildiyiniz kimi, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə sasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının tələbləri tam əsassız olduğundan, tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mübahisələndirilən 14.500 manatın 11.900 manat hissəsi "xxxx" MMC-i tərəfindən iddiaçıya ödənilmiş, qalan 2.600 manat hissəsi isə sonradan cavabdeh tərəfindən iddiaçıya şəxsən hiss-hissə ödənilmişdir. 11.900 manat pul vəsaitləri cavabdehin rəhbəri olduğu şirkət tərəfindən aşağıda qeyd olunan müddətlərdə ödənilmişdir: xx.xx.2009-cu ildə 4.510 manat; xx.xx.2009-cu ildı 4.230 manat; xx.xx.2009-cu ildə 1.160 manat və xx.xx.2010-cu ildə 2.000 manat ödənilmişdir ki, bunun da cəmisi 11.900 təşkil etmişdir. Həmin məbləğdən ödənilməmiş qalmış 2.600 manat hissəsi isə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən iddiaçıya hissə-hissə ödənilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, iddianı müdafiə edir. İlkin olaraq, cavabdehin xx.xx.2009-cu iİdə aldığı və xx.xx.2009-cu ildə qayıtaracağına söz verdiyi 6000 ABŞ dollar pulu, həmin ödəniş xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında 12 il 3 ay 27 günə qaytarılmasına baxmayaraq, gecikdirildiyi üçün 6000$-ın 5%-nin qaytarılmasından, ikinci hissə isə xx.xx.2011-ci ildə qaytaracağına söz verdiyi 14500 manat puldan xx.xx.2023 –cü il tarixdən xx.xx.2024-cü il tarixləri arasında 1 il 04 günə 2600 manat qaytarmış, qalan 11900 manat əsas borcun və 14500 manatın 5%-in qaytarılmasından, üçüncü hissədə isə xx.xx.2011-ci il tarixdə qazanc kimi verilən 17474 manat pulun qaytarılmasından ibarətdir. Cavabdeh 6000$ 1 aya qaytaracağını bildirmişdi. 17474 manata aid sənədləri yoxdur. Qazanc əmək haqqından bağlanan müqavilə olacaqdı. Şifahi formada ona qazanc veriləcəyini bildirmişdi. Mal material aldığı şəxslərdən biri X9 idi. Belə ki, cavabdeh "xxxx" MMC X1 14500 manatlıq mal-material alaraq DSX-ə vermişdi. DSX-dan pulunu almışdı və X3 pulunu vermirdi. Bu isə aralarında mübahisə yaranmasına səbəb olurdu. Sonda mən ona kömək etmək məqsədilə 14500 manat borc verdim ki, Namik Əhədə olan borcunu bağlasın. Həmin pulu 1 ay müddətə qaytaracağını dedi. 14500 manatdan qalan 11900 manat əsas borcu və 14500-ün 5% -ni tələb edir. Razılaşmaları şifahi olub. 1 aya qaytarmasa da, o yenə də münasibətlərinin pozulmaması üçün gözlədi. O, məhkəməyə müraciət etməyi düşünmürdü. Buna əsas olan Namikin xx.xx.2023-cü ildə tərtib edib,xx.xx.2024-cü il tarixində ona verdiyi məktub oldu. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, cavabdehin nəvəsinə görə verilmiş pulu cavabdeh 1 aya qaytarmağı öhdəsinə götürmüşdü. 14500 manat pulu isə Malik Heydərov şirkətə gələrək cavabdehlə əl-bəyaxa olduğuna görə o öz cibindən vermişdir. xx.xx.2011-ci il tarixli aktı özləri tərtib etmiş və imzalamışlar. Hesab edir ki, "xxxx" MMC-nin direktoru cavabdeh özü olduğundan pulu da o qaytarmalıdır. O pulu cavabdehə verib, 2600 manat pulu da elə cavabdeh özü ona qaytarıb. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, iddia tamamilə şər və böhtandır. Onun nəvəsinin qan xərçəngi olduğu üçün iddiaçı cavabdehin şirkətində işlədiyinə, həmin müəssisədən vaxtında yetərincə gəlir əldə etdiyinə və aralarında olan dostluq münasibətinə görə uşağın müayinə xərcləri üçün köməklik göstərmi, ona 2009-cu ildə 6 min dollar pul vermişdir. Amma bu pul borc kimi verilməmişdi, yalnız maddi kömək üçün verilmişdi. Sonradan iddiaçı iləiş birlikləri düzgün getmədiyinə görə, iddiaçı ondan 2021-ci ildə polisə şikayət etdi. O da məcbur qalıb həmin pulu qaytardı. Lakin pulu ona nəvəsinə görə verəndə nə vaxt qaytarmalı olduğunu bildirməmişdi. Artıq üstündən 12 il keçdikdən sonra pulunu tələb etmiş və o da qaytarmışdır. 14500 manat pula gəldikdə, bu iddiaçı ilə Malik Heydərov arasında baş vermiş, iddiaçının rusiya istehsalı deyil, iran istehsalı olan kafel verməsi səbəbindən məhz iddiaçıdan tələb olunan pul olmuşdur. O zaman onlar sənnədləşmə aparsalar da, aktı imzalamağı yadında deyil, lakin aktdakı imza ona məxsusdur. Həmin pulu iddiaçı "xxxx" MMC şirkətindən tələb edə bilər, halbuki həmin pul da iddiaçı şirkətin direktoru kimi şəxsən qaytarıb. O, şirkətin bütün işlərinə rəhbərlik edirdi. İddiaçının 17474 manat pul tələb etməyinə gəldikdə isə ümumiyyətlə bu pulun nədən ibarət olması, hansı səbbədən ondan tələb edilməsini bilmir və hesab edir ki, iddia tamamilə rədd edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, həmin dövrdə cavabdehin nəvəsinin qan xərçəngi olduğu aşkar edildi. İddiaçı da cavabdehin şirkətində işlədiyinə, həmin müəssisədən vaxtında yetərincə gəlir əldə etdiyinə və aralarında olan dostluq münasibətinə görə ona uşağın müayinə xərcləri üçün köməklik göstərdi. Lakin həmin pulun qaytarılması və ya konkret olaraq hansı vaxtda qaytarılması haqqında əvvəlcədən heç bir razılaşma olmamışdır. İddiaçı 12 ildən sonra polisə şikayət etmiş, cavabdeh də məcbur qalıb pulu qaytarmışdır. 14500 manat isə iş materiallarında olan aktdan da görünür ki, "xxxx" MMC-şirkətinə Heydərovun öhdəliyinin icrası üçün verilmiş puldur. O şirkətin rəhbəri olsa da həmin borca görə hər hansı öhdəlik daşımır. Artıq iddiaçı polisə şikayət etməyə başlayanda cavabdeh onun pulunu hissə-hissə qaytarmağa başlamışdır. Eyni zamanda iddiaçı hansı səbəbdən 2009-cu ildən 2021-ci ilə qədər gözləməyini əsaslandırmır. İddia tələbinin üçüncü hissəsində göstərilən qazanc isə tamamilə əsassızdır. Belə ki, bunu sübut edən hər hansı bir sənəd yoxdur. Sırf şifahi razılıq əsasında olub. Həmçinin iddia müddətləri də keçdiyindən hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2011-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Cavabdeh, İddiaçı, M.Ə.Heydərov "xxxx" MMC müəssisəsinin mal-material üzrə X7 xx.xx.2011-ci il tarixə 14500 manat borcu yarandığını təsdiq etmişlər. Həmin borcun verilməsi xx.xx.2011-ci il tarixədək İddiaçı həvalə edilmişdir. Daha sonra X9 tərəfindən aktda qeyd aparılaraq, "xxxx" MMC müəssisəsinin ona olan 14500 manat borcun İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə ödənildiyini qeyd etmişdir. xx.xx.2009-cu il tarixli K/91 saylı müqaviləyə əlavənin surətindən müəyyən olunur ki, 349482,96 manat sifarişçi AR Dövlət Sərhəd Xidməti tərəfindən, icraçı "xxxx" MMC müəssisəsinə ödənilməlidir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh 56461.64 manat borclu olması, bu günə qədər verdiyi borc məbləğininin heç bir hissəsinin qaytarılmaması barədə məlumatlandırılmışdır. Ona görə də həmin borcun ödənilməsi xahiş edilmiş, öhdəlik yerinə yetirmədiyi halda məktub çatdığı gündən 3 gün müddətində 56461.64 manatın tutulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, “...xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan vət. İddiaçı ərizə ilə Nərimanov RPİ-nə müraciət edərək bildirmişdir ki, Namiq Şükürovu 2002-ci il tarixdən tanımışdır. Onunla uzun müddət iş birlikləri olmuşdur. Belə ki, Cavabdehla 2003-cü ildən Təhsil Nazirliyi Məcburi Köçkünlərin İnkişaf fondu və Dövlət Sərhəd Xidmətində təmir-tikinti və alğı-satqı işlərində müəssisələrlə müqavilə bağlayıb, müqavilə əsasında sifarişçi tərəfindən onlara verilən tapşıdırqları yerinə yetirirmişlər. İddiaçı və MXCO MMC-nin direktoru X10 ilə xx.xx.2011-cu il tarixdən KA/91 saylı 349.482, 96 manat dəyəridnə Dövlət Sərhəd Xidməti ilə bağlanmış tikinti materialları və ləvazimatlarının satın alınması üzrə tenderin icrasına başlamışlar. Tenderin icrası zamanı tikinti materiallarını müxtəlif mağazalar və şəxslərdən alaraq DSX-nə təqdim edirmişlər. Material aldıqları şəxslərdən biri də, X9 olmuşdur. Malik Heydərovdan MXCO olaraq dəyəri 14.500 manat olan tikinti materiallar alaraq DXS-nə vermişlər. Verdikləri malın pulunu onlardan almaqlarına baxmayaraq, Malik Heydərovun pulunu geri qaytarmamışlar. Bundan sonra Malik Heydərov pulunu almaq üçün MMC-yə gələrək pulunu onlardan tələb etmişdir. İddiaçı Namiq Şükürovla qərara gələrək pul tapıb Malik Heydərova verib daha sonra Namiq Şükürov onun pulunu geri ödəyəcəkdir. H.X5 14.500 manat pul vermiş; qısa müddət ərzində Namiq Şükürov onun pulunu geri qaytaracağına söz vermişdir, Daha sonra Namiq Şükürov müxtəlif bəhanələr gətirərək İddiaçı pulunu geri qaytarmamışdır. Əlavə olaraq H.X8 2010-cu il tarixdə nəvəsi Şükür Şükürovun qan xəstəliyindən əziyyət çəkdiyi üçün 6.000 ABŞ dollar borc pul vermiş, lakin Cavabdeh 6.000 ABŞ dollar borc puluda geri qaytarmayaraq mənimsəmişdir. Əlavə olaraq 14.500 manat pulu Malik Heydərova verməyimə dair İddiaçı, Namiq Şükürov və Malik Heydərovla birlikdə qeyri-rəsmi formada AKT yazaraq imzalamışlar. Həmin aktın surətini materiala əlavə olunması üçün təqdim etmişdir. Hər dəfə Namiq Şükürovdan borc pulunu tələb etdikdə qısa müddət ərzində borc pulunu geri qaytaracağına söz vermişdir. Müraciətin sonunda ərizəsi ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir...” Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, “...Araşdırma müddəti ərzində izahatı alınan X10 bildirmişdir ki, İddiaçı 2002-ci ildən tanımışdır.Onunla 2002-ci ildən iş birlikləri olmuşdur. İddiaçı maliyyə sahəsi və malmaterialların təminatı icrası ilə məşğul olduğunu bildirmişdir. Tender təklifində kafel, metlax təmin edilməsi ispan istehsalı nəzərdə tutulmuşdur. H.X2 iran istehsalı olan kafel, metlax avadanlıqlarını sifarişçiyə təqdim etmişlər. Təklifə uyğun gəlmədiyinə görə sifarişçi qəbul etməmişdir. Məcburən təklifdə nəzərdə tutulan qiymətdən baha olaraq kafel, metlax avadanlıqlarını yenidən sifarişçiyə təqdim etmişlər. Beləliklə süni olaraq 10.957 azn borc pul yaranmışdır. Həmin borcu İddiaçı ödəməli idi. Lakin həmin borc İddiaçı geri ödənilmişdir. Əlavə olaraq bildirmişdir ki, nəvəsinin xəstəliyi ilə bağlı aldığı borc pulu İddiaçı geri qaytarmışdır. İddiaçı ərizə və izahatda qeyd etdiyi borc pul şər və böhtandır...” İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-də olan səs yazıları məhkəmə araşdırılması zamanı tədqiq olunmuş və müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi məbləğlər barədə cavabdehin etirafedici hər hansı ifadəsi olmamışdır. Hər iki səs yazılarında iddiaçı 14500 manat pulun hansı tarixlərdə geri qaytarılacağını soruşur. Cavabdeh isə hələ hesabat apardığını və onunla birgə oturub bu barədə danışacaqlarını bildirir. Lakin heç bir səs yazısında borcun etirafı, xüsusən də pulun onun şəxsi borcu olmağına dair heç bir fikir səslənməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəyə əsasən Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. 383-cü maddəyə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddianın 3 hissədən ibarət olmasını nəzərə alıb ayrı-ayrılıqda onlara qiymət verməyi zəruri bilir. Tələbin 6000 dollar məbləğində pula görə hesablanmış 5 faiz zərərin ödənilməsinə münasibətdə Hər iki tərəf pulun verilməsini və artıq qaytarılmasını etiraf edir. Lakin 2009-cu ildə verilmiş pulun məhz hansı tarixdə qaytarılmasını tərəflər faktiki olaraq razılaşmamışlar. İddiaçı həmin pulun cavabdeh tərəfindən bir aya qaytarılmasını öhdəsinə götürməsinə dair razılaşma olmasını bildirməsinə baxmayaraq bu hal işin faktiki halları və əsaslı sübutlarla təsdiq edilmir. Həmçinin məhkəmə araşdırılan tələb üzrə iddia müddətlərinin də keçməsini, cavabdehin də buna dair ərizəsini verməsini diqqətə alır və tələbin təminini mümkün hesab etmir. Tələbin 14500 manat məbləğində pulun ödənilməmiş qalan hissəsinə və hesablanmış 5 faiz zərərin ödənilməsinə münasibətdə Məhkəmə təqdim edilmiş sübutları, hər iki tərəfin izahatlarını tədqiq edib bu hissədə də tələbin təmini məqbul hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər müştərək işlər görmüş, daha sonra cavabdehin direktoru olduğu "xxxx" MMC-nin Malik Heydərov qarşısında olan borc öhdəliyinə görə iddiaçı 14500 manat pulun ödənilməsini üzərinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin həmin şirkətin direktoru olmasını, pulu da ondan tələb etməsini, cavabdeh isə pulun onun şəxsi borcu olmamasını bildirir. Səs yazılardında da həmçinin cavabdeh hesabat apardığını və digər hesablama işləri ilə yanaşı iddiaçının da pulunu qaytarılmasını müzakirə etməyi iddiaçıya təklif edir. İstər səs yazılarından istərsə də cavabdehin izahatlarından onun iddiaçıya şəxsi borcu olan bir şəxs deyil, hesabat işlərini aparan, şirkətin pul öhdəliklərini araşdıran bir məsul şəxs kimi, bir şirkət rəhbəri kimi iddiaçı ilə münasibətdə olması müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, həm tərəflərin izahatları, həmçinin də işdə olan sübutlarla müəyyən olunur ki, yaranmış 14500 manat məbləğində olan borc məhz "xxxx" MMC-nin Malik Heydərov qarşısında olan borc öhdəliyi olmuş, iddiaçı da müəssisənin İİİ şəxsə olan borcunu ödədiyindən hazırda pulunu müəssisə rəhbərinin şəxsindən deyil, müstəqil bir hüquqi şəxs kimi həmin müəssisədən tələb edə bilər. Tələbin qazanc kimi 17474 manat məbləğində pulun və hesablanmış 5 faiz zərərin ödənilməsinə münasibətdə Bu hissədə isə ümumiyyətlə iddiaçı heç bir sübut təqdim etməmiş və tələbini əsaslandıra bilməmiş, haqlı olmasını təsdiq edən mənsubiyyət, mümkünlük və mötəbərliyi üzrə məhkəmənin obyektiv qiymətləndirilmə süzgəcindən keçə bilən heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh də iddiaçıya hər hansı bir qazanc söz vermədiyini, bunun sadəcə böhtan olmasını bildirir. Məhkəmə həmçinin “guya 2011-ci ildə söz verilən qazancın” 13 ildən sonra məhkəmədə tələb olunmasını da diqqətə alır və bu tələbə münasibətdə də qanunla nəzərdə tutulmuş iddia müddətlərinin keçdiyini və cavabdeh tərəfin də tələbə münasibətdə iddia müddətinin tədbiqinə dair ərizəsini nəzərə alaraq iddianın rəddini qanunamüvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda tədqiq edilən sübutlara və iş materiallarına hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidiir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar