Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9401/2021 24.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı xx cavabdeh "xx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçünxcü şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi cəlb edilməklə) tikilinin sökülməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən e t d i m: İddiaçı xx cavabdeh "xx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçünxcü şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi cəlb edilməklə) tikilinin sökülməsi və sair tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, daha sonra isə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb q ə r a r a a l d ı m: İddiaçı xx cavabdeh "xx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nərşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçünxcü şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi cəlb edilməklə) tikilinin sökülməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-9401/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9401/2021
24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver