Məhkəmə qərarları › İş №2(001)-9412/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9412/2021

27.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9412/2021 27.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdehnə qarşı “zəmanət talonunun şərtlərinə əsasən kompensasiya edilmiş məbləğin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı “zəmanət talonunun şərtlərinə əsasən kompensasiya edilmiş məbləğin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəmanət talonunun birinci bəndində göstərilən şərtin nəzərə alınaraq, telefon üçün ödənilmiş 2.599 manat məbləğində vəsaitin kompensasiya edilərək ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hazırki iddiası istehlakçı hüquqlarının pozulmasından irəli gələn pul tələbidir. Belə olan halda isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsində istehlakçının hüququnun müdafiəsi haqqında iddialar üzrə iddiaçıya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə və ya özünün yaşadığı yerin məhkəməsinə, habelə müqavilənin bağlandığı və ya icra edildiyi yerin məhkəməsinə müraciət etmək üçün seçim hüququ verilmişdir. Lakin “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş məlumatlardan və iddia ərizəsindən görünür ki, iddiaçının rəsmi qeydə alındığı yer Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, ev 14, mənzil 50, faktiki yaşayış yeri ünvan 1 ünvanı isə ünvan 2ardan əlavə, cavabdehlə bağlanmış müqavilənin bağlandığı və ya icra edildiyi yer barəsində də iddia ərizəsinə hər hansı sənəd əlavə edilmədiyindən hazırki iddiaya Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, hazırki iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin hüquqi ünvanı və özünün yaşadığı yer üzrə Yasamal Rayon Məhkəməsinə və yaxud cavabdehlə bağlanmış müqavilənin bağlandığı və ya icra edildiyi yer barəsində ərizəyə sənədlər əlavə etməklə müvafiq rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “zəmanət talonunun şərtlərinə əsasən kompensasiya edilmiş məbləğin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı cavabdehin hüquqi ünvanı və özünün yaşadığı yer üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və yaxud cavabdehlə bağlanmış müqavilənin bağlandığı və ya icra edildiyi yer barəsində ərizəyə sənədlər əlavə etməklə müvafiq rayon məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar