Məhkəmə qərarları › İş №2(001)-951/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-951/2024

23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-951/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Rəsulzadə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “pəncərənin sökülməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Rəsulzadə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “pəncərənin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən kompromisə getmək təklifi daxil olduğunu, mübahisənin məhkəmədən kənar həllinin daha məqsədə uyğun olmasını, barışmaq istədiklərini bildirmiş və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə hazırlıq iclasında qeyd olunan məzmunda ərizə ilə müraciət etdiyindən, mövcud iddia ərizəsi əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Rəsulzadə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “pəncərənin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakı̇ m: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar