Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-96/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X6 katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh X3(Cavabdeh vərəsəsi) iştirakı ilə, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh faktiki varisi X4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSC cəlb edilməklə) “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməni inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cavabdeh X4 qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə 27.12.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyinin cavabdeh X3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxnin perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “xxxx Xətlərinin X12” və “ xxxxn 2011-2015-ci illərdə İnkişafına dair Dövlət proqramı” da İİİ yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu, “Avtovağzal”, B-02, B-03, B-04 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının 22.10.2015-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində Biləcəri Heybət mənzilindən “Xocəsən” elektrik deposuna çəkilməsi nəzərdə tutulan dəmir yol xəttinin tikintisinin lahiyələndirilməsi məqsədilə 05.08.2011-ci il tarixli 357 saylı Sərəncamla 23,7 Ha torpaq sahəsinə bitişik 2,466 ha torpaq sahəsi “xxxx” QSC-nin daimi istifadəsinə ayrılmışdır. “xxxx” QSC Azərbaycan Respublikasının Baş Nazirinin müavininə 17.02.2016-cı il tarixli 40N-10/2-66 saylı məktubla müraciət edərək, Cəmiyyətin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayənədələri ilə birlikdə “Xacəsən-Avtovağzal” mənzil tunellərinin üzərindəki evlərin saxlanması və ya köçürülməsi haqqında Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy əsasında müvafiq göstəriş verilməsini xahiş etmişdir. “xxxx” QSC-nin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə “Xacəsən Avtovağzal “ mənzil tunellərinin üzərindəki evlərin köçürülməsi haqqında Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy əsasında tunellərin tikintisi ilə bağlı aparılan işlər tuellərin üstündə tikilmiş fərdi yaşayış evlərində qəzalı vəziyyətin yaranması, qatarların hərəkətindən yaranmış dinamik zərbələrin, titrəmənin, yer səthinə ötürülməsi nəticəsində fərdi yaşayış evlərində mənfi fəsadlar yaratdığından həmin fərdi yaşayış evləri müstəqil ekspertlər “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Respublikası Baş Nazirinin müavininin 31.08.2016-cı il tarixli 17/3800-12 saylı dərkənarı ilə ödənilərək , köçürülmə işlərinin təmin olunması Binəqədi Rayon İcra Hakimiyyətinə, köçürülməsi nəzərdə tutulmuş obyektlərin sahiblərinə kompensasiya ödənilməsi məqsədi ilə Binəqədi Rayon icra Hakimiyyətinə təqdim olunması isə “xxxx” QSC-yə tapşirilmişdir. Kompensasiyanın ödənilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti siyahı üzrə evlərin faktiki sahibləri ilə notarial qaydada müqavilə bağlayaraq vəsaitləri onların “xxxx” ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesablarına köçürmüşdür. Aparılan qiymətləndirmə zamanı Cavabdeh ətraf tikililərin ona məxsus oluğu kimi qeyd etdirərək, qiymətləndirmə Hesabatında A, B və C tikililər kimi göstərilmiş əraziyə ödənilməli vəsaiti alınması məqsədilə oğlu X4 21.11.2016-cı il tarixli etibarnamə verilmişdir. Verilmiş etibarnamə əsasında Zahid Allahverdiyev 27.12.2016-cı il tarixdə Binəqədi Rayon icra Hakimiyyəti ilə alqı-satqı müqailəsi bağlamaqla Dövlət büdcəsindən kompensasiya formasında 154710,00 manat məbləğində “xxxx” ASC-nin Binəqədi flialında açılmış hesablaşmahesablarına vəsait köçürülmüşdür. Cavabdeh nümayəndəsi X8 154710,00 manat məbləğində vəsaiti “xxxx” ASC-nin Binəqədi flialında açılmış hesablaşma-hesablarından almışdır. İddiaçı X11 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq mərhum Cavabdeh tərəfindən özünün evinin yardımçı sahəsi kimi göstərilmiş 98,37 kv.m tikilinin onun fərdi yaşayış evini olması iddia edilmişdir. X8 məhkəmədə ifadələr verərək bu faktı təsdiq etmişdir. Verilmiş etibarnamə əsasında Zahid Allahverdiyev 27.12.2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə alğı-satqı müqaviləsi bağlamaqla Dövlət büdcəsindən kompensasiya formasında 154710 manat məbləğində “xxxx” ASC-nin Binəqədi flialında açılmış hesablaşma-hesabından vəsaiti almaqla (müqavilənin 2.1-ci bəndi) 5(beş) gün müddətində yaşayış sahəsindən ikinci tərəfin xeyrinə imtina etməyi, yaşayış sahəsindən çıxmaqla onu boşaltmağı öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, onun təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə icraatın dayandırılmasını istəmir. Belə ki, Kompensasiyanın ödənilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti siyahı üzrə evlərin faktiki sahibləri ilə, yəni Zərifə xanımla notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə üzrə ödəniləcək məbləğ qəbul edilmişdir. Lakin cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi icra etməmiş, mənzildən çıxmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, məhkəməyə ünvanladığı etirazı müdafiə edir və onun əsasında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh 27.05.2021-ci il tarixində məhkəməyə yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyətinin iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddia tələbinin dəlillərinə görə“aparılan qiymətləndirmə zamanı Cavabdeh ətraf tikililərin ona məxsus olduğu kimi qeyd etdirərək, qiymətləndirmə hesabatında A, B və C tikililər kimi göstərilmiş əraziyə ödənilməli olan vəsaitin alınması məqsədilə oğlu X4 etibarnamə vermişdir. Bu dəlil əsasızdır və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11 dekabr 2018ci il tarixli 2-1(81)-3886/2018 saylı qanuni qüvvəsini alan qərarına əsasən X9 məxsus ev (sənədlərdə B tikilisi) Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yol xəttinin çəkilməsi dövlət programı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılıb. Bu halda başqa şəxsə məxsus olan , girişi, həyəti, sanitar qovşağı tam ayrı olan fərdi yaşayış evi Cavabdeh tərəfindən ona məxsus olan ev kimi göstərilə bilməzdi. İddiaçı iddia ərizəsində göstərdiyi bu dəlili təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. Sənədlərə əsasən Cavabdeh məxsus yaşayış evinə aidiyyatı olmayan , qonşuluqda yaşayan Məmmədova Sevinc Adil qızına məxsus yaşayış evi guya mərhum anası Cavabdeh tərəfindən satılıb. İşin faktiki hallarına gəldikdə isə sözügedən müqavilə ilə əlaqədar danışıqlar və yerində baxış keçirilən zaman onun anası xəstə olmuşdur. Bu işlə əlaqədar məsul şəxslərlə ümumiyyətlə ünsiyyətdə olmamışdır. 2016-cı ilin iyul ayında dəvət olunmuş ekspert qrupunun nümayəndələrinin iştirakı ilə həqiqətən onun evinə baxış keçirilmiş və evin eskizi tərtib edilərək müvafiq akt yazılmışdır. Lakin o zaman tərtib olunan sənədlərin surəti ona təqdim edilməmişdir. Həmin vaxt o, evi barədə tərtib edilmiş bütün sənədlərin surətlərinin ona təqdim edilməsini tələb etsə də, bundan imtina edilmişdir. Həmin vaxt onunla qanunla nəzərdə tutulmuş qaydada müqavilə bağlanmamışdır. Qiymətləndirmə ilə əlaqədar evlərə baxış keçirilən zaman komissiya üzvləri tərəfindən ona deyilmişdir ki, sənədlərdə “A” tikilisi kimi qeyd olunan onun evi və Məmmədova Sevinc Adil qızına məxsus evlər sökülməyəcək. Çünki həmin evlər faktiki olaraq təhlükəli zonada yerləşmir. Lakin müqavilə imzalandıqdan sonra ona bildirilmişdir ki, müqavilədə yalnız Cavabdeh məxsus ev deyil, ona və X9 məxsus evlər də qeyd olunub, ona görə də evləri sökülməlidir. Mehriban xanım Əliyevaya müracitindən sonra X9 (sənədlərdə “B” tikilisi) və ona məxsus (sənədlərdə “A” tikilisi) evlərin söküntüsü dayandırıldı. Lakin iddia tərəfi elə bu gün də onun evini sökəcəkləri ilə bağlı ona hədələyir və hər dəfə mərhum anası ilə bağlana müqaviləyə istinad edir. Halbuki, həmin müqavilədə qeyd olunanları o, indi də oxuya bilmir. Hərflər o qədər xırda şəkildə yazılıb ki, yazılanları böyüdücü olmadan oxumaq mümkün deyil. Mərhum anası ilə Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti arasında bağlanmış 06 dekabr 2016-cı il tarixli 16 saylı müqaviləyə əsasən 318,43 kv.m sahəyə görə 154710 manat pul kompensasiya kimi ödənilmişdir. O, etibarnamə əsasında həmin pulu alıb, dərhal tam şəkildə anasına vermişdir. Həmin pul vəsaitinin hara xərclənməsindən xəbərsizdir. Həmin puldan ona heçnə çatmamışdır. Çünki o həmin pulu mərhum anasına məxsus “C” tikilisi üçün ödənilən kompensasiya olduğunu demişdir.Digər tərəfdən iddia ərizəsində Cavabdeh Rüstəm qızı ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmış 06 dekabr 2016-cı il tarixli 16 saylı müqaviləyə istinad edilsə də, iddiaçı Cavabdeh 03.02.2017-ci il tarixdə vəfat etməsi faktının üstündən sükutla keçir. İddiaçı məqsədli şəkildə Sevinc Məmmədovaya məxsus olan və təhlükəsizlik baxımından sökülməsi üçün heç bir zərurət olmayan fərdi yaşayış evini məhz köməkçi sahə kimi mərhum Cavabdeh ilə bağlanan müqaviləyə əlavə etmiş, həmin evi və Nümayəndə məxsus evi Nümayəndə məxsus olan evlər kimi göstəmişdir. O, Nümayəndə ödhəlikləri üzrə cavabdehlik daşıya bilməz. Əvvəlki məhkəmə iclaslarında iştirak edən və 30 iyun 2021-ci il tarixdə məhkəmə göndərdiyi müraciətində üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürülən öhdəliyini icra etmir və müqavilə şərtlərinə əməl edərək evdən çıxardılmalıdır. Eyni zamanda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 01 oktyabr 2016-cı il tarixli xxxxnin “Xocəsən-Avtovağzal” mənzil tunelləri və Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi ilə əlaqədar tunellərin üzərində yerləşən fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektinin sənədləşdirilməsi barədə sərəncamından görünür ki, Binəqədi rayonu, “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən “ elektrik deposunun dəmir yolu xəttinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə Sərəncama əlavə olunmuş, adları göstərilən şəxslərin fərdi yaşayış evləri mövcud vəziyyətdə hüquqi qeydiyyata alınması və cizgilərinin təsdiqlənməsi, fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektinin sökülməsi məqsədilə müəyyən edilmiş kompensasiya məbləğinin fərdi qaydada ödənilməsinin təmin edilməsi RİH başçısı aparatının sektor müdiri (baş mühasib) Hicran Dadaşovaya həvalə edilməsi qərara alınmışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası “xxxx” QSC 20.09.2016-cı il tarixli 40N-10/3-1067 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək stansiyanın istismara verilməsi və qatarların normal hərkətinin təmin olunması üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Hər iki obyekt üzrə tikinti işlərinin aparılmasına orada inşa edilmiş məcburi köçkünlərə məxsus 35, məcburi köçkün olmayan şəxslərə məxsus 30 fərdi yaşayış evinin və bir ədəd obyektin mane olduğu müəyyən olunmuşdur. Bununla əlaqədar “Xocəsən- Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinə maneə törədən fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri “xxxx” ASCnin müraciəti əsasında qiymətləndirilmiş və həmin tikililərə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğləri Maliyyə Nazirliyi tərəfindən razılaşdırılmışdır. Cavabdeh ilə Bakı şəhər Binəqədi RİH arasında bağlanan 27.12.2016-cı il tarixli müqavilədən görünür ki birinci tərəf Cavabdeh 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən 2-ci tərəfin yəni Bakı şəhər Binəqədi RİH-in xeyrinə imtina edir. “xxxx” ASC tərəfindən verilən TT2779835 saylı kassa məxaric orderinin surətindən görünür ki, etibarnamə əsasında X2 etibarnamə əsasında X4 “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi 154710,00 AZN məqsədilə kompensasiya verilmişdir. “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə sakinlərə veriləcək 27.12.2016-cı il tarixli, 32 №-li kompensasiya cədvəlindən görünür ki, Cavabdeh 154710 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. 1 saylı bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(81)- 3886/2018 saylı qərarından görünür ki, X9 məxsus Abkı şəhəri, Motodrom yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəilməsi dövlət programı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. “xxxx” MMC tərəfindən verilən 03.08.2016-cı il tarixli, K/111(09) saylı qiymətləndirməyə aid hesabata müşayiət məktubundan görünür ki, K/111 saylı, 25.07.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən xxxxnin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən- Avtovağzal” sahəsi ünvanda yerləşən Cavabdeh aid daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsi haqında hesabatda layihənin tikinti sahəsinə düşən daşınmaz əmlak üçün kompensasiya məbləği 154710 manat təyin olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.09.2019-cu il tarixli 2-1(81)-2823/2019 saylı qərarından görünür ki, iddiaçı X3 cavabdeh xxxx QSC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi ünvan (Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, motodrom adlanan yaşayış massivi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ Torpağın alınmasını və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 158 saylı 21.06.2013-cü il tarixli qərarının altına düşmür. Azərbaycan Republikası Nazirlə Kabinetinin “ Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 158 saylı 21.06.2013-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 1065 məhəllə, yeni metro stansiyasının tikintisi üçün 3,2611 ha, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126/27 məhəllədə mövcud İİ xəttin “Dərnəgül” elektrik deposunun tikintisi üçün 17,09 ha və Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “xxxx” QSC müəyyən edilmişdir. 16 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən elektron qaydada məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “xxxxnin Perspektiv inkişafı ilə bağlı əlavə tədbirlərhaqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə “xxxx Xətlərinin X12” və “xxxxn 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı təsdiq olunmuşdur. "xxxx” QSC 20.09.2016-cı il tarixli 40N- 10/3-1067 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək stansiyanın istismara verilməsi və qatarların normal hərəkətinin təmin olunması üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və "Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Hər iki obyekt üzərində tikinti işlərinin aparılmasına orada inşa edilmiş məcburi köçkünlərə məxsus 35, məcburi köçkün olmayan şəxslərə məxsus 30 fərdi yaşayış evinin və bir ədəd obyektin maneə olduğu müəyyən olunmuşdur. Həmin fərdi yaşayış evləri müstəqil ekspert “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. Kompensasiyanın hesablanması “xxxx” QSC-nin sifarişi əsasında aparılmış Binəqədi Rayon İcra Hakimiyyəti “xxxx” QSC tərəfindən təqdim edilmiş siyahı əsasında hesaba köçürülmüş kompensasiya məbləğlərinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir. Etibarnamə əsasında Zahid Allahverdiyev 27.12.2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə müqavilə bağlamaqla Dövlət büdcəsindən kompensasiya formasında 154710,00 manat məbləğində “xxxx” ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesablarına vəsait köçürülmüşdür. Cavabdeh nümayəndəsi X8 154710,00 manat məbləğində vəsaiti “xxxx” ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesablarından almış və aldığı kompensasiyaya görə cavabdehin xeyrinə fərdi yaşayış evindən imtina etmişdir. Lakin hal-hazıra kimi evdən çıxmamışdır. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, onun yaşadığı ev anasının deyil, anası onun evi ilə bağlı müqavilə bağlaya bilməzdi, o müqavilədəki pul məbləğini anasının nümayəndəsi kimi qəbul etmişdir, kompensasiya məbləği düzgün hesablanmamışdır, kompensasiya məbləği hesablanarkən onun yaşadığı ev sahəsi əsas tikili deyil, yardımçı tikili kimi nəzərə alınmışdır. Bundan başqa Qiymətləndirmə hesabatını Nizami Rayon Məhkəməsində mübahisələndirmişdir, hal-hazırda həmin iş üzrə icraat davam edir və ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə cavabdehin müqavilənin əsassızlığı ilə bağlı etirazına münasibətdə qeyd edir ki, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli, 2(001)-5196/2019 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti, üçüncü şəxslər “xxxx” QSC və X4 qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə iddiaçı hazırki iş üzrə cavabdeh X3 arvadıdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi Cavabdeh ilə Bakı şəhər Binəqədi RİH arasında bağlanmış 27.12.2016-cı il tarixli müqavilə olmuşdur. Eyni zamanda cavabdehin yaşadığı ev faktiki olaraq özbaşına tikilidir və həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair hər-hansı hüquq müəyyənedici sənədi yoxdur. Lakin dövlət tərəfindən həmin torpaq sahələrində məcburi köçkün olaraq məskunlaşmış şəxslərə qabaqcadan razılaşmaqla kompensasiya ödənilərək evdən çıxarılmaları razılaşdırılmışdır. Hazırki mübahisədə cavabdeh faktiki olaraq evdən çıxma ilə razılaşsa da, ona müstəqil olaraq kompensasiya ödənilməsini və ya mərhum anasına ödənilən kompensasiya məbləğinin artırılmasını xahiş edir. Məhkəmənin bununla mövqeyi ondan ibarətdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti ilə cavabdehin anası Nümayəndə arasında müqavilə bağlanan zaman sonuncunu Zahid Allahverdiyev təmsil etmiş, hətta kompensasiya məbləğini də o qəbul etmişdir. Yəni hazırki mülki iş üzrə cavabdehin həmin müqavilənin mahiyyətindən, təklif edilən kompensasiya məbləğindən xəbəri olmuşdur. Müqavilə bağlanan zaman, o cümlədən kompensasiya ödənilən zaman buna etiraz etməmiş, faktiki olaraq razılaşmışdır. Cavabdehin sonradan evdən çıxmaqdan imtinasını müqavilənin mötəbərliliyi ilə əsaslandırması hüquqdan sui-istifadədir. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsində qeyd edilmişdir ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Bundan başqa cavabdeh yaşadığı evdən çıxmaqdan imtinasının səbəbini dövlət tərəfindən müəyyən edilən kompensasiya məbləği ilə razılaşmaması ilə əsaslandırır. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh faktiki olaraq həmin qiymətləndirmə hesabatını başqa məhkəmə icraatı çərçivəsində mübahisələndirmişdir. Hər bir halda gələcəkdə kompensasiya məbləğinin məhkəmə qətnaməsi əsasında artırılması hazırki mübahisədə cavabdehin hüququndan sui-istifadə etməsinə əsas vermir. Bununla bağlı qeyd edilməlidir ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Lakin mübahisə olunan yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətində olmamaqla, özbaşına tikilidir. Yəni cavabdehin həmin yaşayış sahəsinə har-hansı subyektiv hüququ olmasa belə, dövlət tərəfindən kompensasiya ödənilmişdir. Buna baxmayaraq metro tikintisi nəzərdə tutulan həmin ərazidə tikinti işlərinin aparılması bu kimi səbəblərlə hal-hazıradək mümkün olmamışdır. Kompensasiya məbləği ilə bağlı məhkəmə çəkişməsinin indidən belə illərlə uzanması isə nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olacaqdır. Odur ki, kompensasiya məbləğinin mübahisələndirilməsi hazırki mübahisəyə mahiyyəti üzrə baxılmasına mane hesab edilə bilməz və cavabdehin icraatın dayandırılması barədə vəsatəti də eyni əsasla təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, cavabdeh iddia ərizəsində qeyd edilən, müvafiq müqavilədə öz əksini tapan tikililəri boşaltmalı və təhvil verməlidir. Bununla bağlı ““xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında 27.12.2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində(qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyi Cavabdeh hüquqi varisi cavabdeh X3 üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında 27.12.2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyi Cavabdeh hüquqi varisi cavabdeh X3 üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-96/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-96/2021
30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver