Məhkəmə qərarları › İş №2(001)-97/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-97/2022

24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-97/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 24 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi zərərin əvəzi kimi 600 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. 2020-ci ilin yanvar ayından o, mülkiyyətində olan həmin evdən çıxıb Sabirabad rayonuna getmiş, bir müddət həmin evə qayıtmamışdır. Lakin, anası Lətifə Talıbova 30 may 2020-ci il tarixdə evə getdikdə evin mətbəxinin yararsız hala düşdüyünü, təmirin pozulduğunu, üst mərtəbədə yerləşən 16 saylı mənzildən suyun axıdılmasını müəyyən etmişdir. O, hadisədən məlumat aldıqdan sonra dərhal Bakı şəhərinə qayıtmış, 16 saylı mənzildə yaşayan Cavabdeh evini təmir etdirməsini tələb etsə də, cavabdeh onun bu tələblərinə məhəl qoymamışdır. Buna görə də o, 2020-ci ilin sentyabr ayında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia verdiyi tarixdən xeyli müddət keçdiyindən bu müdət ərzində evin mətbəxindən istifadə etməsi zəruri olduğu üçün o, məcbur qalıb evini yenidən təmir etdirmişdir. Lakin, 72 saylı MKİS nümayəndələri tərəfindən tərtib olunmuş 02 iyun 2020-ci il tarixli aktda və iddia ərizəsinə qoşma etdiyi 10 iyun 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdehin onun mənzilinə su axıtması, bunun nəticəsində ona maddi ziyan vurulması öz təsdiqini tapır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabedhin nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul etdiklərini bildirərək izahatında göstərmişdi ki, cavabdeh iddiaçıya məxsus mənzilə onun evindən su axıdılmasını etiraf edir. Lakin, vurulmuş zərərin həcmi ekspert rəyi ilə müəyyənləşdirilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, mülki iş materiallarında olan: - 72 saylı MKİS nümayəndələri tərəfindən tərtib edilmiş 02 iyun 2020-ci il tarixli aktda göstərilmişdir ki, Azadlıq pr. 187, mənzil 14 ünvanında yaşayan İddiaçı ərizəsinə əsasən mənzilə baxış keçirilmiş, baxış zamanı mətbəx mebeli, divar kağızları və sanitar qovşağının divarlarında su sızmaları müşahidə olunmuşdur. - 10 iyun 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 01 iyun 2020-ci il tarixdə Cavabdeh yaşadığı ünvan 2 ünvanından su axıdılması nəticəsində İddiaçı yaşadığı Azadlıq pr.187, mənzil 14 ünvanının mətbəxinin təmiri yararsız hala düşmüş və nəticədə İddiaçı 2000 manat maddi ziyan dəymişdir. Məhkəmənin 19 oktyabr 2020-ci il tarixli qəraradına əsasən, İddiaçı məxsus mənzilə dəymiş ziyanın nədən ibarət olması və zərərin aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğunun müəyyənləşdirilməsi ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, tərəflərin baxışda iştirak etməmələri səbəbindən ekspertizanın aparılmasından imtina olunmuş, məhkəmənin 21 may 2021-ci il tarixli qərardadına əsasən, iş üzrə yenidən ekspertiza keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “tədqiqat obyektinə baxış keçirilmiş, baxış zamanı mübahisə predmeti olan ünvanın təmir olunduğu müəyyən edilmişdir. Bu səbəbdən də, qərardadla ekspert qarşısında qoyulmuş sualların həll edilməsi mümkün olmamışdır.” Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. İddiaçının və cavabdehin mənzilinin alt-üst qonşuluqda yerləşməsi, cavabdehin hüquqla müdafiə edilən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi həm iş materialları, həm də cavabdehin nümayəndəsinin məhkəmə iclasındakı izahatı ilə sübuta yetirilir. Ziyanın həcminin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin mənzilindən suyun axıdılması nəticəsində iddiaçının mənzilinin mətbəxi, daha dəqiqliklə, mətbəx mebeli, divar kağızları və sanitar qovşağın divar kağızları korlanmışdır. Zərərin həcmini ekspert rəyi ilə müəyyənləşdirmək mümkün olmamışdır. Çünki, mətbəxin uzun müddət istifadəsiz saxlanması iddiaçının gündəlik yaşayışını, öz mənzilindən sərbəst istifadə etmək hüququnu məhdudlaşdıran haldır. Sadalananların qarşılığında isə iddiaçının tələb etdiyi 600 manat məbləğində pul kifayət qədər ədalətli məbləğdir və buna görə də, iddia tələbə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddiası təmin edilsin. Zərərin əvəzi qismində 600 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar