Məhkəmə qərarları › İş №2(001)-97/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-97/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-97/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, cavavdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evin və torpaq sahəsinin açıq hərracda satılaraq, paylara mütənasib surətdə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,0415 ha. torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasından ünvan 2 ünvanında yerləşən 0.0415 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi qalmışdır. Bakı şəhəri 19 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 125 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixində vəfat etmiş, X4 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Abbas Səhhəd küçəsi,ev 26 ünvanında qeydiyyatda olan İddiaçı (xx.xx.1997-ci il təvəllüdlü ) həmin mirasdan fərdi yaşayış evi tam və 4/6 hissədə torpaq sahəsindən payı müəyyən edilmişdir. Eyni zamanda digər vərəsələr cavabdehlər Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsindən 1/6 hissədə payları müəyyən edilmişdir. Həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmışdır. Qeyd edir ki, o, iddiaçı olaraq daşınmaz Əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Ərazi idarəsindən müvafiq arayış almış, həmin arayışa əsasən onun payı 135000 manat təşkil edir. Hazırda həmin torpaq sahəsinin naturada ayrılması mümkün deyildir, çünki həyətdə ayrıca tikililər mövcuddur. Həmin tikililər onun mülkiyyətindədir. Digər payçılara məxsus daşınmaz əmlak olan torpaq sahəsi ona məxsus torpaq sahəsinin bir hissəsi və ona məxsus tilkililərlə kəsişərək naturada bölünməsinə maneə yaradan hallardandır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan maddələrinə görə qanuni payın ayrılmasının mexanizmi mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı mövqeyini əsas götürür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin rəyi ilə razı deyil. Belə ki, o, 2-ci qrup əlildir və 5 nəfərdən ibarət ailə üzvləri var. O, evinin heç bir hissəsini heç kimə verməyə razı deyil, ev onundur. O, oğlunun vəkili tərəfindən aldadılmış, ona Şaiqin adına olan çıxarışı verib. Digər oğlunun adı çıxarışda qeyd olumayıb. Həmin çıxarış saxtadır və o, müvafiq orqanlara şikayət edəcəkdir. Göstərdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 Bakı şəhəri 19 saylı notariat ofisində ərizə verərək İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürülmüş iddianın tam təmin edilməsinə etiraz etməmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 20 oktyabr 2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan X7 həmin vəsiyyətnamə - ölən günədək ona məxsus bütün (daşınar və daşınmaz) əmlakını ünvan 4 ünvanında qeydiyyatda olan oğlu - İddiaçı vəsiyyət etmişdir. - Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 dekabr 2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilən və reyestrdə 125 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçıdur və o, miras əmlakdan 4/6 hissədə pay almalıdır. Yerdə qalan 2/6 hissə açıq saxlanılır. Şəhadətnamə verilən əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********5-10301 reyestr nöməli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 37.5 kv/metr olan fərdi yaşayış evindən və mülkiyyətində olan 0.0415 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən ədə edilmiş 09.012.2022-ci il tarixli qeydiyyat nömrəsi **********GL72902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X4 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh2dır və o, miras əmlakdan 1/6 hissədə pay almalıdır. Yerdə qalan 1/6 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********5-10301 reyestr nöməli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 37.5 kv/metr olan fərdi yaşayış evindən və mülkiyyətində olan 0.0415 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən ədə edilmiş 09.012.2022-ci il tarixli qeydiyyat nömrəsi **********GL72902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 23 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X4 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh1dur və o, miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnmə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********5-10301 reyestr nöməli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 37.5 kv/metr olan fərdi yaşayış evindən və mülkiyyətində olan 0.0415 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən ədə edilmiş 09.012.2022-ci il tarixli qeydiyyat nömrəsi **********GL72902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş və həmin fərdi yaşayış evinin hüquq sahibləri; fərdi yaşayış evi və 4/6 hissə torpaq sahəsi İddiaçı, xx.xx.2023-cü il tarixdə 1/6 hissə torpaq sahəsi Cavabdeh2 Güləgər qızının və 1/6 hissə torpaq sahəsi Cavabdeh1 adlarına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş və həmin fərdi yaşayış evinin hüquq sahibləri; fərdi yaşayış evi və 4/6 hissə torpaq sahəsi İddiaçı, 1/6 hissə torpaq sahəsi Cavabdeh2 və 1/6 hissə torpaq sahəsi Cavabdeh1 adlarına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş və həmin fərdi yaşayış evinin hüquq sahibləri; fərdi yaşayış evi və 4/6 hissə torpaq sahəsi İddiaçı, xx.xx.2023-cü il tarixdə qeydiyyat keçmiş 1/6 hissə torpaq sahəsi Cavabdeh2 və 1/6 hissə torpaq sahəsi Cavabdeh1 adlarına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair Arayışdan görünür ki, obyektin hüquq müəyyənedici sənədlərə əsasən İddiaçı payına düşən hissəsinin (fərdi yaşayış evi və 4/6 hissə torpaq sahəsi) xx.xx.2023-cü il tarixinə bazar dəyəri 135000 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2644 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 5 ünvanında yerləşən 0,0415 ha torpaq sahəsinin mülkiyyətçilərin payına uyğun 1/6, 1/6 və 4/6 hissələrə naturada bölünməsinin (ayrılması) Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - İşə əlavə edilmiş 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2644 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə- tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2024-cü il tarixli, 10/5142 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 5 ünvanına yerləşən 0,0415 ha torpaq sahəsinin mülkiyyətçilərin 1/6, 1/6 və 4/6 paylarına uyğun 3 hissəyə naturada bölünməsinin (ayrılması) Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - İşə əlavə edilmiş 07 oktyabr 2024-cü il tarixli, 10/5142 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə- tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. - Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh1 ərizəsindən görünür ki, o, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürülmüş iddianın tam təmin edilməsinə etiraz etmir və təmin edilməsini xahiş edir. - "xxxx" MMC-nin 0159 saylı hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Səhhət küçəsində yerləşən ümumi sahəsi 211 kv/metr olan 26 saylı fərdi yaşayış evinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 125000 (bir yüz iyirmi beş min) manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2 paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının atası X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X6 ünvan 2 ünvanında yerləşən 0.0415 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi qalmışdır. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 20 oktyabr 2020-ci il tarixli vəsiyyətnaməyə əsasən ünvan 4 ünvanında qeydiyyatda olan X7 həmin vəsiyyətnaməni - ölən günədək ona məxsus bütün (daşınar və daşınmaz) əmlakını ünvan 4 ünvanında qeydiyyatda olan oğlu İddiaçı vəsiyyət etmişdir. Bundan əlavə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 dekabr 2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilən və reyestrdə 125 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçıdur və o, miras əmlakdan 4/6 hissədə pay almalıdır. Yerdə qalan 2/6 hissə açıq saxlanılmışdır. Şəhadətnamə verilən əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********5-10301 reyestr nöməli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 37.5 kv/metr olan fərdi yaşayış evindən və mülkiyyətində olan 0.0415 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən ədə edilmiş 09.012.2022-ci il tarixli qeydiyyat nömrəsi **********GL72902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Daha sonra müəyyən edilmişdir ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh2dır və o, miras əmlakdan 1/6 hissədə pay almalıdır. Yerdə qalan 1/6 hissə açıq saxlanılmışdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********5-10301 reyestr nöməli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 37.5 kv/metr olan fərdi yaşayış evindən və mülkiyyətində olan 0.0415 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən ədə edilmiş 09.012.2022-ci il tarixli qeydiyyat nömrəsi **********GL72902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 23 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh1dur və o, miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnmə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********5-10301 reyestr nöməli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 37.5 kv/metr olan fərdi yaşayış evindən və mülkiyyətində olan 0.0415 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən ədə edilmiş 09.012.2022-ci il tarixli qeydiyyat nömrəsi **********GL72902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 4 ünvanında fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən isə ünvan 5 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş və həmin fərdi yaşayış evinin hüquq sahibləri; fərdi yaşayış evi və 4/6 hissə torpaq sahəsi İddiaçı, xx.xx.2023-cü il tarixdə 1/6 hissə torpaq sahəsi Cavabdeh2 Güləgər qızının və 1/6 hissə torpaq sahəsi Cavabdeh1 adlarına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Abas Səhhət küçəsi, ev 26 ünvanında yerləşən 0,0415 ha. torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi 4/6 hissə torpaq sahəsi İddiaçı, 1/6 hissə torpaq sahəsi Cavabdeh2 Güləgər qızının və 1/6 hissə torpaq sahəsi Cavabdeh1 adlarına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınması işin mübahisəsiz halıdır. Hazırki iş üzrə mübahisənin obyektiv həlli ilə bağlı mübahisə predmeti olan ünvan 5 ünvanında 0,0415 ha. torpaq sahəsi və üzərində yerləşən 211 kv.metr sahəli əmlakın paylara mütənasib olaraq naturada bölgüsü mümkün olub-olmamasını, eləcə də bölgünün mümkün olduğu halda hansı qaydada aparılması ilə bağlı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2644 saylı və 07 oktyabr 2024-cü il tarixli, 10/5142 saylı rəyləri ilə ünvan 5 ünvanına yerləşən 0,0415 ha torpaq sahəsinin mülkiyyətçilərin 1/6, 1/6 və 4/6 paylarına uyğun 3 hissəyə naturada bölünməsinin (ayrılması) Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh1 Bakı şəhəri 19 saylı notariat ofisində ərizə verərək İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürülmüş iddianın tam təmin edilməsinə etiraz etməyərək, iddianın təmin edilməsini xahiş etsə də, məhkəmə iclasında iştirak edən Cavabdeh2 mübahisəli mənzildən iddiaçıya heç bir formada pay vermək istəmədiyini bildirmiş, bununla da iddiaçıya əmlakdan payına münasibətdə kompensasiya verilməsindən imtina etmişdir. Bununla da müəyyən edilir ki, tərəflər arasındakı münasibətlər hazırda pisdir, cavabdeh iddiaçıya əmlakdan hər hansı formada pay verməyə, eləcə də əmlakda olan paya uyğun kompensasiya verilməsinə etiraz edir, fərdi yaşayış evinin naturada ayrılması mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Qeyd olunan Qərardadda ifadə olunan hüquqi mövqeyi hazırkı mülki işə tətbiq edilərkən müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 iddianı qəbul etsə də, Cavabdeh2 fərdi yaşayış evinin açıq hərracdan satılmasına etiraz edir. Həmçinin o iddiaçının payını almağa da razı deyil. Ona görədə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 221- ci maddəsində göstərilən qaydaya riayət və əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun bölüşdürülməlidir. Hazırki iş üzrə mübahisənin obyektiv həlli ilə bağlı mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Səhhət küçəsində yerləşən ümumi sahəsi 211 kv/metr olan 26 saylı fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin alınması ilə bağlı qərardad qəbul edilmiş və "xxxx" MMC-nin 0159 saylı hesabatına əsasən fərdi yaşayış evinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 125000 (bir yüz iyirmi beş min) manat təşkil etməsi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz”. Həmçinin qeyd edilməlidir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,0415 ha. torpaq sahəsi və torpaq sahəsində yerləşən 211kv/metr fərdi yaşayış evin 125000 manata açıq hərracda satılmalı, satışdan əldə edilmiş pul vəsaitinin 4/6 hissə İddiaçı, 1/6 hissə torpaq sahəsi Cavabdeh2 Güləgər qızı və 1/6 hissə isə Cavabdeh1 arasında mütənasib surətdə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. - İşə əlavə edilmiş 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2644 saylı və 07 oktyabr 2024-cü il tarixli, 10/5142 saylı ekspert rəylərinin ekspertiza xərclərinə dair bildirişlərlə müəyyən edilmişdir məhkəmə tikinti-texniki ekspertizaları üzrə aparılmış tətqiqatın dəyəri, ümumilikdə 150 (bir yüz əlli) manat təşkil edir. Ona görə də iddia təmin edildiyindən 150 manat məbləğində olan ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0,0415 ha. torpaq sahəsi və torpaq sahəsində yerləşən 211kv/metr fərdi yaşayış evin 125000 manata açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaitinin 4/6 hissə İddiaçı, 1/6 hissə torpaq sahəsi Cavabdeh2 Güləgər qızı və 1/6 hissə isə Cavabdeh1 arasında mütənasib surətdə bölünsün. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar