Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-98/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 avqust 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq 3500 (üç min beş yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.04.2019-cu il tarixli hökmü əsasında Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 245-ci maddələri ilə təqsirli bilinərək hər biri qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər ondan ötrü ki, 31 mart 2018-ci ildə saat 06:40-da ünvan 1 ünvanda yerləşən qəbirstanlıqda İddiaçı anası mərhum X1 qəbri üzərində bürünc metaldan hazırlanmış barelyefi və atası məhrum X2 qəbri üzərində bürünc metaldan hazırlanmış ümumilikdə 3500 manat dəyərində barelyefi gizli olaraq talayıb zərər çəkmiş şəxs İddiaçı həmin məbləğdə ziyan vurmaqla oğurluq etmiş, həmçinin həmin hərəkətlərilə qəbir üzərində təhqiredici hərəkətlər etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.04.2019-cu il tarixli hökmü qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə oğurluq hadisənin olması, həmin talama cinayətini Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri və cinayət nəticəsində ona 3500 manat məbləğində ziyan vurulduğu təsdiqini tapmışdır. Cinayət işinə baxılarkən mülki iddia vermədiyindən hazırda vurulmuş ziyan tələbi ilə mülki qaydada iddia qaldırmaqda haqlıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etmək istədiklərini bildirməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-37/2019 saylı, 12 aprel 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 31 mart 2018-ci ildə saat 06:40 radələrində ünvan 1 ünvanda yerləşən qəbirstanlıqda İddiaçı anası mərhumə X1 qəbri üzərində bürünc metalından hazırlanmış barelyefi və atası mərhum X2 qəbri üzərində bürünc metalından hazırlanmış ümumilikdə 3500 manat dəyərində barelyefi gizli olaraq talayıb zərərçəkmiş şəxs İddiaçı həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin həmin hərəkətlərlə qəbir üzərində təhqiredici hərəkətlər etdiyinə görə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 245-ci maddələri ilə təqsirli bilinərək hər biri qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-746/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 245-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Beləliklə qeyd olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.04.2019-cu il tarixli qanuni qüvvəsini almış hökmü ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 mart 2018-ci ildə ünvan 1 ünvanda yerləşən qəbirstanlıqda oğurluq cinayət əməli törətmələri və cinayət nəticəsində İddiaçı 3.500 manat məbləğində maddi ziyan vurduqları işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -6.1, 6.1.8 və 6.1.9-cu maddələrinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləri olaraq müəyyən edilmişdir. -14.2, 14.2.6 və 14.2.8-ci maddələrinə əsasən başqa şəxsə zərər vurulması və fiziki şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi müəyyən edilmişdir. -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cinayət xarakterli hüquq pozuntusu törətmiş Cavabdeh1 və Cavabdeh2 vurduqları maddi ziyana görə həm də mülki hüquq məsuliyyəti daşıdıqlarından zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan İddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq 3500 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddia ərizəsi məhkəməyə təqdim olunarkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manatdır. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 3.500 (üç min beş yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-98/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-98/2021
31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver