Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-983/2021 02.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx xxx 2015-ci il tarixli, 179 nömrəli müqaviləyə əsasən 100 kv.m qeyri-yaşayış sahəsinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MTK-nın köhnə sədri və kooperativ üzvülərinin razılığı ilə, xx xxx 2015-ci il tarixdə 179 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvan, 1-2 giriş, 0 mərtəbədəki 300 kv.m qeyri-yayayış səhəsini hər kv.m üçün 600 manat ödəməklə cəmi 180.000 manat ödəyərək almışdır. Həmin obyektin pulunun tam ödənilməsi barədə maliyə arayışı verilmişdir. O, ödəniş edib, maliyyə arayışını və müqaviləni götürəndən sonra ona məxsus 300 kv.m qeyri-yaşayaış yerinin ona göstərilib təhvil verilməsini tələb etdikdə, Cavabdeh MTK-nin eks sədri X2 və X5 bildirmişlər ki, faktiki olaraq MTK-da 200 kv.m boş qeyri-yaşayış yeri var. Qalan 100 kv.m yeri özləri yaxın bir müddətdə yoluna qoyacaqlarını bildirmişlər. Lakin bir müddət sonra X2 rəhmətə getmişdir. Bundan sonra o, dəfələrlə X4 müraciət etmişdir ki, qanunla ona məxsus olan qeyri-yaşayış sahəsini versin. X10 hər dəfəsində müxtəlif bahanələrlə verdikləri sözü yerinə yetirməmişdir. Bununla da cavabdeh X5 Cavabdeh MTK-nin köhnə sədrinin ölümündən istifadə edərək, müxtəlif bəhanələrlə verdiyi sözə əməl etməmişdir. Qısa bir müddətdən sonra Cavabdeh MTK-nın sədr vəzifəsini icra etmişdir. xx xxxxx 2018-ci il tarixli 465 nömrəli məktubda öz imzası ilə etiraf etmişdir ki, ona Cavabdeh MTK-nın təsisçisi X2 tərəfindən verlmiş 300 kv.m-lik qeyri - yaşayış sahəsinin müqavilə öhdəliklərinin MTK olaraq 200 kv.m sahəsini yerinə yetirə bilmişdir. MTK-nın heç bir boş sahəsi və maliyyə imkanları olmadığı üçün onun tələb etdiyi 100 kv.m qeyri-yaşayış sahəsinin öhdəliklərini yerinə yetirə bilmir. Əgər Cavabdeh MTK-da boş sahə yoxdursa, həmin sahənin əvəzinin pulla ödənilməsi üçün dəfələrlə müraciət etmiş, lakin müsbət nəticə almamışdır. Cavabdeh MTK-nın faktiki sədri X1 Ramiz Bəşir oğlunun etibarından sui-istifadə edərək, İddiaçı məxsus əmlakın əvəzi ödəmədən ələ keçirmək niyyətindədirlər. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçıya təhvil verilmiş 200 kv.metr qeyriyaşayış sahəsi Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 10 ünvanında yerləşən binanın 1-2 girişinin qeyri-yaşayış sahəsinə aiddir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ilə “Payçı” İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 179 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilənin surətindən görünür ki, Kooperativi inşa ediləcək binanın 1-2 giriş, 0 mərtəbə oxlar arası 300 kv.metr qeyri-yaşayış sahəsini Payçıya təhvil verməyi öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin dəyəri əvəzləşmədir. Cavabdeh xx xxx 2015-ci il tarixli maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən həqiqətən də ünvan 2 ünvanda yerləşən binanın 1-2 girişin qeyri-yaşayış sahəsindən 300 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmiş hesab olunur, payçının borcu yoxdur. Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli, ümumi iclasının 5 saylı protokolunun surətindən görünür ki, İddiaçı Cavabdehn üzvlüyünə qəbul edilməsi, Kooperativ binadan ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin 300.000 manat dəyərləndirilməsi, pay haqqı tam ödənildikdən sonra İddiaçı kooperativin üzvlüyünə qəbul edilməsi və qeyri yaşayış sahəsi hazırlıq işləri başa çatdıqdan sonra göstərilən sahənin ona verilməsi qərara alınmış, həmçinin qeyri-yaşayış sahəsi təhvil verildiyi zaman, üzvlə birlikdə ölçülərinin yerində müəyyən edilməsi, sahənin faktiki sahəsi və ona uyğun dəyəri barədə müqaviləyə əlavə ilə tənzimlənməsinin həyata keçirilməsi MTK-nın sədrinə tapşırılmışdır. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 465 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh MTK-mn təsisçisi X3 tərəfindən verilmiş 300 kv.metr qeyri-yaşayış sahəsinin müqavilə öhdəliklərinin MTK olaraq 200 kv.metr sahəsini yerinə yetirə bilmişdir. MTK-nın heç bir boş sahəsi və maliyyə imkanları olmadığı üçün tələb edilən 100 m2 qeyri-yaşayış sahəsinin öhdəliklərini yerinə yetirə bilmir. xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında xx xxx 2015-ci il tarixdə “Kooperativ mənzil tikinti haqqında” müqavilə bağlanmış və Kooperativ ünvan 2 ünvanda yerləşən binanın 1-2 girişin qeyri-yaşayış sahəsindən 300 kv.metr qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh qeyd olunan müqaviləni qismən icra etmiş, ünvan 2 ünvanda yerləşən binanın 1-2 girişin qeyri-yaşayış sahəsindən 200 kv.metr olan qeyri-yaşayış sahəsini cavabdehə təhvil vermiş, qalan 100 kv.metr olan qeyri-yaşayış sahəsini isə cavabdehə təhvil verməmişdir. Hazırda iddiaçı qeyd edilən yaşayış binasından ona təhvil verilməyən 100 m2 olan qeyri-yaşayış sahəsinin verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçı ilə arasında bağladığı xx xxx 2015ci il tarixli müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin təhvil verilməyən 100 kv.metr hissəsini iddiaçıya təhvil verməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx xxx 2015-ci il tarixli, 179 nömrəli “Kooperativ mənzil tikinti haqqında” müqavilə üzrə ünvan 3 ünvanında yerləşən binanın 1-2 girişinin qeyri-yaşayış sahəsinin 100 kv.metrin İddiaçı verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, habelə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxx 2015-ci il tarixli, 179 nömrəli “Kooperativ mənzil tikinti haqqında” müqavilə üzrə ünvan 3 ünvanında yerləşən binanın 1-2 girişinin qeyri-yaşayış sahəsindən 100 (bir yüz) kv.metrin İddiaçı verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İş ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-983/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-983/2021
02.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver