Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-984/2020 05.03.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh2 12.12.2014-cü il tarixdə Moskva şəhərində 760000 ABŞ dolları və 20.09.2015-ci il tarixdə 250000 ABŞ dolları olmaqla cəmi 1 010 000 ABŞ dolları borc vermiş, borcu almasına dair Cavabdeh2 əl yazması ilə yazılan, imzası ilə təsdiq olunmuş qəbzləri İddiaçı vermişdir. Cavabdeh 12.12.2014-cü il tarixdə Moskva şəhərində aldığı 760000 ABŞ dolları borcunu 12.12.2016-cı il tarixədək qaytarmağı üzərinə götürərək buna dair yazılı qəbzə imza etdiyindən iddiaçı cavabdehə inanaraq 20.09.2015-ci il tarixdə yenidən ona 250000 ABŞ dolları borc vermiş, Cavabdeh2 əvvəl götürmüş olduğu pul vəsaitinə dair imzaladığı qəbzə 250000 ABŞ dollar pul vəsaitini borc alıb bir il müddətinə, yəni 2017-ci il tarixdə qaytaracağına dair imza etmişdir. Cavabdeh2 borc alarkən pula ehtiyacı olmasını, aldığı borc pul vəsaitini işinə yatıracağını, öhdəsinə götürdüyü vaxtda qaytaracağına iddiaçını inandırmış, lakin aldığı 1 010 000 ABŞ dollarını mənimsəməklə bu günədək heç bir vəsaiti geri qaytarmamışdır. Cavabdeh1 Cavabdeh2 arvadıdır. İddiaçıdan alınan borc cavabdehlərin ailəsinin birgə ehtiyaclarına sərf edilməklə fermer təsərrüfatı qurulmuşdur. Ona görə də cavabdehlər alınan borca görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə Cavabdeh1 iddiaçıdan Moskva şəhərində maşın almaq üçün 60633 ABŞ dolları borc alaraq qaytarmamışdır. Hər iki cavabdeh iddiaçı qarşısında birgə məsuliyyət daşıdıqları borc öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 1 070 633 ABŞ dolları borcun müştərək qaydada İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Cavabdeh2 12.12.2014-cü il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı 12.12.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760 000 ABŞ dollarını almışdır. Cavabdeh2 20.09.2015-ci il tarixdə imzaladığı qəbzdən müəyyən olunur ki, o, İddiaçı 2017-ci ildək qaytarmaq şərti ilə 250 000 ABŞ dollarını borc almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 04.03.2020-ci il tarixli 007-2617-1220 saylı məktubundan müəyyən olunur ki, Rusiya Federasiyasının vətəndaşı X2 həyat yoldaşı İddiaçı pulunun Cavabdeh2 tərəfindən ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətinə baxılmış və tərəflər arasında birgə kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verilmiş pul vəsaitlərinin qaytarılmaması səbəbindən yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilməklə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılması qənaətinə gəlinmişdir. BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Y.Yusifovun Rusiya Federasiyasının vətəndaşı X2 müraciətinin araşdırılmasının nəticəsinə dair tərtib etdiyi arayışdan müəyyən olunur ki, X5 Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətində həyat yoldaşı İddiaçı 2014-cü ildən 2018-ci ilədək olan müddət ərzində qohumu Cavabdeh2 Azərbaycan Respublikasında biznes qurması məqsədi ilə 1 304 804 ABŞ dolları pul verdiyini və Cavabdeh2 həmin pulu ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı məlum olunmuşdur ki, Sklyarova Yelenanın həyat yoldaşı İddiaçı birgə iş qurmaq üçün qohumu Cavabdeh2 külli miqrdarda pullar vermiş, sonuncu da həmin pulu İddiaçı göstərişi ilə işin təşkili məqsədi ilə X6 vermişdir. Cavabdeh2 1 080 000 ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Vüsal Abazərli barəsində analoji faktlar əsasında Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə 16.01.2019-cu il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və ifadəsi alınmışdır. Cavabdeh2 Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi N.Şiriyevə verdiyi izahatından müəyyən olunur ki, o, 01.12.2014-cü il tarixdə həyat yoldaşı Cavabdeh1 əmisi İddiaçıla söhbət edərkən avtomobillər üçün ehtiyat hissələrini xaricdən gətirib Azərbaycanda parakəndə satışını təşkil etmək istəməsini bildirmiş, İddiaçı onun qurmaq istədiyi biznesə maraq göstərib onun biznesinə yatrım etmək niyyətində olduğunu demiş, bu məqsədlə İddiaçı 2014-ci ilin dekabr ayından 2015-ci ilin aprel ayına kimi hissə-hissə olmaqla təxminən 600000 ABŞ dollarını Moskva şəhərindən ona göndərmişdir. O, 2015-ci ildə Avtomet MMC təsis etmiş, ehtiyat hissələri almaq üçün Tayvana, Cənubi Koreyaya və Dubaya getmiş, orada ehtiyat hissələrini göndərə bilən müəsisələrlə danışıqlar aparmış, razılaşmalar əldə etmişdir. Şirkətin əsas fəaliyyət növü Xətai rayonunda Babək prospektində yerləşən mağazada avtomobil ehtiyat hissələrini pərakəndə və topdan satmaq olmuşdur. Şirkətin adına Tayvandan 2, Koreyadan 2, Dubaydan da 1 konteyner mallar gəlmiş və 2015-ci ilin sonuna gədər İddiaçı ona əlavə pullar göndərmiş və ümumilikdə ona verdiyi pulların məbləği 1 380 000 ABŞ dolları təşkil etmişdir. Həmin gündən pullar tərəfindən avtomobil ehtiyat hissələrinin satışı üçün qoyulmuşdur. Həmin ərəfədə devalvasiya baş verdiyindən o, aldığı ehtiyat hissələrini zərərlə satıb ehtiyat hissələri ilə əlaqədar biznesini Bakı şəhərində dayandırmış, yalnız Bərdədə ehtiyat hissələri satan kiçik mağazanı işlədir. 2015-ci ilin aprel ayında İddiaçı dostu F.Cəfərovla və Vüsal adlı şəxslə onun yaşadığı Binəqədi rayon X8 ev 1 B ünvanda yerləşən 34 saylı mənzilə gələrək onu Abuzərli Vüsal adlı şəxslə tanış edib Vüsal Abuzərlinin Azərbaycanda qapı, mebel istehsalı, satışı və quraşdırması ilə məşğul olduğunu bildirmiş, özünün də Vüsal Abuzərli ilə birlikdə işlər görüb yaxşı qazanc əldə ediyini demişdir. Daha sonra İddiaçı ona verdiyi pullardan Vüsala da verməsini onun məşğul olduğu qapı, mebel istehsalı, satışı və quraşdırması ilə bağlı olan biznesinə şərik olub ondan yaxşı qazanc əldə etmələrini demişdir. O, İddiaçı sözünə inanıb 2015-ci ilin aprel ayından başlayaraq İddiaçı ona verdiyi puldan Vüsal Abuzərliyə hissə-hissə cəmi 200000 ABŞ dolları vermişdir. Əvvəllər verdiyi pulların müqabilində Vüsal Abuzərli bir neçə dəfə ona hissə-hissə olmaqla, cəmi 10000 dollar pul vermişdir. Vüsal ona aldığı pulun qaytarılmasının kecikdirməsinin səbəbini satışdan əldə etdiyi qazancı yenidən biznesinə yatırması ilə izah etmişdir. Bu səbəbdən o, Vüsaldan 200000 ABŞ dolları pulun müqabilində ona hər hansı bir əmlakı təminat kimi girov qoymasını tələb etmiş, razılaşma əsasında Vüsal mülkiyyətində olan Nabranda yerləşən torpaq sahəsini alqısatqı müqaviləsinə əsasən onun adına keçirmişdir. Bundan sonra o, Vüsala yenidən hissə-hissə 700000 ABŞ dolları vermiş, lakin Vüsal ondan aldığı cəmi 900000 ABŞ dollarını ona qaytarmamış, 2016-cı ilin yanvar ayında isə Vüsalın həbs olunması ona məlum olmuşdur. 2016-cı ilin yazında həbsdən çıxdıqdan sonra Vüsal ondan aldığı pullarının geri qaytarılması üçün möhlət verilməsini, mebel, qapı istehsalının yenidən təşkil etmək üçün ona əlavə pul verməsini xahiş etmişdir. 2016-cı ilin aprel ayından 2016-cı ilin dekabr ayına kimi Vüsal Abuzərli ondan hissə-hissə olmaqla ümumilikdə 180000 ABŞ dolları pul almışdır. Bu günə kimi Vüsal Abuzərlinin ona olan borcu (900000 ABŞ dollar + 180000 ABŞ dollar) 1 080 000 ABŞ dollar təşkil edir. Həmin borcu Vüsal Abuzərli ona qaytarmamışdır. X4 09.01.2018-ci il tarixli iltizamının surətindən müəyyən olunur ki, X1 Natiq Əkbər oğluna borclu olduğu 140000 ABŞ dollarını iki il müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı 12.12.2014-cü il tarixdə 12.12.2016-cı il tarixədək qaytarmaq şərti ilə 760 000 ABŞ dolları, 20.09.2015-ci il tarixdə isə 2017-ci ildək qaytarmaq şərti ilə 250 000 ABŞ dolları borc almış, lakin aldığı borcu geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı Cavabdeh1 60633 ABŞ dolları borc verdiyini, cavabdehlərin aldıqları borca görə iddiaçı qarşısında birgə borclular olaraq məsuliyyət daşıdıqlarını iddia etsə də, iddia tələbində istinad etdiyi bu halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən Cavabdeh2 İddiaçı xeyrinə borca görə 1 010 000 ABŞ dollarının tutulmasına dair hissədə təmin, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdeh N.Ə.İsmayəlzadəyə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 borca görə 1 010 000 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-984/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-984/2020
05.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver