Məhkəmə qərarları › İş №2(002)-1016/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1016/2023

26.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1016/2023 26.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5 qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızının, Cavabdeh5 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, D.Yolçular küçəsi, 10 saylı evin 1 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ididaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızının, Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, D.Yolçular küçəsi, 10 saylı evin 1 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, D.Yolçular küçəsi, 10 saylı evin 1 saylı mənzili mülkiyyət hüququ əsasında onun bacısına məxsusdur. Belə ki, bacısı Leyla həmin mənzili X1 18 iyun 2006-cı il tarixli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən almışdır. Hal-hazırda mənzildə bacısı və ailə üzvləri yaşamaqla istifadə edirlər. Onlar Asan xidmətə arayış üçün müraciət etdikdə xəbər tutmuşlar ki, hazırda yaşadığı evdə sözügedən cavabdehlər qeydiyyatdadırlar. Bu barədə MKTB-nə müraciət edərək, qeydiyyatda kimlərin olması və nə vaxt qeydiyyatda düşmələri barədə arayış tələb etmişdir. Buradan bəlli olmuşdur ki, tanımadığı insanlar onun evinə qeydiyyata düşmüşlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, D.Yolçular küçəsi, 10 saylı evin 1 saylı mənzil İddiaçı məxsusdur. İş materiallarında olan Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli, 256 saylı arayış ilə müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, D.Yolçular küçəsi, 10 saylı evin 1 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in məlumat bazasına əsasən ASAN Xidmət (3 saylı ASAN) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, D.Yolçular küçəsi, 10 saylı evin 1 saylı mənzildə rəsmi olaraq qeydiyyatdadırlar. İş materiallarında olan AN-İ № ******* saylı, 18 iyun 2006-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, D.Yolçular küçəsi, 10 saylı evin 1 saylı mənzili X2 tərəfindən İddiaçı satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara əsasən müəyyən edir ki, mənzillə əlaqəsi olmayan kənar şəxslər hazırda iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onların əvəzinə kommunal xidmətlərə görə əlavə xərc çəkir, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşdırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, iş üzrə sübutlara məcmu halıda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızının, Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, D.Yolçular küçəsi, 10 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar