Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1071/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Allahverdiyeva (İsgəndərova) Gülyanə Ələddin qızının, İddiaçı4 və Allahverdiyeva (İsgəndərova) Yeganə Ələddin qızının Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Allahverdiyeva (İsgəndərova) Gülyanə Ələddin qızının, İddiaçı4 və Allahverdiyeva (İsgəndərova) Yeganə Ələddin qızının Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbin dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 5 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı X24 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 5 saylı ev mülkiyyət hüququ əsasında xx.xx.2008-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan onun, oğlu İddiaçı2, qızları-X1, İddiaçı4 və X3 adına keçmişdir. Cavabdeh xx.xx.2007-ci il tarixdə oğlu X15 ilə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci ildə Ələddin və xx.xx.2013-cu ildə Burhan adlı iki uşaqları anadan olmuşdur. Onların aralarında olan nikah Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqlar atalarının himayəsinə verilmişdir. Cavabdeh onun gəlini olduğuna görə mülkiyyətində olan evə qeydiyyatda düşmüşdür. Lakin hazırda oğlu ilə ailə münasibətləri pozulmuş, ona məxsus evdən daimi olaraq köçüb getmişdir. Göründüyu kimi cavabdeh artıq onların ailə üzvü deyildir, cavabdehin ona məxsus evlə heç bir əlaqəsi yoxdur və həmin mənzildən daimi olaraq köcüb getmişlər. Həmçinin ailə qurarkən mənzil onun xüsusi mülkiyyətində olduğundan cavabdehin mənzilə istifadə huququ da yaranmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbin dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 5 saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi və bu qətnamənin cavabdehin pasport qeydiyyatından çıxarılması üçün əsas olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş və ərizə təqdim edərək, növbəti məhkəmə iclaslarının iddiaçılarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəmə iclasında izahatlarında qeyd etmişdir ki, cavabdeh keçmiş gəlinidir, oğlunun arvadı olub. Cavabdehin uşaqları indi atası ilə qalır. Cavabdeh ilə danışmırlar, onunla əlaqəsi yoxdur. Cavabdeh ilə oğlu 2007-ci ildə nikaha giriblər. Evə 2008-cı ildə çıxarış almışdılar.Digər iddiaçılar övladlarıdır. Ev vərəsəlik qaydasında ərindən ona və uşaqlarına miras qalmışdır. Cavabdeh o evdən 5 ildir ki, çıxıb gedib, yoxdur, harada olmasını bilmirlər. Uşaqlarını belə görmür. Cavabdehin böyük övladının 16, balacasının 12 yaşı var. Cavabdeh ürəyi istəyəndə uşaqlarla telefon vasitəsi ilə danışır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında əlavə olunmuş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-396/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X15 ilə Cavabdeh arasında xx.xx.2007- ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon VVADQ şöbəsində 1095 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X12 ataları X7 yanında qalması qət edilmişdir. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsində istifadədə olan 0.00645 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli binada 55 kv.m ümumi, 39 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı2, X2, İddiaçı4rı, X3, İddiaçı1 adlarına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 624 nömrəli reyestr kitabının 57274 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Mənzil-Kommunal Təsərrüfat-Birliyinin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 5 saylı evə 2007ci il tarixdən qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Qaradağ rayonu Sahil qəsəbəsinin 109 saylı MKİS-in mühasibi Rəcəbova Məstifə və Qaradağ Rayon Sahil qəsəbəsinin, Sülh küçəsinin sakinləri X16, X19,X20 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 5 saylı evin 1 saylı mənzilində 2021-ci ildən yaşamır. İş materiallarında əlavə olunmuş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş X8 vərəsələri- İddiaçı1, İddiaçı2, Allahverdiyeva (İsgəndərova) Gülyanə Ələddin qızı, İddiaçı4 və Allahverdiyeva (İsgəndərova) Yeganə Ələddin qızıdır.Onların hər biri miras əmlak olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 5 saylı evin 1 saylı mənzilindən vərəsəlik payı almışdır. Mülki işin materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbə inzibati ərazi idarəsi üzrə icra nümayəndəliyi məhkəmənin məktubuna cavab olaraq bildirir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Faktiki yaşayış yeri barədə məlumat yoxdur. Bu səbəbdən məhkəmə bildirişini cavabdehə təqdim etmək mümkün olmamışdır. İş materialarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iş üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı2 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və mübahisə predmeti olan evə gəlin köçmüşdür.Digər iddiaçılar isə cavabdehin qaynanası və baldızlarıdır. Həmin mənzil Qaradağ rayon İcra Hakimiyyətinin 1993-cü il tarixli sərəncamı və nüqaviləsi əsasında mərhum (cavabdehin qaynatası) X10 verilmişdir. 12.12. 2007-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, həmin mənzilə X17 07..11.2001-ci il tarixdə Qeydiyyat vəsiqəsi almışdır. Bu isə onun cavabdeh hələ gəlin köçməmişdən əvvəl mülkyiyyətçi olduğunu bir daha təsdiq edir. 12.12. 2007-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2005-ci ildə X17 vəfat etmiş və onun vərəsələri- İddiaçı1, İddiaçı2, Allahverdiyeva (İsgəndərova) Gülyanə Ələddin qızı, İddiaçı4 və Allahverdiyeva (İsgəndərova) Yeganə Ələddin qızıdır.Onların hər biri miras əmlak olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 5 saylı evin 1 saylı mənzilindən vərəsəlik payı almış və bunu əsasında xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində çıxarış alınmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-396/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X15 ilə Cavabdeh arasında xx.xx.2007- ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon VVADQ şöbəsində 1095 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X12 ataları X7 yanında qalması qət edilmişdir. İddiaçı da məhkəmə iclasında bildirmişdir ki, elə həmin qətnamə qəbol olunmamışdan əvvəl cavabdeh evi tərk edib getmişdir. Məhkəmə mübahisə predmeti ilə əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında mövcud mübahisəli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığından iddiaçılar İddiaçı1, Allahverdiyeva (İsgəndərova) Gülyanə Ələddin qızına, İddiaçı4 və Allahverdiyeva (İsgəndərova) Yeganə Ələddin qızına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddəsinin normaları, İddiaçı2 tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin normaları əsasında həll edilməlidir. Hazırda iddiaçılar cavabdehin artıq onlarla olan ailə münasibətlərinə xitam verilməsinə və uzun müddət mübahisə predmeti olan evdə yaşamamasına əsaslanaraq cavabdehin mənzildən istifadə hüquqlarının olmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, həmçinin ərazi idarəsi üzrə icra nümayəndəliyinə bildiriş də göndərilsə də cavabdehin məhkəmə iclaslarında iştirakı təmin olunmamışdır. Məhkəmə mülki iş üzrə sübutları nəzərə alaraq qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Beləliklə, məhkəmə cavabdehin İddiaçı2 istisna olmaqla digər iddiaçılara münasibətdə mübahisəli evdən istifadə hüququna xitam verilməsi məsələsinə dair qeyd edir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında həmin iddiaçılara məxsus olmasını, cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçiləri ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçilərindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid olmadığını və həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir notarial razılaşma olmadığını, eyni zamanda cavabdehin həmin mənzildə yaşamadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehin iddiaçılar X4, İddiaçı4, X5, İddiaçı1 məxsus evə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Həmçinin məhkəmə İddiaçı2 iddia tələbinə dair hissədə qeyd edir ki, cavabdeh İddiaçı2 keçmiş ailə üzvü-keçmiş həyat yoldaşıdır. Onlar arasındakı nikah məhkəmə qətnaməsi ilə pozularaq uşaqlar atasının himayəsində qalması qət edilmişdir. Hazırda İddiaçı2 cavabdehin uzun müddət mübahisəli mənzildə yaşamasa da onlara məxsus mənzildə formal olaraq qeydiyyatda qalmasının onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğuna əsaslanaraq cavabehin mənzildən istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçilərindən biri olan İddiaçı2 ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün- Cavabdeh mənzildən istifadə hüququ ilə bağlı məsələsinə baxılarkən cavabdehin mənzilə istifadə hüququ 2009cu il oktyabrın 1-i tarixindən əvvəl yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin normaları müddəaları tətbiq edilməlidir. Belə ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququnun, müəyyən qanunvericilik normasına əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) hər hansı kompensasiya verilmədən qanuna uyğun şəkildə aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Ümumiyyətlə qeyd edilməlidir ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququn itirilməsinə əsas verir. Şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması isə şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədə olduğundan, bu hal mülkiyyətçinin öz hüquqlarının həyata keçirilməsinə mane yaradır. Məhkəmə müvafiq iddia tələbini neqator iddia kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mülki Məcəllənin 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Digər tərəfdən, cavabdehin iddiaçının qanuni əsaslarla sahibliyində olan mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qəraına əsasən Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkhüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sülh küçəsi 5 saylı evin 1 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı X11 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X6 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2ənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Bu qətnamə Cavabdeh ünvan 2ənzil ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X6 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1071/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1071/2025
26.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver