Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1122/2023 04.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi(anası) Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı və qızını-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 - yetkinlik yaşma çatmayan oğlu-02 avqust 2007-ci il təvəllüdlü X6 ilə birlikdə ona məxsus Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzili xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. O, Cavabdeh1 ilə 05 oktyabr 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 02 iyul 2003-cü ildə Bibixanım və 02 avqust 2007-ci ildə İbrahim adlı iki uşaqları doğulmuşdur, aralarında olan nikah Yasamal rayon məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin cavabdehlə aralarında olan narazılığa görə 2009-cu ildə faktiki olaraq ayrılmışlar və o, Yasamal rayonu, M.Əliyev küçəsi ev 25-də yaşayır. Cavabdehlə nikahda olduğu müddətdə o, ona məxsus mənzildə qeydiyyatda olmamışdır. Lakin nikahı pozulduqdan sonra yəni 2012-ci ildə cavabdeh ona bildirdi ki, onu ona məxsus mənzilə qeydiyyata saldırsa uşaqları ilə görüşməyinə icazə verəcəkdir. O,da uşaqları ilə görüşmək üçün onu mülkiyyət hüququ əsasında ona məxsus olan və nikahdan əvvəl aldığı hazırkı evə qeydiyyata saldırdı. Lakin cavabdeh onun mənzilə qeydiyyata saldırsa da onun uşaqları ilə görüşməyə imkan verməmişdir. Cavabdeh uşaqları ilə birlikdə 2009-cu ildən ona məxsus evdən daimi olaraq köçüb getmişlər. Sonradan onu qeydiyyata saldırsa da bu yalnız formal olaraq qalmış, ona məxsus evdə yaşamışlar, ona məxsus evlə heç bir əlaqələri olamamış və həmin mənzildən daimi olaraq köçüb getmişlər. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Ərizəyə əlavə etdiyi Forma 2 arayışdan da görünür ki, Cavabdeh1 xx.xx.2012-ci ildən ona məxsus mənzilə qeydiyyata düşmüşdür. Həmçinin ərizəyə əlavə etdiyi qonşular tərəfindən təsdiq olunmuş aktdan da görünür ki, keçmiş həyat yoldaşı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu X6 2009cu il tarixdən ona məxsus mənzildə yaşamırlar. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavə təqdm edərək bildirmişdir ki, Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzili xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. O, Cavabdeh1 ilə 05 oktyabr 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 02 iyul 2003-cü ildə Bibixanım və 02 avqust 2007-ci ildə İbrahim adlı iki uşaqları doğulmuşdur. Lakin cavabdehlə aralarında olan narazılığa görə 2009-cu ildə faktiki olaraq ayrılmış, cavabdeh Yasamal rayonu, M.Əliyev küçəsi ev 25-də yaşayır. Aralarında olan nikah Yasamal rayon məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə nikahda olduğu müddətdə o ona məxsus mənzildə qeydiyyatda olmamışdır. Lakin nikahı pozulduqdan sonra yəni 2012-ci ildə cavabdeh ona bildirmişdir ki, onu mənzilə qeydiyyata saldırsa uşaqları ilə görüşməyinə icazə verəcəkdir. O,da uşaqları ilə görüşmək üçün onu mülkiyyət hüququ əsasında ona məxsus olan və nikahdan əvvəl aldığı hazırkı mənzilə qeydiyyata saldırdı. Lakin cavabdehi mənzilə qeydiyyata saldırsa da onun uşaqları ilə görüşməyə imkan verməmişdir. Cavabdeh uşaqları ilə birlikdə 2009-cu ildən ona məxsus evdən daimi olaraq köçüb getmişlər. İşin faktiki hallarından o da görünür ki, o, Cavabdeh1 ilə 05 oktyabr 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, cavabdeh 2009-cu ilə qədər həmin mənzildə yaşamışdır. Faktiki olaraq 2009-cu ildən ayrılsa da nikahları Yasamal rayon məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. 2009-cu ildən faktiki ayrıldıqları vaxtdan cavabdeh mübahisəli mənzildən köçüb getmişdir. O, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən dövrədək, cavabdeh heç yerə şikayət və yaxud ərizə ilə müraciət edərək, mənzildə yaşamaq istədiyini nümayiş etdirməmişdir. Əksinə, onun özü könüllü olaraq uşaqlarını görməyi üçün cavadehi öz mənzilinə qeydiyyata saldırmışdır. Uşaqlarını görmək üçün onun mənzildə yaşamağına da razı idi. Lakin cavabdeh yenə də həmin mənzildə yaşamaq istəməmiş, eləcə də ona öz övladları ilə görüşməyə icazə verməmişdir. Köçüb getdiyi vaxtdan da ünvan 1 ünvanında yaşamış, mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır. Cavabdeh mübahisə etdiyi mənzilə ehtiyacı olsa idi, o, həmin mənzillə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edər, müxtəlif orqanlara şikayət edərdi. Lakin bu cür addımlar atılmamışdır. Göründüyü kimi, cavabdehin mənzil sahəsinə ehtiyacı olmamışdır və o, kifayət qədər uzun müddət ərzində könüllü olaraq çıxıb getdiyi yaşayış yerində yaşamışdır. Keçmiş həyat yoldaşı, cavabdehlər Cavabdeh1, qızı Cavabdeh2 - yetkinlik yaşına çatmayan oğlu 02 avqust 2007-ci il təvəllüdlü X6 ilə birlikdə ona məxsus Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, İddiaçı Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə “Mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Əhmad qızının və qızı Cavabdeh2 - yetkinlik yaşına çatmayan oğlu 02 avqust 2007-ci il təvəllüdlü X6 ilə birlikdə ona məxsus Bakı şəhəri, Qaradağ, rayonu, Lökbatan qəsəbəsi, Ə.F.Məhəmmədov küçəsi 1 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı tərəfindən qaldırılmış iddia tələbi tam əsassızdır belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.F.Mahammadov küçəsi 1 saylı evin 30 saylı mənzili xx.xx.2001 -ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən daşinmaz əmlakın dövlət reyestrindən iddiaçının adına qeydiyyatdan keçmişdir. O, İddiaçı ilə 05 oktyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 02 iyul 2003-cü il təvəllüdlü Bibixanım və 02 avqust 2007-ci il təvəllüdlü İbrahim adli 2 övladı anadan olmuşdur. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Rəsmi nikahları pozulduqdan sonra iddiaçının şəxsi istəyi ilə onu azyaşlı övladları ilə birlikdə gəlin köçdüyü mənzilə qeydiyyata almışdır.İddiaçı iddia tələbində güya onun iddiaçıya övladları göstərməyəcəyini bildirərək, qeydiyyata düşməyini bildirmişdir. 'Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəmənin Plenum qərarı qəbul edilmişdir, eyni zamanda valideyinlər arasında nikah pozulduqdan sonra, AR Ailə Məcəlləsinə əsasən hər bir valideyinin uşaqla ünsiyyətdə olmaq hüququ vardır. İddiaçınında ata kimi valideyinlik hüququ vardır, övladlarının atası olaraq istədiyi vaxt övladları ilə birlikdə ünsiyyətdə ola, vaxt keçirə bilərlər, iddiaçı ilə şəxsi münasibətini valideyinlik hüququna aid etmir və buna görə də, hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı övladları ilə ünsiyyətdə olmaq üçün məhkəmə qaydasında iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi, lakin məhkəməyə müraciət etməmiş və hazırki iddia tələbi üzrə öz istinad etdiyi halları sübut etmədən şihahi olaraq əsassız iddia qaldırmışdır.Hazırda övladları ilə birlikdə kirayə yaşayır, iddiaçıya dəfələrlə qeydiyyatda olduğu ünvana köçərək yaşamaq hüququ istədikdə bundan imtina etmişdir. Onun övladları ilə birlikdə qeyd olunan mənzildə yaşamamağının səbəbi iddiaçının imtina etməsidir. Belə olan halda hesab edir ki, o,Cavabdeh1 Əhmad qızının, qızı-Cavabdeh2 və yetkinlik yaşma çatmayan oğlu 02 avqust 2007ci il təvəllüdlü X6 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ, rayonu, Lökbatan qəsəbəsi, Ə.F.Məhəmmədov küçəsi 1 saylı evin 30 saylı mənzilinin bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi təmin edilməlidir. İş üzrə İddiaçı “Mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi, Cavabdeh1, qızı- Cavabdeh2 və yetkinlik yaşına çatmayan oğlu 02 avqust 2007-ci il təvəllüdlü X6 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ, rayonu, Lökbatan qəsəbəsi, Ə.F.Məhəmmədov küçəsi 1 saylı evin 30 saylı mənzilinin bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzili xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçı Cavabdeh1 ilə 05 oktyabr 2002- ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahdan 02 iyul 2003-cü ildə Bibixanım və 02 avqust 2007-ci ildə İbrahim adlı iki uşaqları doğulmuşdur. Lakin cavabdehlə aralarında olan narazılığa görə 2009-cu ildə faktiki olaraq ayrılmış, cavabdeh Yasamal rayonu, M.Əliyev küçəsi ev 25-də yaşayır. Aralarında olan nikah Yasamal rayon məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə nikahda olduğu müddətdə o iddiaçıya məxsus mənzildə qqeydiyyatda olmamışdır. Lakin nikahları pozulduqdan sonra yəni 2012-ci ildə cavabdeh bildirmişdir ki, onu mənzilə qeydiyyata saldırsa iddiaçıya uşaqlari ilə görüşməyinə icazə verəcəkdir. İddiaçı da uşaqları ilə görüşmək üçün onu mülkiyyət hüququ əsasında özünə məxsus olan və nikahdan əvvəl aldığı hazırkı mənzilə qeydiyyata saldırmışdır. Lakin cavabdehi mənzilə qeydiyyata saldırsam da İddiaçı uşaqları ilə görüşməyə imkan verməmişdir. Cavabdeh uşaqlara birlikdə 2009-cu ildən İddiaçı məxsus evdən daimi olaraq köçüb getmişlər. İşin faktiki hallarından o da görünür ki, mən Cavabdeh1 ilə 05 oktyabr 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, cavabdeh 2009-cu ilə qədər həmin mənzildə yaşamışdır. Faktiki olaraq 2009-cu ildən ayrılsalar da nikahımları Yasamal rayon məhkəməsinin 04 may 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. 2009-cu ildən faktiki ayrıldıqları vaxtdan cavabdeh mübahisəli mənzildən köçüb getmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən dövrədək, cavabdeh heç yerə şikayət və yaxud ərizə ilə müraciət edərək, mənzildə yaşamaq istədiyini nümayiş etdirməmişdir. Əksinə, İddiaçı özü könüllü olaraq uşaqlarını görməyim üçün cavadehi öz mənzilinə qeydiyyata saldırmışdır. Uşaqlarımı görmək üçün onun mənzildə yaşamağına da razı idi. Lakin cavabdeh yenə də həmin mənzildə yaşamaq istəməmiş, eləcə də İddiaçı öz övladlarımla görüşməyə icazə verməmişdir. Köçüb getdiyi vaxtdan da ünvan 1 ünvanında yaşamış, mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır. Cavabdeh mübahisə etdiyi mənzilə ehtiyacı olsa idi, keçən 11 il ərzində o, həmin mənzilə köçürülmə ilə bağlı məhkəməyə və ya icra qurumuna müraciət edər, müxtəlif orqanlara şikayət edərdi. Onun mənzilə istifadə hüququnun olması barədə qətnaməsi olsa da o mənzildə yaşamaq istəməmiş, lakin bu cür addımlar atılmamış, yalnız formal olaraq qeydiyyatda qalaraq gələcəkdə həmin mənzildən pay əldə etmək istədiyini nümayiş etdirmişdir. Göründüyü kimi, cavabdehin mənzil sahəsinə ehtiyacı olmamışdır və o, kifayət qədər uzun müddət ərzində könüllü olaraq çıxıb getdiyi yaşayış yerində yaşamışdır. Məhkəmə iclasında Cavabdeh1 atasına məxsus mənzildə deyil, yaşamağa yerinin olmadığını və kirayədə yaşadığını bildirmişdir. Biz məhkəməyə yaşamal MKTB-nin 40 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış təqdim etmişik. Həmin arayışda Cavabdeh1, X1 və Cavabdeh2 atası X17 oğluna məxsus evdə qeydiyyatrsız yaşadıqları qeyd edilmişdir. Cavabdeh1 başqa yerdə kirayə yaşadığını bildirişə bunu sübut etməli idi. Lakin bu barədə heç bir sübut təqdim edə bilməmişdir.Məhkəmə iclasında Cavabdeh1 Qaradağ rayon məhkəməsinin 25 dekabr 2013-cü il tarixli qətnaməsini təqdim etmişdir. Həmin qətnamədə Cavabdeh1, X1 və Cavabdeh2 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, mənzil 30-a istifadə hüquqları tanınmışdır. Halbuki iddiaçı özü Cavabdeh1, X3 və Cavabdeh2 xx.xx.2012-ci ildən artıq qeydiyyatda saldırmışdır. Mənzildə qeydiyyatda olduğu halda əlavə olaraq istifadə hüququnun tanınması üçün Cavabdeh1 məqsədi mübahisəli mənzildə yaşamaq deyil, həmin mənzildən pay almaqdır.Cavabdeh1 iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda bazar qiymətinə uyğun kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə məqsədinin mənzildə yaşamaq deyil, həmin mənzildən pay əldə etmək olduğunu bir daha nümayiş etdirmişdir.Həmçinin iddia ərizəsinə etirazda Cavabdeh1 qeyd etmişdir ki, iddiaçıya dəfələrlə qeydiyyatda olduqları ünvana köçərək yaşamaq hüququ istədikdə cavabdeh bundan imtina etmişdir. Bunu təsdiq edəcək heç bir sübutu yoxdur. Əgər cavabdeh bunu etirazında qeyd edirsə bunu sübut etməlidir. Əksinə iş materiallarına əlavə etdiyimiz forma 2 arayışdan görünür ki, iddiaçı uşaqları ilə görüşmək üçün cavabdehləri xx.xx.2012-ci ildən həmin mənzildə qeydiyyata saldırmışdır. (İstifadə hüququnun tanınması ilə bağlı qətnamədən 1 il 5 ay əvvəl). Cavabdehlər isə həmin mənzildə yaşamaq istəməmişlər. Həmçinin İddiaçı övladı X6 ilə danışmağa cəhd etsə də övladı onunla danışmaq istəmədiyini bildirmişdir. Eləcə də Cavabdeh1 digər övladı Cavabdeh2 da atası ilə ümumiyyətlə ünsiyyət qurmaq istəmədiyini bildirmişdir.Məhkəmə iclasına dəvət etdikləri şahidlər də qeyd etdikləri halları təsdiq edirlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan 02 avqust 2007-ci il təvəllüdlü X6 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin və prosesin digər iştirakçılarının izahat və ifadələri: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq öz çıxıçını yazılı olaraq təqdim edərək, həmin izahata uyğun olaraq qeyd etdi ki, cavabdehin hal-hazırda atası evində yaşamasına dair əvəlki məhkəmə iclaslarında arayış təqdim edilmişdir, lakin cavabdeh onların kirayədə yaşadıqlarını qeyd etsə də, bu halı sübut edəcək heç bir sənəd təqdim etməmişdir. Hesab edir ki, əvəlki məhkəmə qətnamələri ilə cavabdehlərin isitifadə hüququ tanınmış olsa da, hal-hazırki iş üzrə məhkəmə cavabdehlərin həmin mənzilə ehtyaclarının olmadığını və mübahisə predmetinin obnların yeganə yaşayış yerləri olmadığı nəzərə alaraq iddianı təmin etməlidir, belə ki, cavabdehlərin mənzildən isitfadə hüquqlarının tanınması haqqında qətnamələrdən sonra cavabdehlər mənzilə köçürülməsinə dair heç bir hərərkət həyata keçırməmişdir. Bu isə bir daha sübut edir ki, cavabehlərin mübahisə predmetinə ehtiyacları yoxdur, onların məqsədləri sadəcə həmin evdən pay almaq olmuşdur. Məhkəmə iclasına gəlmiş cavabdeh və digər Cavabdeh2 nümayəndəsi(anası) Cavabdeh1 izahatında iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçının vəkilinin hal-hazırda hansı ünvanda kirayədə qalmasına dair sualına cavab verərək qeyd etdi, əvəllər atasıgilin evində yaşayırdılar, artıq iki ildir ki, kirayədə qalırlar. Əvəllər uşaqlar balaca idi və özü də işləyirdi deyə, anasıgildə qalırdı. Həmçinin cavabdeh məhkəmənin mənzilə isitfadə hüquqlarının tanınmasına dair məhkəmə qətnamələrinin olmasına baxmayaraq, bu müdddət ərzində mübahisə predmetinə köçməmələrinin səbəbi , həmin evə köçmək istə də, iddiaçı ondan xahiş etmişdir ki ona müddət verilsin, o da bu səbəbdən indiyə qədər gözləmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri vəşahid ifadələrini araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işin halları: Məhkəmə iclasında dindirilmiş şahid X14 ifadəsində bildirmişdir ki, iddiacı ilə cavabdehi tanıyır,onların qonşusudur, iddiaçı 5-ci mərtəbə, özü isə eyni binanaın 4-cü mərtəbəsində qalır.Cavabdeh 2009-cu ildən həmin evi tərk etmişdir. Sonralar Namiq uşaqlarla görüşmək istədiyindən onları həmin evə qeydiyyata salaraq, onların evə köçməsini istəsə də, lakin cavabdehlər 2009 –cu ildən sonra evə qayıtmamışdılar. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, iddiacı ilə cavabdehi tanıyır,onların qonşusudur. Əlavə olaraq qeyd etdi ki, iddiaçı Namiq ona demişdir ki, uşaqlarını evə gətirmək istəyir, lakin gəlmirlər. Məhkəmə iclasında dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, iddiacı ilə cavabdehi tanıyır, 10 ildən çoxdur ki, onların qonşusudur, iddiaçı 5-ci mərtəbə, özü isə eyni binanın 4-cü mərtəbəsində yaşayır. İddiaçı Namiq sonralar uşaqlarla görüşmək istədiyindən cavabdehləri həmin evə qeydiyyata salmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 098936 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1005-ci keçid küçəsinin 1 saylı evin 30 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2001-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 30/27620 nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan 02 avqust 2007-ci il təvəllüdlü X6 Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzil ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 125 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 98 saylı arayışından görünür ki, cavabdehlər Cavabdeh1 (xx.xx.2012-ci il tarixdən), xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2007-ci il təvəllüdlü X6 Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzil ünvanında qeydiyyatdadırlar. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş X14, X4 və X15 tərəfindən tərtib edilmiş və 125 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, (onun yetkinlik yaşma çatmayan oğlu-02 avqust 2007-ci il təvəllüdlü X6) 2009-cu il tarixdən Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzilində yaşamırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ 164844 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında olan nikah xx.xx.2012-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 241 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023cü il tarixli 19 nömrəli məktubdan görünür ki, Yasamal rayonu, M.Əliyev küçəsi 25 saylı ev fərdi tikilidir və X7 ata evidir. Həmin evdə X5 Aygün Əhməd qızı və nəvələri Cavabdeh2 və X6 qeydiyyatsız yaşayırlar. Məlumat olaraq bildirilir ki, 25 saylı ev barəsində 40 saylı MKİS-ə heç bir sənəd təqdim olunmayıb. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq Azərbaycasn Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1969/2013 saylı xx.xx.2013-cü il tarixli qərarından görünür ki , Bakı şəhəri, Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, mənzil 30-da qeydiyyatda olan Cavabdeh1 qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə həvalə edilməsi və iddianın Bakı şəhəri, Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, mənzil 30-da qeydiyyatda olan X2 və X1 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apellyasiya məhkəməsinin 02 oktyabr 2013-cü il tarixli qərarından göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1969/2013 saylı 09 iyul 2013-cü il tarixli qərarı iddianın qismən təmin edilməsi və X9 Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, mənzil 30- dan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi, İddiaçı cavabdeh Qaradağ rayon Polis İdarəsinə qarşı iddiası-Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, mənzil 30-dan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bak şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1290/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1, 02 iyul 2003-cü il təvəllüdlü Məhərrəmova Bibixanım Namiq qızının və 02 avqust 2007-ci il təvəllüdlü X13 oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, mənzil 30-a istifadə hüquqları tanınması qət edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 8 oktyabr tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı, sonra sübutlara qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında mübahisələndirilən hal: iddiaçı cavabdehlərin mübahisə predmetinə- Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzilinə istifadə hüququna xitam verilməsini tələb edir, cavabdehlər isə iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzildən istifadə hüququnun olması Bak şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1290/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edildiyindən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun olmaması halı mübahisələndirilə və yenidən sübut edilə bilməz. İşin məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdehlər iddiaçının maneələri səbəbindən müvəqqəti olaraq Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzildə yaşamır. Hazırki iş üzrə mübahisə predmeti-mülkiyyətçi tərəfindən ailə üzvləri olan (uşaqları)-Cavabdeh2 və iddiaçının yetkinlik yaşına çatmayan oğlu-02 avqust 2007-ci il təvəllüdlü X1 və həmçinin mənzildən istifadə hüququ məhkəmə qətnaməsi ilə müəyyən olunan keçmiş həyat yoldaşı- Cavabdeh1 mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə mübahisəsidir və cavabdehlər kompensasiya verilmədən onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi iddiasını qəbul etmir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh2 və yetkinlik yaşına çatmayan-02 avqust 2007-ci il təvəllüdlü X6 iddiaçının ailə üzvləri-uşaqları olduğundan Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 30-cü maddəsinə əsasən yaşayış sahəsindən istifadə etmək hüquqları vardır və qanunvericilik onların yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu nəzərdə tutulmuşdur. Həmçinin Cavabdeh1 isə artıq iddiaçının ailə üzvü olmasa da , onun da həmin mənzildən istifadə hüququnun olması halı məhkəmə qətnaməsi ilə tanındığından artıq həmin hal-fakt başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, iddiaçının cavabdehlərə qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qeyd olunan normaları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin (yetkinlik yaşına çatmayan oğlu-02 avqust 2007-ci il təvəllüdlü X6 ilə birlikdə) Bakı şəhəri, ünvan 2mədov küçəsi 1 saylı evin 30 saylı mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1122/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1122/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver