Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1132/2024 20.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs kimi qeyd olunmaqla) «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs kimi qeyd olunmaqla) «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində yerləşən 4 nömrəli 5 mərtəbəli binada yerləşən 20 nömrəli mənzilə dair xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə 12 iyun 2024-cü il tarixli barışıq sazişi təqdim etdilər. İddiaçı məhkəmə iclasında bildirdi ki, hazırda Cavabdeh ilə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər və barışıq sazişi bağlamışlar. Buna görə də, hazırkı mübahisəyə məhkəmədə baxılıb həll edilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaçının qeyd etdiklərinə əlavəsinin olmadığını bildirdi və məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, hazırda İddiaçı ilə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər və barışıq sazişi bağlamışlar. Buna görə də, hazırkı mübahisəyə məhkəmədə baxılıb həll edilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında cavabdehin qeyd etdiklərinə əlavəsinin olmadığını bildirdi və məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim olunmuş 12 iyun 2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:
1. Preambula 1.1. İddiaçı Cavabdeh qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində yerləşən mənzilin 1/2 hissəsinin Cavabdeh mülkiyyətinə verilməsinə səbəb olmuş qətnamənin mövcud olmamasını əsas gətirərək cavabdehə verilən çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin Cavabdeh iddia ərizəsinə etiraz edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində yerləşən mənzilin 1/2 hissəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə təqdim etmişdir. Göstərilən məsələyə aydınlıq gəldiyi üçün tərəflər barışmaq qərarına gəlmişlər. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov 20 (yeni qaydada: ünvan 1 ünvanda yerləşən mənzilin 1/2 hissəsi 2023-cü ildə vəfat etmiş X1 mülkiyyətində, digər 1/2 hissəsi Cavabdeh mülkiyyətindədir. X1 vərəsələri həyat yoldaşı İddiaçı, övladları Fərid Tağıyev, Gülşən Tağıyeva, Ləman Tağıyeva, Aysu Tağıyeva və atası Aydın Tağıyevdir. İddiaçı bəyan və təsdiq edir ki, qayınatası Aydın Tağıyev miras paydan nəvəsi A.Tağıyevanın xeyrinə imtina etmişdir. Buna görə də, İddiaçı və onun övladlarının mülkiyyəti olacaqdır. Övladları azyaşlı olduqları üçün onların qanuni nümayəndəsi olaraq miras pay üzərində sərəncam vermək hüququ ona məxsusdur. Buna görə də, hazırki sazişin bağlanaraq icra olunmasında hər hansı məhdudiyyət yoxdur. Cavabdeh bəyan və təsdiq edir ki, miras paydan onun övladlarına ayrılmış hissələrə dair övladlarından etibarnamə almış və onların adından İddiaçı xeyrinə mirasdan imtina edərək, ümumi əmlakın satışından əldə olunan vəsaitin 1/2 hissəsinin İddiaçı verilməsinə şərait yaradacaqdır. Beləliklə, bu saziş icra olunduğu zaman Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov 20 (yeni qaydada: ünvan 1 ünvanda yerləşən mənzilin 1/2 hissəsi İddiaçı adına rəsmiləşdiriləcək. Faiz nisbəti ilə 50 % İddiaçı mülkiyyətinə veriləcək. Lakin iddiaçı gələcəkdə bu sazişin icra olunmasına maneələr yaratdığı təqdirdə, yəni məcburi icra olunarsa əmlakın satışından əldə olunan vəsaitin 33 % hissəsi ona, 67 % hissəsi isə Cavabdeh ödəniləcəkdir. Gələcəkdə bu saziş məcburi icra olunarsa məcburi icra edilməsinə dair bütün rüsumlar iddiaçıdan tutulacaqdır. İddiaçı, cavabdeh tərəfindən evin satışı üçün gətirilən müştərilərə mənzilə baxmaq üçün şərait yaradacağını, hər hansı neqativ halların baş verməyəcəyini öhdəsinə götürür.
2. Sazişin predmeti 2.1. Tərəflər Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov 20 (yeni qaydada: ünvan 1 yerləşən mənzilin satılması razılığına gələrək, satışdan əldə olunan vəsaitin 1/2 hissəsi həcmində iddiaçıya, digər 1/2 hissəsi həcmində isə cavabdehə ödənilir. 2.2. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov 20 (yeni qaydada: ünvan 1 yerləşən mənzilin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməklə, 3 ay müddətinədək əmlak satışı saytları və riyeltorlar vasitəsi ilə açıq bazarda satışının həyata keçirilməsi razılığına gəldilər. 2.3. Əmlak, bu sazişin 2.2-ci bəndində göstərilən müddət ərzində qeyd olunan qiymətə satılmadığı halda sazişin 2.2-ci bəndi qüvvədən düşmüş hesab edilərək tərəflər mənzilin ilkin satış qiymətini 85.000 manata endirərək açıq hərrac vasitəsi ilə satılması razılığına gəldilər. 2.4. Tərəflər bu sazişdən irəli gələn öhdəlikləri icra etmədikləri və ya lazımınca icra etmədikləri halda sazişin təsdiq edilməsinə dair qəbul edilmiş məhkəmə qərardadı müvafiq icra şöbəsi tərəfindən məcburi icra ediləcəkdir.
3. Digər müddəalar 3.1. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 3.2. Tərəflər bu saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 3.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 3.4. Bu saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs kimi qeyd olunmaqla) «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
1. Preambula 1.1. İddiaçı Cavabdeh qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində yerləşən mənzilin 1/2 hissəsinin Cavabdeh mülkiyyətinə verilməsinə səbəb olmuş qətnamənin mövcud olmamasını əsas gətirərək cavabdehə verilən çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin Cavabdeh iddia ərizəsinə etiraz edərək, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində yerləşən mənzilin 1/2 hissəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə təqdim etmişdir. Göstərilən məsələyə aydınlıq gəldiyi üçün tərəflər barışmaq qərarına gəlmişlər. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov 20 (yeni qaydada: ünvan 1 ünvanda yerləşən mənzilin 1/2 hissəsi 2023-cü ildə vəfat etmiş X1 mülkiyyətində, digər 1/2 hissəsi Cavabdeh mülkiyyətindədir. X1 vərəsələri həyat yoldaşı İddiaçı, övladları Fərid Tağıyev, Gülşən Tağıyeva, Ləman Tağıyeva, Aysu Tağıyeva və atası Aydın Tağıyevdir. İddiaçı bəyan və təsdiq edir ki, qayınatası Aydın Tağıyev miras paydan nəvəsi A.Tağıyevanın xeyrinə imtina etmişdir. Buna görə də, İddiaçı və onun övladlarının mülkiyyəti olacaqdır. Övladları azyaşlı olduqları üçün onların qanuni nümayəndəsi olaraq miras pay üzərində sərəncam vermək hüququ ona məxsusdur. Buna görə də, hazırki sazişin bağlanaraq icra olunmasında hər hansı məhdudiyyət yoxdur. Cavabdeh bəyan və təsdiq edir ki, miras paydan onun övladlarına ayrılmış hissələrə dair övladlarından etibarnamə almış və onların adından İddiaçı xeyrinə mirasdan imtina edərək, ümumi əmlakın satışından əldə olunan vəsaitin 1/2 hissəsinin İddiaçı verilməsinə şərait yaradacaqdır. Beləliklə, bu saziş icra olunduğu zaman Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov 20 (yeni qaydada: ünvan 1 ünvanda yerləşən mənzilin 1/2 hissəsi İddiaçı adına rəsmiləşdiriləcək. Faiz nisbəti ilə 50 % İddiaçı mülkiyyətinə veriləcək. Lakin iddiaçı gələcəkdə bu sazişin icra olunmasına maneələr yaratdığı təqdirdə, yəni məcburi icra olunarsa əmlakın satışından əldə olunan vəsaitin 33 % hissəsi ona, 67 % hissəsi isə Cavabdeh ödəniləcəkdir. Gələcəkdə bu saziş məcburi icra olunarsa məcburi icra edilməsinə dair bütün rüsumlar iddiaçıdan tutulacaqdır. İddiaçı, cavabdeh tərəfindən evin satışı üçün gətirilən müştərilərə mənzilə baxmaq üçün şərait yaradacağını, hər hansı neqativ halların baş verməyəcəyini öhdəsinə götürür.
2. Sazişin predmeti 2.1. Tərəflər Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov 20 (yeni qaydada: ünvan 1 yerləşən mənzilin satılması razılığına gələrək, satışdan əldə olunan vəsaitin 1/2 hissəsi həcmində iddiaçıya, digər 1/2 hissəsi həcmində isə cavabdehə ödənilir. 2.2. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov 20 (yeni qaydada: ünvan 1 yerləşən mənzilin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməklə, 3 ay müddətinədək əmlak satışı saytları və riyeltorlar vasitəsi ilə açıq bazarda satışının həyata keçirilməsi razılığına gəldilər. 2.3. Əmlak, bu sazişin 2.2-ci bəndində göstərilən müddət ərzində qeyd olunan qiymətə satılmadığı halda sazişin 2.2-ci bəndi qüvvədən düşmüş hesab edilərək tərəflər mənzilin ilkin satış qiymətini 85.000 manata endirərək açıq hərrac vasitəsi ilə satılması razılığına gəldilər. 2.4. Tərəflər bu sazişdən irəli gələn öhdəlikləri icra etmədikləri və ya lazımınca icra etmədikləri halda sazişin təsdiq edilməsinə dair qəbul edilmiş məhkəmə qərardadı müvafiq icra şöbəsi tərəfindən məcburi icra ediləcəkdir.
3. Digər müddəalar 3.1. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 3.2. Tərəflər bu saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 3.3. Sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 3.4. Bu saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kamran Əsədov