Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1133/2024 02.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Abdulovnanın nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Qaradağ Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı “qiymətləndirilmə rəyinin etibarsız hesab edilərək yenidən qiymətləndirilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Qaradağ Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, sifarişçi Qaradağ rayon icra şöbəsi tərəfindən həyata keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsi, əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilərək, qoyulmuş əmlakın yenidən qiymətləndirilməsi barədə ekspertiza keçirilməsi, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öncəki məhkəmə iclasında işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar, yəni iddia ərizəsində qeyd edilən tələblərin qeyri-müəyyən olduğu, Azərbaycan Respublikası MPM-in tələblərinə cavab vermədiyi iddiaçının nümayəndəsi və vəkili Vəkil2 diqqətinə çatdırılmış, növbəti məhkəmə iclasınadək həmin nöqsanların aradan qaldırılması izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Abdulovnanın nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, həqiqətən də iddia ərizəsinin tərtibində qeyri-müəyyənliyə yol verilmişdir. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə tərəfindən həmin nöqsanların aradan qaldırılması üçün onlara kifayət qədər vaxt verilsə də, verilmiş müddət ərzində həmin nöqsanlar aradan qaldırılmamışdır. Bu baxımdan iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən iştirak edən mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil1 mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi və Qaradağ Rayon İcra Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə məhkəmə iclasında iştirak etməyən nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən tərəflərin izahatları dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia baxılmamış saxlanılmalıdır. Belə ki, öncəki məhkəmə iclasında işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar, yəni iddia ərizəsində qeyd edilən tələblərin qeyri-müəyyən olduğunun nədən ibarət olması, yəni iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olmadığı iddiaçının nümayəndəsi və vəkilinin diqqətinə çatdırılmaqla, növbəti məhkəmə iclasınadək həmin nöqsanların aradan qaldırılması izah edilmiş, lakin işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin həmin hallar aradan qaldırılmamışdır. Belə olan halda isə işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Beləliklə, hakim tərəfindən müəyyən edilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmadığından işə mahiyyəti üzrə baxılması mümkün olmadığından məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.12-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Qaradağ Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı “qiymətləndirilmə rəyinin etibarsız hesab edilərək yenidən qiymətləndirilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1133/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1133/2024
02.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver