Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1143/2024 24.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X7, X4, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X7, X4, Cavabdeh4,Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ona məxsus ünvan 1ənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1ənzilini 30 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir və onun xüsusi mülkiyyətimdədir. Cavabdehlər həmin mənzilin köhnə sakinləri olmuşlar. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən mənzili satarkən mənzildən çıxacaqları barədə öhdəlik götürsələr də indiyə kimi ona məxsus evdən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər əvvəldən mənzilin mülkiyyətçisi olmuş, mənzildə qeydiyyatda olmuş və onları mənzilə qeydiyyata o, salmamışdır. Cavabdehlər həmin mənzili ona satarkən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.Məhkəmə qərarı olmadan o, onları mənzildən qeydiyyatdan çıxara bilmir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehlər evin köhnə sakinləridir. Evi satan şəxs cavabdehlərin qeydiyyata çıxarılmasını öhdəsiinə götürsə də hələdə qeydiyyatdan çıxmamışdılar. Həmçinin, Cavabdeh1 və Cavabdeh2 vəfat etdiyindən onlara dair hissədə iddia tələbindən imtina edir. Beləliklə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1ənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehlər X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışından görünür ki, ünvan 1ənzilinə tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan Bakı şəhəri 4 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki X9 ünvan 1ənzilini İddiaçı satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında çıxarışdan görünür ki, cavabdehlər X4, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1ənzil ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan XVİİ-ЖГ seriyalı 407717 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı anası X6r. Mülki işin materiallarında olan Qaradağ rayonİcfa Hakimiyyəti Başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 və onun ailə üzvləri ünvan 1ənzil ünvanında qeydiyyatda olsalar da, onlar həmin ünvanda yaşamırlar. Mülki işin materiallarında olan Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1, X5, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1ənzil ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmalarına dair sənədlərin saxlanma müddəti müəyyən olunmuş 5 il müdətini keçdiyinə görə həmin sənədlər müvafiq komissiya tərəfindən yandırılmışır. Mülki işin materiallarında olan 1247 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən təyinatı Qaradağ rayon məhkəməsi olmaqla, 100 manat məbləğində dövlət büdcəsinə dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır, amma həmin evdə yaşamırlar və onlar həmin evdə formal olaraq qeydiyyatda olmaqları hazırki mülkiyyətçı üçün müəyyən çətinliklər yaradır və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzildə formal qeydiyyatda olan cavabdehlərin mənzilə istfadə hüquqlarının olmamasının müəyyən edilməsini xahiş etmişdir. Cavbdehlərə isə məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin müvafiq ərazi üzrə icra nümayəliyinin məhkəməyə ünvanladığı məktubdan görünür ki, onlar mübahisəli mənzil ünvanında qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin məktubundan da göründüyü kimi, cavabdehlərin müvafiq mübahisə predmeti olan mənzilə qeydiyyata alınmalarının müddəti 5 ili keçmişdir, bu o deməkdir ki, cavabdehlərin mübahisəli mənzilə qeydiyyatı alınması həmin mənzilin iddiaçının adına qeydiyyata alınmasından (2023-cü il tarixdən) əvvəl həyata keçirilmişdir. Yəni cavabdehlərin qeydiyyatı hazırki mülkiyyətçinin iradəsi xaricində olmuşdur. Bu da həmin şəxslərin formal qeydiyyatda olmasını sübut edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamadıqları üçün həmin mənzilə istifadə hüququnu itirmişdir və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Bu səbəbdən iddia tələbi təmin edilərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1ənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1ənzilindən cavabdehlər X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə cavabdehlər X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 3B saylı evin 21saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-1143/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1143/2024
24.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver