Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-119/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçının cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2019cu il tarixli, 8İ-9765 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 8 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2019-cu il tarixdə icra qeydi tərtrib edilərək ondan 6651,02 manat pulun tutulması qərara alınmışdır. Ona 3228,67 manat əsas borc və 3422,35 manat faiz borcu hesablamışlar. Ona hesablanmış faiz borcu əsas borcdan çoxdur. Ona görə də ona əsassız hesablanmış faiz borcuna etiraz edir. Ümumiyyətlə onun icra qeydindən xəbəri olmayıb, icra qeydi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, qeyddə şikayət vermə vasitələri göstərilməmişdir. Bunlarla yanaşı, onunla bağlanmış kredit müqaviləsi üzrə ödənişlərim kredit üzrə əsas və faiz borclarından düzgün çıxılmamış, nəticədə əsas borcdan çıxılmalı ödənişlər dəbbə (peniya) məbləğindən çıxılmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında ona icra qeydinin aparlıacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin onun ünvanına çatmadığını, bank qarşısında olan borcunu qəbul etdiyini, sadəcə əsas borcu ödəyə biləcəyini, onu da hissə-hissə ödəyə biləcəyini, onun narazı olduğu halın bank tərəfindən borcunun ondan birdəfəlik ödənilməsinin tələb edildiyini, ona heç bir güzəştin olunmadığını, faiz borcunu silmədiklərini, bu hallarla razı olmadığı üçün məhkəməyə mürcaiət etdiyini, müvafiq Fərmanın ona şamil olunduğu halda bank tərəfindən tətbiq edilmədiyini, müraciət etsə də ona heç bir köməklik edilmədiyini, ona görə də məhkəməyə mürcaiət edib ki ona həmin güzışt tətbiq edilsin, onun əsas istədiyi mənz müvafi Fərmanın ona aid olan borca da tətbiq edilməli olunmağının olduğunu bildirərəl, bu halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək, öz izahatında cavabdehə icra qeydinin aparlıacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin göndərildiyini, onun adından bu bildirişi “Həsənova” soyadında şəxs tərəfindən alındığını, iddiaçının kredit borcunun aşkar olduğunu, onun özünün də həmin borcu qəbul etdiyini, müvafiq Fərmanın təsiri altına düşməməsinin səbəbləri barədə onlarda heç bir məlumatın olmadığını, müvafqi icra qeydinin tərtib edilmısi ilə bağlı heç bir qanun pozuntusuna yol verilmədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh 8 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş matereilalarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4279 saylı məktubundan görünür ki, iş matereilalarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx xxxx 2015-ci il tarixli, RP/64923/52/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı xx xxxx 2018-ci il tarixə “xxxx” ASC-nə olan borcu ümumilikdə 7.274 manat məbləğində kimi müəyyən edilir, o cümlədən xx.xx.2018-ci il tarixə əsas kredit borcu – 4.691.64 manat, faiz borcu – 2.582.63 manat təşkil edir. İş materiallarında olan icra qeydinin məzmunundan görünür ki, Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1069, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 42 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə BAKİ, LÖKBATAN QƏS H. MƏMMƏDOV KÜÇ 9 8 ünvanında qeydiyyatda olan İddiaçı (AZE 07304432, xx/xx/2009 - Qaradağ) RP/64923/5 nömrəli müqaviləyə əsasən müddəti üçün vaxtında ödənilməmiş 6651 manat 02 qəpik (altı min altı yüz əlli bir manat iki qəpik) manat tutulsun. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli Kredit sazişinin məzmunundan yadın olur ki, İddiaçı ilə xxxx ASC arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı 5278 manat məbləğində pul vəsaiti 36 ay müddətində illik 28,12 % faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx xxxx 2015 iyul kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda ödənişlər həyata keçirilmişdir. İş materialalrından görünür ki, İddiaçı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5278 manat məbləğində pul vəsaitini 36 ay müddətində hər ay 218,66 manat məbləğində ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarından görünür ki, xx.xx.2019-cu il tarixdə bank tərəfindən İddiaçı xx.xx.2015-ci il traixli kredit müaviləsi üzrə borcunun olduğu, 24.10.219-ciu il tarixə 3228.67 manat əsas, 3321,21 manat faiz borcunun ödənilməsi təələb eidlmiş, əks halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdar olunmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı mddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” xx xxxxxxxx 2000-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Həmin Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kbainetinin x xxxxxxxx 2000-ci il trailxi 156 №-li Qəraraı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 2-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim edilir. Həmin Siyahının 2-ci bəndinə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydi almaq əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, İddiaçı ilə “xxxx” ASC aarsında xx xxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsaəsn 5278 manat məbləğində pul vəsaiti 36 ay müddətindəillik 28,12 faiz dərəcəsi ilə kredit verilmiş, iddiaçı həmin məbləğdə krediti 36 ay müddətində hər ay 218,66 manat məbləğində ödəniş etməklə geri qaytarmağı öhədinə götürmüşdür. Həmçinin, məhkəmə aarşdırması zamnaı müəyyən eidlmişdir ki, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən tələbkar “xxxx ” ASCnin müraciəti əsasında borclu İddiaçı xx xxxx 2015-ci il traixli kredit müqaviləsi üzrə yaranmış borcuna dair xx.xx.2019-cu il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydi üzrə borclu İddiaçı xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrəödənilməmiş 3228,67 manat məbləğində əsas borc, 3422,35 manat məbləğində faz borcu olmaqla, cəmi 6651,02 manat məbləğində borcun tutulması müəyyən edilmişdir. İddiaçı notairusun icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsası kimi notariusun icra qeydi tərtib edilərkən ona məlumat verilmədiyini, borcunun düzgün yazılmadığı kimi hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının veridyi izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı bank qarşısında olan borcunu qəbul etdiyini, onun narazı olduğu halın bank tərəfindən ona güzəşt tətbiq edilməməsi, müvafiq Fərmanın ona tətbiq edilməməsi, güzəşt kimi əsas borcun ondan birdəfəlik ödənilməsinin tələb edildiyini, onun isə buna maddi imkanının olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə araşdırmaı zamanı təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair rəyin məzmunundan aydın olur ki, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan əsas borc 4691,64 manat, faiz borcu 2582,63 manat müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan ödəniş cədvəlinin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətində 5278 manat əsas borc, 2592,44 manat faiz borcu olmaqla, cəmi 7870,44 manat məbləğində pul vəsaitini banka qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçının müvafiq kredit müqaviləsi üzrə borcu aşkar olmuşdur. Eyni zamanda məhkəmə aarşdırması zamanı notarius tərəfindən müvafiq icra qeydi tərtib edilərkən notariat haqqında qanunvericiliyin hər hansı tələbinin pozulması halını müəyyən etmək mümkün olamamışdır. Belə ki, məhkəmə araşıdrması zamnaı müəyyən edilmişdir ki, müvafiq icra qeydi tələbkar bankın müarciəti əsasında tərtib edilmiş, icra qeydi bankla iddiaçı aarsında bağlanılmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər (ödəniş cədvəli, maliyyə arayışı) əsasında tərtib edilmiş, müvafiq tələb üzrə mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməmiş, habelə notariq haqqında qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada borcluya bu barədə yazılı bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə cavabdeh tərəfindən müvafiq icra qeydi aparılarkən notariat haqqında və mülki qanunvericiliyin hər hansı tələbinin pozulması halı müəyyən edilməmidşir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, notaria və mülki qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi əsasız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqqiatın dəyəri olan 150 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-119/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-119/2021
04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver