Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1197/2024 16.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı cavabdeh AR DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək,onun adına olan bütün cərimələrin silinməsini və qanunsuz olaraq həbsə alınmış avtomobilinin azad olunmasını, xx.xx.2018-ci ildə alınmış və geri qaytarılmayan sənədlərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadından şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını və ya əks təqdirdə mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 28 iyul 2023- cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023cü il tarixli qərardaddan şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 09 avqust 2023cü il tarixli qərardadı ilə iddiaçı X2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5616/2023 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il qərardadından İddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5616/2023 saylı, 16 avqust 2023-ci il tarixli qərardadına izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5616/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qərardada izah verilməsinə hər hansı zərurət olmadığından ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və ötürülmüş müddətin bərpasına dair ərizə ilə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(002)- 2538/2023 saylı qərardadı ilə ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ləğv edilmiş, İddiaçı iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbi inzibati orqanın (hazırkı halda Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin) inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olsa da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamış, yaranmış mübahisənin inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən olan şikayət kimi qiymətləndirməklə və məcburetmə haqqında iddialara dair normalarını tətbiq etməklə, yəni iddia tələbini həmin əsasla geri qaytarılması barədə səhv nəticəyə gəlmişdir.” İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin göstərişini nəzərə almaqla məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi “ onun adına olan bütün cərimələrin silinməsini və qanunsuz olaraq həbsə alınmış avtomobilinin azad olunmasını, xx.xx.2018-ci ildə alınmış və geri qaytarılmayan sənədlərinin ona qaytarılması” barədə qətnamə qəbul edilməsidir. Məhkəmə qeyd edilən tələblə bağlı qeyd edir ki, hazırki tələb məzmunundan da göründüyü kimi iddiaçının tələbi inzibati orqanın (hazırkı halda Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin) inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aiddir. Bu səbəbdən həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.[125]126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir.126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, qeyd edir ki, iddiaçı X1 hazırkı tələbi inzibati tənbeh vermə haqqında qərarın mübahisələndirilməsi ilə əlaqədar olduğundan hesab edir ki, hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və iddiaçıya barəsində olan inzibati tənbeh vermə haqqında qərarlardan müvafiq məhkəməyə şikayət vermə hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.2-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh AR DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə barəsində olan inzibati xəta haqqında qərarlardan şikayət vermə hüququ izah edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1197/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1197/2024
16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver