Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1217/2025 10.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhər 45-ci Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 02 may 1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1997-ci il tarixdə ölmüş X1 miras əmlakı üzərində, vərəsələri arvadı - X3, oğlu - X13, oğlu- X12, qızı – Cavabdeh, hər birinə ¼ hissə olmaqla bərabər paylar almışlar. Miras əmlak – Bakı şəhəri, Sahil qəsəbəsi, Şərq küçəsi, ev 3, mənzil 36-da yerləşən 3 otaqlı mənzil.
2. X3, X13 və Cavabdeh ilə X12 arasında notariat qaydasında təsdiqlənmiş xx.xx.1999-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X4 ünvan 1ənzil ünvanında yerləşən 46.05 kv.m. yaşayış sahəsi olan 3 otaqlı mənzili tam hissədə X8 hədiyyə etmişdir.
3. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ 304826 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 45 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-ci il tarixli 2V-38 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan arvadı- İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlakı: Bakı şəhəri İcra Hakimiyyərti Tİ və MHQİ tərəfindən xx.xx.1999 tarixdə X8 verilmiş 30/22995 qeydəalma nömrəsi ilə 361 nömrəli kitabın 51956-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62.9 kv/m, yaşayış sahəsi 46.05 kv/m olan 3 otaqlı mənzildən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi 002A3/403 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1ənzil ipoteka yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 73.05 m2 olan ünvan 4 xüsusi mülkiyyət formasında İddiaçı adına ********** nömrə ilə, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatındadır.
7. ünvan 5dilmiş akta əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Şahlar Əsgərov 3 küçəsinin sakinləri öz imzaları ilə təsdiq etmişlər ki, Cavabdeh 8 ildən artıq müddətdir ki, ünvan 6 ünvanında yaşamırlar. İddia tələbi
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus ünvan 7 evin 36 saylı ünvanında yerləşən mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 7 evin 36 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur və xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakdan onun adına qeydiyyata alınmışdır. Həmin mənzil xx.xx.1999-cu il tarixdə əri X6 adına qeydiyyatdan keçmiş, əri X12 xx.xx.2022-ci il tarixdə vafət etdikdən sonra mənzil vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh onun mərhum ərinin bacısıdır. Südabə 8 ildən artıqdır ki, ailə quraraq daimi olaraq onlara məxsus mənzildən köçüb getmiş və hazırda Rusiyada yaşamaqla onlara məxsus evlə heç bir əlaqəsi yoxdur. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradırş Onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5 Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddələrinə, istinad etmişdir.
11. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
13. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq
14. Azərbaycan SSR xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinı əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Hədi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
17. İddia əsaslıdır.
18. İşin faktiki halları bundan ibarətdir ki, cavabdeh iddiaçının mərhum ərinin bacısıdır. Mübahisəli mənzil 1995-ci il tarixli sərəncam əsasında iddiaçının mərhum qayınatası X2 ayrılmışdır. Mənzil 1998-ci ildə qanun üzrə vərəsəlik hüququ əsasında Bəylər Əlicanovdan arvadı (Hacıxanım Əlicanova) və 3 övladına (Vahid Əlicanov, Cavabdeh və Zaur Əlicanov) miras qalmışdır. Hacıxanım Əlicanova, Cavabdeh və Zaur Əlicanov 1999-cu ildə notarial bağlanmış bağışlama müqaviləsi əsasında həmin mənzil üzərində paylarını X8 (iddiaçının mərhum əri) bağışlamışlar. Vahid Əlicanovun vəfatından sonra miras əmlak aktivi qismində mübahisəli mənzil iddiaçıya keçmiş və iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır.
19. Cavabdeh iddiaçının bağışlama müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında əldə etdiyi mənzildə cavabdeh yaşayış yeri üzrə qeydiyyatda qalmağa davam edir. İddiaçı bu halın onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığını qeyd edərək cavabdehin həmin mənzildə istifadə hüquqlarına xitam verilməsini xahiş edir.
20. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə qiymət verilməsi üçün cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olub-olmamasına, mövcuddursa hansı əsasla yaranmasının (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu) və hansı qanunvericiliyin tətbiq edilməli olmasını aydınlaşdırmaq zəruridir.
21. İş materiallarından görünür ki, cavabdeh mənzildəki payını xx.xx.1999-cu il tarixli bağışlama müqaviləsi əsasında qardaşı Vahid Əlicanova bağışlamışdır. İş materiallarında olan aktdan, tərəfin izahatından və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş cavabdehin ölkədən giriş-çıxış məlmatlarından aydın olur ki, cavabdeh uzun müddətdir mübahisəli mənzildə yaşamır.
22. Cavabdehin mübahisəli mənzili tərk etməsi məcburiyyət nəticəsində baş verməmiş, onun yaşayış sahəsindən istifadəsini mümkünsüz edən hallar olmamışdır Bundan əlavə, cavabdeh bu günədək mübahisəli mənzilə köçürülmə barədə tələblə məhkəməyə müraciət etməmiş və ya mənzildə yaşamaq niyyətini hər hansı formada ifadə etməmişdir.
23. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzil üzərində yaşayış sahəsindən istifadə hüququnu 1995-ci il tarixdən (mənzil atasına verilən zaman) əldə etsə də, uzun müddət orada yaşamamaqla 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinə əsasən istifadə hüququnu itirmişdir.
23. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna itirilmiş hesab edilməsi (bunun əsasında mənzildə qeydiyyatına müvafiq icra hakimiyəti orqanı tərəfindən son verilməsi) üçün əsaslar hazırkı işdə tam əksini tapmışdır. Əks yanaşma mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb olardı.
24. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
26. Göstərilənlərə əsasən, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh ünvan 7 evin 36 saylı mənzilinə dair istifadə hüququnu itirilmiş hesab edilməlidir
27. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi 3 saylı evin 36 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova