Məhkəmə qərarları › İş №2(002)-1234/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1234/2024

23.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1234/2024 23.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 qəyyumu X2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 2a saylı evin, 43 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı zamanı İddiaçı1 izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 43 saylı mənzil mülkiyyət hüququ əsasında 2/3 hissədə ona məxsusdur. Cavabdeh onun gəlini olmaqla, əvvəllər ona məxsus mənzildə yaşamış, lakin 2020-ci ildə həmin mənzili könüllü tərk edərək atası evinə getmişdir. 2021-ci ildə isə Zuba oğlu Tale ilə rəsmi qaydada boşanmışlar. Hazırda onun mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra çətinliklər yaradır. Belə ki, bu onun həmin mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin cavabdehə görə əlavə olaraq kommunal xidmət haqqı ödəmək məcburiyyətində qalır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı2 qəyyumu X3 izahat verərək verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 43 saylı mənzili mülkiyyət hüququ əsasında 1/3 hissədə İddiaçı2 məxsusdur. Cavabdeh X6 ilə nikahda olduğuna görə əvvəllər mübahisəli mənzildə yaşamış, lakin 2020-ci ildə daimi olaraq həmin mənzili tərk edib atası evinə getmişdir, 2021-ci ildə isə rəsmi qaydada boşanmışlar. Hazırda cavabdehin mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Cavabdehin İddiaçı2 məxsus evdə qeydiyyatda qalması onun üçün bir sıra çətinliklər yaradır. Belə ki, bu onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəmək məcburiyyətində qalır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı1, İddiaçı2 qəyyumu X1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 2 a saylı evin, 43 saylı mənzil 2/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 Həhmət oğlunun mülkiyyətində olmaqla, bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Asan-3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh İlar qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara əsasən müəyyən edir ki, mənzilin əvvəlki sakini olan cavabdeh hazırda iddiaçıya mıxsus mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır. Cavabdeh mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onun əvəsinə kommunal xidmətlər görə əlavə xərc çəkir, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşdırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, iş üzrə sübutlara məcmu halıda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 2 a saylı evin, 43 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Hazırkı qətnamə Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar