Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1244/2025 04.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Fəxrəddin oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon Kanalizasiya İdarəsi tərəfindən dövlət büdcəsinə olan 371,54 manat, DSMF-ə olan 163066,82 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx.xx.1974-cü il, doğulduğu yer – Ermənistan SSR Vardenis rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Qaradağ rayon Kanalizasiya İdarəsinin (VÖEN: **********) dövlət büdcəsinə 371,54 manat (o cümlədən, vergilər üzrə 1 manat, faizlər üzrə 371,53 manat), DSMF-ə 163066,82 manat olmaqla, ümumilikdə 163438,36 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********240700 nömrəli və xx.xx.2019-cu il tarixli **********766400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri ünvan 1 ünvanda yaşayır. Göstərilənlərə əsasən borclu Qaradağ rayon Kanalizasiya İdarəsinin borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi ərizə verərək iş yükünün çox olmasını və məhkəmənin uzaq məsafədə yerləşməsini nəzərə alaraq, məhkəmədən məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinin tələbinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli **********240700 nömrəli və xx.xx.2019-cu il tarixli **********766400 nömrəli borcun ödənilməsinə dair bildirişlərin təsdiq edilmiş surətlərindən görünür ki, vergi ödəyicisi olan Qaradağ rayon Kanalizasiya İdarəsindən borcunun bildirişdə qeyd olunan müddətdə ödənilməsi tələb edilmiş və vergi ödəyicisi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilmişdir. Hüquqi şəxs haqqında məlumatın surətindən görünür ki, Qaradağ rayon Kanalizasiya İdarəsinə xx.xx.2005-ci il tarixdə VÖEN verilmiş, əsas fəaliyyət növü təmizlik işləri üzrə sair fəaliyyət olmaqla, rəhbəri Maraqlı şəxsdur. Qaradağ rayon Kanalizasiya İdarəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinin surətindən görünür ki, həmin İdarənin dövlət büdcəsinə 371,54 manat, DSMF-ə 163066,82 manat borcu vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs Qaradağ rayon Kanalizasiya İdarəsi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətə yerinə yetirmədiyi üçün DSMF-ə borcu vardır. Qaradağ rayon Kanalizasiya İdarəsi borcun olması və borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilsə də, dövlət büdcəsinə və DSMF-ə olan borcu ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu Qaradağ rayon Kanalizasiya İdarəsinin dövlət büdcəsinə və DSMF-ə olan borcunun ödənilməsini təmin etmək üçün Qaradağ rayon Kanalizasiya İdarəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin borc məbləği məhkəməyə təqdim edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktında qeyd edilən borcla eynilik təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinin tələbinə görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Qaradağ rayon Kanalizasiya İdarəsinin dövlət büdcəsinə və DSMF-ə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri – xx.xx.1974-cü il tarixdə Ermənistan SSR Vardenis rayonunda doğulmuş, Bakı şəhəri ünvan 1 ünvanda qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə Ermənistan SSR Vardenis rayonunda doğulmuş, Bakı şəhəri ünvan 1 ünvanda qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1244/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1244/2025
04.06.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver