Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1317/2022 11.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında akt qeydinin bərpa edilməklə, xx.xx.1956-cı il tarixdə Cəbrayıl rayonu Çaxırlı kəndində doğulmasına dair hüquqi faktın müəyyən edilməsi, doğum şəhadətnaməsi verilərkən doğum tarixinin «xx.xx.1956-cı il», doğulduğu yerin «Cəbrayıl rayonu Çaxırlı kəndi», adı, soyadı və atasının adının «Ərizəçi», ata qrafasında atasının «X1», ana qrafasında anasının «X3», milliyyətlərinin «Azərbaycanlı» kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Cəbrayıl rayonu Çaxırlı kəndində doğulmuşdur. Ona doğum akt qeydi əsasında doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında həmin dövr üçün vətəndaşlıq pasportu almışdır. Sonradan isə şəxsiyyət vəsiqəsi almışdır. Həmin pasport əsasında da nikaha daxil olmuş və uşaqlarına doğum haqqında şəhadətnamə almışdır. Hazırda onun doğum haqqında şəhadətnaməsi naməlum səbəbdən itmişdir. O, yeni doğum haqqında şəhadətnamə almaq istəmiş, lakin ona rəsmi surətdə bildirilmişdir ki, onun doğum haqqında akt qeydi aşkar edilməmişdir. Lakin onun doğum haqqında şəhadətnaməsi olmuş, həmin şəhadətnamə əsasında da digər sənədlərini əldə etmişdir. Bu barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət etməsini bildirmişlər. Hazırda həmin şəhadətnamə ona bəzi hüquqi sənədləşmə aparılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə ictaata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar ürə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Ərizənin məhkəmə qaydasında baxılmalı olmaması, hər şeydən əvvəl aidiyyət qaydaları ilə əlaqədardır. MPM-nin 24.1-ci maddəsinə görə, məhkəmələr bu Məcəlləyə və digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədən kənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Belə ki, pozulmuş hüquqların və azadlıqların müdafiəsinin məhkəmədən kənar qaydada – digər yurisdiksiyalı orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa bu haqda ərizə ümumi məhkəmə qaydasında baxılmalı olmadığına görə hakim onu qəbul etməkdən imtina edir. Əgər artıq iş məhkəmənin icraatına qəbul edilmişdirsə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi öncə doğum haqqında aktı qeydinin bərpası ilə bağlı Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqana ərizə verməli, ərizəsi müsbət həll edilmədiyi təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən inzibati məhkəməyə şikayət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «doğum akt qeydinin bərpa olunması» tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1317/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1317/2022
11.05.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver