Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-136/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus mənzilə vurduğu ziyana görə 6000 manat, mənəvi zərərə görə 2000 manat və 100 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Əsgərov küçəsində yerləşən 25 nömrəli evin 3 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin binanın 6 nömrəli mənzili isə cavabdehə məxsusdur. Cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Bu barədə müvafiq akt da, tərtib edilmişdir. Cavabdehlə hazırki məsələnin məhkəmədən kənar öz aralarında həll edilməsi ilə bağlı danışıqlar heç bir nəticə vermədi. Cavabdehin bu səhlənkarlığı və laqeyd münasibəti əsəb sarsıntıları keçirməyinə də səbəb olur. Nə qədər dözmək və əsəbiləşmək olar. Cavabdehin etdiyi bu hərəkətlə konkret olaraq, ona və ailə üzvlərinə mənəvi cəhətdən də zərər vururlar. Hesab edir ki, o vurduğu mənəvi zərərə görə də cavabdehlik daşımalıdır. Baş verənlərlə bağlı çox əlverişsiz vəziyyətə düşmüşdür. Bu səbəbdən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh üst qonşudur. Bina 2 mərtəbəli, 12 mənzilli evdir. O su göydən tökülür.. Hadisə keçən il oldu, razılaşdı ki, təmir olunsun, bu il yenidən oldu. Kanalizasiyaya əlaqəsi yoxdur, qazı, suyu həyətdədir. Əvvəl hadisə oldu, evi 2 dəfə təmir etdirdi, tavanı 1 metr aşağı saldı. Bu tələb keçən ilki hadisə ilə bağlıdır, bu il də olan o hadisənin üzərinə gəldi. Əgər problem onun mənzilidədirsə, su döşəmədə olar, tavanda yox. Özü də evinin tavanı lambir deyil, 2021-ci ildə evini təmir etdirdi. Hər 2 övladını o il evləndirdi. Evini təmir etdirib, tavana lepka vurdurdu. Kanalizasiya xətti cavabdehin evindən gələndir. Onun evinin nömrəsi 3, cavabdehin evinin nömrəsi 6-dır.O vaxt usta Rəşid gələndə bu hadisəyə görə cavabdehin evinin təmirinə görə 250 manat pul verdi. Avqust ayında Şahmar ona çağırdı. Cavabdehin evinə gedəndə gördü ki, unitaz yerindən tərpənir, şlanq da yerində oynayır. Orada trap yoxdur. O su unitazdan axır. Cavabdeh hazırda evi satıb, orada təmir gedir. Yeni ev sahibi-X6 indi evin təmir edir, hamamı düzəldirlər. Təmir işləri cavabdeh tərəfindən 1 ay olar başladılıb. Amma hadisələr zamanı ev cavabdehin mülkiyyətində idi. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında qeyd etdi ki, orada cavabdehin 90 yaşlı nənəsi yaşayırdı. Nənənin adı X2. Yevgeniya cavabdehin anasının anasıdır. Susızma iddiaçı öz borularında bəzi dəyişiklik etdiyi üçün divarda o hadisə baş verdi. İddiaçının evinin tavanı dik tavandır, o ev 20 ildən çox zamanda təmir olunan evdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-136/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə üzrə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 6 saylı mənzil Cavabdeh tərəfindən X1. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ÖM seriyalı 122514 nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 3 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 1231 nömrəli reyestr kitabının 184902 nömrəli vərəqində 30/184902 nömrə ilə xx.xx.2002ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 6 saylı mənzili xx.xx.2020-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və tədqiq olunmuş Qaradağ rayon 109 saylı MKİS-in xx.xx.2024-cü il tarixli aktından görünür ki, İddiaçı şikayəti əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 3 saylı mənzili 2 saylı mənzilinə baxış zamanı məlum olmuşdur ki, mənzilinə üst qonşu tərəfindən su axıdılması müşahidə edildi. Baxış zamanı məlum olmuşdur ki, üst qonşu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 6 saylı mənzil- Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8313 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 3 saylı mənzilin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki is materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, EƏsədov küçəsində yerləşən 25 saylı evin 3 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur.Aparılan hesablamalar nəticəsində, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Əsədov küçəsində yerləşən 25 saylı evin 3 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 958 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 6 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan ,su-kanalizasiya xətlərinin gözlə görünən hissələrindən hər hansı bir qüsur olmadığından 3 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümükün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.Həmçinin həmin rəydən görünür ki, iş üzrə İddiaçı məxsus mənzil faktiki olaraq üç yaşayış otağından və köməkçi tikililərdən ibarətdir. Baxış zamanı, yaşayış otağı tikilisinin divar və tavanında su sızma izləri və sarımtıl ləkələrin olduğu müəyyən edilmişdir.Yaşayış otağı tikilisinin tavanının şpaklyovka çəkilərək boya ilə rəngləndiyi, divarlarının divar kağızı ilə üzləndiyi, döşəməsinə taxta vurulduğu müəyyən edilmişdir. Baxış zamanı tikilinin tavan və divarlarında su sızma izlərinin olduğu, divarlara vurulmuş divar kağızının qopması, tavana vurulmuş boyanın qabarması müşahidə olunmuşdur. Tikilinin ümumi sahəsi 16,5 kv.m, hündürlüyü isə 2,7 metr təşkil edir. Qərardadla qoyulmuş suallar ilə əlaqədar ekspert tərəfindən qeyd olunur ki, iş üzrə iddiaçının bildirdiyinə görə 3 saylı mənzilə su sızması 3 saylı mənzil ilə eyni preksiyada olan binanın 2-ci mərtəbəsində yerləşən 6 saylı mənzilin su və kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 3 saylı mənzilinə su sızmasının səbəbini müəyyən etmək üçün həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzilə baxış keçirilməsi zəruri olmuşdur.Baxış zamanı 6 saylı mənzilin sanitar-qovşağı tikilisinin təmirli olduğu, su-kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər-hansı bir qüsurun olmadığı müşahidə olunmuşdur. Bu səbəbdən də, 3 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında dindirilən şahid X7 ifadəsində bildirdiki, cavabdehin qohumudur. O, onun vəfat edən qardaşının nəvəsidir, Sahil qəsəbəsində cavabdehin nənəsi ilə qonşudur. Bu hadisədən xx.xx.2023-cü ildə məlumatı olub. İddiaçını görəndə gördü ki, onda narahatçılıq var. İddiaçını illərdir tanıyır. Ondan soruşdu ki, nə məsələdir, bildirdi ki, "qardaşının arvadı üstünə kanalizasiyasını tökür. Daha sonra evinə gedəndə gördü ki, tavandan kanalizasiya suyu damır. Qardaşıgilə, yəni cavabdehin nənəsigilə qalxanda gördü ki, evinin kanalizasiyasında problem var, unitazın yarısına kimi su yığılıb. Daha sonra düşüb iddiaçıya bildirdi ki, usta çağırıb, onunla da söhbət orada bitdi. 2024-cü ilin avqust ayında iddiaçı ona zəng etdi və yenə o, onlara getdi. Cavabdehgilə gedəndə gördü ki, qapı açılmır, ev də qaranlıqdır. Cavabdehin nənəsi qapını açmadı deyə gedib evindən ona zəng etdim, bildirdi ki, iddiaçı qapını pis vurduğu üçün qorxusundan qapını açmır. Cavabında bildirdi ki, sən qapını aç, onun özü də gəlir. Evə daxil olanda gördü ki, cavabdehin evində unitaz yenə yarısına kimi su ilə dolub. Usta çağırdı, gəldi, düzəltdi. Sonradan bildi ki, o usta gəlib oranın kanalizasiya xəttini dəyişib. həmin vaxt cavabdehin evinde polda su yox idi. İl hadisə 2024-cü ilin avqust ayında oldu. Usta dedi ki, "Arif gəl sənin evində kanalizasiya xəttini dəyişək, problem bitsin", iddiaçı razılaşmadı. Kanalizasiya 2-ci mərtəbədə qəlib, iddiaçının mənzilindən keçir. O boru 20-ci əsrin 50-ci illərində tikilmiş borudur. O boru xətti iddiaçının evinin polunun altından keçən xəttə birləşir. Usta da iddiaçıya birləşdirdi ki, orani təmir edib, ora trop qoysun. O, iddiaçının dediyi təmir forması ilə razılaşmadı. Sonra da bu problem yarandı. Səhəri gün o, Sahil qəsəbəsi Mənzil İstismar Komitəsinə getdi, vəziyyəti bildirdi, amma məhkəməyə verib. O gedəndə su iddiaçının evinin tavanında axırdı. Ona səbəb iddiaçının evinin döşəməsinin altındadır, iddiaçının evinin tavanı lambirddir deyə oradan su axır. Cavabdehin evinin kanalizasiya xətti iddiaçının divarından keçib iddiaçının evinin polunun altından keçir. Cavabdehin evinin polu qupqurudur. Plasmas borunun çuqun boruya birləşməsi qeyrimümkündür, amma iddiaçının evindəki borular elədir. Cavabdehin evindəki bütün borular plasmasdır, orada problem yoxdur. cavabdehin evinin borusu iddiaçının evinin divarı ilə gəlib həmin evin polunun altında birləşir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 3 saylı mənzilinə həmin evin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 6 saylı mənzilindən su axıdılması nəticəsində maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal dəymiş maddi ziyanın məbləğidir. İddiaçının vəsatəti ilə təyin edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8313 nömrəli ekspert rəyindən göründüyü kimi, ekspert rəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 25 saylı evin 3 saylı mənzilinə 958 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən dəymiş maddi ziyanın qalan məbləği ilə bağlı digər heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, maddi ziyan kimi 958 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırkı iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə(958 manat) mütənasib olaraq dövlət rüsumu 30 manat təşkil tdiyindən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 958 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 988 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, 100 manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 958 (doqquz yüz əlli səkkiz) manat məbləğində maddi ziyan və iddianın təmin edilmiş hissəsinə mütənasib 30(otuz) manat dövlət rüsumu olmaqla cəmi 988 (doqquz yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. 100(yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-136/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-136/2025
12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver