Məhkəmə qərarları › İş №2(002)-1369/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1369/2021

31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1369/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasindakı nümayəndəliyinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 İdarəsini üçüncü şəxs qismində qeyd etməklə «Vergi orqanlarında hüquqi şəxsin qeydiyyatının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” şirkətinin Azərbaycan Respublikasindakı nümayəndəliyinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 İdarəsini üçüncü şəxs qismində qeyd etməklə « Vergi orqanlarında hüquqi şəxsin qeydiyyatının dəyişdirilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Murphy Shipping & Commercial Ltd“ şirkətinin qanuni təmsilçi kimi qeydiyyatının ləğv edilməsinə və yeni qanuni təmsilçinin qeydiyyata alınmasına dair “Murphy Shipping & Commercial Ltd“ şirkətinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 idarəsinə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mİrzəzadə Şaiq Səyyad oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o İngiltərə qanunvericiliyinə əsasən təsis edilmiş, 19 yanvar 1987-ci ildə İngiltərə və Uelsin Şirkətlər haqqında qeydiyyatı aparan qeydiyyatçı tərəfindən ******* nömrəsi ilə qeydiyyata alınmış, rəsmi olaraq 12 Sheet Street, Windsor, SL4BG hüquqi ünvanında fəaliyyət göstərən “Murphy Shipping & Commercial Ltd” tərəfindən verilmiş 02 dekabr 2013-cü il tarixli J866284 nömrəli etibarnaməyə əsasən “Murphy Shipping& Commercial Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********) direktoru vəzifəsinə təyin edilmişdir. “Murphy Shipping & Commercial Ltd” şirkətinin verdiyi 14 iyun 2017-ci il tarixli, İS-4192 № li etibarnaməyə əsasən nümayəndiliyin yeni rəhbəri (direktoru) olaraq X6 (Tel: 050- 317-99-41) təyin edilərək ona verilən bütün etibarnamələrə xitam verilmiş və həmin tarixdən etibarən “Murphy Shipping & Commercial Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilmişdir. Eyni zamanda, “Murphy Shipping & Commercial Lt ” şirkəti barəsində müflis prossesi başlamışdır və hal-hazırda faktiki olaraq heç bir fəaliyyət göstərmir. Şirkətin təsisçiləri ilə əlaqənin yaradılması mümkün olmadığı üçün qeyd edilən dəyişikliklərin dövlət qeydiyyatına alması üçün prosedurların aparılması faktiki olaraq mümkün deyil. “Murphy Shipping & Commercial Ltd” ilə onun arasında hər-hansı əmək müqaviləsi olmadığından və ona verilən etibarnamələr də öz hüquqi qüvvəsini itirdiyindən onun məlumatları “Murphy Shipping & Commercial Ltd" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri olaraq hələ də dövlət qeydiyyatında olması hesab edir ki, hüquqi cəhətdən düzgün deyildir. Qeyd edilənlərə baxmayaraq, nümayəndəliyin fəaliyyəti ilə bağlı olaraq müvafiq dövlət orqanları və məhkəmələr tərəfindən faktiki rəhbəri olaraq fəaliyyət göstərmədiyi nümayəndəliyin məsələləri ilə bagh tez-tez narahat edilir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 İdarəsinə müraciət etsə də müvafiq qurumdan cavab olaraq bildirdilər ki, qeyd olunan faktın dövlət reyesterinə daxil edilməsi üçün müvafiq ərizəyə yeni qanuni təmsilçinin təyin edilməsi barədə nümayəndəliyi yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti, nümayəndəliyi yaradan xarici hüquqi şəxs tərəfindən rəhbərə verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti və rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilərək Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X5 qeydiyyat! idarəsinə təqdim edilməlidir.müvafiq dövlət orqanının ona ünvanladığı cavab məktubunda əks olunan sənədlər həmin hüquqi şəxs tərəfindən və onun qanuni təmsilçisi tərəfindən təqdim olunmalıdır.Qeyd olunanları nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X6 hazırda qüvvədə olan etibarnaməyə əsasən cavabdehin Azərbaycanda olan rəsmi nümayəndəsidir, lakin o öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir, iddiaçının adında olan bütün etibarnamələr ləğv edilsə də, hazırda qanuni gtəmsilçi kimi onun adı qalıb, halbuki onun adının qalması üçün heç bir səndən, qanuni əsas mövcud deyildir, bu isə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxardır, bütün bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh şirkətinin Azərbaycan Respublikasindakı nümayəndəliyinə, üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin və üçncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh Şirkəti tərəfindən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan, 10 yanvar 2016-cı il tarixdə verilmiş 15072453 saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin sahibi Əliyev Sabiri öz nümayəndəsi qismində təyin edilməsi, onun adına həyata keçirə biləcəyi səlahiyyətlərin verilməsinə dair 14 iyun 2017-ci il tarixli etibarnamə verilmiş,həmçinin, həmin etibarnamədə şirkətin, onun nümayəndəliklərinin, filiallarının, əlaəqli müəssisələrinin, birgə müəssisələrinin və tərəfdaşlıqlarının təmsil olunmasına dair onun tərəfindən verilmiş bütün əvvəlki etibarnamələr, o cümlədən İddiaçı adına verilmiş 14 oktyabr 2014-cü il tarixdə verilmiş Etibarnamə daxil olmaqla ləğv eidlməsi qeyd eidlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya X5 reyestrindən çıxarışın məzmunundan aydın olur ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hazırki qanuni təmsilçisi İddiaçıdur. “Hüquqi X3 və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X5 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, cavabdeh şikət xarici şirkət olmaqla, onun Azərbaycan Respublikasındakı nümayəndəliyi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Kommesiya X5 reyestr məlumaltarına əsasən İddiaçı qeyd edilən xarici şirkətin nümayəndəliyinin qanuni təmsilçisi qismində çıxış edir. İddiaçı xarici şirkətin səlahiyyətli nümayənədsi tərəfindən onu təmsil etmək və səlahiyyətlərinin həyata keçirilməsinə dair onun adına verilmiş etibarnamənin ləğv edilməsi, başqa bir şəxsin adına yeni etibarnamə verilməsinə, həminşirkətin hazırda təmsilçisinin başqa şəxs olduğu, halda, müvafiq reyestr məlumatlarında qanuni təmsilçi qismində onun adının qaldığını, bu halın isə onun hüquqlarını pozduğunu əsas gətirərək, onun qanuni təmsilçi kimi qeydiyyatının ləğv edilməsi və yeni qanuni təmsilçinin qeydiyyata alınmasınına dair mürcaiət edilməsi öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəməyə mürcaiət edərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xarici şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən onu təmsil etmək və səlahiyyətlərinin həyata keçirlməsinə dair İddiaçı adına verilmiş etibarnamə ləğv edilmiş, habelə onu təmsil etmək və səlahiyyətlərinin həyata keçirilməsi başqa şəxsə (Əliyev Sabir) həvalə edilmiş və buna dair həmin şəxsin adına14 iyun 2017-ci il tarixli etibarnamə verilmişdir. Göründüyü kimi, hazırki halda xarici hüquqi şəxsin nümayəndəliyinin dövlət reyestrində qanuni təmsilçi ilə bağlı qeydə alınmış məlumatında dəyişiklik olmuşdur. Müvafiq qanunvericiliyin tələbinə əsasən xarici hüquqi şəxsin dövlət reyestrində baş vermis hər bir sonrakı dəyişiklik dövlət qeydiyyatına alınmalı, dövlət reyestrinə daxil edilməlidir. Lakin məhkəmə araşıdrması zamanı xarici şirkətin nümayəndələyinin dövlət reyestrinə daxil eidlmiş məlumatında baş vermis qeyd edilən dəyişikliyin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi halı müəyyən eidlməmişdir. Halbuki müvafiq qanunvericilikdə qeyd edilən öhdəliyin icrasının məcburiliyi imperative norma kimi qeyd edilmişdir. Cavabdeh şirkət tərəfindən isə həmin öhdəliyin icrası təmin edilməmiş, bununla da cavabdeh tərəfindən qeyd edilən qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı hazırki halda cavabdeh şirkət tərəindən onu təmsil etmək və səlahiyyətlərinin həayata keçirilməsinə dair iddiaçnın adına verilmiş qüvvədə olan hər ahnsı etibarnamənin olması halını müəyyən etmək mümkün olammışdır. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı ididaçının hazırki halda qanuni təmsilçi olmadığı halda, cavabdeh xarici şirkətin nümayəndələyinin dövlət reyestr məlumatında onun həmin şirkətin qanuni təmsilçi kimi qeyd edilməsi iddiaçının hüqularının pozulması kimi qiymətləndirilməsinə əsas verir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd edilən qanunvericiliyin normalarını rəhbər tutaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli, “Cavabdeh ” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinin üzərinə İddiaçı “Cavabdeh ” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinin qanuni təmsilçisi kimi qeydiyyatının ləğv edilməsi və yeni qanuni təmsilçinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinə müraciət edilməsi öhdəliyi qoyulmalı, ödənilmiş dövlət rüsumu cavabdehə aid eidlməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinin üzərinə İddiaçı “X8 Commercial Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinin qanuni təmsilçisi kimi qeydiyyatının ləğv edilməsi və yeni qanuni təmsilçinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinə müraciət edilməsi öhdəliyi qoyulsun. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar