Məhkəmə qərarları › İş №2(002)-138/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-138/2025

26.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-138/2025 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi 1587-ci keçid, ev 1, mənzil 81 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3143/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı «mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair mülki işin icraatı iddiaçı Cavabdeh X2 və və Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair 2(002)-233/2025 saylı mülki iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək dayandırılmışdır. Sonradan ddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək iş üzrə tərəflərin vəfat etdiyini əsas gətirərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, həmçinin ödənilmiş dövlət rüsumunun onun hesabına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaşı vəfat etdiyindən və mübahisə edilən hüquq münasibəti şəxsi xarakter daşıdığı üçün həmin hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilə bilməz. Buna görə də iş üzrə iraata xitam verilməlidir. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsinə münasibət bildirərək qeyd edir ki, məhkəməyə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən həmin dövlət rüsumunun iddiaçının nümayəndəsi və vəkili olmuş şəxsə qaytarılması mümkün hesab edilmir. Dövlət rüsumu yalnız onu ödəmiş şəxsə və ya onun hüquqi varisinə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar