Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-139/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı vəkili X6, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində X3 ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş**********saylıxx.xx.2024-cü il tarixli çıxarışın ləğv olunması, torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə verərək 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində X3 ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş ********** saylı xx.xx.2024-cü il tarixli çıxarışın ləğv olunması, torpağın əvvəlki vəziyyətinə qaytarılmasıyəni torpağın onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.0184 ha torpaq sahəsi 01.07 2011-ci il tarixli çıxarışa əsasən ona məxsus olmuşdur. Onun 2015-ci ildə işləri ilə əlaqədar pul borcu yarandığından həmin torpaq sahəsinin əlindən çıxacağını duşunmüşdür. Bu səbəbdən də həmin torpaq sahəsini ərinin qardaşı olan X1 adına rəsmiləşdirməyi qərara aldılar. Həmin torpaq sahəsinin üzərində iki ev dörd otaqlı olmaqla evdə o ailə üzvüləri ilə birlikdə yaşayırdı. Kamalla olan aralarında da razılaşmaya görə sənəd əsasında torpaq sahəsi onun adına rəsmiləşdirilməli, lakin həmin torpaq sahəsində tikilmiş evdə onlar yaşamaqda davam etməli idi. Bu barədə 8 saylı notariat kontorunda 09 dekabr 2015-ci il tarixdə X7 ilə aralarında formal olaraq alqı-satqı müqaviləsi bağlandı. Həmin müqavilədə torpaq sahəsinin 5300 manata satılması qeyd edilsə də aralarında heç bir pul olmamış və Kamal ona pul ödəməmişdir. Həmin alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Bundan sonra Kamal ona məxsus torpaq sahəsinə çıxarış almışdır. Kamalla razılaşmışdı ki, onun borcu qurtarandan sonra evi ona qaytaracaqdır. Lakin Kamal sonradan həmin torpaq sahəsini ona qaytarmamış. Cavabdeh2 ilə əlbir olaraq həmin torpaq sahəsini 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış. 22:01:2020-ci il tarixdə Cavabdeh2 həmin torpaq sahəsinə adına çıxarış alınmışdır. Həmin alqı-satqının müqaviləsinin etibarsız hesab edilməsi və alınmış çıxarışın ləğv olunması barədə məhkəməyə müraciət etmiş və Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə X7 arasında bağlanmış 09 dekabr 2015-ci ill tarixli alqı-satqı müqaviləsi, X7 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış ləğv olunmuş, cavabdeh X2 ona məxsus torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş evdən çıxarılması qət edilmişdir. Mən həmin torpaq sahəsinə dair məhkəmədə mübahisə qaldırdıqdan sonra Naidə təcili olaraq həmin torpaq sahəsini Cavabdeh1 satması barədə 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlamış və xx.xx.2024-cu il tarixdə Cavabdeh1 adına çıxarış almışdır. Göründüyü kimi həmin alqı satqı müqavilələri formal olmuş, yalan əqd olmuşdur. Əslində Nahidə həmin torpaq sahəsi üzrə mübahisə yarandığını bildikdən sonra torpaq sahəsinin əldə çıxarılmaması üçün yalan əqd bağlamışdır. İddiaçı əvvəlki məhkəmə iclaslarında izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı vəkili X8 məhkəmə iclasında iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclaslarında izahatında qeyd etdi ki, bu işdə haqlı tərəf odur, bu səbəbdən iddia tələbi rədd olunmasını xahiş etdi.. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında izahatında qeyd etdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1774/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1187/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bu səbəbdən hazırki iddia tələbi mahiyyətcə İddiaçı əvvəlki iddia tələbinin davamı olduğu halda və müvafiq olaraq iddiaçının həmin tələbi də təmin edilmədiyindən hazırki iddia tələbinin əsaslığı aradan qalxmış olur və iddianın təmin edilməsini istisna edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Bakı "ASAN Xidmət" mərkəzinin notariat ofisinin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, məhkəmədən məhkəmə baxışının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə materialları araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir iddi tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/24 saylı iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə X7 arasında bağlanmış, reyestrdə 4Ə-314 nömrəsi ilə qeyd edilmiş 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi, X7 ilə Cavabdeh2 arasında bağlanmış, reyestrdə 4Ə-344 nömrəsi ilə qeyd edilmiş 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış ləğv olunmuş, Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş evdən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1187/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və maraqlarına toxunan şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə X7 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, X7 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Babayeva Naidǝ Misgər qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması tələbinə dair iddiası təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1774/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(103)- 1187/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.0184 ha torpaq sahəsi Cavabdeh1 54000 manata satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən(yeni qaydalarla: ünvan 2 ünvanında) 0.0184 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə mülki iş üzrə qeyd edir ki, hazırda iddiaçı 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində X3 ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsini, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş**********saylı xx.xx.2024-cü il tarixli çıxarışın ləğv olunmasını, torpağın onun mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, müvafiq məhkəmə aktlarını nəzərə alaraq hesab edir iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/24 saylı iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsindən apeliyasiya şikayəti təmin edildiyindən, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə X7 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, X7 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Babayeva Naidǝ Misgər qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması tələbinə dair iddiası təmin edilmədiyindən həmin tələblərdən törəmə olan hazırki iddia tələbi də təmin edilməmlidir. Məhkəmə hazırki mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, MM-in 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən,əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı halda MM-nin 339-cü maddəsinin təsiri altında olan hallarda müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-139/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-139/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver