Məhkəmə qərarları › İş №2(027)-1246/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1246/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1246/2022 05.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X7, X1 Asif Arif oğlunun Cavabdeh, maraqlı tərəf Maraqlı şəxs2nə, Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X7, X9, İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında JN-311 KOD 30310018 N-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətdə olan 3,71 ha torpağın 1,57 ha hissəsinin satılmasına dair Quba Rayon Notariat Kontoru tərəfindən bağlanmış 28 aprel 2000-ci il tarixli 4Ə/105 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli,**********33 nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı X9 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar iddia ərizəsində göstərmişdir ki, onlara Quba Rayon Aqrar islahat Komissiyasının 29 mart 1997- ci il tarixli 03N-li qərarı ilə Quba Rayon Vəlvələ kəndi ərazisində 3,71 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və adlarına mülkiyyəti təsdiq edən JN- 311 KOD 30310018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Qeyd olunan torpaq sahəsinin 1,57 ha hissəsinin Cavabdeh icarəyə veriblər, bu yaxınlarda isə onlara məlum olmuşdur ki, Cavabdeh etibardan sui-istifadə edərək xx.xx.2000-ci il saxta alqı-satqı müqaviləsi tərtib etdirərək öz adına xx.xx.2022-ci il tarixli çıxarış almışdır. Onlar hal-hazırda öz torpağını geri alıb istifadə etmək istəyəndə məlum olmuşdur ki, torpağı onların xəbəri olmadan Cavabdeh tərəfindən mənimsənilmişdir, ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh arasında JN-311 KOD 30310018 N-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətdə olan 3,71 ha torpağın 1,57 ha hissəsinin satılmasına dair Quba Rayon Notariat Konforu tərəfindən bağlanmış 28 aprel 2000-ci il tarixli 4Ə/105 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli,**********33 nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə iştirak edən zaman İddiaçı5 iddianı qəbul edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1, X7, İddiaçı5, maraqlı tərəf Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Maraqlı şəxs2nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar, maraqlı tərəf Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçılar İddiaçı1, X3, İddiaçı5, maraqlı tərəf Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdi ki, ona qarşı verilən iddianı qəbul etmir, beləki, 2000-ci ildə iddiaçılarla rəsmi alqı-satqı edərək, torpaq sahəsini alıb, həmin vaxtdan istifadə edir, iddiaçıların heç biri ona torpaqla bağlı irad və etirazlarını bildirməyiblər. Həmçinin iddiaçılar qanunda göstərilən iddia müddətini buraxıblar və iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı2 və X6 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-311 KOD 30310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci iİ tarixli 03N-li qərarı ilə Quba Rayon Vəlvələ kəndi ərazisində 3,71 ha torpaq sahəsi İddiaçı1, X4, X7, X9, İddiaçı5, X2 mülkiyyətinə verilib İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Quba Rayon Vəlvələ kəndi ərazisindən kənd təsərrüfatı torpaqlarına aid olan 1.5708 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınıb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məlumatından görünür ki, İddiaçı2 və ailə üzvlərinə verilmiş Quba rayonu, Vəl- Vələ kəndində yerləşən JN-311 KOD 30310018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə onlara məxsus 3.71 ha torpaq sahəsinin 1.57 ha torpaq sahəsinin Cavabdeh adına özgəninkiləşdirilməsi və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş və məhkəməyə təqdim edilmiş xx.xx.2000-ci il tarixli Torpaq alqı-satqı müqaviləsindən məlum olu ki, Quba rayonu, Vəl- Vələ kəndində yerləşən JN-311 KOD 30310018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1, X4, X7, X9, İddiaçı5, X2 mülkiyyətinə verilmiş 1.57 ha torpaq sahəsi Cavabdeh 3(üç) milyon manata satılıb və tərəflər həmin müqviləni imzalarıyla təsdiq etmişdilər. Məlumata həmçinin, tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmış Quba Rayon Vəlvələ kəndi ərazisindən kənd təsərrüfatı torpaqlarına aid olan 1.5708 ha torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli çıxarışı da əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından İddiaçılar İddiaçı1, İddiaçı2, X7, X9, İddiaçı5 Cavabdeh arasında JN-311 KOD 30310018 N-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətdə olan 3,71 ha torpağın 1,57 ha hissəsinin satılmasına dair Quba Rayon Notariat Konforu tərəfindən bağlanmış 28 aprel 2000-ci il tarixli 4Ə/105 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli,**********33 nömrəli çıxarışın ləğv olunmasını tələb etsələr də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il sorğusuna əsasən maraqlı tərəf olan Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəməyə işin faktiki hallarını təsdiq edən sənədləri təqdim etmiş, həmçinin cavabdeh məhkəmə qarşısında vəsatət qaldraraq, iddiaçıların iddia müddətini buraxdıqlarını əsas gətirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddətinin tədbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək iddiaçılar tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və Cavabdeh tərəfindən iddia müddətinin tədbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tədbiq edilməli və iddiaçılar İddiaçı1, İddiaçı2, X7, X9 və İddiaçı5 Cavabdeh, maraqlı tərəflər Maraqlı şəxs2nə, Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X7, X9 və İddiaçı5 Cavabdeh, maraqlı tərəflər Maraqlı şəxs2nə, Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi ” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar