Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1391/2024 11.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı cavabdeh X1 qarşı “kompensasiya verməklə yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “kompensasiya verməklə yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ əsasında ona mənsub olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evin yaşayış sahəsindən istifadə hüququna 7000 (yeddi min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçi ya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, Qaradağ Rayon Məhkəməsinin icraatında olmuş (hakim: Günay Həşimova) iddiaçının cavabdehə qarşı 6000 manat kompensasiya qarşılığında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(002)-1448/2023 saylı mülki iş üzrə məhkəmə proseslərində hakim iddiaçıya kompensasiya məbləğinin 8000 manat həddində müəyyən edilməsini təklif etdiyi halda, tərəflərin hər ikisi- iddiaçı məbləğin çox olmasını, cavabdeh isə 8000 manata belə razı olmadığını əsas gətirərək razılığa gələ bilməmişdilər. Bu səbəbdən məhkəmə hesab edir, hazırki halda verilmiş iddia ərizəsi icraata qəbul edilə bilməz, çünki, eyni tərəflər arasında eyni əsaslar üzrə hətta hazırki iddiaçını təklif etdiyi kompensasiya məbləğindən yüksək məbləğ həddində mübahisə predmeti məhkəmənin 2(002)-1448/2023 saylı mülki işin obyekti olmuş və tərəflər arasında qanunvericiliyin çəkişmə prinsipi təmin olunaraq məhkəmə iclasında müzakirə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması səbəbi ilə hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbulundan imtina edilərək, geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “kompensasiya verməklə yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1391/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1391/2024
11.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver