Məhkəmə qərarları › İş №2(002)-1394/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1394/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1394/2023 04.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı, "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 8 saylı yanacaq doldurma məntəqəsinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 8 saylı yanacaq doldurma məntəqəsinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında vəsasət verərək, izahatında göstərdi ki, cavabdeh 8 saylı yanacaq doldurma məntəqəsi hüquqi şəxs olmadığına görə o, iddianı onun yuxarı təşkilatı olan “Socar Petroleum QSC-yə qarşı qaldırmalıdır. Bu səbəbdən iddia ərizəsinin ödənilmiş dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh 8 saylı yanacaq doldurma məntəqəsi hüquqi şəxs olmadığına görə hazırkı iddia onun yuxarı təşkilatı olan “Socar Petroleum QSC-yə qarşı qaldırılmalıdır. Bu səbəbdən ərizənin geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə izahatları dinləyib, vəsatəti və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə vəsatət verildiyindən, mövcud iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 170.1, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı cavabdeh 8 saylı yanacaq doldurma məntəqəsinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar