Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1437/2021 05.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qaradağ rayon Qeydiyyat şöbəsini iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus doğum akt qeydində düzəliş edilərək adının və soyadının “Ərizəçi” kimi qeyd olunmasının, digər məlumatların isə akt qeydində olduğu kimi saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 06 oktyabr 1978-ci ildə Laçın rayonunda anadan olmuşdur. Onun bütün sənədlərində adı, soyadı və ata adının Ərizəçi kimi qeyd edilmişdir. Onun şəxsiyət vəsiqəsində doğum tarixi XX.XX.1978 kimi göstərilmiş, hazırda uşaqlarına yeni şəxsiyyət vəsiqəsi almaq istəyərkən doğum tarixinin dəqiqləşdirilməsini bildirmişlər. Bu barədə Laçın rayon qeydiyyat şöbəsinə müraciət etdikdə bildirmişlər ki, onun doğum haqqında akt qeydində “Ərizəçi” deyil “İsmaylov Osman” kimi qeyd edilmişdir. Hazırda onun doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, hərbi biletində və digər sənədlərində ad, soyad və ata adının Ərizəçi kimi göstərilmişdir. Bu uyğunsuzluğun düzəliş edilməsi barədə qeydiyyat şöbəsinə müraciət etsə də, şöbədən düzəlişdən imtina edilmişdir. Doğum haqqında şəhadətnamənin qeyd edilən adla verilməsi bu ona gələcəkdə problemlər yarada bilər. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Ərizəçi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək bildirmişdir ki, ona məxsus doğum akt qeydində adının “Ocaqverdi” yerinə “Osman” kimi qeyd edilməsinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, onun özündə olan doğum haqqında şəhadətnaməsində və digər bütün sənədlərdə adı Ocaqverdi kimi qeyd edilsə də, doğum akt qeydinin kökündə “Osman” kimi qeyd edilmişdir, bundan uşaqlarına sənəd alan zaman yeni xəbəri olmuşdur. Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon Qeydiyyat şöbəsinin 13 aprel 2021-ci il tarixli 05/76-91/15 saylı məktubundan görünür ki, Ərizəçi məktubuna cavab olaraq, doğum akt qeydində dəyişiklik edilməsi barədə məhkəməyə müraciət edə bilmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 16.03.1998-cı il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 349176 saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X1 arasında nikah 16.03.1998-ci il tarixdə 51 saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 13958124 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XX.XX.1978-ci il təvəllüdlü Ərizəçi Laçın rayonu, İmanlar kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 23.10.1978-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 493971 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 06.10.1978-ci il tarixdə Laçın rayonun İmanlar kəndində anadan olmuşdur. Bu barədə qeyd 23.10.1978-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 54 nömrəli akt ilə aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 10.06.2021-ci il tarixli 05/2- 4736/13 nömrəli cavab məktubundan görünür ki, 23.10.1978-ci ildə Laçın rayonunun Şəlvə icra nümayəndəliyində tərtib edilmiş 54 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən valideynlər haqqında məlumatların sorğuda qeyd olunanlarla eynilik təşkil etdiyi, lakin şəxsin adının müraciətdə qeyd edildiyi kimi “Ocaqverdi” deyil, “Osman” kimi yazıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 23.10.1978-ci il tarixdə tərtib edilmiş 54 nömrəli doğum haqqında akt qeydindən görünür ki, doğum haqqında akt qeydinin ad qrafasında “X4” qeyd edilmişdir. Ərizəçinin izahatından və iş materiallarından göründüyü kimi, ərizəçinin bütün sənədlərində həmçinin özündə olan doğum akt qeydində onun adı “Ocaqverdi” kimi qeyd edilsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 10.06.2021-ci il tarixli 05/2-4736/13 nömrəli cavab məktubundan göründüyü kimi, 23.10.1978-ci ildə Laçın rayonunun Şəlvə icra nümayəndəliyində tərtib edilmiş 54 nömrəli doğum haqqında akt qeydində ad qrafasında “Osman” kimi qeyd edilmiş, hüquq haqqında mübahisə olmasa da, müvafiq icra hakimiyyəti orqanı edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etmişdir. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə hüquq haqqında mübahisə olmamasını, müvafiq düzəlişin edilməsinə müvafiq icra hakimiyyəti tərəfindən imtina olunduğunu, həmçinin iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli,06.10.1978-ci il tarixdə Laçın rayonunda doğulmuş Ərizəçi doğum haqqında akt qeydində onun adının düzgün olmaması müəyyən edilməlidir. Qətnamə 06.10.1978-ci il tarixdə Laçın rayonunda doğulmuş Ərizəçi doğum haqqında akt qeydinin adı qrafasında “Ocaqverdi” yazılaraq düzəliş edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.10.1978-ci il tarixdə Laçın rayonunda doğulmuş Ərizəçi doğum haqqında akt qeydində onun ad qrafasında adının düzgün olmaması müəyyən edilsin. Qətnamə 06.10.1978-ci il tarixdə Laçın rayonunda doğulmuş Ərizəçi doğum haqqında akt qeydinin adı qrafasında “Ocaqverdi” yazılaraq düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1437/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1437/2021
05.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver