Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1475/2021 21.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu 5000 manat məbləğində maddi zərərin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03.03.2021-ci il tarixdə saat 16:40 radələrində ona məxsus olan “Chevrolet Aveo” markalı, **-VB-*** dövlət nömrə nişanlı avtomaşını oğlu X4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən Qaradağ Rayon Polis İdarəsinin qarşısında hərəkəti qadağan olmayan yolda idarə edən zaman sürücü Cavabdeh özünə məxsus olan “Kamaz” markalı, **-NP-*** dövlət nömrə nişanlı yük maşını ilə yük maşınlarının hərəkəti qadağan olunmuş yola daxil olaraq oğlunun idarə etdiyi ona məxsus olan “Chevrolet Aveo” markalı, **-VB-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyan 5800 manat qiymətləndirilərək həmin ziyanın 2400 manatı ödənilmiş və onun əməli nəticəsində faktiki olaraq ödənilmiş puldan əlavə olaraq ona 5000 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, izahatında bildirdi ki, onun mülkiyyətində olan avtomobilə vurulmuş ziyanın bir hissəsi sığorta təşkilatı tərəfindən ona ödənilmişdir. Həmin məbləğ 2500 manat təşkil edir. Lakin qalan 5000 manat ziyan bu vaxtadək cavabdeh tərəfindən ona ödənilməmişdir. Bununla əlaqədar olaraq həm avtomobilini idarə edən X4, həm də iş üzrə cavabdeh olan Cavabdeh barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək, onlar inzibati məsuliyyətə cəlb edilmişlər. O, sığorta təşkilatı tərəfindən ona ödənilmiş pul vəsaiti ilə avtomobilin bir sıra ehtiyat hissələrini əldə etmiş, lakin qalan vəsaiti əldə edə bilmədiyi üçün təmir işlərini yekunlaşdıra bilməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyib, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bunu onunla əsaslandırdı ki, iddiaçı ona qarşı məhkəmədə vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki vurulmuş ziyan sığorta təşkilatı tərəfindən iddiaçıya ödənilmiş, baş vermiş yol nəqliyyat hadisəsində həm o, həm də iddiaçının oğlu məsuliyyət daşımışlar. Bu səbəbdən o, vurulmuş ziyanın qalan hissəsini ondan deyil, oğlundan tələb etməli idi. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə İddiaçı və Cavabdeh izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, iş materialında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2020-ci il tarixli qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə sürücü Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, “Kamaz 5511” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi vardır. Ona görə də, həmin madə ilə sürücü vət. Cavabdeh barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü qərarın surəti Qaradağ RPİ DYPŞ-yə göndərilmiş, “Chevrolet Aveo” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun əməlində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsibib tərkibi vardır. Ona görə də, həmin maddə ilə sürücü vət. X4 barəsində də inzibati qaydada ölçü götürülməsi qərara alınmışdır. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, İddiaçı “Chevrolet Aveo” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün X2 etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007 -ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar 5 qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiacı İddiaçı əlavə olaraq ona cavabdeh tərəfindən 5000 manat məbləğində maddi zərər vurulduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə, aparılmış araşdırma nəticəsində iddiaçının iddiasının təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı iddianın dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddia rədd edildiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1475/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1475/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver