Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-15/2025 25.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X13, İddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı 128143 №-li xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 X7 adına 1 otaq, digər paylar üzrə X16 adına xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir.
2. X3 ilə alıcı X21 arasında bağlanmış 025955 №-li xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X15 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanındakı mənzilin 30 m2 bərabər olan iki otağını X2.
3. Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 241709 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən, X15 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
4. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 393379 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən, X17 xx.xx.2009-ci il tarixdə vəfat etmişdir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-322 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X7 mirası qəbul etmiş vərəsəsi oğlu X17 idi, lakin onun vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 12 oktyabr 2009-cu ildə ölməsi ilə əlaqədar miras onun irsi transmissiya üzrə vərəsələri: oğlu-İddiaçı1 ½ hissə, qızı İddiaçı2 ½ hissə. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin 02A2/1319 çıxış nömrəli xx.xx.2021-ci il tarixdə verdiyi yüklülüyün olub-olmaması barədə arayışa və Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Tİ-MHQİ tərəfindən xx.xx.1994-cü il tarixdə X8 verilmiş 30/4945 qeydalma nömrəsi ilə 270 nömrəli kitabın 38964-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət üzrə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2ünvanında yerləşən ümumi sahəsi 61.6 kv/m, yaşayış sahəsi 49 kv/m olan 3 otaqlı mənzildən X8 məxsus 1 yaşayış otağından ibarətdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 61.60 m2 olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi mənzil 33 xüsusi mülkiyyət formasında İddiaçı1 adına 1 otaqdan ½ hissədə ********** nömrə ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. X16 adına 2 otaq (açıq qalır) və İddiaçı2 adına 1 otaqdan ½ hissədə xx.xx.2021ci il tarixdə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-13977/2024 **********77 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanda yerləşən mənzil ilkin olaraq xx.xx.1994-cü il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 45 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli 3-MA/1-04 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağı xx.xx.1998ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-322 reyestr nörməli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzilin X8 məxsus hissəsi İddiaçı2 və İddiaçı1 adlarına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanda yerləşən mənzilin 2 otağı X16, 1 otaqdan ½ hissə İddiaçı1 mülkiyyətindədir.
İddia tələbi
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən evin onların paylarına uyğun surətdə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 33 X8 məxsus olmuş və həmin ev Alma İbrahimovanın adına xx.xx.1994-cü il tarixdə 128143 nömrə ilə qeydə alınmışdır. Evin bir hissəsi və torpaq sahəsi, yəni evin 2 otağı X20 Alma İbrahimova tərəfindən satılmış, qalan bir otaqdan ½ hissəsi, Alma İbrahimova nəvəsi X9, ½ hissəsi digər nəvəsi İddiaçı2 bağışlanmışdır. xx.xx.2021-ci il tarixdə bir otaqdan ½ hissə ********** qeydiyyat nömrəsilə X18 və İddiaçı2 adına, 2 otağı X20 çıxarış verilmişdir. Hal-hazırda X21 vəfat etməklə evdə qızı Rüstəmova Afaq yaşayır, Zərifəyə məxsus olan otaqdan da o ailəsi ilə birlikdə istifadə edir. Onların istifadəsində olan 2 otaq və X16 şəxsi mülkiyyətində olan 2 otaq arasında daş hasar çəkilməklə ayrılmış, hər evin özünün giriş-çıxış hissəsi ayrı-ayrı olmaqla var və bunların birbirlərinə maneçilikləri yoxdur. Onların evlərinin bir-birindən ayrı olsa da evin çıxarışında onların ev paylı mülkiyyət kimi göstərilmişdir. Lakin çıxarışda paylı mülkiyyətçi kimi göstərilməklə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən də mübahisəli evin paylara münasib surətdə bölünməsini istəyir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, istinad etmişdir.
11. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçıların nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2485231Nümayəndə məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddiaçıların anasıdır, Cavabdeh2 qonşusudur, onun evinin çıxarışında onun adı qeyd edilib, ev Fin tipli evdir, evin ərazisi böyükdür, 5 otaqlı evdir, İbrahimov Vahid vəfat edən həyat yoldaşıdır. Rəsul qaynı, Vahid həyat yoldaşı, İbrahimova Alma qaynanasıdır. Ev 33-də heç kim yaşamır. X10 elə bil ki Rüstəmov Ziyata faktiki olaraq başqa evi satsa da rəsmi olaraq onların evini satıb. Qaynanası evi satanda evin çox hissəsini Ziyata satdı, evin kiçik hissəsini onlara verdi. Cavabdeh2 qızıdır. Evin bir damı olsa da, evlər arasında damda fərqləndirici xətt var. O öz damının köhnəldiyinə görə damını dəyişdi, buna görə Afaqa heç bir ziyan dəymədi. Yəni evlər ayrıdır, evlərin girişçıxışı ayrıdır, evlər arasında hasar var. Ev dördotaqlı fin tipli evdir. Evin çıxarışında həm iddiaçıların, həm də Ziyatın adı var. Onlar evin ayrıca çıxarışını almaq istəyir. Çünki evlə bağlı qarışıqlıq olduğundan evdə 20 nəfər (qayınları, onların uşaqları, baldızı uşaqları) qeydiyyatdadır. Onlar də onlara görə əlavə kommunal ödənişlər edirlər. Ev əvvəl qaynanasının adına olub. Qaynanası evin çertyojunu kiçik formada çəkdirib. Ev paylı mülkiyyətdədir, evin çıxarışında hər ikisinin adı var. Sadəcə evin çıxarışlarının ayrılmasını istəyir. Evdə sadəcə oğlu ilə yaşayır. Evi satmaq istəyir, lakin cavabdeh buna razı olmur.
13. İddiaçıların vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, mənzil bina evidir, ev hasarla bölünür və giriş-çıxışlar fərqlidir, lakin çıxarışda paylı mülkiyyətçi kimi göstərildiyindən iddiaçı evi sata bilmədiyi üçün hazırkı iddianı qaldırıb. Evi X1 Ziyat Niyaz oğluna satıb. Evlərin bir damı olsa da, evlərin ayrıca giriş-çıxış var.
14. İddiaçıların vəkili Vəkil məhkəmə iclasında ərizə yazaraq, evin naturada bölgüsünü xahiş etdiyini, kompensasiya ödənilməsi yolu ilə ümumi mülkiyyətə xitam verilməsi və açıq hərracdan ümumi əmlakın satılaraq paylarına yrılması tələblərinin olmadığını bildirdi.
15. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6 Bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
19. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı: Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
b) Əsaslandırma
20. İddia təmin edilməməlidir.
21. İşin mübahisəsiz halları bundan ibarətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 61.60 m2 olan fərdi yaşayış evinin tərəflərin ümumi paylı mülkiyyətində olan əmlakdır və tərəflərin həmin mənzilə paylı mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. İddiaçının tələbi əmlak üzərində payının naturada ayrılmasından ibarətdir.
22. Məhkəmə qeyd edir ki, bölünməli əmlakın dairəsi fərdi yaşayış evindən ibarətdir. Tərəflər arasında başqa aktiv və ya passivlərə dair mübahisə yoxdur.
23. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərdə paylı mülkiyyətçi kimi qeyd edilən Ziyat Rüstəmov cavabdeh qismində göstərilməmiş, o vəfat etdiyindən, vərəsəsi (qızı) Cavabdeh2 qarşı hazırkı iddia tələbi irəli sürülmüşdür. Cavabdeh2 məxsus vərəsəlik şəhadətnaməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilməsə də, məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli fərdi yaşayış evində mirasın açıldığı vaxtdan hazırkı vaxtadək yaşamağa davam etməsi onun tərəfindən miras əmlakın faktiki qəbul edilməsi kimi qəbul edilə bilər.
24. İddiaçılar mübahisəli əmlak üzərində öz adlarına başqa çıxarışın verilməsinə nail olmaq məqsədilə payın ayrılmasını istəyirlər. Belə ki, sənəd üzərində onların evi bir ev kimi göstərilsə və bir damla əhatə olunsa da, faktiki olaraq Ziyat Rüstəmova (Cavabdeh2) aid hissədə evin giriş-çıxışı ayrıdır.
25. Mülki Məcəllənin 223.4-cü maddəsinin tələbinə əsasən, birgə mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
26. Odur ki, məhkəmə Mülki Məcəllənin 220.3-cü maddəsinin tələblərinin yoxlanması üçün bu istiqamətdə araşdırma aparmış, müvafiq ekspertiza təyin etmişdir.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9311 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi mənzil 33 ünvanında yerləşən, mübahisə predmeti olan mənzilin faktiki texniki göstəriciləri ilə mülki iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X6 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tədqiq olunan mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədində qeyd olunan texniki göstəricilər arasında kəskin uyğunsuzluqlar mövcud olduğundan həmin mənzildən İddiaçı1 məxsus ½ hissə və İddiaçı2 məxsus olan ½ hissəsinin X20 (Cavabdeh2) məxsus olan hissəsindən naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Lakin qeyd olunur ki, mübahisə predmeti olan mənzilin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla təcrid şəklində bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin faktiki istifadə qaydasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X12 Metodlarında göstərilənlərə uyğundur.
27. Məhkəmə ekspert rəylərini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək onu mötəbər sübut kimi qəbul etmişdir.
28. Göründüyü kimi, tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1-ün naturada ayrılmasın mümkünlüyünü müəyyən etmək mümkün olmamış (mənzilin faktiki göstəriciləri ilə texniki pasportunun göstəricilərində kəskin fərqlər olduğundan), eləcə də, iddiaçı tərəf paylı mülkiyyətin ayrılmasının digər mərhələlərində marağının olmaması barədə yazılı ərizə ilə müraciət etmişdir.
29. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçılar faktiki istifadədə olan və əmlakın texniki sənədləri ilə uyğunsuzluq təşkil edən sahələrə dair müvafiq sənəd əldə etməli, daha sonra əmlakın naturada bölgüsü ilə bağlı müraciət etməlidirlər.
30. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilə bilməz.
Məhkəmə xərcləri
31. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. MPM-in 107 və 119.2-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən apardığı, xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəf iddiaçılardan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə
33. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 sayli Bakı Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması barədə iddia tələbi rədd edilməlidir.
34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 sayli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən evin onların paylarına uyğun surətdə naturada ayrılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan, 100 manat məsrəf iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X11, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) keçirilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova