Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1582/2024 09.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(002)-251/2022 saylı hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 28 noyabr 2022-ci il tarixdən hesablanması, Cavabdeh Səmə oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, hökmün icası Xidmətin Konvoy Taboruna həvalə edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 232 (iki yüz otuz iki) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi, iş üzrə maddi sübut: üzərində “2” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan Q1 (İddiaçı) ilə K1 (Cavabdeh) arasında olan danışıqlar, Cavabdeh könüllü təqdim etdiyi qızıl-zinət əşyalarının lombarda təhvil verərək əvəzində pul əskinazları almasına dair 3 ədəd girov biletləri, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı inandırmaq üçün “A.S.Hətəmovun” adından saxta imza etdiyi xx.xx.2018-ci il tarixli, 01533 nömrəli bildiriş, zərərçəkmiş şəxs İddiaçı votsap proqramında Cavabdeh tərəfindən aldadılmasına dair SMS danışıqlar maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində pul və Cavabdeh məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Vəkil 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməsi müəyyən edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(103)-405/2023 saylı hökmü ilə Cavabdeh CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi, hökmlə Cavabdeh CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 28 noyabr 2022-ci il tarixdən 02 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq Cavabdeh üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzanın icrasının əvvəli Cavabdeh cəzasının icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Cavabdeh üzərinə yaşayış yerini saat 00:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi müəyyən edilmişdir.
3. Ali Məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(102)-1560/2023 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onu aldadaraq aldığı 20000 manat pulun, maddi ziyana görə vurulmuş 10000 manat pulun, mənəvi ziyana görə vurulmuş 5000 manat pulun və ödənilmiş 195 manat dövlət rüsumunun, cəmi 35000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh onun etibarından sui-istifadə edərək guya ona Qaradağ Rayon icra Hakimiyyəti tərəfindən veriləcək sosial mənzillərdən yeddisini, hər bir mənzil üçün ilkin ödəniş kimi 3000 manat olmaqla növbədənkənar təşkil etməsini vəd edərək aldadıb ondan cəmi 25625 manat pul almışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək aldatması cinayətinə görə Azərbaycan Respublikası 178.2.4-cü maddəsi ilə təqsirləndirildirilərək məsuliyyətə cəlb edilmişdir. Məhkmə hökmü ilə Cavabdeh onu aldadaraq 25625 manat pulunu alması tam sübuta yetirilmişdir. Həmin puldan 5450 manat ödəsə də qalan 20175 manat pulu hazırkı vaxta kimi ödəməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin onu aldatması səbəbindən ona 25625 manat ziyan dəymiş, təsirləndirilən şəxs həmin ziyanın az bir hissəsini ödəmişdir. O cavabdehə həmin pulu ödəmək üçün faizə pul götürmüş, eyni zamanda ailəsinə məxsus 5625 manat dəyərindən qızıl zinyət əşyaları vermişdir. Həmin qızıl zinyət əşyalarını 2017-ci il tarixdə cavabdehə verməklə hazırkı vaxta qiymətləri iki dəfədən artıq qalxmış və nǝticədə təqsirləndirilən şəxs aldığı pulla bərabər ona əlavə maddi ziyan da vurmuşdur. Belə ki, təqdim etdiyi qızılların dəyəri artmış və o faziə pul götürməklə uzun müddət həmin pulların faizini verməklə maddi ziyyan çəkmişdir. Eyni zamanda o həmin pulu cavabdehǝ 2017-ci il tarixdə verməklə keçən illər ərzində həmin pulları almaq üçün mənəvi iztirablar keçirmişdir. Bunun üçün dəfələrlə polis, istintaq orqanlarına getmiş, məhkəmədə iştirak etmişdir. Öz halal pulunu ala bilmədiyi üçün əsəb sarsıntıları keçirmişdir. Hətta pulu ala bilmədiyinə görə xəstəliklər keçirmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, cavabdehin ona qarşı dələduqzluq edərək 25625 manat pulunu mənimsədiyini, cavabdehin 2 il müddətə cəza aldığını və 1 ildir ki azadlıqda olduğunu, həmin pulların içində qızıllarının olduğunu, cavabdeh və anası ona söz verdilərki hər ay puldan ödəniş edərək qaytacaqlar, lakin onlar cəmi 6650 manat ödəniş etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tələbin 18975 manat hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
8. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul etdiyini və 25625 manat borcdan 5000 ödəniş edildiyini və yerdən qalan 20625 manat borcun cavabdeh və anası tərəfindən hissə-hissə icra olunduğunu və bununla bağlı qəbzləri məhkəməyə təqdim etdiyini bildirmiş, iddianı həmin qəbzlərdə göstəriləb məbləğə aid hissə istisna olmaqla qalan hissədə qəbul etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
10. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
11. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
12. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
13. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
14. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
15. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
16. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
18. 82.4-cü maddsəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
19. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
20. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
23. İddia qismən əsaslıdır.
24. Belə ki, cavabdehin iddiaçıdan 25,625 manat pul alması işin mübahisəsiz halı olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunan bu hal hazırkı iş üçün preyudisial əhəmiyyətə malikdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(002)-251/2022 saylı hökmü ilə müəyyən edilir ki, Cavabdeh sabiq iş yoldaşı olmuş İddiaçı Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən veriləcək sosial mənzillərdən yeddisini, hər bir mənzil üçün ilkin ödəniş kimi 3000 manat olmaqla növbədənkənar təşkil etməsi vədi ilə aldadıb 2017-ci ilin yanvar, fevral və mart aylarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” market ilə üzbəüz “Qaradaşlar” kafesində özgənin əmlakını yəni İddiaçı məxsus 3000 manatdan iki dəfəyə 6000 manat, 14000 manat, cəmi 20.000 manat nəğd pulunu və üç dəfəyə ümumi dəyəri 5625 manat olan qızıl-zinət əşyalarını etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirib ümumilikdə İddiaçı 25.625 (iyirmi beş min altı yüz iyirmi beş) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.
25. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin xx.xx.2023-ci il tarixli 1(102)- 1560/2023 saylı hökmü ilə müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh təyin olunmuş cəza növünü dəyişdirərkən öz yekun qərarında sonuncunun apellyasiya icraatı zamanı İddiaçı dəymiş ümumi ziyandan 5.000 manat pulun ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və qalan məbləğin ödənilməsinə dair razılığa gəlmələrini rəhbər tutmuşdur.
26. Məhkəmə araşdırması zamanı təqdim edilmiş qəbzlərdən görünür ki, əlaqəli cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılıb qurtardıqdan sonra cavabdeh müxtəlif vaxtlarda,, cəmi 1650 manat məbləğində pul vəsaitlərini iddiaçıya göndərmişdir. İddiaçı məhkəmə araşdırması zamanı həmin qəbzlərin mötəbərliyini mübahisələndirməmiş, lakin iddia tələbində göstərilən məbləği artıq həmin qəbzləri nəzərə almaqla irəli sürdüyünü bildirmişdir.
27. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tələbində 20.000 manat pulu hökm üzrə müəyyən edilmiş zərər əsasında tələb etmişdir. İşdə olan ödəniş qəbzlərindən iddia verilənədək olanların cəmi 1350 manat təşkil edir, 20.625 manat dəymiş zərərdən (25.625- 5000) çıxıldıqda 20,000 manat təşkil etmir. Belə olan halda, məhkəmə iddia ərizəsində göstərilən məbləğin əsaslarının iddiaçı tərəfindən aydınlaşdırılmamasını nəzərə alaraq ödəniş qəbzlərində olan məbləği hökm üzrə müəyyən edilmiş qalıq zərər məbləğindən çıxılmaqla (20625-1650=18975 manat) əsaslı hesab edir.
28. Məhkəmə iddia tələbinin 10.000 manat maddi zərərin ödənilməsi hissəsilə bağlı iddiaçının sübutlar təqdim etməməsini və ümumiyyətlə həmin hissədə tələbin qanuni əsası müəyyən edilmədiyi üçün əsassız hesab edir.
29. Məhkəmə iddia tələbinin mənəvi zərərə aid hissəsinə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
30. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.
31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
32. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər.
33. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
34. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
35. Eyni zamanda işin hallarından aydın olur ki, cavabdeh iddiaçıdan 25,625 manat məbləğində pul vəsaitini götürməsini inkar etməmiş, xinayət işi üzrə sonuncu məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, bu dövr ərzində cvabdehin həmin məbləğdən müxtəlif vaxtlarda cəmi 6650 manat ödəniş etmişdir. Məhkəmə işin bu halını iddiaçının əmlak hüquqlarının uzun müddət, bərpasına ümid olmayan dərəcədə pozulmaması kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi mənəvi zərərə görə 5000 manat pul vəsaitinin tutulması hissəsində təmin olunmamalıdır. Məhkəmə xərcləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 195 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 146.92 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə
38. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 18975manat məbləğində əsas borc pul vəsaiti və 146.92 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
39. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 18,975 manat və dövlət rüsumunun əvəzi olaraq 146.92 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova